Qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "


Ərazinin şəhərsalma məqsədləri üçün istifadəsinin şərtləri



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix23.01.2022
ölçüsü0,69 Mb.
#83073
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12
mufessel-planlarin-hazirlanmasi

4. Ərazinin şəhərsalma məqsədləri üçün istifadəsinin şərtləri

 

 



 

4.1.  Ərazinin  şəhərsalma  məqsədləri  üçün  istifadəsinin  şərtləri  tikinti  obyektlərinin 

ərazilərində  memarlıq  və  şəhərsalma  fəaliyyətinə  olan  tələbləri  müəyyən  edir  və  onlara 

riayət  edilməsi  baxımından  müfəssəl  planlaşdırma  hüdudlarında  bütün  layihələndirilən 

ərazinin kompleks və sabit inkişafını təmin edir.

 

4.2.  Şəhərsalma  məqsədləri  üçün  istifadəsinin  şərtləri  ərazi  zonalarının  sərhədlərində 



yerləşən bütün sahələrə şamil edilir.

 

4.3. Layihələndirilən ərazi landşaftın təşkili və tikintisi ilə bağlı tələblər, həmçinin ərazi 



planlaşdırılması  sənədləri  ilə  sərhədlər,  torpaqdan  istifadənin  növü  və  şərtləri,  tikintinin 

miqyası,  eləcə  də  torpaqdan  istifadə  ilə  bağlı  məhdudiyyətlər  müəyyən  edilməklə  ərazi 

zonalarına bölünür. Tikinti tənzimlənmə xətləri sanitar və yanğın əleyhinə qaydalara riayət 

edilməsini təmin etməlidir. Tikinti tənzimlənmə xətləri tikilinin planlaşdırma həllinə uyğun 

olaraq  binaların  əsas  fasadlarının  yerləşməsini  və  konfiqurasiyasını  göstərir.  Tikinti 

tənzimlənmə  xətlərinin  şərti  işarələri  ayrı-ayrı  sahələr  üçün  bu  Qaydalara  Əlavə  4-də 

göstərilir.

 

4.4. Sahənin tikinti üçün istifadəsinin intensivlik göstəricilərinə aşağıdakılar daxildir:



 

4.4.1. tikinti əmsalı;

 

4.4.2. tikintinin sıxlığının əmsalı;



 

4.4.3. tikilinin hündürlüyü (mərtəbəliliyi).

 

4.5.  Tikililərin  hündürlüyü  və  binalar  arasındakı  məsafələr  yaşayış,  ictimai  bina  və 



yaşayış  ərazilərinin  insolyasiyasının  normativ  davamlılığını  təmin  etməlidir.  Tikilinin 

hündürlük xətti kompozisiya keyfiyyətlərinin tənzimlənməsi məqsədi ilə müəyyən edilir.

 

 

 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə