16
Lakin Sədnik müəllimin “Bənövşə” adlı şeiri
tamamilə başqa bir formada oxuculara çatdırılır.
Bənövşəni insan hissləri ilə eyniləşdirir, bənövşə
kimi dərdini yara tez açdığını, lakin öz dərdini
bənövşədən az açdığına görə bənövşəyə xitabən
deyir:
Neynəyim ki, mən də yara dərdimi,
Sənin kimi tez açmışam, bənövşə.
Sən nələr çəkmisən bütün el bilir,
Mən dərdimi az açmışam, bənövşə.
Sədnik müəllimi gözəllik aşiqi kimi tanımaq
məqsədəuyğun olardı. Qarşısına çıxan bütün gözəl-
liklərdən yorulmur. “Dağlar gözəli” şeirini həssas-
lıqla qələmə alır, eşq oduna yanaraq Kərəmi
keçdiyini dilə gətirir.
Sədnik onu gördü sevdaya düşdü,
Yandı eşqi, amma Kərəmi keçdi.
Yüz gözəl içindən tək onu seçdi,
Köksündə ürəkdi, dağlar gözəli.
O, bu şeirində öz ülvi sevgisini Kərəmin
sevgisindən də üstün tutur, yüz gözəlin içindən
ancaq dağlar gözəlini seçdiyini vəsf edir.
Sədnik müəllim xalq ruhu ilə yaşamış,
qüdrətli, cəfakeş bir alim kimi xalq ruhundan
qaynaqlanan yaradıcılığını müqəddəs şeirlə qoşa-
17
laşdırmağı məharətlə bacarmışdır. Onun özü kimi
yaradıcılıq dili də sadə, diqqəti çəkəndir.
“Pirsultan pinarı” şeirində bu pinarın suyu-
nun bal daddığını, daşların mərcanı, ləli olduğunu
poetik boyalarla qələmə alır:
Nənəm, sən deyənlər oldu,
Sədnikə yadigar qaldı,
Pir Abdaldan payın aldı,
Aldı, Pirsultan pinarı.
“Qalıbdır” şeirində Qoşqar dağının zirvə-
sində yaza tala-tala qalan qarı qış fəslinin meyvəsi
adlandırır, yeni bir fikri ifadə edir.
Qoşqarımın zirvəsində,
Tala-tala qar qalıbdır.
Bir fəsilin meyvəsidir,
Qışdan yadigar qalıbdır.
“Bulaq” şeirini oxuduqda insan xəyalı ulu
keçmişə qayıdır, qoca ozan Dədə Qorqud gəlib
gözlərimizin önündə canlanır:
Səni görcək sehirləndim,
Qayalardan sızan, bulaq.
Qopuzunu sən çalırsan,
Hanı qoca ozan, bulaq?
18
Şairin yaradıcılığında təbiət təsvirləri üstün-
lük təşkil etməklə, arzu edir ki, ürək dönüb çiçək
olsun. Ç ünki nə ürək, nə də ki, çiçək əbədi
deyildir:
Ç içəklərdən dəstə bağla,
İçində bir ürək olsun,
Özün kimi gərək olsun.
O ürəyi gülə bələ,
Ü rək dönüb çiçək olsun.
Poeziyanın meyarı şairin yetkinlik meyarını
üzə çıxardan əsas amillərdən biridir. Mənəvi müd-
rikliyin meyarı, şəxsiyyətin harmoniyası, tapılan
epitetlərin gözəlliyi istedadla birləşərək yeni bir
poetik aləm yaradır:
Düşmənin mərmisi, gülləsi,
qoy mənə dəysin
Vətənimə dəyməsin.
Analar Sədnik adlı oğulu
bir də doğar,
Vətəni heç kəs doğa bilməz.
- deyən şair düşmən gülləsinin ona dəyməsini,
vətənə dəyməməsini istəyir. Bu istəyin daxilində
vətənpərvər hissli duyğular açıq-aydın hiss olunur.
19
Yollar kiçik cığırlardan başlayaraq böyük el
yollarına qovuşur. Bu yollar daşlı-kəsəkli, bəzən
isə hamar olur.
