Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə65/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
258
259
vəziyyətinə qarşı  çıxırdı («Bibican»), oğruları, müf təxorları 
lənətləyirdi. («Mən  əvəzini verərəm») və s. və i. a.
Seyfulqabit Məcidov (1869-1938) - XX əsr qaraqalpaq 
ədəbiyyatının yaradıcılarından biri hesab olunmaqdadır. O, 
Qazan quberniyasında anadan olmuşdur. Öz valideynlərilə 
gənclik dövründə  gəzdiyi Qaraqalpaqstan isə onun ikinci 
vətəninə çevrilmişdir. 
Tezliklə qaraqalpaq dilini mükəmməl öyrənən S.Məcidov 
bütün istedad və bacarığını qaraqalpaq ədəbiyyatının 
yaranmasına və maarifçiliyin inkişafına həsr etmiş, qaraqalpaq 
milli məktəbləri üçün ilk dərsliklərin müəllifi kimi geniş 
fəaliyyət göstərmişdir.  Əksər  şeirlərində  gəncləri biliklərə 
yiyələnməyə çağırmışdır. Məcidovun  ədəbi yaradıcılığında 
dramaturji janr son dərəcə böyük rol oynamışdır. 
Onun «Bağdagül», «Təzəgül», «Yernəzər Alagöz» kimi 
pyesləri müxtəlif illərdə qaraqalpaq teatrının səhnəsində 
müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Təsadüfi deyildir 
ki, S.Məcidov K.Auezov və A.Ötepov ilə birlikdə qaraqalpaq 
dramaturgiyasının  əsasını qoyanlardan  hesab edilməkdədir.
«Qaraqalpaq şairləri» kitabına ədibin «Azadlıq ulduzu», 
«Qaraqalpaq», «Gəlinlərə  və  təzə  gəlin gedənlərə», «Əl 
çək», «Atalarımız», «Qızlara», «Yorulma Dixayle» və başqa 
bu kimi əsərləri rus dilinə S.Severtsev
7
  tərəfindən tərcümə 
olunmuşdur. S.Severtsev S.Məcidovun və ümumi qaraqalpaq 
poeziyasının ən tanınmış təbliğatçılarından biridir. Adlarını 
çəkdiyimiz və digər  şeirlərində o, xalq həyatının gerçək 
obrazını yaratmağa müvəffəq olmuşdur: 
Xanlar dövrü sən kim idin, qaraqalpaq,
Vətəninsə zindan idi, qaraqalpaq,
Hamı səni “avam” deyə çağırırdı – 
Hamı üçün sən qul idin, qaraqalpaq. 
Hər yetənlər şərəfini tapdalatdı,
Bədbəxtliyin sənin say-hesabsızdı,
Qədim ruhun bəlkə çiçək açmazdı,
Damarında qan qurusa, qaraqalpaq.
Bax, heç zaman sən yolundan sapınma,
Zəhmətə çox qatlaş – geridə qalma,
Daim get irəli – heç vaxt yorulma,
Bil ki, indi doğulursan, qaraqalpaq.
Oyan! Mürgü döyən xalqın gücsüzdür,
Səmtin irəlidir  - için zəngindir,
Azadlıqla uğur heç  mümkünmüdür?!
Əgər vətən qaranlıqsa, qaraqalpaq.
S.Məcidov iki bir-birindən fərqli dövrün müasiridir. 
Onun məktəblərin yaradılması ilə bağlı təşkilatçılıq fəaliyyəti, 
ilk qaraqalpaq qəzetinə redaktorluğu və  çoxsaylı  şeirləri, 
pyesləri, nağılları, təmsilləri  XX əsr qaraqalpaq ədəbiyyatının 
ilk nümunələri hesab olunmaqdadır. S.Məcidovun  ən çox 
sevdiyi mövzulardan biri təhsil mövzusu idi. Onun bu 
tipli  şeirləri sırasında xüsusən «Get öyrən», «Təzə arna», 
«Qızgetgen» və s. əsərləri maraqlıdır.
Seyfülqabit Məcidov həm də klassik tatar poeziyasının 
görkəmli nümayən dəsi, böyük Sabirin müasiri, Azərbaycan 
oxucularına yaxşı tanış olan Q.Tukayın əsərlərinin qaraqalpaq 
dilinə  tərcüməçisidir. 
***
Ayapbergen Musayev (1880-1936) - xalq şairi Ayarber-
gen Musayev XX əsr qaraqalpaq ədəbiyyatının banilərindən 
biridir. 
Ayapbergen Musayevin şeir yazmağa meyli onda lap 
gənc yaşlarından özünü büruzə vermişdir. Məsələn, onun 
«Gölə  tərəf qaç» şeiri hələ  əlyazma  şəklində  nəşr olunan 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
260
261
«Qızıl müəllim» («Qızıl muqallim») (1930, №1) jurnalında 
nəşr olunmuşdur. A.Musayevin şeirləri hələ ilkin dövrlərdə 
dildən-dilə gəzirdi, həmyerliləri şairin əksər əsərlərini əzbər 
bilirdilər. Son dərəcə bacarıqlı deklamsiyaçı Jumamurat 
Zülabi onun əsərlərini tez-tez xalq arasında  əzbərdən 
oxuyardı.
