Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə66/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
262
263
A.Musayevin yaradıcılığında uğurlu sintezi onun əsərlərinin 
özünəməxsus luğu ilə  fərqlənməklə, XX əsr qaraqalpaq 
poeziyasının incilərindən hesab olunmaqdadır.
1980-cı ildə Qaraqalpaqstanda və Özbəkistanda Ayer-
bergen Musayevin 100 illik yubileyi böyük təntənə ilə qeyd 
olunmuşdu. 
***
Abbas Dabılov (1898-1970) – yaradıcılığında qaraqal paq 
klassik poeziyasının ən yetərli ənənələri əksini tapmış və o, 
XX  əsrdə bu ədəbiyyatın  ənənələrini özünəməxsus  şəkildə 
davam və inkişaf etdirmişdir.
A.Dabılovun uşaqlığı böyük ehtiyac içərisində keçmiş, 
gənclik dövründə o, Uralətrafı qazaxların içində olmuşdur. 
Eyni zamanda o, qissəxanlıq sənətinə yiyənlənməklə 
istedadlı qiraət ustası kimi tanınırdı. A.Dabılov qədim xalq 
dastanlarını çox böyük məharətlə ifa etmiş və nəticədə onun 
yaradıcılığı həm də ona uzun illər ərzində «Bahadır» (1945-
1966) poema-dastanını yazmağa təsir etmişdir. Bu, elə bir 
epik əsərdir ki, burada doğma xalqın milli xüsusiyyətləri və 
Qaraqalpaqs tanın XIX əsrdəki həyatının realist hadisələri 
əks olunmuşdur. A.Dabılovun «Bahadır» poema-dastanı 
qaraqalpaq ədəbiy yatının özünəməxsus hadisəsidir. Yüksək 
poetik ənənələrə söy kənən bu əsərə görə A.Dabılov Berdax 
adına  Qaraqal paqs tan  Dövlət mükafatına layiq görülmüşdür. 
O, Özbəkistanın və Qara qalpaqstanın xalq şairi olmuşdur.
A.Dabılovun ehtiyac içində keçirdiyi illər onun «Arzu» 
şeirində öz realist  təsvirini tapmışdır. A.Dabılovun 30-cu 
illərdə qələmə aldığı «Yoldaşlar», «Artellərdə birləşin» şeirləri 
də mövzu və  məzmun baxımdan maraqlıdır. Bu nümu-
nələrdə qaraqalpaq xalqının yeni təfəkkür tərzi əks etdirilirdi. 
Burada Qaraqalpaqstanda gedən yeniliklər qələmə alınır, 
kollektivləşmə təqdir edilir. Həmin dövrdə hətta A.Dabılovun 
özü kolxoz sədri də işləmişdir.
Böyük Vətən Müharibəsi illərində o, vətənpərvərlik 
pafosu ilə  fərqlənən  şeirlər yazmışdır. Bu baxımdan onun 
«Qorxaq cigit nəyə lazımdır?»  şeiri səciyyəvidir.
Xalq arasında A.Dabılovun «Berdağa», «Bizim Nökis», 
«Yaz», «Öyrən», «Bibisənəm» kimi şeirləri daha populyar 
olmuşdur. Xalq nəğmələrinin və dastan ənənələrinin, yazılı 
ədəbiyyatın – Nəvai və Məhdumqulu, Berdax və Haciniyaz 
ənənələrinin davamçısı olan A.Dabılov şeirlərində qaraqalpaq 
dilinin bütün zəngin  obrazlı xüsusiyyətlərindən yetərincə 
istifadə etməyə çalışırdı.
A.Dabılovun əsərlərinin əksər hissəsi özbək, qazax, rus və 
digər dillərə tərcümə olunmuşdur. Rus dilinə tərcümə olunan 
əsərlərin mütərcimlərı  sırasında A.Qolemba, S.Se 
vertsev, 
A.Xaustov, P.Kobrakov və digərlərinin adlarını çəkmək olar.
***
Sadıq Nurumbetov (1900-1972) -   Özbəkistanın və Qara-
qalpaqstanın xalq şairi, Berdax adına Dövlət mükafatı laurea-
tı, qaraqalpaq  poeziyasının görkəmli nümayən dələrin dən 
biridir.  Kegeyli rayonunda dünyaya göz açmışdır.  Şairin 
ilk  şeirləri yumoristik və satirik istiqamətlidir. Bu əsərlərdə 
Nurumbetov insanlardakı  zəif cəhətləri və eybəcərlikləri 
qələmə almışdır.
A.Dabılovdan fərqli olaraq psixoloji lirika ustası olan 
Nurumbetov  şeirlərində  vətəndaş lirikasına daha çox yer 
verirdi. Onun xalqlar dostluğu haqqında  şeirləri yüksək 
bədii keyfiyyətləri ilə seçilirdi. Şairin satirik və yumoristik 
şeirləri «Şamanlar», «Tənbəllər» və başqaları qrotesklə dolu 
və gülüş doğuran  əsərlərdir.  Bu əsərlər məhz onu yumor 
ustası kimi tanıtmışdır. «Qardaşlar» poema-dastanında isə 
müəllif  Xarəzm  ərazisində yaşayan xalqların dostluğunu 
vəsf etməklə, həm də onların yeni dövr və  cəmiyyətin 
qurulmasında iştirakaını  tərənnüm edirdi. A.Dabılov kimi 
Nurumbetov da şifahi epik yaradıcılığın ənənələrini uğurla 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
264
265
davam etdirirdi. Xüsusən onun xalq «Berdağ», «İpəkçi», 
«Janıl», «Qəmərilər» epik dastanlarında və digər əsərlərində 
bu cəhət özünü daha parlaq şəkildə  əks etdirir.
