Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
186
187
konstruksiyalı deyildir. Ona bir sıra əlavə gedişlər,
süjetli
nağıl təhkiyəsinin inkişaf dinamikasını müəyyənləşdirən
və qəhrəmanın mühüm mətləbə çatması ilə bağlı olan
səylər əlavə olunur. Qəhrəman qeyri, ehtimal olunmayan
çətinliklərin hamısını öz yolunda dəf edir. Bütün bunların
hamısı möcüzəli əşyaların köməyi ilə həyata keçirilir.
Məsələn, sandıq, qırmanc, kəllə və s., heyvan köməkçilər -
əjdaha, pələng, simurq quşu və s. təhkiyə sona yaxınlaşdıqca
mübarizə daha da gərginləşir.
Qaparalpaq sehrli nağıllarına inkişaf edən, dəyişkən
xarakterli gedişlər yaddır. Belə nağıllarda qorxaq həmişə
qorxaq, qoçaq həmişə qoçaqdır, etibarlı arvad həmişə etibarlı,
məkrli isə daim məkrlidir.
Qaraqalpaq sehrli nağıllarının kompozisiyasının yet kin-
liyi təhkiyənin əsasına qoyulmuş konfliktin verilməsinin
nəticəsi kimi yaranır. Nağılda çoxsaylı personajlar iştirak
etmir, burada yalnız
elələri iştirak edir ki, onlar üçün konfliktin
yaranması, inkişafı və həlli məsələləri öz əksini tapır.
Qaraqalpaq sehrli nağıllarında hadisələrin gözlənilmə-
dən gedişindən istifadə priyomu və bu priyomdakı təsvirin
zaman daxilində olan ciddi ardıcıllığı onların effektini
gücləndirir. Belə priyom, burada, əlbəttə, estetik möcüzə və
qeyri-adiliklə bağlıdır ki, onlardan konfliktli məqamlarda
daha çox istifadə edilir. Bu isə öz növbəsində arasında uyğun
olmayan hadisələri qarşı-qarşıya qoyur, təfəkkürü, təxəyyülü
heyran edir, dinləyicini onun ziddiyyəti ilə toqquşdurur,
onlardakı əks münasibətləri göstərir, belə olduqda xoşbəxt
olmayan, hamı tərəfindən
lənətlənən qəhrəman bəzən
hamıdan yüksəkdə dayanır və s. Beləliklə, kasıb varlı, varlı
isə kasıb olur.
Qaraqalpaq sehrli nağıllarında tez-tez uyğun situasiya-
ların təkrarlanmasına yol verilir. Belə situasiyaların üçqat
təkrarı, epizodu, nağıllardakı effekti daha da yüksəltmək
məqsədi ilə aparılır. Belə ki, məsələn, Meytinlə olan əhvalatlar
(«Gülziba» nağılında), kasıb oğlu ilə («Varlı oğlu, kasıb oğlu»
nağılında), ailənin kiçik oğlu ilə olan əhvalatlar («Cadugər»
nağılında), cigitlə bağlı hadisələr («Ögey ana» nağılında və
s.) xarakterikdir. Üç dəfə cigit üç xanın qızıl küpəsini dürüst
nişan alıb vurur və üç xan qızını özünə arvad edir, bu «Ögey
ana» nağılından; üç xan Meytinə üç tapşırıq verir və Meytin
də o tapşırıqları üç dəfə yerinə yetirir. Beləliklə, qaraqalpaq
sehrli nağıllarında «üç» rəqəmində nağıl təhkiyəsindən
istifadə məqsədə çatmağın
son dərəcə çətinliyini, qeyri-
adiliyini göstərir. Deməli, məqsədə çatmaq üçün burada
bacarıq, bilik və qətiyyətlilik lazımdır. Epizodların üçqat
təkrarı həm də qəhrəmanların müdrikliyini sınaqdan
çıxarmaqdır, üçqat təkrarlanan döyüşlər isə onun əlavə daha
şişirdilmiş epizodları ilə birlikdə həm də bizə qaraqalpaq
sehrli nağıllarında təhkiyənin bir neçə genişləndirilmiş
motiv və epizodlarla bağlılığını göstərir. Qaraqalpaq sehrli
nağıllarında situasiyaların uyğunluğunu, heç şübhəsiz ki,
nağılların konkret poetik məzmunundan təcrid olunmuş
şəkildə öyrənmək düzgün olmazdı. Məsələn, «Varlı oğlu,
kasıb oğlu» nağılında kasıb oğlu varlı oğlunun tapşırığı ilə
tülpar at və gözəl qız dalınca gedir. Kasıb oğlan nəhayət
onlarla birgə çoxsaylı var-dövlət
əldə etmiş kimi də geri
dönür. Təbii ki, bu var-dövləti artıq o, varlı oğlu üçün yox,
məhz özü üçün gətirmiş olur. Yaxud «Cadugər» nağılında
düşmənlərə qarşı mübarizədə fərqlənmiş cigit xanın xoşuna
gəlir və xan da nəticədə öz qızı ilə onun toyunu edib, taxt-
tacını da ona verir.
Qaraqalpaq sehrli nağıllarında təkrarlanan bədii effekt
həm də özünü təhkiyədə son dərəcə ornamental, bərli-bəzəkli
quruluşa malik olmasında əks etdirir. Bu isə hərəkətin
ləngiməsini göstərir, bir tərəfdən, burada nağıl janrına maraq
məsələsi əks
olunursa, digər tərəfdən, nağıllardan ortaya
çıxan təəssürat güclənir.