Hələ yaradıcılığının ilkin dövründə o, satirik və yumoristik 
şeirləri ilə tanınırdı. Bu şeirlərdə  əsasən cəmiyyətdə olan 
eybəcərliklər tənqid atəşinə tutulurdu. Lakin şairin yaradıcı 
potensialı 20-ci illərdə daha güclü şəkildə açılmağa başladı. 
Musayev öz yaradıcılığında əsas etibarı ilə  həyatı əks etdirir, 
yeni sosialist həyatında olan sarkastik-ironik tərəfləri, onda 
yeni mənəvi-əxlaqi dəyərlərin formalaşmasına mane olan 
xüsusiyyətləri göstərirdi.
A.Musayevin  əsərlərinin mövzusu rəngarəng və 
çoxplanlıdır.  Əgər onun əsərlərinin bir qismində aydın,  
obrazlı rənglərlə sosial qeyri-bərabərlik ifşa edilir və burada 
bəzi ənənəvi elementlərdən yararlanmaqla mübaliğədən   və 
başqa  bədii ifadə vasitələrindən istifadə edilirsə, digərlərində 
şəxsiyyətin mahiyyətini, onun ictimai-sosial bütövlüyünü, 
insanın zahiri təbiətinin təsvirini təhlildən kənarda saxlayırdı. 
Şairin yaradıcılığı üçün xarakterik olan başlıca bir şey insanın 
daxili aləminə baxış idi. A.Musayev əsərlərini olduqca aydın, 
obrazlı aforistik bir dillə qələmə alırdı.
A.Musayev qaraqalpaq xalqının  şifahi-poetik və klassik 
irsinə böyük hörmətlə yanaşırdı. Doğma poeziyanın dərin 
bilicisi olan şair  əsərlərində xalq motivlərindən məharətlə 
istifadə edirdi. Təsadüfi deyildir ki, hələ 30-cu illərdə 
A.Musayev ilk folklor etnoqrafik ekspedisiyası zamanı öz 
doğma aulunda (Konqrad rayonunda) çoxsaylı qaraqalpaq 
nəğmələrini qələmə almışdı.
Onun yazdığı poetik nümunələr sırasında «Başlayır», 
«Ver məyin», «Onların var», «Qaraqalpaqların var», «Hara-
da?», «Gölə qaç», «Qara eşşək», «Dostlar», «Ekspromtlar», 
«Qazax bəyə» və digərləri daha geniş yayılmışdır. 
«Qaraqalpaq ların var» şeirində  şair dogma diyarın və xalq 
həyatının geniş  mənzərəsini yaradır və onun ənginliklərini 
- göllərini, təbiətini, ceyranlarını, marallarını, cigitlərini 
maraqlı boyalarla təsvir edirdi. 
A.Musayev poeziyasının başlıca cəhəti onun yüksək 
bədiiliyi, dilinin obrazlılığı, üslubunun xoşagələnliyidir. 
Ümumiyyətlə, A.Musayev öz yaradıcılı ğında folklor 
ştamplarından və kitab dilindən kənar olmağa çalışmışdır. 
Ənənəvi simvolika, metaforiklik və obrazlılıq  A.Musayev 
yaradıcılığında, onun poetik şüurunda oxucuya güclü 
emosional təsir göstərirdi.
A.Musayevin yaradıcı bacarığının inkişafına, tədqiqatçılar 
qeyd etdiyi kimi, onun öz dövrünün istedadlı  şairləri ilə 
əlaqələri səbəb olmuşdur. Onların sırasında Molla İsgəndər, 
Gülmurat  şair, Seyfulqabit Məcidov, Həmzə  Həkimzadə 
Niyazi, Həsən Begimov, Əbdürrəhman Ötepov, Xocamet 
Əhmədov, Sıdıq Tokpan oğlu, Kallı Ayımbetov və başqaları 
olmuşlar.
Öz növbəsində A.Musayev yaradıcılığı Sadıq  şairin, 
Əbdürrəhman Ötepovun, Xocamet Əhmədovun, Həsən 
Begimovun və digərlərinin yaradıcılığına təsir etmiş, onlar 
şairin poetikasının özünəməxsus xüsusiyyətlərindən və 
sirlərindən yararlanmağa çalışmışlar. Məşhur qaraqalpaq 
şairi Sadıq Nurumbetov Ayapbergeni özünün ən nüfuzlu 
ustadlarından biri hesab etmişdir.
8
Ömrü iki əsrin payına düşmüş A.Musayev öz yara dıcı-
lı ğın da  qaraqalpaq şairlərinin həmin dövr üçün xarak terik 
olan bədii axtarışlarının xüsusiyyətlərini əks etdirməyə çalış-
mış dır. Şair yaradıcılığında qaraqalpaq folklorunun və yazılı 
ədə biyyatının, türk və şərq klassikasının ən gözəl ənənələrini 
inkişaf etdirməyə çalışmışdır.  Şifahi və yazılı  ənənələrin 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə