Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə50/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
198
199
və bu onlarda fantastikanın özünəməxsusluğu ilə bağlıdır. 
Yumor “qəhrəmanın” hər hansı  zahiri detal və davranışının 
xarak terik  xüsusiyyətini, obrazın həqiqiliyindəki cəhəti 
göstər məklə  əks olunur. 
Qaraqalpaq heyvanlar haqqında nağılların  ən sevimli 
nitq formalarından biri dialoqdur. Dialoqlar bu tipli nağıllara 
canlılıq gətirməklə nağılçını sanki oyuna, teatrallaşmış 
hərəkətə sövq edir. Nağılın ustalıqla ifa olunmasında biz 
müxtəlif heyvanların səsindən, jestlərdən, mimikalardan, 
bədən hərəkətlərindən istifadə edildiyinin şahidi oluruq. 
Lakin eyni zamanda  bu da yaddan çıxarılmamalıdır ki, 
qarqalpaq  heyvanlar haqqında nağıllar dramatik  yox, məhz 
təhkiyə janrıdır.
Obrazların  əyaniliyi, kompozisiyanın aydınlığı  və 
sadəliyi, süjetin diqqəti kifayət qədər  məşğul etməsi, zəngin 
xalq dilindən istifadə, bic və hiyləgər bəzəkli yumor və 
s. – bunların hamısı xalq yaradıcılığının bu janrını yüksək 
şifahi sənət nümunəsi kimi nəzərdən keçirməyə, onu hər bir 
qaraqalpağın uşaqlıq həyatının sevimlisinə çevirmişdir.
3.Sosial-məişət nağılları
Qaraqalpaqların nağıl repertuarında sosial-məişət na ğıl-
ları da mühüm yer tutur. Bu tipli nağıllar əsasən yu moristik 
və sarkastik xarakterli motivlərlə  zəngindir. Qara 
qalpaq 
sosial-məişət nağıllarının mərkəzində adətən sosial –məişət 
problemləri, insanlar arasındakı münasibətlər dayanır. Bu 
nağıllar  əsas etibari ilə xalq həyatının həm sosial, həm də 
məişət aspektlərini işıqlandırır.
Sehrli və heyvanlar haqqında nağıllardan fərqli olaraq 
sosial-məişət nağılları xalqın gündəlik həyatının real və ağır 
vəziyyəti ilə bağlı olmuşdur. Bi tipli nağıllarda insanların 
fikir və hissləri, gözləntiləri, marağı, əməyə və zəhmətə can 
atması  və s. kimi məqamlar  əksini tapmışdır.
Sosial-məişət nağılları digər nağıllara nisbətən daha 
müxtəsər, yığcam olması ilə seçilir. Süjetin mərkəzində 
adətən bir epizod dayanır. Burada hadisələr olduqca sürətlə  
inkişaf edir. Bu, onları sehrli nağıllara xas olan xüsusiyyətlərlə 
zən gin ləşdirsə  də, burada epizodların, hadisələrin  təkrar-
lanmasını  görmürük. Bu nağıllarda gülməli, yumorlu, qeyri-
adi sərgüzəştlər, həm də  bəzən həqiqətə uyğun olan həyat 
situasuyaları haqqında danışılır. Əgər bir qrup nağıllar üçün 
sosial  ədalətsizliyi göstərmək mühümdürsə, digərlərində 
insanlar içində olan sosial eybəcərliklər  əksini tapır.
Qaraqalpaq sosial-məişət nağıllarının qəhrəmanları qis-
mində adi insanlar çıxış edirlər. Onların qəhrəmanları  sər-
güzəştli-novellist nağıllar üçün səciyyəvi xüsusiyyətlərə 
malik dir.  Qaraqalpaq  sosial-məişət nağıllarında, sehrli nağıl-
lar dakı  qəhrəman kimi ailənin kiçik, üçüncü oğlu çıxış edir. 
Qaraqalpaq sosial-məişət nağıllarının mövzusu olduq-
ca zəngindir: bu, xeyrli məsləhətlər, ailə  həyatı  və  məişəti, 
ağıllı insanlar, tale və xoşbəxtlik, xanların,  istis mar çı la-
rın, oğruların, yalançıların, biclərin və s. hərəkət və dav ra-
nışlarını əks etdirən mövzuları əhatə edir.  Qaraqalpaq sosial-
məişət nağıllarında ağıllı ilə ağılsız, xeyirlə şər, bədbəxtlik və 
xoşbəxtlik, vicdanlı ilə vicdansız, təvazökarlıqla yalançılıq, 
zənginlik və kasıblıq və s. kimi məqamlar antitezalar üzərində 
qurulmaqla insanların tərbiyə olunmasında əsaslı rol oynayır.
Qaraqalpaq sosial-məişət nağılları 
kəskin ideya 
istiqamətinə malikdir. Bu nağılların süjeti özündə iki əsas 
mövzunu birləşdirir: sosial ədalətsizlik və sosial cəza. Sosial-
məi şət nağıllarının ideyası onların strukturunu müəy-
yənləşdirir,  əsasını  antitezalar  təşkil edir: məsələn, kəndli 
tacirə, qaziyə, kasıb varlıya, ağıllı, sadə insan, müdrik kəndli 
xana, bəyə,  şaha qarşı  qoyulmaqla ortada dayanırlar. Bu 
baxımdan, məsələn, “İki dost” nağılı daha xarakterikdir. (iki 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
200
201
dost Yeşşan və Doşşan özlərini o qədər  ağıllı aparırlar ki, şah 
nə baş verdiyini başa düşməyib Doşşanı mükafatlandırır, ona 
vəzirlərindən birinin qızını alır). Qaraqalpaq nağılları üçün 
öyüd – tərbiyəvi xarakterli mövzular daha çox səciyyəvidir. 
