Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
270
271
Qarabayla Kulman arasında
mübarizə gedir, Qarabay qalib
gəlib xalqın inamını qazanır. Mövzu orijinallığı və bədii
ustalığına görə “Mübarizə” qaraqalpaq ədəbiyyatının böyük
uğuru kimi dəyərləndirilməkdədir.
13
J.Aymirzəyevin digər «Biz mübarizədə qalib gəldik»
poemasının mövzusu həyat uğrunda mübarizəyə həsr
olunmuşdur. Bu poema çoxplanlı bir əsərdir. Buna
baxmayaraq, bəzi hallarda poemanın son hissələri, demək
olar ki, «Mübarizə» poemasının sonlarını təkrarlamaqda və
xatırlatmaqdadır.
J.Aymirzəyevin digər poemaları da koloritliyi ilə seçilir.
Bu baxımdan «Oн тöрт жылда» («On dörd ildə»), «Он бес
жылda» («On beş ildə»), “Хабаршынын гайраты”(«Müxbirin
qəhrəmanlığı»), «Jumaqul» poemaları xüsu silə səciyyəvidir.
«Jumaqul» poeması həm də şairin yara dıcılığı nın dinamik
göstəricisidir. Bu əsərdə qəhrəmanların
daxili xarakterlərinin
uğurlu açıldığı xüsusi olaraq qeyd edilmiş dir.
14
Burada
əsərdəki personajların fəaliyyət və davranışında, onların
qarşılıqlı mübarizəsində müsbət və mənfi obrazların yeri
və rolu müəyyənləşir. Poemada peyzaj əsərin məzmununa
ciddi şəkildə müsbət təsir göstərir, qəhrəmanlar üçün xüsusi
psixoloji fon yaradır.
J.Aymirzəyevin yaradıcılığında həm də «İki batır»
poeması mühüm yer tutur. Poema dörd hissədən ibarətdir.
«Yadigar», «Qərargahda», «Paraxat» və «Görüş» kimi hissələr
bir-birilə üzvü şəkildə bağlı olmaqla
onlardan hər biri bir
neçə epizoddan ibarət olub tamamlanmış süjet xəttinə malikdir.
J.Aymirzəyevin özü müharibə iştirakçısı olmuşdur.
Buna görə də o, müharibəyə həsr olunmuş əsərlərini də
həmin gördüyü hadisələrin isti izi ilə yaradırdı. Bu baxımdan
şairin «Oğul», «Vətənin oğulları», «Qoşqar batır», «Mənim
yoldaşlarım», «Politruk Poladov», «Doğma alay», «Alovdan»,
«Ka valerist Şahmurad» və «Tamara» əsərləri daha koloritlidir.
J.Aymirzəyev yaradıcılığında epik təsvirin formalaş ma-
sına həm də rus poeziya nümunələri ciddi təsir göstər miş dir.
Burada M.İsakovskinin, V.İnberin, S.Marşakın və O.Ber qoltsun
əsərlərinin təsirini görüb hiss etməmək də mümkün deyildir.
«Politruk Poladov», «Mənim yoldaşlarım», «Doğma
alay», «Alovdan» ibarət olan silsilədə müəllif xalqın qəhrə-
manlıq mübarizəsi haqqında danışır, o, əsərdə vətən obrazını
xüsu si rənglərlə göstərir və eyni zamanda xalq vətən pər vər li-
yini, qəhrəmanlığını,
mərdliyini, insanların dözümlülüyünü,
müx təlif insan keyfiyyətlərini, müharibədə gedən döyüşlərin
təs virini yerli-yataqlı əks edə bilmişdir:
От ишинде жатыр ана,
От ишинде тууысканлар,
От ишинде жанган бала.
От ишинде анамыздын
Ак бедени куйген лаулан,
От ишинде атамыздын,
Каны аккан тынбий саулап.
От ишинде карындаслар
Комир яылы шэп боп жанган,
От ишинде кыз – жауанлар,
Айырылыскан турмысынан.
15
Bu bəndlərin sətri tərcüməsi isə belədir:
Od içində yatır vətən,
Od içində yanır ana,
Od içində doğmaların,
Od içində yanır bala.
Ataların bədəni də,
Od içində alovlanır,
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
272
273
Od içində ata qanı,
Yanır aram verməyərək.
Od içində bacılarım,
Yanır bir quru ot kimi,
Od içində qız-gəlinlər,
Həyata vida deyirlər.
