Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
250
251
ilə birgə olmuşdur. Şairin müharibə dövründə yazdığı şeirlər
adətən hər hansı bir hərbi əməliyyatın
keçirilməsindən sonra
ortaya çıxırdı ki, bu əməliyyatlar əsərlərin məzmunu ilə
daha çox uyğunluq təşkil edirdi. A.Turumbetov qəhrəman
– döyüşçünün lirik obrazını uğurlu təsvir etməklə, onu öz
vətənini sevən qəhrəman kimi göstərirdi. Bütün bunların
hamısı A.Turımbetovun «And», «Berutte», «Ona qılınc
hazırlayın» və s. əsərlərində daha yaxşı əks olunmuşdur.
D.Nazbergenovun da lirik qəhrəmanı xalq maraqları
ilə yaşayan cəbhəçidir. Şair insanların tipik cizgilərini
maraqlı detallarla əks etdirmyə müvəffəq olur. Bunun bariz
nümunəsi kimi «Ana məktubu», «Cəsur ol», «And içirəm»,
«Bağışlamarıq, qisasımızı alarıq», «Vətənpərvər», «Siz yetim
deyilsiz», «Sehrli köynək», «İki bahadır», «Biz qalib gələrik»
və s. kimi əsərləri göstərə bilərik.
Hərbi mövzuya A.Şahmuradov da müraciət edib və bu
baxımdan onun «Get, oğlum, get», «Qızıl bayraq» və s. kimi
əsərləri xarakterikdir. Onun şeirlərinin
mövzu və məzmun
dairəsi daim zənginləşdirdi. Bu xüsusən «Yeni ildə», «Ana,
bağışla» və s. əsərlərdə yaxşı görünür. Bu nümunələrdə şair
böyük uğurla yeni şeir formalarından – beşlik, altılıq və
yeddilikdən istifadə edir ki, bu formalar sonralar qaraqalpaq
poeziyasında özünə daha çox yer ala bilirdi.
J.Aymirzəyevin yaradıcılığı ilbəil formalaşır, mü
kəm-
məlləşirdi. Müharibədən sonrakı illərdə o, müasir dövrü əks
etdirən mövzuda əsərlər qələmə alırdı. Bu baxımdan onun
«İşıqlı yol» əsərini qeyd etmək lazımdır. A.Şahmuradovun
«Xoşbəxt dövran» əsərində isə qaraqalpaq aulunun geniş
mənzərəsi əks olunmuşdur.
XX əsrdə bir sıra çətinliklərə baxmayaraq, qaraqalpaq
ədəbiyyatı ardıcıl
olaraq inkişaf edir, kamilləşirdi. Onun
formalaşmasında Seyfulqabit Məcidov, Jolmirzə Aymirzəyev,
Sadık Nurumbetov, İbrahim Yusupov, Tulepbergen Kaip-
bergenov, Tolıbay Kabulov və digərləri xüsusi rol oyna-
yırdılar.
XX əsr qaraqalpaq şairlərinin yaradıcılığı improviza-
siyalara söykənərək inkişaf etməklə həyatın özü ilə yeniləşir,
yeni türk və şərq klassikasının təcrübəsi ilə zənginləşir, onun
ənənəvi formaları yenidən
dərk edilir, şifahi poetik sənətin
qanunlarına uyğun olaraq inkişaf edərək irəliləyirdi. Lakin
klassik ənənə qaraqalpaq şairlərinin əsərlərində heç də öz-
özlüyündə yox, qazax, özbək, türkmən, Azərbaycan və rus
xalqlarının realist sənətinə uyğun olaraq inkişaf edirdi ki,
qaraqalpaq poeziyası məhz bu xalqların ədəbiyyatı ilə ciddi,
qarşılıqlı şəkildə formalaşmağa çalışırdı.
XX əsr qaraqalpaq poeziyasında peyzaj lirikası xüsu silə
inkişaf edirdi. Türk xalqları üçün ənənəvi olan (qeyd edək
ki, bu ənənənin qədim kökləri M.Kaşğarinin yaradıcılı ğın-
dan başlanğıc götürür. Onun «Divani-lüğat-it türk» əsə-
rində peyzaj lirikasının olduqca gözəl nümunələri təqdim
olun muşdur) bu janr ilin fəsilləri haqqında obrazlı plastik
təsvirlər, təbiət təsviri, azad əməyin təsviri ilə həmahənglik
təşkil edirdi. Ənənəvi ay üzlü gözəllərin vəsf olunması əmək
qəhrəmanlığı ilə əks olunur, onların gözəlliyi xalq idealının
əksi ilə həmahəngləşirdi. Məsələn, Novruz Japakov «Amu
sahillərində» adlı kiçik şeirlər məcmuəsində yenicə inkişaf
edən poeziyanın xarakterik xüsusiyyətlərini verə bilirdi. Yeni
qəhrəmanlar, yeni obrazlar qaraqalpaq şairlərinin əsərlərində
əksini tapırdı. Bu baxımdan qara
qalpaq ədəbiyyatında
zərbəçi Ayxan obrazı («Gözəl Ayxan haqqında şeirlər»),
zootexnik Juman haqqında hekayələr mühüm yer tuturdu.