Hər bir insanın həyat yolu vardır. Sədnik
müəllimin yolları qarşısına çıxan daşı, kəsəyi
təmizləyərək, kol-kosu qıraraq aydınlığa doğru
gedən bir yoldur. Çünki bu yollar onu sağ-salamat
saxlayaraq irəliləməsinə təkan vermiş, müqəddəs
el yoluna qovuşmağına bələdçilik etmişdir.
Ayrılar, qovuşar bu yollar,
Sinəmə sığışar bu yollar.
Ç ətin olar, hamar olar bu yollar
Dolana-dolana kəmər olar bu yollar.
Bəzən olar qəm gətirər bu yollar,
Bəzən olar gül bitirər bu yollar.
“Qiymətlidi” şeirində daşın, quşun, ağacın,
budağın, yarpağın, ocağın öz yerində olmasını de-
məklə şair hər şeyin öz yerində qiymətli olmasını
gözəl sayır. Bəli, belədir. Hər şey öz yerində olan-
da həm təbiət, həm insan daha gözəl, daha
əsrarəngiz olur.
Şeir yazanın mənəvi saflığı, fitri istedadı,
həyat təcrübəsi həmişə üstünlük təşkil etməlidir.
Sözü şeir incisinə çevirmək, gördüyün hər bir
hadisədən nəticə çıxarmaq, müşahidəçilik qabiliy-
yətini dərinləşdirmək yazar üçün meyara çevril-
20
məlidir. Yuxarıda dediyimiz bu fikirlər S.P.Pir-
sultanlının yaradıcılığında üstünlük təşkil edir.
Bu yurda göz dikib yağı,
Bu yurdda qan töküb yağı.
Sinəmizə çəkib dağı,
Gəlib çatıb döyüş çağı,
Nə istərsən, Oğuz oğlu?
“Nə istərsən, Oğuz oğlu?” şeirində şair
yurdumuza yağının göz dikdiyini, sinəmizə dağ
çəkdiyini, döyüş çağının çatdığını, qılıncı sıyırıb
düşmənlə mücadiləyə qalxmağın, vaxtının yetiş-
diyini bəyan edir.
Doğma vətənimiz Azərbaycan şairin yaradı-
cılığında önəmli yerlərdən birini tutur. Kəlməsinin
əvvəli də, axırı da Azərbaycandır, Vətəndir. Hətta,
özünü vətənə qurban verməkdən belə çəkinmir:
Azərbaycan, gözəl vətən,
Adına qurban olum.
Torpağının ətrinə,
Dadına qurban olum.
Torpağını əkənə,
Alın təri tökənə,
Keşiyini çəkənə,
Orduma qurban olum.
Ü rəyimin özəyi,
Yurduma qurban olum.
21
Şair demişkən: - orduma qurban olum ki,
ürəyimin özəyi yurdum yaşasın.
Təbii gözəlliklər insana, bütün varlıqlara
verilən böyük xoşbəxtlikdir. Bu gözəlliyi duymaq,
onu nəzmə çəkmək S.P.Pirsultanlının poetik alə-
mində üstünlük təşkil edir. “Azərbaycan gözəli”
şeirində bu gözəllik təsdiqini tapmışdır.
Necə gözəl olur hüsnü səhərlər,
Səni ovsunlayar, səni sehirlər.
Könlümün gül vaxtı qələm çalıbdı,
Gözəllik fırçası burda qalıbdı.
Qadasın aldığım ana torpağın,
Qəlbinin parçası burda qalıbdı.
Poeziyanın fövqəltəbii gözəlliyi ilham pə-
risinin gücündə və qüdrətindədir. Poeziyanın se-
hirli çalarları o zaman mükəmməl kamilliyə qadir
olur ki, o, ürəkləri ehtizaza gətirməyi bacarsın, hər
bir insanın taleyini özündə cəmləşdirə bilsin.
“Mənim dünyam” şeirində dünyanın başdan-başa
möcüzələrlə dolu olduğunu diktə edir.
Kainatın qucağında,
Onun yaşıl oylağında,
Möcüzəsən, mənim dünyam.
Yağmura bax, yağışa bax,
Güllü yaza, sərt qışa bax,
Möcüzəsən, mənim dünyam.
Dostları ilə paylaş: |