28
Qazaxıstan, Almaniya, Türkiyə, İran, Da-
ğıstan və bir çox ölkələri gəzən şair, folklorşünas-
alim rastlaşdığı bir çox hadisələrə biganə qalmamış,
gördüklərini şeir dili ilə deməyi bacarmışdır.
Qazaxıstan səfəri zamanı “Qorqudun mə-
zarı” şeirində Dədə Qorqud ilə görüşür, dərdləşir,
məzarı yanında daş olmuş qırx qızı görür:
Qorqudumu gördüm əlində qopuz,
Məzarı yanında daş olmuş qırx qız,
Gözəllərdən biri şikəst, ayaqsız,
Yaralı ceyranın bərəsindəyəm.
Almaniyada olarkən yazdığı “Dəyməz” şeiri
ibrətamizdir.
Qürbət el bəzənə bir cənnət ola,
Yurdumun bir parça daşına dəyməz.
Az görmədim alçaq, uca dağları
Qoşqarımın qarlı qışına dəyməz.
Sədnik deyər, qürbət elin nə yazı?
Qürbət eldə ötməz könlümün sazı,
Min gül aça min dərəsi, min düzü
Vətənin boranlı qışına dəyməz.
Vətəninin boranını, qışını, şaxta-sazağını
qürbət elin min baharına, yayına dəyişməyən şair
29
yanılmır, Vətəninə qəlbən bağlı olduğunu bir daha
sübut edir.
Doğma, qardaş Türkiyəyə səfəri zamanı
yazdığı şeirlər, doğmalıqdan xəbər verir.
Mən qocaman dağlarını dolaşdım,
Bilməm hansı çəmənzara, getmisən.
Ay Yunis İmrənin sarı çiçəyi,
Necə olub ürəyimdə bitmisən?
Yunis İmrənin sarıçiçəyini ürəyində bitirən
Sədnik müəllimin Türkiyəyə məhəbbəti sonsuzdur.
“Pirsultan babam” şeirində Pirsultanı bahara
pirə, ocağa bənzədir, Azəri yurdunda dağ olduğunu
bildirir.
Türkiyə səfərləri zamanı yazdığı bitkin,
dolğun şeirlər insan qəlbini riqqətə gətirir.
“Araz” şeirində ürəyində Təbriz həsrətinin
olduğunu, ayrılığın göz yaşına çevrildiyini, Sava-
lana quş olub uçmaq istədiyini həsrətliklə Arazdan
soruşur:
Göyüm-göyüm göynəmişəm,
Bilirsənmi, neyləmişəm?
Dərd becərib, qəm yemişəm,
Qəmimi biçimmi, Araz?
Bu misraları oxuyanda az qalırsan ki, Araza
göz yaşı töküb hönkür-hönkür ağlayasan. Dərd
30
becərib, qəm yemək, qəm biçmək kimi ifadələr
təzadlı ifadələrdir.
Görkəmli bayatı ustadı Sarı Aşıq demişdir:
Mən aşiqəm ha sarı,
Sınıq könlüm ha sarı.
Aşiq dərddən ev tikdi,
Qəmdən çəkdi hasarı.
Sədnik müəllimin “Araz” şeirində söylədiyi
fikirlər əsrlərin o tayını adlayaraq ustadı Sarı
Aşığın oxşarlığına üz tutur, ondan ibrət dərsi
götürdüyünü bir daha təsdiqləyir.
Folklorşünas-alim, şair adını qazanan
S.P.Pirsultanlı Azərbaycan ədəbiyyatı tarixində
özünə görkəmli yerlərdən birini tutmuşdur. Yaşı
səksəni keçməsinə baxmayaraq gənclik həvəsi ilə
yazır, yenə də yaradır. Günlərlə oturub onunla
söhbət etsən, görərsən ki, hər bir söhbəti şifahi
xalq ədəbiyyatına söykənir. Onun dadlı, duzlu kə-
lamlarını, atalar sözləri, lətifələr, gülməcələr
şirinləşdirir.
