Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə57/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
226
227
tələb edir. Günxoca da xan sarayına gətirilir. O, buraya heç də 
həvəslə  gəlmir. Digər  şairlərdən fərqli olaraq Günxoca xana 
yalan vəd vermək istəmir. O, özündə güc toplayıb, xanın 
qəddarlığı  və xan hakimiyyətinin  ədalətsizliyi haqqında 
həqiqəti söyləyir. Hədiyyələr paylanan zaman Günxoca Xivə 
hakiminin vilayətindəki hökm sürən vəziyyəti tənqid atəşinə 
tutur. Belə tənqidə baxmayaraq, Günxoca xalq arasında böyük 
nüfuza malik olduğundan xan şairə qarşı heç bir cəza tədbirinə 
əl ata bilmir. Günxocanın «Yarımkor dəvəyə müraciət» adlı 
satirik şeirində biz xan «mərhəmətli» olduğundan cana doymuş 
şairin və xalqın kədərli obrazını görə bilirik. 
    Bu şeirdə müəllifin fərdi bədbəxtliyi ilə  cana doy muş 
xalqın həyatında üst-üstə düşən məqamlar  əks olun 
maqla 
yanaşı müdrik şairin xalqı  səbr və  təmkinə çağıraraq, onu 
 
xoşbəxt günlərin gələcəyinə inandırmağa çalışdığının  şa hidi  
oluruq. Günxoca çoxsaylı lirik şeirlər,  şeir-bənzət mələr, təm-
sillər qələ mə almışdır ki, onların sırasında,  “Qamış” «Ara ba», 
«Qara daş» xüsusilə  səciyyə vidir.  Bu  şeirlər siyasi şərtiliyi ilə 
seçil məklə, xan hakimiyyətinə qarşı yönəl dilmiş dir.
Günxocanın yaradıcılıq fəaliyyəti ilə bağlı fikirləri  ye kun laş-
dı rarkən, qeyd edək ki, o, öz əsərləri ilə  qaraqalpaq  poe zi ya sı na 
yeni bədii priyomlar gətirmiş və  qaraqalpaq ədəbi dilinin for-
malaşma sında böyük uğurlar əldə etmişdir. Elə buna görə də 
Gü nxoca  yaradıcılığı qaraqalpaq ədəbiyyatında sosial satira nın 
inkişafında mü hüm mərhələ kimi dəyərləndiri lməkdə dir. 
3. Hacıniyazın yaradıcılıq taleyi
Qaraqalpaq poeziyası Hacıniyaz Kosıbay ulı (1824-
1878) yaradı cı lı ğında yeni mərhələyə  qədəm qoyur. O, 
Amudəryanın Aşamaylı-Kıyat aulunda anadan olmuşdur. 
Hacıniyaz  əvvəl  Şirqazi mədrəsəsində, daha sonra 
Kutlmurat-inak mədrəsəsində  təhsilini davam etdirmişdir. 
Varlı ailədən çıxmış Hacıniyaz dövrünə görə geniş  təhsil 
almaqla ana dili ilə yanaşı digər türk dillərini (özbək və 
türkmən) mənimsəmiş, fars və  ərəb dillərini mükəmməl 
bilmişdir. Firdovsi, Sədi, Hafiz, Nizami, Nəvai, Füzuli, 
Məhdimqulu və b. yaradıcılığını dərindən mütaliə etmişdir. 
Hələ  gənclik illərində onun şeirləri nəinki qaraqalpaqlar, 
həm də qazaxlar arasında məşhur olmuşdur. Hacıniyaz həm 
də son dərəcə istedadlı natiq və gözəl musiqiçi olmuşdur.
Təhsilini başa vurduqdan sonra  Hacıniyaz səyahət 
etmiş,  qazax la rın, noğayların, başqurdların həyatı ilə tanış 
olmuşdur.  Məhz bu illərdə  «Ölkəm var», «Ah, Dariyxa», 
«Menqli adlı  qızla yarış» və s. əsərlərində, o, bir tərəfdən, 
gəncliyi, sevgini, gözəlliyi tərənnüm etmişsə, digər tərəfdən, 
eyni zamanda insanlardakı qüsurlu cəhətləri tənqid atəşinə 
tutmuşdur.