Orta yaşlı sənətkarların şeirləri peyzaj lirikasının
ənənələrini daha da yeniləşdirilmiş şəkildə davam
etdirir
və onu müasir obrazlarla zənginləşdirirdi. Belə şairlərin
yaradıcılığı, məsələn, Abbas Dabılov, Qalım Seyidnazarov,
Sadık Nurumbetov və s. yaradıcılığı bütöv lirik qəhrəmanın
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
252
253
realist obrazını canlandır mağa şərait yaradırdı, burada nəinki
həyatın müxtəlif məqamları vəsf olunur, həm də yeni dövr
insanın xarakterik, özünəməxsus cəhətləri əks olunurdu.
XX əsr ümummədəni kontekstində genişlənmiş qara-
qalpaq ədəbi əlaqələr zəminində zənginləşən və inkişaf edən
ədəbiyyat digər ədəbiyyatlarla bərabər təcrübə topla ya raq
öz milli xarakterini də inkişaf etdirirdi. Məsələn, M.Seyid-
niyazov, İ.Yusupov əgər,
bir tərəfdən, klassik ədəbiy yata söy-
kə rənək Günxocanın, Hacıniyazın, Berdağın yaradıcılığından
qidala nırdısa, digər tərəfdən, qaraqalpaq poeziyasını yeni
tarixi şəraitdə və mərhələdə inkişaf etdirməyə çalışırdılar.
Onlar yeni planlı və amplualı sənətkarlar olmaqla, insanın
mənəvi idealına ekskurs etməyi, daxili aləminə enməyi daha
üstün tuturdular.
Müharibədən sonrakı illərdə qaraqalpaq şairləri insanların
əxlaq dünyasına baş vurmağa, onun mahiyyətini açmağa,
qəhrəmanların ümumiləşdirilmiş obrazını yaratmağa can
atırdılar. Bu dövrdə A.Dabılov «Bahar», «Sülhü sevirəm»,
T.Seyitcanov «Sevimli bahar», İ.Yusupov «Bəhmən baba
Moskvaya getdi», «Penza meşələri», J.Aymirzəyev «Vətən»
və s. şeirlərini yazmışdılar.
Müharibədən sonrakı mərhələdə qaraqalpaq ədəbiy-
yatına həm də yeni qüvvələrin gəlişi müşahidə olunur. Bu
dövrdəki istedadlı yaradıcı gənclər sırasında M.Seytniyazov,
D.Aymuradov, J.Dilmuradov, İ.Qurbanbayev, X.Saparov,
Ş.Seyitov, U.Xocanəzərov, K. Rəhmanov, T.Matmuradov və
başqaları vardı. Gənc şairlər əksər
hallarda sözçülükdən,
deklarativlikdən kənarlaşmağa can atır, oxucuların ürəyinə
yol tapmaqla, bədii sözün qüvvəsindən istifadə edərək poetik
obrazlar yaratmağa müvəffəq olurdular.
5
Oxucuların qəlbində Xocanazarovun «Doğma torpaq
əzizdir», «Arzu», «Mənim atam», «Hər şey köhnəlir»,
«Oyanma» və s. kimi əsərlər son dərəcə özünə böyük yer
tapırdı. «Doğma torpaq əzizdir» şeirində şair olduqca güclü
qarşılıqlı müqayisələr aparmağa müvəffəq olur: «Əgər sən
hamının kədəri, qüssəsi ilə birgə yanırsansa, sənin üçün
xoşbəxtlik əzizdir», «Əgər
sən vicdandan, namusdan kənarda
qalmışsansa, onda sənə ölüm yaraşır», «Əgər sən dostunu
itirmisənsə, onda sənə düşmən əzizdir» və s. kimi sərrast
ifadələrdən istifadə etməklə, müəllif öz fikrini xalq hikmətinin
köməyi ilə çatdırmağa üstünlük verirdi. «Arzu» şeirində
isə şair daha uğurlu şəkildə fantaziyasının qüvvəsindən
istifadə edirdisə, «Hər şey köhnəlir» şeirində o, sadəcə olaraq
dünyada hər şeyin köhnəl
məsindən və yeniləşmə sindən
söhbət açırdı.
Müharibədən sonrakı dövr qaraqalpaq poeziyası mövzu
rəngarəngliyi ilə seçilir. Burada Vətən haqqında, xalqlar
dostluğu, insanların əmək rəşadəti haqqında şeirlər daha çox
yer tutur. Bu şeirlərin əksəriyyəti Moskvaya – rus təbiətinə,
rus xalqına, rus insanlarına həsr olunmuşdur. Onların
sırasında İ.Yusupovun «Heç zaman», «Rus dənizinə»,
«Qafqaz», «Tələsərək» şeirləri, J.Aymirzəyevin «Vətən»,
«Mənim Moskvam», B.İsmayılovun «Moskva» və digər
şeirlərini göstərmək olar.
Qeyd olunan dövrün ən mühüm bədii hadisəsi kimi
A.Dabılovun «Bahadır» poema-dastanını hesab etmək olar.
Bu poemanın dili son dərəcə zəngin, olduqca gözəl və
obrazlıdır; şair burada öz personajlarının
dili ilə hədəfə
dəyən söz və kəlam, qanadlı, ibarəli ifadələrdən gen-bol
istifadə edir. Poema güclü milli koloriti ilə seçilir. Poemada
folklor ənənələri yeni bədii realist istiqamətdə inkişaf edir
və öz müasirliyi ilə seçilir. Abbas Dabılovun poemasının
xarakterik xüsusiyyətləri heç də digər qaraqalpaq şairlərinin
yaradıcılığında olduğu kimi özünü güclü şəkildə əks etdirmir.
Qaraqalpaq şairlərinin ustalığının yüksəlməsi həm də
dövrün aparıcı tendensiya larının bədii inikasının dərinliyinə