Qaraqalpaq tərbiyəvi nəsihət xarakterli nağıllara 
aşağıdakıları aid etmək olar: “İtaətkar oğul”, “Məsləhət”, 
“Ağıllı  məhv olmaz, qızıl çürüməz”, “Özgənin malına göz 
dikən  özününkündən  də olar” və s. Məsələn, “İtaətkar 
oğul” nağılında şah oğlunu yanına çağırıb ona bəzi aşağıdakı 
nəsihətləri verir: “Özgə vilayətə gedərkən yolda gecə düşərsə 
və  sənin mənzil başına çatmağına çox qalıbsa, bu zaman 
yarğanda  yox, hündür yerdə yat”, “Əgər kiminsə duz-çörəyini 
yemisənsə, ona heç zaman pislik etmə”, “Səhər yeməyindən 
heç zaman imtina etmə” və i.a. və s. Sonralar şahın nəsihəti 
həqiqətən  də oğluna kömək edir. Onun məmləkətində  hər 
şey yaxşıdır. Gənc  şah ölkəni  ədalətlə idarə edir. Bütün 
 
insanlar burada şad-xürrəm yaşayırlar.
Qaraqalpaq sosial-məişət nağıllarından hər birinin öz 
ideya-bədii xüsusiyyətləri vardır. Bu baxımdan “Sonbeşik 
Həsən”. “Ədalətli adamın atı da doyur, kürkü də cırılmaz”, 
“Üç qardaş”, “Qorxaqlığa qalib gələn adam”, “Yeşamaq və 
Doşamaq”, “Karlar”, “Ziba və Zeynəb” və s. aid etmək olar.
7
Qaraqalpaq sosial-məişət nağıllarında  ən koloritli və 
milli-spesifik obrazlardan biri “Kosa”dır. (bu Azərbaycan, 
türk, qazax nağıllarında olan “Kosa” və “Keçəl” obrazlarına 
nüvafiqdir).
Qaraqalpaq folklorunda (həm də Azərbaycan folklorunda 
Novruz bayramı ilə bağlı “Kosa”, qazaxların çoxsaylı 
nağıllarında “Aldar Kosa” və Jurındaz ilə bağlı  əfsanə    və 
dastanlarda bu obrazlar geniş yer almaqdadır. Belə nağıl, 
rəvayət,  əfsanə, lətifə, ümumiyyətlə, türk xalqlarında – 
azərbaycanlılarda, qazaxlarda, türkmənlərdə, özbəklərdə 
və başqalarında  yetərincədir. Aldar Kosa ilə bağlı nağıl 
və  əfsanələrin başlıca mövzusuna gəldikdə isə  bu obraz 
qarqalpaqlarda şən, hazırcavab, yalançı, xəsis bəyləri tənqid 
edən, xalqı soyub-talayan tacirlər, dələduzlar, sərsəm xanlar və 
bəylər, mollalar və qaziləri ifşa edən obraz kimi xalq arasında 
geniş  şöhrətə malikdir. “Qaraqalpaq xalq nağılları”(2006) 
kitabında Aldar Kosa ilə bağlı iki “Aldar Kosa” və “Aldar 
Kosanın hiyləgərliyi”  nağılları təqdim olunmuşdur. “Aldar 
Kosa” da, məsələn, nağıl olunur ki, Orta Asiyada üç Kosa 
varmış  Xarəzmdə Aldar Kosa, Buxarada isə Muxtar Kosa 
və  Duxtar Kosa. Onlar Xarəzmdən Buxaraya gələrək hamını 
inandırmağa  çalışırmışlar ki, Aldar Kosanı hiyləgərlikdə heç 
kim aldada  bilməsə  də, onlar aldada biləcəklər. Beləliklə, 
Muxtar Kosa və Duxtar Kosa Xarəzmə Aldar Kosanın 
yanına gəlib öz bacarıqlarını    sınaqdan keçirmək istəyirlər. 
Aldar Kosa isə əvəzində onlara qonaq olduqlarını və qonağı 
aldatmağın isə heç kimə  şərəf gətirməzliyini söyləmişdir. 
Lakin bununla belə onu da qeyd etmişdir ki, Muxtar Kosa 
və Duxtar Kosanın bicliyi haqqında eşitmiş  və onların belə 
bacarığını  yoxlamaq  da pis olmazdı. Beləliklə, onlar bir-biri 
ilə yarışmaq üçün meşəyə gedirlər. Evdən çıxarkən özləri 
ilə  plov bişirmək üçün nə lazımdır  götürüb orada ocaq 
qalayırlar. Aldar Kosa düyünün az olduğundan şikayətlənir. 
Plovu bişirsələr də, yeməyə elə bir şey olmadığını duyurlar. 
Belə olduqda Aldar Kosa yeməyin yalnız bir nəfərə bəs edə 
biləcəyini deyir. Buna görə  də onlardan kim yaxşı yuxu 
görsə, plovun ona qismət olmasını təklif edir. Onlar yuxuya 
gedərkən Aldar Kosa plovun son düyüsünə qədər hamısını 
yeyib yuxuya gedir.
Bundan pəjmürdə olmuş Muxtar ikinci dəfə aldanmaması 
üçün yenidən Buxaraya qayıdır, Duxtar isə   xoşbəxtliyini  bir 
də yoxlamaq istəyir.
Duxtar Kosa Aldar Kosanın evinə  gəlib onunla nahar 
edər kən Aldar Kosa Duxtar Kosaya deyir: “Yenicə haki miy-


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə