Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
210
211
koll ektiv yaradıcılıqdan fərdiyə hərəkət başladı.
XVIII əsrdə
qara qalpaq tolğaularında fərdi törəmə lirikanın xüsusiy-
yətlərinin ortaya çıxmasına səbəb oldu.
Onu da qeyd edək ki, Jien Jırau tolğaularında tək-
müəlliflik mövqeyi güclənirdi. Bu nümunələrdə müəllifləşən
prosesin izləri yaxşı görünür: «Мен бабанман, бабанман»,
«Мен жырайтан, жырайтан», «Ха, ханымыз, ханымыз»
kimi ifadələrdə fərdiləşən fikir özünü büruzə verir. Artıq XIX
əsr dən qaraqalpaq ədəbiyyatında lirikanın janr görkəmində
ya zılı ədəbiyyatın əhəmiyyəti getdikcə artırdı. Sovetlər döv-
rün də ədəbiyyatlarda islam dininin mütərəqqi xüsu siy yət lə-
rinə göz yumulur, onun insanları ruhi qaranlıqdan, na dan-
lıqdan, qorxuncluqdan xilas etmə cəhəti dilə gətirilmirdi. Əs-
lin də islam
dini heç də ruhi təzələnmə yox, iman təbi yolu
orta əsrlər iqtisadi, tarixi-sosial, həm də mədəni yöndə ədəb-
inti zama, tərbiyəyə istiqamətləndirmədə böyük xidmət gös-
tərirdi.
XIX əsrdə qaraqalpaq ədəbiyyatının inkişafına folklor
nü munələri, dastanlar olduqca müsbət təsir edirdi.
XIX əsr
qar aqalpaq lirikasının tədqiqatçısı Qurbanbəy Jərimbətovun
2004-cü ildə Nökisdə nəşr etdirdiyi əsərində
1
bu problem
ardı cıllıqla izlənilir, qaraqalpaq ədəbiyyatının görkəm və este-
tik xüsusiyyətlərinin formalaş masına türk ədəbiyyatlarının
təsiri qeyd edilir. XIX əsrə qədər qaraqalpaq bədii fikri
folklor nümunələri əsasında inkişaf edirdisə,
XIX əsrin
ortalarından o ömrünü folklordan ayrılmağa cəhd etməklə
davam etdirirdi. Bununla belə yazılı, müəllifli ədəbiyyatın
inkişafına folkor janrları, motivləri, obrazları, personajları
yetərincə təsir göstərirdi və belə hal XX əsrdə də davam
etməkdə idi. Belə ki, qaraqalpaq müəlliflərindən bəzilərinin,
məsələn, Hacıniya zın «Bozatau», «Oyan» şeirlərinin xalq
variantlarının olduğu da məlumdur. Bunun biz Günxoca
şeirləri üçün xarakterik olduğunu, Berdağın «Axmaq paşa»
poemasının xalq dastanla rı variantlarının
mövcudluğunu da
deyə bilərik.
Bütün bu hallar XIX əsrdə qaraqalpaq lirikasının qu ru-
luşuna, kompozisi yasına, mövzu əlvanlığına, ideyasına və ru-
hu na, motiv və obrazların rəngarəngliyinə folklorun təsiri nə-
zə rəçarpan ədəbi hadisə kimi göz önünə gəldiyini sübut edir.
Xalq arasında yazılı ədəbi qissələr, dastanlar, qəzəllər folklor
örnək lərindən daha çox qidalanır, yazılı ədəbiyyatı zəngin-
ləş dirirdi. Məsələn, batırlıq jırlarında (qəhrəmanlıq şeir lə rin-
də)
xalq təəssübü, vətənpərvərlik duyğuları, əzəmət və ye-
nil məzlik ideyaları «Alpamıs», «Koblan», «Yedige» kimi das-
ta n lar da təbliğ olunmaqla, yazılı ədəbiyyat nümunələrində
el birliyi, vətənə sönməz məhəbbət, azadlıq, abadlıq üçün
mübarizə ideyaları XIX əsr qaraqalpaq şairləri Hacıniyazın
«Ellərim vardı», «Bozatau», «Gedərkən»; Günxocanın «Nəyə
gərək», «Yaylağım»; Berdağın «Xalq üçün», «Balam» və s.
şeirlərində daha relyefli görünür. Bu dövrdə lirikada ortaya
çıxan vətəndaşlıq qayəsi qəhrəmanların vəsfi və s. kimi
ideyalarda epik ruh, vətənpərvərlik (Goroğlu, Rüstəm və b.)
əzəmət ülgüsü, dəst-xətti aydın nəzərə çarpırdı.
Eyni zamanda XIX əsr
qaraqalpaq liriklərinin
yaradcılığında koşlasu (xoşlasu) motivləri də görünməkdədir.