Hacıniyaz  əsərlərini təkcə öz ana dilində deyil, həm də 
özbək dilində yazmışdır. Bu baxımdan onun «Bu səhər», 
«Kədər» və digər əsərləri daha xarakterikdir. Hacıniyaz həm 
də Məhdimqulunun əsərlərinin qaraqalpaq dilinə tərcüməçisi 
kimi tanınmaqdadır. O, qaraqlapaq poeziyasında ilk dəfə 
klassik janrlardan olan «müxalles» (“müxəmməs”) janrından  
istifadə etmişdir. Hacıniyazın poeziyası öz musiqililiyi, 
ciddi qafiyəyaradıcı elementlər, intonasiya bitkinliyi, uğurlu 
müqayisələr, bədii təsvir vasitələriylə zəngindir. O, bununla 
qaraqal paq  poeziyasının sərhədlərini genişləndirmiş, həm 
də onun inkişafında  şərq klassikasının təcrübəsindən geniş 
istifadə etmişdir. Hacıniyaz aytısın (müşairə  janrının) 
mükəmməl ifaçısı kimi tanınmışdır. Xüsusən onun qazax 
şairəsi Menqli Qızla birgə aytısı daha çox diqqətçəkəndir.  
İki  şairin aytısı 1878-ci ildə Daşkənddə  çıxan «Türküstan 
vilayətinin qəzetə»sində  nəşr olunmuşdur.  
Hacıniyaz yaradıcılığına türkmən  ədəbiyyatının  klassiki   
Məh dim qulunun  xüsusi  təsiri  olmuşdur. Hacıniyaz xalqının 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
228
229
maariflən mə  uğrunda mübarizəsini də  əsərlərində kifayət 
qədər görümlü əks etdirmişdir.
Konqrad üsyanında Xarəzm qaraqalpaqları, qazaxlar və 
özbəklərlə birgə iştirak edən (1858-1859) Hacıniyaz Bozatau 
kəndində xan ordusu tərəfindən  əsir götürülmüşdür. Bu 
zaman xalqın bir hissəsi məhv edilmiş, digər bir hissəsi 
qula çevrilmişdir. Bütün bunları görən Hacıniyaz özünün 
«Bozatau» tarixi nəğməsini yazmışdır ki, bu nəğmə 
Hacıniyazın bəstələdiyi musiqi ilə ifa olunmuş və nəğmədə 
hüznlü hisslər daha böyük üstünlük təşkil etmişdir: 
Сəн  баг идин, булбил ушты зар калды,
Путкил сийнем жанды шите дəрт калды,
Кыйсык Поркан атау сени йаг алды,
Басы куилы, соны уайран Бозатау.
Козим яшлы мен кетермен, шарам йок,
Бир кудадак баска пушты панам йок,
Хəмме кетти, сенде тура радам йок,
Хош аман бол, бизден калдын Бозатау.
Зийуарын хошласар кядиринни билин,
Козини яшартын, багрыны тилип,
Аман болса хал сорасар бир келин,
Хош аман бол, бизден калдын Бозатау.
20
Hacıniyaz Xivə xanının üsyançılara qanlı divan tut du ğu-
nu, kəndləri yerlə yeksan edib viran qoyduğunu, yüzlərlə 
insan ları qula çevirdiyini, bu insanların əksəriy yəti nin  qəm-
dən, qüssədən məhv oluduğunu göstərir. Cigitlər məhv edilir, 
şairin özü əsir götürülür. O, müdafiəsiz qaldığını gördükdə 
Allaha müraciət edərək ondan kömək diləyir. Poemada 
Hacıniyaz faciəyə düçar olan insanları  hərtərəfli və  dərin  
kədərlə  təsvir etməklə doğma torpaqla vidalaşır, bəyləri, 
xanları lənətləyir və faciənin əsl səbəbkarlarını tənqid atəşinə 
tutur. Bununla belə Hacıniyaz poeziyasında həyata inam da 
özünü bariz şəkildə  əks etdirməkdədir. O, heç də ruhdan 
düşmür.  Şair inanır ki, zaman gələcək, hər  şey dəyişəcək. 
Bozatau xoşbəxt günlərinə qovuşacaqdır. 
Bozatau faciəsi şairin xalq taleyi, birliyi haqqındakı arzu-
istəklə rini  də  bədbinliyə düçar etmişdir. Məhz bundan 
sonra Hacıniyazın həyatının divanəlik dövrü başlayır və 
o, vətəndən kənarda yaşamağa məcbur olur. Aral dənizi 
ətraflarında yaşayan qazaxların yanına gedir, sonra 
Orenburqa, Tatarıstana, Başqurdustana və Ural çöllərinə 
üz tutur. «Gərək»  şeirində Hacıniyaz istismarçıları, xanları 
qəzəblə ifşa edir: 
Согис кентирип амага,
Исин жиберип камарга,
Аулдагы кəткудага,
Сапы жок кара пул керек.
Халык сораган аталыкка,
Исин жиберип каталыкка,
Куш берип онбес салыкка,
Халыкты постырган сол керек.
Озин сатып акшага,
Адамын комин пахшага,
Халыкта сораган патшага,
Кунде, кунде урыс керек.
Сорлы пукара халыкка,
Кол созык бархажарыкка,
Конбей бир неше салыкка,
Жайнап-жансар заман керек.
21
 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə