11
adların sahibi olan Sədnik müəllimin gərgin müba-
rizələrlə keçən şərəfli həyat yolu unudulmazdır.
Sədnik Paşa Pirsultanlının poetik söz
dünyası heç bir poeziya nümunəsinə oxşamır. Bu
sahədə onun özünün xüsusi dəsti-xətti vardır. Yurd,
el-oba sevgisi hər bir insanın qəlbində yaşamalı,
onun isti-soyuğuna dözməli, keçdiyi ömür yolunda
silinməz izlər qoyub getməyi bacarmalıdır. Demək
olar ki, yuxarıda dediyimiz keyfiyyətlərin bir çoxu
yox, hamısı Sədnik müəllimin poetik dünyasında
cəmlənmişdir.
Sədnik Paşa Pirsultanlının “Pirsultan pinarı”
adlı, 668 səhifəlik şeirlər kitabı 2007-ci ildə nəşr
olunmuşdur. Fikirlərimizi həmin kitabın dövrə-
sində cəmləşdirərək uzun, çətin bir səyahətə çıx-
mağı qərarlaşdırdıq.
Kitabda şair-alimin 1946-cı ildən bu günə
qədər qələmə aldığı şeirlər cəmlənmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Folk-
lor İnstitutu Elmi Şurasının 2007-ci il 31 oktyabr
tarixli, 7 saylı iclasında bu kitaba ona görə qrif
verilmişdir ki, “Pirsultan pinarı” kitabındakı şeir-
lərin çoxunu müəllif folklor səfərlərində aparılan
araşdımaları ilə eyni dövrdə yazmışdır.
Filologiya elmləri doktoru, professor, Azər-
baycan Yazıçılar Birliyinin üzvü, respublikanın
Əməkdar müəllimi, Əməkdar Mədəniyyət işçisi
Sədnik Paşa Pirsultanlı deyir:
12
- Şeirlərim mənim həyatım və tərcümeyi-
halımdır.
Bunu söyləməklə o, demək istəyir ki,
şeirlərim yaradıcılığımın ən yüksək pilləsində
dayanır, mənim üçün doğma və müqəddəsdir.
Sədnik Pirsultanlının maraqlı tərcümeyi-halı
vardır. 20 may 1929-cu ildə Gəncə yaxınlığında
Daşkəsən bölgəsinin Qazaxyolçular kəndində dün-
yaya göz açıb. Bu kənd ulu babaları Pirsultanın
adını daşıyan Pirsultan dağının ətəyindədir. Ata-
sının atası Türk Paşa, anasının atası Türk Səməd
olmuşdur.
Pirsultanlılar nəsli olmaqla saza-sözə vurğun
olmuş, ağız ədəbiyyatının bilicisi kimi tanın-
mışlar. Bu nəslin şəcərəsi Pirsultan Abdaldan bəri
məlumdur. Nəslin ilk yazarı və fəxri XVI əsrin
böyük sənətkarı Pirsultan Abdaldır. Onun qızı
Səkinənin nadir şeirləri hal-hazırda əldə vardır. Ali
dini təhsil almış dayısı Abdal Kərim gözəl təbə
malik bir şair olmuşdur.
Bütün tarixi varidatları sinəsində yaşadan,
130 il ömür sürən Leyli nənəni Sədnik Pirsultanlı
özünün müəllimi hesab edir. Leyli nənənin ulu
Pirsultan Abdaldan dediyi şeir parçaları da Sədnik
müəllimin poeziya yaradıcılığında mühüm rol
oynamışdır.
Sivas ellərində zilim çalındı,
Camal ellər bölüm-bölüm bölündü,
13
Mən dostdan ayrıldım bağrım dəlindi,
Katib, əhvalımı şaha söylə, yaz!
İlk gənclik illərində də şeir dünyasına nikbin
əhval-ruhiyyə ilə gələn Sədnik müəllim çətin
poeziya yolu ilə inamla, büdrəmədən addım atmağı
bacarmışdır.
S.P.Pirsultanlının “Pirsultan pinarı” kitabı
28 bölümdən ibarətdir. İlk bölümü “Bir çiçəkdə
Vətəndir” adlanır.