Belə lirik-epik örnəklərdən batırlar uzaq səfərlərə çıxdıqda,
öz ata-anası, doğulduğu eli-obası, xalqı ilə vidalaşma zamanı
istifadə olunurdu. Məsələn, «Alpamıs» dastanındakı baş
qəhrəman Alpamıs Barçın qızı alıb qayıtmaq üçün Kalmıklar
ölkəsinə batırlığını nümayiş etdirdiyi zaman xoşlasudan
istifadə olunurdu. Bundan başqa biz xoşlasu motivlərinə
Gün xocanın «Ярым хош енди», Hacıniyazın «Boзaтaу»,
«Xoш имди», «Гам йеме», «Кал имди», «Əyинияздын
Гулза да менен хошласыйы», «Наğметулланын атасы
Əжи ниязğа айтканы», «Хyрзаданын атасы Əжиниязğа
айтка ны», «Салам дегейсен» və başqa şeirlərdə məhz belə
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
212
213
lirik janrdan geniş istifadə olunmuşdur. Məsələn, Hacıniyazın
«Наğметулланын атасы Əжинийазğа айтканы» adlanan
xoşlasuda batır səfərə çıxarkən öz atasına söylədiyi ürək
sözləri oxucunun gözü önündə maraqlı lövhə yaradır:
Йокдын бизни бар əйлеген кудайым,
Бизлəрни бəлəдин саклаğай дайым,
Дийдарынны несин еткей илəхим,
Гамхорым, атажан, кəбам хош имди.
2
Bu nümunəyə diqqət yetirdikdə epik dastanlarda yer
almış lirik lövhələrdə müəllifli lirikadakı motivlərin, şeir
formalarının folklor örnəklərindən qidalandı ğını görə bilirik
ki, bunlar XIX əsrdəki qaraqalpaq kosıкları (qoşmaları,
şeirləri) arasında estetik-bədii-poetik bağlantı olduğunu bir
daha sübut edir.
XIX
əsr qaraqalpaq ədəbiyyatının inkişafından
söhbət açarkən biz həm də lirik-epik aşıq dastanlarından
danışmalıyıq. Onların sırasında «Qərib aşıq», «Aşıq Nəcəb»,
«Sayat xan
Həmra», «Hürliqa-Həmra», «Əsli-Kərəm»,
eşq-məhəb bət elementlərini özündə birləşdirən batırlıq,
qəhrəmanlıq motivləri ilə zəngin «Əhməd-Yusif», «Goroğlu»,
«Kırmandəli», «Yunis pəri», «Bəzirgən»
və başqa bu kimi
dastanlar hələ XVIII əsrdən başlayaraq qaraqalpaq baksı
və jıraularının repertuarında görümlü yer tuturdu. Bu das-
tanların türkmənlərdən və Xarəzm özbəklərindən əxz olun-
duğunu tanınmış qaraqalpaq folklorşünasları K.Aimbetov
və K. Maksetov təsdiqləmişlər.
3
Dastanşünas Ə.Alimovun
fikrincə isə aşıq dastanları qaraqalpaq xalqının içinə XVIII
əsrdən üzü bəri yox, lap uzaq dövrlərdən daxil olmuşdur.
4
Aşıqlıq, məhəbbət dastanlarının personajları olan Qərib,
Şahsənəm, Xəmra adları ilə lirik şeirlər qaraqalpaqlar
arasında daha çox istifadə olunurdu. Onlar lirik dastanların
baş qəhrəmanları olub ayrılıq həsrətindən cana doyanların
kədərini, fəryadını göz önündə canlandırır:
Мен öзим шахтын кызыман, öзимди кор əйледим,
Кешелер хэм кундизи уйкыны бəрбад əйлəдим,
Яр-яр дедим, дагы сийнемди əшкар əйлeдим,
Сум несийбем не белеге мени гириптар əйледим?!
5
Bu sətirlər «Qərib aşıq» dastanının baş personajların-
dan biri Şahsənəmin dilindəndir.
Burada Şahsənəmin hicran
əzabına giriftar olmağının səbəbi onun ruhi vəziyyətindən
aydın olur. Dastanın digər bir yerində «Жаным алды кара
кöзлерин сенин», «Меним ярым баг сейилине келеди»,
«Бес жыл болды айра тyстим ярымнан» və başqa bu
kimi sətirlərdə hicran, qayğı-həsrət kimi məqamlar görümlü
şəkildə qəhrəmanın iç duyğularının ifadəsi kimi səslənir.
Aşıq dastanları üçün xarakterik olan belə məqamlar
Hacıniyazın şeirlərinə də uğurla daxil olur. Məsələn, «Qərib
aşıq»da işlədilmiş «Яр-яр дийип öмрим öтти хəмийше»,
«Яр-яр дийип öтəр болдым дəртиннен» - Hacıniyazda
«Яр деп öмирим ада болды» şəklini qəbul edir. Bunu da
qeyd etmək lazımdır ki, aşıq qissələrinin
dili xalq dilinə
uyğun olmaqla kibab dili normalarına yaxınlaşırdı. Bu,
Hacıniyazın aşıqlıq kosıklarında istifadə etdiyi dil də özbək
dili fonetikasının, leksikasının və sintaksisinin özəlliklərini və
yaxınlığını kifayət qədər aydın göstərir:
Зия зулпы тал-тал, шашлары сумбил,
Ашыклардын етер кöз йашын сел-сел,
Зарлы Зухра, Cəнем кими кыпша бел,
Бады саба киби öтти де кетди.
Шəшми-жадыу жəллад, кашлары кəлам,
Койды сийнəмизə йyз мын даг əлəм,