Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
246
247
XX əsr qaraqalpaq ədəbiyyatının inkişafında
həm də
kütləvi mətbuat böyük rol oynayırdı. «Erkin qaraqalpaq»
(“Azad Qaraqalpaq”) «Birinşi addım» (“Birinci addım”)
qəzetləri ətrafında yeni ədəbi qüvvələr formalaşır və inkişaf
edirdilər. Xeyli şairlər əvvəl qəzetlərdə müxbir kimi fəaliyyətə
başlayır, burada, əməkdaşlıq edən gənc şairlər X.Əhmədov,
A.Matyaqubov, A. Ötepov, J.Ay
mir
zəyev, A.Begimov
kimilərə, həm də yaşlı nəslin nümayəndələri A.Musayev,
A.Dabılov, S.Nurumbetov və s. qoşulurdular. Digər bir
tərəfdən 1924-cü ildə Qaraqalpaqstan Muxtar Vilayətinin
yaradılması regionda ədəbiyyatın, incəsənətin inkişafına xü-
susi təkan verirdi.
3
Məhz bu dövrdən başla ya raq Qa raqal-
paqstan təkcə Özbəkistan, Qazaxstan,
Türkmənistan ilə
deyil, həm də Rusiya və Avropa ilə əlaqələri genişləndirməyə
başlayırdı. Əgər şərq poeziyası Qaraqalpaqstanda Jien Jırau
dövrünə qədər daha geniş çevrədə yayılmışdırsa, bu dövrdən
şairlər digər milli ədəbiyyatlara – türk və şərq mədəniyyəti
kon tekstindən kənarda olan ədəbiy yatlara da müraciət edir-
dilər. Dövrün ictimai-tarixi şəraiti, onun ziddiyyətli xüsusiy-
yətləri ədəbiyyatdan həyatın dərinliklərinə baş vurmağı,
gerçəkliyi bədii cəhətdən doğru-dürüst əks etdirməyi tələb
edirdi. Bununla belə qeyd
etdiklərimizə baxmayaraq, bu tipli
estetik irəliləyişlər qaraqalpaq ədəbiyyatının hələ də dövrün
ədəbi müstəvidə mövcud olan problemlərindən geridə
qaldığını göstərirdi. Nəzərdən keçirilən dövrdəki tənqid
qeyd edirdi ki, bəzi əsərlərin qəhrəmanları son dərəcə avam
və geridə qalmış kimi təqdim edilirdilər: şairlər heç də canlı
obrazlar yarada bilmirdilər. Onların yaradıcılığı hələ də köh-
nə ənənəvi poetik ştamp, priyom
və arsenal daxilində qal-
maqda davam edirdi. Bununla belə həm də mühüm bədii pri-
yom axtarışları gedir, yeni ideya - yaradıcı vəzifələrin ortaya
qoyulması və əsərlərin realist cizgilərlə zənginləşdirilməsinə
can atılırdı. Əgər, bir tərəfdən, qaraqalpaq ədəbiyyatının inki-
şa fına doğma ümumtürk və şərq ədəbiyyatı təsir edirdisə,
di gər tərəfdən, həm də rus və dünya ədəbiyyatının təsirini
bu ra da hiss etməmək mümkün deyildi. Buna görə də qara-
qalpaq ədəbiyyatında yeni formaların, yeni bədii priyomların
ya ranması və obrazların açılması özünü daha aydın
büruzə
verir di. Qaraqalpaq şeirində rus şairlərinin yaradıcılığı üçün
xarak terik olan (V.Mayakovski, V.Bryusov, D.Bednı və s.) for-
ma lar dan istifadəyə üstünlük verilirdi. Belə şeir nümunələri
J.Aymirzəyevin yaradıcılığında özünü daha yaxşı əks
etdirirdi. Belə yanaşma həm də xeyli cəhətləri ilə qaraqalpaq
ədəbiyyatı üçün yenilikçi xüsusiyyətlərlə fərqlənirdi ki,
məhz bu dövrdə yeni ritm yaradan elementlər daha çox
görünməyə başlayırdı. Yazıçılar əsərlərində siyasi və sosial
məsələləri daha ciddi şəkildə ortaya qoymağı öyrənir, yeni
söz və ifadələr axtarır, qaraqalpaq milli şeirinin yeni ifadə
imkanlarını genişləndirməyə can atırdılar.
Uzun tarixi zaman kəsiyində XX əsrin ilk onilliklərində
qara qal paq ədəbiyyatında ən çox yayılmış janr yenə də poe-
ziya olaraq qalırdı. X.Əhmədov, A.Beqimov, D.Nazbergenov,
M.Daribayev, A.Dabılov, S.Nurumbetov və s.
öz dərin,
təsiredici lirik şeirləri ilə qaraqalpaq oxucularının məhəbbətini
qazanır, onların ürəyinə yol tapırdı. Sonralar J.Aymirzəyev,
T.Juma muradov, İ.Yusupov, A.Şamuradov, B.Kaipnəzərov,
N.Ja pakov, X.Seyidov, J.Seyidnəzərov, X.Turum betov, B.İs-
ma yılov, T.Seyidcanov, Q.Seyidnəzərov və s. qaraqalpaq
poe zi ya sını ye
ni bədii nümunələrlə zən ginləş dirməyə can
atır dılar.