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
188
189
Qaraqalpaq sehrli nağıllarının sonluğu adətən nağılvari,
zara fat yana, ritmik, qafiyəli şəkildə sona yetir. Onların
məqsədi dinləyicinin diqqətini arzu, istəklərdən gerçəkliyə,
daha doğrusu, xülyadan məişətə yönəltməkdən ibarətdir.
Bir sıra qaraqalpaq sehrli nağıllarında onların sonluğu
adətən aşağıdakı kimi verilir. Məsələn, qəhrəman («Gülziba»
nağılında) Meytin Gülzibanın atası ilə dostluq edir və onlar
şad-xürrəm yaşamağa başlayırlar. Xan öz cigit kürəkənini və
qızını ən yaxşı sarayda yerləşdirməyi əmr edir və qırx gün,
qırx gecə toy-büsat qu ru lur, toy-bayramdan
sonra xan cigiti
öz yerinə taxt-tacına əyləşdirir («Cadugər»). Tezliklə onlar
varlanır və əvvəlkindən daha yaxşı yaşamağa başlayırlar
(«Qızıl daş») və i.a. və s.
Qaraqalpaq nağıllarında zavyazka adi tiplidir: qəhrəman
öz məqsədinə çatır, ya da o, möcüzələrlə rastlaşır. Xanlara
qalib gəlir. Xanın taxt-tacının yiyəsinə, varisinə çevrilir, xanın
qızı ilə evlənir, yaxud da öz ölkəsinə, misli görünməyən var-
dövlətlə qayıdır. Nəzərdə tutulmamış yerdə atası ilə görüşür.
Məsələn, «otuz, yaxud qırx gün toy-bayram edilir. Bütün
arzu istəklər yerinə yetirilir». Qaraqalpaq sehrli nağıllarının
finalı üçün müsbət sonluq xarakterikdir. Nağıl qəhrəmanının
idealizasiyası burada müəyyən bədii priyom və vasitələrlə
həyata keçirilir ki, onlardan daha sabiti və geniş yayılmışı
da
məhz hiperbola, kontrastdan və təkrarlardan is
tifadə
etmədir. Qaraqalpaq nağıllarında təkrarlar adətən ha di sə-
lərin mürəkkəbləş dirilməsi və yaxud obrazların qəh rə man-
laş dırılması ilə bağlı olur.
Süjetin qurulmasında «üçqatlığın» qorunub sax lan ma sı,
üç qardaş, üç qız haqqında, üç gecə haqqında söhbət də bel ə
süjetin dinamikasında daim iştirak edir.
Qaraqalpaq sehrli nağılları son dərəcə maraqlı və zəngin
dil-üslub xüsusiyyətləri ilə fərqlənir. Maraqlıdır ki, onların
epik təhkiyəsində frazeolo gizmlərdən istifadə ilə per sonajlar
adətən onlara xas olan nitq ornamentasiyası ilə fərq lənir.
Bütün bunların hamısı, heç şübhəsiz ki, nağılların də rin
mənasının açıl masına, nağılların lirik şəkildə nəql olunması
və nəticədə hekayətlərin emosional təsiri ilə bağlıdır.
Qaraqalpaq sehrli nağılları həm də digər xalqların
nağılları kimi insanları utilitar məişət məqsədi güdən qədim
hekayətlərin yenidən poetik şəkildə canlandırılması ilə
bağlıdır. Nəticədə onların hamısı müəyyən mərasimlər,
mifoloji təsəvvürlərlə mürəkkəbləşmişdir. Sehrli nağılların
xələfləri isə,
təbii ki, hekayətlər olmuşdur ki, onlar müxtəlif
məişət qadağalarını qorumağı məsləhət bilirdi. Qədim
insanlar daim müxtəlif düşmən qüvvələrlə, xəstəliklərlə,
bədbəxt liklərlə, aclıqla-yalavaclıqla, yanğınlarla qarşı-qarşıya
dururdular. Onlar daim təbiətin sirli-sehrli qüvvələrinin
təsiri altından çıxmağa can atırdılar. Onlar elə davranırdılar
ki, bu insanların həyatı mürəkkəb qadağalar sistemi altına
düşürdü. Bu qadağalar insanın ayrı-ayrı hərəkətlərinin
üstünə yığılır və onların ayrı-ayrı əşyalara, predmetlərə
toxunması qadağan olunurdu. Qadağaların pozulması isə öz
ardınca yeni təhlükəli nəticələr ortaya çıxarırdı ki, burada da
məhz insan fövqəlqüvvələrin qurbanına çevrilirdi.
Qaraqalpaqların sehrli nağıllarının əksəriyyəti evi, yaşayış
yerini, hər hansı bir yerə toxunmanı, hər hansı bir iş haqqında
danışmanı, nə isə etməni qadağan edirdi. Yadımıza salaq
ki, qaraqalpaq sehrli nağıllarının bir neçə yerində məsələn,
«Səndən təsəyin kim tərəfindən
tikilməsini soruşduqda,
demə» («Gülziba»), yaxud «Götür bu açarı, göz-bəbəyin kimi
onu qoru. Bu açarla sən bütün otağı mənim sarayımda aça
bilərsən, amma ən axırıncı, qırxıncı otağa baxmağa çalışma»
(«Cadugər»), «Tək qalmış ağac altında quyunu qaz, məni
orada qoy…, amma bu barədə cadugərə bir kəlmə də söz
demə» («Cadugər»), ilanın cigitə qızıl daş hədiy yə etməsi
də qaraqalpaq nağılında öz əksini tapmışdır (“Qızıl daş”).