Müharibənin son dərəcə vahiməli
nəticələrini əks etdirən
şair xalqları sülh və əmin-amanlıqda yaşamağa çağırır.
Bu poema digər poemalarla yanaşı, hərb dövrünün real
mənzərələrini doğru-dürüst əks etdirməklə xalqın daxili
mənəvi təmizliyini dərindən göstərməkdədir.
J.Aymirzəyevin bəzi poemaları sona çatdırılmamış
qalmış dır. Bunlara əsasən «Misir», «Məğlub edilmiş düş-
mənlər», «Məğlubedilməz batırlar», «And», «Dəniz mü ba-
rizləri» və digərləridir.
Bununla belə bütün bu tamamlanmamış əsərlər heç də
J.Aymirzəyevin yara
dıcılı ğının ümumi əhəmiyyətini aşağı
salmır. J.Aymirzəyevin
poetik yara
dıcılığı qaraqalpaq
ədəbiyyatında inkişaf etmiş poema janrının görkəmli nümu-
nə lə rindəndir.
J.Aymirzəyevin «Müharibə illərinin səsi», «Sevimli
vətən», «Qələbə marşı», «Aycamal», «Pambıq», «Təbrik
edirik» və digər əsərləri insana xüsusi qüvvət verməklə
oxucunu heç zaman laqeyd buraxmır. Onlar koloritli və ma-
raq lı olmaqla, həm də insanı yaşam
tərzinin müxtəlif prob-
lem ləri üzərində düşünməyə istiqamətləndirir. J.Aymirzə ye-
vin əsərləri olduqca melodik və musiqiyə yatım lıdır. Məhz
bu na görə də onun xeyli şeirləri xalq nəğmələrinin əsasını
təşkil etmişdir.
J.Aymirzəyev həm də məşhur «Kələkbəyin bicliyi»
adlı satirik romanın müəllifidir. Bu romanda yeni həyatın
qurulmasına mane olan qüvvələr ifşa edilmişdir.
J.Aymirzəyevin yaradıcılığının mühüm səhifəsini
müəllifin dramaturji fəaliyyəti təşkil edir. Onun pyesləri
və musiqili dram əsərləri «Leytenant Yelmurat», «Rövşən»,
«Əziz doktor» və digərləri uzun illər ərzində
Qaraqalpaq
Dram Teatrının repertuarında mühüm yer tutmuşdur.
3. İbrahim Yusupov fəlsəfi lirikanın
tanınmış nümayəndəsi kimi
İbrahim Yusupov (1929) Qaraqalpaqstanın Çimbay
rayonunun Azat aulunda anadan olmuşdur. Qaraqalpaq
Pedaqoji İnstitutunda təhsilini başa vurduqdan sonra o,
ali məktəbdə ədəbiyyat müəllimi işləmiş, «Amudərya»
jurnalı və «Sovet Qaraqalpaqstanı» qəzetinə redaktorluq
etmişdir. İ.Yusupov 1965-1980-ci illərdə Qaraqalpaqstan
Yazıçılar
İttifaqının rəhbəri vəzifəsində çalışmışdır.
İ.Yusupovun xidmətləri xalq və hökumət tərəfindən
yüksək
qiymətləndirilmişdir. O, SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin
üzvü kimi Qırmızı Əmək Bayrağı ordeni, Özbəkistan Ali
Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuş,
Qaraqalpaqstanın Əməkdar İncəsənət Xadimi və xalq şairidir.
İ.Yusupov yaradıcılıq fəaliyyətinə erkən başlamışdır.
Şairin yaradıcılıq bioqrafiyasında «Xoşbəxtlik lirikası»,
«Səhra romantikası», «Tomiris», «İlham pərisi», «Əsrin
axını», «Payızda köhnə tut ağacı yanında», «Qara papaq
haqqında dastan» “Kegeyli”, “Amudərya sonetləri”, “Ana
torpaq”, “Mənim ölkəm”, “Vətən” və s. mühüm yer tutur.
Moskvada «Dağ çayının nəğmələri», «Ürəklər meridianı»,
«Şeirlər», «Kərtənkələnin gözləri», «Qızılgül və yovşan» və
s.adlı məcmuələri rus dilində işıq üzü görmüşdür.
İ.Yusupov dramaturgiya janrında da olduqca məhsuldar
işləmişdir. Onun «Aktrisanın taleyi», «Həmişə şən Ömürbəy»,