Beləliklə, qaraqalpaq poeziyası xeyli məqamlarda çətin-
liklə də olsa öz sıralarını möhkəmlədərək 30-cu illərin sonu,
40-cı illərin əvvəllərindən daha monumental əsərlərlə yad-
da qalmağa çalışırdı. Artıq 30-cu illərdə qaraqalpaq ədə biy -
yatında yeni süjetli poema yaradılmağa başlamışdı. İlkin
əsər lər sırasında J.Aymirzəyevin «Jumaqul», «Mübarizə»;
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
248
249
M.Da ri ba yevin «Kaljan», «Ayım camal»; A.Beqimovun «Mü-
ba rizə oğlu» və s. əsərləri göstərmək olar. Bu yazıçılar öz
əsər ləri üçün mövzunu o dövrkü Qaraqalpaqstan həyatından
gö tü rür dülər. 30-40-cı illərdə burada
kollektiv, birgə təsərrü-
fatla rın yaranması geniş şəkildə aparılırdı. Elə bu prosesin
özü də xeyli qaraqalpaq sənətkarları üçün təsvir predmetinə
çevrilirdi. Məsələn, J.Aymirzəyevin «Jumaqul» poemasında
gənc qaraqalpaq qızının taleyindən söhbət açılırdı. Burada
qızın öz sevgilisi Bazarbaydan qaçması göstərilir. Jumaqul və
onun sevgilisi Otemurat yeni təsərrüfata yazılırlar. Poemanın
konkret süjet xətti olmasa da, bəzi məqamlarda Jumaqulla
Otemuratın kimliyi oxucuya yetərincə çatdırılmasa da, şairin
əhval-ruhiyyəsi əsərdə dövrün əsas problematikasını vermək
üçün şərait yaradır. Əsərdə kollektivin onları bəydən necə
xilas etməsi də yetərincə təsvir olunur.
Digər bir rakursda isə
J.Aymirzəyevin «Mübarizə» əsəri maraqlıdır. Bu poemada
müəllif özünü yetkin sənətkar kimi göstərir. Poema doğma
torpağa, təbiət mənzərələrinə, sadə insanların əməyinə,
xalq həyatında yeni dövrün əks olunmasına həsr edilmişdi.
Əsərdə uğurlu rənglərlə Tulepbergen və Toreniyaz obrazları
yaradılmışdır. Onlar yeni həyatla razılaşmaq istəmirlər.
Həmin dövrün qaraqalpaq tənqidi bu müəllifin poemasında
müsbət qəhrəman Karabayın təsvirinin uğurlu alındığını
qeyd etmişdi. Bununla belə əsərin danılmaz müsbət cəhətləri
ilə yanaşı, həm də xeyli çatışmazlıqlarının olduğunu da qeyd
etmək mümkündür. Xüsusən bu, zəif, deklarativ çıxmış
Bisenbəy obrazının təsvirində daha yaxşı görünür.
Qaraqalpaq ədəbiyyatının göstərdiyimiz dövr üçün
digər maraqlı sənət nümunələri sırasında – J.Aymirzəyevin
«Qızgetgen», D.Nazbergenovun «Saqa», M.Daribayevin
«Ayimcamal», «Xasan gölü», «Sərhəddə» və s. əsərləri qeyd
etmək olar.
Nəzərdən keçirdiyimiz
mərhələdə Böyük Vətən Müha-
ribəsi dövründə qaraqalpaq şairlərinin poetik məcmuələrinin
nəşrin dən danışmaq olar ki, burada «Vətən uğrunda», «Düş-
mənə qalib gələrik», «Vətənpərvərlik nəğmələri» və s.
kimi məcmuələr daha maraqlıdır. Bu ərəfədə J.Aymirzəyev
«Mənim dostlarım», «Yerbay batır» poemalarını, D.Nazber-
genov isə «İki qəhrəman» poemasını nəşr etdirir.
Böyük Vətən Müharibəsi illərində qaraqalpaq şairləri
əsərlərində ümumən dövrün pafosunu düzgün əks etdirməyə
səy göstərirdilər. Müharibə dövründə şifahi yaradıcılıq inkişaf
etsə də, bu dövrdə məhz vətənpərvərlik mövzusu daha geniş
yer tuturdu. J.Aymirzəyev «Batır», «Türkmən qızı Narcan»,
«Alovda», «Tamara», «Siyasi rəhbər Poladov», «Doğma alay»,
«Atlı Şahmurat» və s. kimi poemalar yazır ki, bu əsərlərdə çətin
dövrün sınaqları təsvir edilir, hərbi qəhrəmanlıqlar uğurla
mənalandırılırdı. Məsələn, J.Aymirzəyevin «Türkmən qızı
Narcan» poemasında elə qadınlar və qəhrmanlar haqqında
danışılır ki, onlar faşistlərə qarşı mübarizədə birgə çıxış
edirlər. Poemada həm də müharibədə öz doğma qardaşını
itirmiş qızın kədəri, qüssəsi tərənnüm edilir və Narcanın
düşmənə qarşı nifrəti onu məhz cəbhəyə gətirir.
Ака каны халктын каны,
Деп умтылды алга Наржан.
Коптин куши жаркылдайды,
Селтегенде найзасыннан.
4
Bu bəndin sətri tərcüməsi isə aşağıdakı kimidir:
Qardaş qanı, xalqın qanı,
Deyib irəli cumdu Narcan.
Qisas hissi alovlandı,
Nizəylə deşdi düşməni.
Digər qaraqalpaq şairi A.Turumbetov müharibə iştirak-
çısı kimi onun əvvəlindən sonuna qədər bütün qan-qa dası