Sədnik müəllimin poetik duyğuları xalqı-
mızın qan yaddaşından süzülüb gələn saf bir
çeşməyə bənzəyir. Bu bənzəyişdə xalq ruhu ay-
dınca hiss olunur. Xalq ruhundan qaynaqlanan,
yaranan əsərlər unudulmur, yaddan çıxmır.
31
“Təbrizim layla” şeirində elə bil ki, Təbriz
bir ağbirçək anadır, nakam övladına layla çalır,
ayrılıq iztirablarına dözə bilmir:
Mənə də körpələr kimi,
Layla, de, Təbrizim, layla.
Di ələ al ürəyimi,
Layla, de, Təbrizim, layla.
Az çəkmədik zülm-zillət,
Hər dərdimiz bir hekayət,
Döyülməyən olmur, millət,
Layla, de, Təbrizim, layla.
“Bağdaddan gələn qəmli səslər” bölümündə,
“Durnalar” şeirində Bağdadın dərdinə dözməyərək
göz yaşı tökür, Füzulinin ahının ərşə dayandığını
ürək yanğısı ilə bildirir:
Bağdadın hər günü qandı-qadadı,
Görən yazda gələcəkmi durnalar?
Dəşti-Kərbəlada, Vətən yolunda,
Şəhid olub, öləcəkmi durnalar?
Kəbənin qızıldan kərpici yandı,
Füzulinin ahı ərşə dayandı,
Sədnikin ürəyi qana boyandı,
Göz yaşını siləcəkmi durnalar?
32
Ü rəklərdə heykəlləşən Cəfər Cabbarlı, Mir-
zə İbrahimov, Rəsul Rza, Nazim Hikmət, Firidun
Şimşək, Bağır Ulduz, Ələddin Əsgərov, Həsən
Mirzə, Hüseyn Arifə yazdığı şeirlərdə də insan-
lığın incə çalarları nəzərə çarpır.
Xeyirxah və yaradıcı insanlara həsr etdiyi
şeirlər də öz motivinə görə seçilir.
Ustad aşıqlara xüsusi səhifələr ayıran şair
onların xalq qarşısında göstərdikləri xidmətləri
yüksək qiymətləndirib və onların sazla vəhdətini
birləşdirərək yaddaqalan şeir nümunələri yaradıb.
Sədnik deyər, unutmaram mən sizi,
Sizdə tapdım ilk cığırı, ilk izi,
Qorqudlu, Abbaslı keçmişimizi,
Yaşaya-yaşaya yaşadır aşıq:
- deməklə ilk cığırını, ilk izini aşıqlarda, sazda
tapdığını, - söyləyir.
Aşıq və müğənni qızlar da şairin yadından
çıxmamış, onlara xeyli sayda şeir həsr etmişdir.
Ay Gülarə, sazın niyə inləyir,
Hardan alıb bu kədəri, bu qəmi.
Hanı sənin şən avazın, ay zalım?
Dözəmmədim, yaş götürdü didəmi,
Dağa söylə, dağa göndər bu qəmi.
(“Gülə göndər”)
33
S.P.Pirsultanlı qəzəl janrına da müraciət
etmiş, bu sahədə dilimizin saflığını, şirinliyini
qorumağa çalışmışdır.
O tacidar Füzulinin, həm Seyidin, həm Vahidin,
Dəryayi-ümman içində ləli-mərcanı qəzəldir.
(“Qəzəldir”)
“Mənim mahnılarım” bölümündə də xeyli
şeirə yer verilmişdir. Bu mahnıların həzinliyi sanki
istidən pörşələnən ürəklərə sərin bulaq suyu səpir:
Dağ əriyər, göl quruyar,
Dağ tərpənər, dağ yeriyər,
Məhəbbətim dilə gəlsə...
Göydən günəş baxa bilməz,
Axar sular axa bilməz,
Məhəbbətim dilə gəlsə...
(Məhəbbətim dilə gəlsə...”)
Üçlük formasında yazılan belə şeir forma-
larına az məqamlarda rast gəlirik. Azər-baycan
poeziyasında nadir hallarda işlənən bu şeir forması
şairin tapıntısıdır:
Yaralanıb bilməmişəm,
Ü rəyimə, dəymə mənim,
Dostları ilə paylaş: |