Qurban olum,
Bir yanı Dərbənd Vətənə.
Qurban olum,
Bir yanı qürbət Vətənə.
Qurban olum,
Təbrizimə, Göyçəmə,
Qəlbim büründü qəmə.
Bir qəmim də Vətəndir,
Ü rəyim də Vətəndir.
Özünü Vətənə, doğulduğu yurda qurban
verməyə hazır olan şair “Bir qəmimdə Vətəndir,
Ü rəyimdə Vətəndir” - deməklə bütün varlığı ilə
vətənə bağlı olduğunu bildirir.
Ana təbiətin dilini bilmək, onu poeziyaya
gətirmək şairdən ustalıq tələb edir. Təbiətin bütün
sirlərinə bələd olan, onu poeziyaya çevirməyi
bacaran Pirsultanlı “Yağış” şeirində deyir:
14
Hönkürə-hönkürə gələn buludlar,
Elə bil ruhuma, canıma yağdı.
Meh yağışa, yağış ruha qarışdı,
İkisi bir yerdə qanıma yağdı.
Sədnik müəllimin şeirlərində qəlb ina-
mından, insana, gözəlliyə vurğunluqdan irəli gələn
bir çox məqamlar vardır. Durna telli saza vur-
ğunluğunu heç bir zaman gizlətmir, onu saz nəfəsli
təbii boyalarla rəngləyir. Bu rənglərin çalarlarında
sazın yaratdığı müqəddəs boyaları axtarır. “Saz
nəfəsli şeirləri” ilə sazın simlərindən qopan ahı-
naləni ürəyinin ah-naləsi ilə eyniləşdirməyə çalışır:
Söylə tarixini, a telli sazım,
Sən varsan Harutdan, Marutdan bəri.
Sənin ilk səsini Musa eşitmiş,
Gəlmisən Dəclədən, Fəratdan bəri.
Həqiqətən də belədir. Sazla deyilən söz
Dədə Qorquddan, Aşıq Abbas Tufarqanlıdan,
Xəstə Qasımdan, Yunis İmrədən, Dədə Ələs-
gərdən, Dədə Şəmşirdən yadigar qalaraq, tüğyan
etməyi bacarır.
“Aşıq” şeirində aşığa, onun sənətinə yüksək
qiymət verir:
Sazınla ucalır sözün şöhrəti,
Şair yazır, aşıq verir zinəti
15
Qəlbində el ruhu, el məhəbbəti
Hər sözü tarixdə yadigar, aşıq.
Dağlar haqqında çox yazılıb, çox deyilib.
Lakin dağlar qoynunda göz açan, ona məf-
tunluğunu gizlədə bilməyən şair öz üslubuna uy-
ğun şəkildə dağları, onun hər daşının vətənə keşik-
çi olmasını poetik dillə tərənnüm edir.
Sinəsi çalın-çarpaz olan dağlar Sədnik müəl-
limin də sinəsini hər an yandırır, üzünü onun so-
yuq daşına, yaşıl çəməninə, gülünə-çiçəyinə sürtə-
rək uyumaq istəyir dağ qucağında.
Can atır göylərə o məğrur başın,
Ağrıdır, Şahdağdır, çoxdur qardaşın,
Vətənə keşikçi sənin hər daşın,
Bu xalqın əyilməz bir oğlusan, sən.
Təbiəti sevən insanlar çoxdur. Şeir yazmaq
istəyən hər bir kəs insan həyatının tərcumanı olan
təbiətə üz tutur. Lakin təbiəti duymadan görməklə
şair olmaq asan məsələ deyildir. Təbiəti şeir dili ilə
vəsf etmək üçün gərək təbiətin dilini biləsən, onu
sevəsən, oxşayasan. Qəlbin daim təbiətlə təmasda
olmalı, onun sehri-məhəbbətini duymağı bacar-
malısan ki, təbiət gözəlliklərini şeirə çevirməyi də
bacarasan.
Boynubükük olan bənövşə məsumluq tim-
salı kimi şairlərin şeirlərində həmişə vəsf olunub.
Dostları ilə paylaş: |