22
Hər bir şairin özünün xüsusi yaradıcılıq yolu
vardır. Azərbaycan ədəbiyyatında yazılan şeirlər
əsasən heca vəznində yazılır. S.P.Pirsultanlı heca
vəzni ilə bərabər sərbəst vəzndə də şeirlər yazır və
bu şeirlər oxucunun diqqətini özünə çəkməyi
bacarır.
Pirsultan dağına ithaf etdiyi şeirində bu dağı
dağ başında köz qalasına bənzədir. Od-alov, ocaq-
köz bizim üçün müqəddəs sayılır. Bu isə
atəşpərəstliyimizdən irəli gələn bir hal kimi
qiymətləndirilməlidir.
Başın seyrəngahım, ayağın köyüm,
Qoşqarımın öz anası, Pirsultan.
Adın Qızılbaşdan bir yadigardır,
Dağ başında köz qalası, Pirsultan.
Yox, aşıq, köz qalası,
Dözmüsən, döz qalası
Hər kəsə çox şirindi.
Öz yuvası, öz qalası.
Özünə şirin saydığı yurdunu, qalasını ilahi-
ləşdirən şair keçmişimizə, soy-kökümüzə söykə-
nərək əsrlərin o tayından adlayıb, rüzigarın isti-
soyuğuna dözə-dözə bu günümüzə qədər yaşayan
qalalarımızı Abdaldan, Xətaitən yadigar qaldığını
önə çəkir.
23
Yox, aşıq, nişan qala
Dağ üstə, nişan qala.
Abdaldan, Xətaidən
Qalıbsan, nişan qala.
S.P.Pirsultanlı folklorşünas-alim olmasına
baxmayaraq poeziyanın yüksək zirvəsinə qalxa-
cağına və orada əbədi qərarlaşacağına inanır və bu
yolla inamla irəliləyir.
Nə qədər desə də yenə görünür ki, şairin
dağlara deyiləsi çox sözü var. Yaradıcılığının hansı
tərəfini tərpədirsənsə tərpət, orada mütləq dağlara
həsr olunmuş şeirlərə rast gələcəksən. Hamısı da
müxtəlif məzmunda, müxtəlif biçimdə, müxtəlif
ölçüdə olur.
Çoxlarını yola salıb,
Dağlar dağlığında qalıb,
O, qüdrətdən bir pay alıb,
Veribdi dözüm dağlara.
Və yaxud:
Həsəndədə, Həsənbaba,
Qoşa-qoşa Həsən, dağlar.
Mən qocaldım, siz cavansız,
Həmənkisiz, həmən, dağlar.
Gəzməlidi, görməlidi,
Sədnik, könül verməlidi,
24
Buludların süd gölüdü,
Buludları əmən, dağlar.
Şairin təbiət mövzulu şeirləri insan həyatı ilə
həmahəng səsləşir. Bunu isə onun yaradıcılıq
tapıntısı hesab etmək olar.
“Sevgi çəmənim” bölümündə müxtəlif səp-
kili şeirlər toplanılmışdır. “Verəmmərəm” şeirində
itən gəncliyini bir də sevgiyə qaytarıb verə
bilmədiyindən gileylənir.
Səndən aldığım gəncliyi,
Birdə geri verəmmərəm.
Bağçanıza yüz yol girəm,
Həmən gülü dərəmmərəm.
Sədnik, o tanrı payımdı,
Günəşimdi, həm ayımdı,
O, mənim xan sarayımdı,
Uçsa bir də hörəmmərəm.
“Açma mənim məktubumu” şeirində şair
orada hiss və həyəcanın olduğunu bildirir, yad əlin
dəyib izi düşməsindən qorxur. Bu müqəddəs sevgi
duyğularını gizli saxlamağı üstün sayır:
Açma, mənim məktubumu,
Yox əl vurma, dəymə ona.
25
Yad əl dəyər, izi düşər
Orda hiss var, həyəcan var.
Sədnik müəllimi yaxşı tanıyanlar bilir ki,
onun həyat yoldaşı Səfurə xanım həmişə arxa-
dayağı olmuş, yaradıcılığına zülmətlərdə şam kimi
yanıb nur ələyərək, qətrə-qətrə əriyərək ömrünü-
gününü onun yolunda qurban vermişdir. Səfurə
xanımı vaxtsız itirən alim-şair özünü qanadı
qırılmış qartala bənzədir. Dağların, qayaların,
əngin səmanın onsuz qaldığını yana-yana
qələminin süzgəcindən keçirir.
Həyat yoldaşı Səfurə xanıma yazdığı
“Qalıb” şeirində ilk eşqinin, istəyinin dağlarda
qaldığını bildirir:
Sədnik bu dünyada yaşarmı sənsiz,
Qəlbi dalğalanıb coşarmı sənsiz,
Dağlara bir nəğmə qoşarmı sənsiz?
İlk eşqim, istəyim dağlarda qalıb.
Daha sonra Səfurə xanıma həsr etdiyi
“Vermərəm” şeirində ürəyini, eşqini ondan başqa
heç bir kəsə verməyəcəyini bildirir:
Biləsən ki, ürəyimi, eşqimi,
Sənə verrəm, özgəsinə vermərəm.
Bağlardan, dağlardan bənövşə dərrəm,
Sənə verrəm, özgəsinə vermərəm.
26
Şəxsiyyətlər, məşhur mahnılarımız, el hava-
larımız, xalq təbabətində geniş yayılmış bitkilər,
müxtəlif müalicə üsulları və s. barədə də saysız-
hesabsız söyləmələr toplayıb oxucuların istifa-
dəsinə vermişdir.
S.P.Pirsultanlı uşaqlıq və ilk gənclik illə-
rində çətin və ağır həyat tərzi keçirsə də təbiət
etibarı ilə son dərəcə nikbin, şən, şux, hazırcavab
bir adamdır. Şəxsi həyatı və gündəlik qayğıları ilə
bağlı söylənilən çoxsaylı lətifələr onu son
vaxtlarda gülüş qəhrəmanına çevirmişdir.
S.P.Pirsultanlının şeirlərində məhəbbət möv-
zusu da ayrıca bir xətlə davam edir.
Deyirlər ki, səksən, doxsan
Vaxt çatanda bir gün yoxsan.
Sədnik deyər, çox uşaqsan
Yüzdə də baldı məhəbbət.
Şairin “Məhəbbət” şeirindən görünür ki,
neçə ki, insan var, demək, məhəbbət də var. İnsan
qocalsa da məhəbbət heç bir zaman qocalmır.
“Pirsultan pinarı” kitabında “Səfərlər” bölü-
mü daha maraqlıdır. Gəzdiyi obalardan, ellərdən
aldığı təəssüratlar məharətlə şeir dilinə çevrilmiş,
yaddaqalan şeirlər yaranmışdır. Onu səyyah-alim
adlandıranlar yanılmırlar. Azərbaycanın, Türk
dünyasının ellərini qarış-qarış dolaşan tədqiqatçı
alim ağız ədəbiyyatından seçmə nümunələr top-
27
layıb onu ilmə-ilmə toxuyaraq tarixdə misli-
bərabəri olmayan elə bir xalça toxumuşdur ki,
əsrlər keçsə də bu xalçanın nə rəngi solacaq, nə də
o, öz təravətini itirəcəkdir. Kəlbəcərə həsr etdiyi
“Yolum düşdü” şeirində poetik bir lövhə yarada
bilmişdir.
Gəlib çıxdım gül çağına,
Girdim Şəmşirin bağına,
Sinəm döndü söz dağına,
O, içən çeşmədən içdim.
Dedim, hanı Əli Bimar,
Sözü pərən Bəsti də var,
Yada düşdü çox sənətkar,
Sənət sevdasına düşdüm.
Yaşamaqdan doymayan şair “Mən doyma-
mışam” şeirində yazır:
Həyat nə şirindir, ay Vətənoğlu,
Ömür gülzarından mən doymamışam.
İnsan yaşadıqca yaşamaq istər,
Bağçalar barından mən doymamışam.
Bu qoca dünyanın özü şirindi,
Sədnik, hamısından yazı şirindi,
Yayı, qışı, sərt ayazı şirindi
Dağların qarından mən doymamışam.
Dostları ilə paylaş: |