9
 
Otuzuncu illərdə Nurumbetov dəsti-xətti özünü daha 
 
yaxşı təzahür etdirirdi. Müharibə dövründə Nurumbetov bir 
sıra vətənpərvərlik ruhlu şeirlər yazıb-yaratmışdır ki, bunların  
sırasında «Vətən uğrunda», «Mənim oğlum», «Yenilməz 
əsgərlər» və s. kimi şeirlər daha üstün mövqedə dayanır.
Müharibədən sonrakı dövrlərdə Nurumbetovun yara-
dıcılıq axtarışları daha da intensivləşir. 50-70-ci illərin  əv-
vəllərində şairin onlarla şeirlər məcmuəsi nəşr olunur. Bu ba-
xımdan onun «Yaz», «Amudərya», «Davudgöl», «Tilləxan» və 
başqa əsərləri daha səciyyəvidir.  Nurumbetovun poetik yara-
dıcılığında yer alan «Berdağ» epik poeması, «Aral dənizin-
də», «İpəkçi», «Janıl» və “Bəxtiyar” lirik-epik dastanları XX 
əsr qaraqalpaq ədəbiyyatının mühüm səhifəsini təşkil edir.  
Nurumbetovun əsərləri xəlqiliyi, özünəməxsus xarakterik 
cizgiləri, yüksək bədii ideyalılığı və məziyyətləri ilə seçilir.
***
XX  əsr yeni yaranan qaraqalpaq ədəbiyyatı üçün həm 
də  Əhməd Ötepovun (1905-1934) yaradıcılığı  səciyyəvidir. 
Cəmi 29 il ömür sürmüş Ötepov  qaraqalpaq mədəniyyəti 
tarixində    və  ədəbiyyatında dramaturq, musiqiçi, rejissor, 
aktyor və s. kimi şöhrət tapmışdır. Ötepov qaraqalpaq 
teatrında həm də əsasən qadın rolunun ifaçısı kimi tanınırdı. 
O, son dərəcə yorulmaz və hərtərəfli inkişaf etmiş istedadlı 
insan, müvafiq təşkilati fəaliyyətlə yanaşı, həm də məhsuldar 
yaradıcılıqla məşğul olmuş,  bir sıra   dram əsərləri və 
komediyalar yazmış bacarıqlı sənət fədaisi kimi məşhur idi. 
Onun yaratdığı nümunələr sırasında  «Şaleke bəy», «Şübhə», 
«İkibaşlı boranı», «Aclığın səsi», «Odekolon», «Bu da sənin» 
və s. əsərləri mühüm yer tutur. Müəllif  əsərlərində yeni 
həyatı  vəsf etməklə, həm də yeninin inkişafına mane olan 
məqamları  tənqid etməyi diqqət  mərkəzinə  çəkirdi. 
***
20-30-cu illərdə xeyli sayda yeni istedadlı qaraqalpaq 
şairləri və yazıçıları fəaliyyət göstərmişlər ki, onların sırasında 
Aytı bay Matyaqubov, Həsən Begimov, Xocamet Əhmədov, 
İzba sar Fazilov, Jolmirzə Aymurzəyev, Dali Nazbergenov
Mir  zəqali Daribayev, Najim Davkarayev, Ahmet Şah mu ra-
dov, Artıq  Şahmuradov və başqalarının adını  çəkmək olar. 
Ad ları çəkilən bu sənətkarların  ənənəvi və yenilikçi, ümumi 
və özünəməxsus düşüncələri onların yaradıcılığında öz dol-
ğun  əksini tapmışdır. Bunu onların əsər ləri ilə tanış olduqda 
daha dərindən duymaq mümkün dür.
***
İyirmi dörd il işıqlı dünyanın sakini olan Xocaəhməd 
Əhmədov (1908-1932) - 20-30-cu illər qaraqalpaq poeziya-
sının görkəmli nümayəndələrindəndir. Siyasi lirika onun 
ən çox sevdiyi janrlardandır. Həyatda yer almış yabançı 
xüsusiyyətlərlə mübarizə aparmaq, yeni həyatın təsdiqi 
uğrunda çalışmaq,  əməyin vəsfi, xalq təhsili, qadın 
hüquqsuzluğu, özbaşınalıqlara qarşı barışmaz mövqe və s. 
kimi xüsusi cəhətlər onun yaradıcılığının başlıca mövzusunu 
təşkil edirdi. X.Əhmədovun «Yol verməyin», «Bu sənin 
borcundur», «Qoy qovulsun», «Ədalətlə bölüşdürün» və 
digər  əsərləri  çağırış xarakterlidir.
***
Mirzəqali Daribayevin (1909-1942)  əsərləri  əsasən 
vətənpərvərlik mövzusuna həsr olunmuşdur.  Şairin 
«Kalbikə», «Mavi göl», «Aypara», «Ayımcamal» poemaları 
əgər, bir tərəfdən, qaraqalpaq qadınlarının çətin həyat şəraitini 
əks etdirirsə, digər tərəfdən, müəllif obyektiv gerçəkliyi bütün 
tərəfləri ilə təsvir etməyə çalışırdı. Daribayevin qələmindən 
həm də «Arzu», «Yeni insanlar», «Koklen»  və s. kimi əsərlər 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə