Qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "


Müfəssəl planın tərkibi və məzmunu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix23.01.2022
ölçüsü0,69 Mb.
#83073
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12
mufessel-planlarin-hazirlanmasi

3. Müfəssəl planın tərkibi və məzmunu

 

 



 

3.1. Müfəssəl planda aşağıdakılar nəzərdə tutulur:

 

3.1.1. tikinti məqsədləri üçün ərazidən istifadənin növü və miqyası;



 

3.1.2.  tikinti  qaydası  (üsulu),  üzərində  tikinti  aparılması  mümkün  olan  və  olmayan 

torpaq sahələri, eləcə də tikinti obyektlərinin yeri;

 



3.1.3.  tikinti  aparılan  torpaq  sahələri  üçün  həcm,  en  və  uzunluq  baxımından  minimal 

ölçülər,  yerin  təkindən  və  torpaqdan  qənaətlə  və  səmərəli  rəftar  olunması  ilə  əlaqədar 

yaşayış məqsədləri ilə istifadə edilməsi nəzərdə tutulan ərazilər üçün maksimal ölçülər;

 

3.1.4.  torpaq  sahələrindən  istifadə  ilə  bağlı  zəruri  digər  obyektlər üçün  ərazilər  (asudə 



vaxt və istirahət üçün ərazilər), eləcə də dayanacaq yerləri və qarajlar üçün ərazilər;

 

3.1.5. ictimai ehtiyaclar, eləcə də idman və oyun qurğuları üçün ərazilər;



 

3.1.6. yaşayış binalarında mənzillərin yol verilən maksimal sayı;

 

3.1.7. şəhərsalma məqsədləri üçün xüsusi şərtlərlə istifadə olunan ərazilər;



 

3.1.8. tikinti aparılmayacaq ərazilər və onlardan istifadə;

 

3.1.9.  hərəkət  üçün  ərazilər,  o  cümlədən  piyadaların  və  velosipedlərin  hərəkəti, 



maşınların  saxlanılması  üçün  ərazilər,  müəyyən  ərazilərin  hərəkət  üçün  nəzərdə  tutulmuş 

ərazilərə birləşdirilməsi üçün ərazilər və bu kimi xüsusi təyinatlı ərazilər;

 

3.1.10.  təchizat  (təminat)  məqsədlərinə  xidmət  edən  obyekt  və  müəssisələr  üçün 



ərazilər;

 

3.1.11.  mühəndis-kommunikasiya  təminatı  sisteminin  və  xətlərinin  çəkilməsi,  habelə 



tullantılar və anbarlar üçün ərazilər;

 

3.1.12. 



yaşayış  məntəqəsinin  yaşıllıqla  təmin  edilməsi  normasına  uyğun 

parklar  və  başqa 

yaşıllıq  əraziləri,  qısamüddətli  istirahət  məqsədi  ilə  çadır  qurmaq  üçün  yerlər,  çimərlik 

yerləri, qəbiristanlıqlar;



 [2]

 

3.1.13.  su  əraziləri,  eləcə  də  su  təsərrüfatı,  daşqından  qorunmaq  üçün  qurğuların 



yerləşdirilməsi  və  suyun  axınını  tənzimləmək  üçün  ərazilər  (əgər  bu  məsələlər  digər 

qanunvericilik aktları ilə həll olunmamışdırsa);

 

3.1.14.  mühəndis  hazırlığının,  o  cümlədən  relyefin  layihə  təşkilinin  aparılmalı  olduğu 



ərazilər  (doldurulmalı,  qazılmalı  olan  ərazilər)  və  ya  daş,  torpaq,  yaxud  digər  qazıntıların 

çıxarılması üçün ərazilər;

 

3.1.15.  heyvandarlıqla  bağlı  obyektlərin  tikintisi  (tövlələr,  heyvan  sərgilərinin 



keçirilməsi üçün qurğular və s.), habelə otlaqlar və örüşlər üçün ərazilər;

 

3.1.16. təbii mühitin və landşaftın qorunması və inkişafı məqsədi  ilə tədbirlər (əgər bu 



məsələlər  digər  qanunvericilik  aktları  ilə  həll  olunmamışdırsa),  eləcə  də  bu  tədbirlərin 

görülməsi üçün ərazilər;

 

3.1.17.  piyada  və  ya  nəqliyyat  vasitəsilə  hərəkət  üçün  ictimaiyyətin  və  ya  maraqlı 



şəxslər dairəsinin xeyrinə, habelə infrastrukturun yaradılması üçün yüklənməli olan ərazilər;

 

3.1.18.  ətraf  mühitin  zərərli  təsirlərdən  mühafizəsi  məqsədi  ilə  havanı  çirkləndirən 



müəyyən materiallardan istifadənin qadağan edildiyi və yaxud məhdudlaşdırıldığı ərazilər, 

təmizlənməli və abadlaşdırılmalı ərazilər;

 

3.1.19.  “Ətraf  mühitin  mühafizəsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda 



nəzərdə tutulmuş mənada ətraf mühitin zərərli təsirlərdən mühafizəsi  məqsədi  ilə müvafiq 

tədbirlərin görülməsi üçün ərazilər, eləcə də belə təsirlərdən qorunmaq və ya belə təsirlərin 

qarşısını almaq üçün tikinti və digər texniki xarakterli tədbirlər;

 

3.1.20.  kənd  və  ya  meşə  təsərrüfatı  məqsədləri  üçün  nəzərdə  tutulmuş  ərazilər  istisna 



olmaqla,  tikinti  obyektlərinin  hissələri  üçün  ağacların,  kolların  və  digər  bitkilərin  əkilməsi, 

eləcə də onların və su hövzələrinin qorunub saxlanılması üçün dayaqlar.

 

3.2. Müfəssəl planda aşağıdakılar xüsusi qeyd olunmalıdır:



 


3.2.1.  tikinti  zamanı  xüsusi  tikinti  tədbirlərinin  və  ya  təbiət  hadisələrinə  qarşı  xüsusi 

təhlükəsizlik tədbirlərinin görülməsi üçün zəruri olan ərazilər;

 

3.2.2.  mədən  sənayesi  altında  olan  və  ya  mineralların  emalı  üçün  nəzərdə  tutulmuş 



ərazilər;

 

3.2.3. ətraf mühit üçün təhlükə yaradan materiallarla yüklənmiş ərazilər.



 

3.2.4. Müfəssəl plan onun tətbiq olunduğu ərazinin sərhədlərini müəyyən edir.

 

3.2.5.  Müfəssəl  plana  izahat  əlavə  edilməlidir.  İzahatda  müfəssəl  planın  məqsədləri  və 



mühüm təsirləri təsvir olunmalıdır.

 

3.2.6. Müfəssəl plan aşağıdakı hallarda hazırlanır və ya dəyişdirilir:



 

3.2.6.1.  ümumi  və  baş  planlara  uyğun  olaraq  yaşayış  evlərinin,  ictimai  təyinatlı 

obyektlərin,  rekreasiya  obyektlərinin  və  ümumi  istifadədə  olan  obyektlərin,  sənaye,  anbar, 

kommersiya  və  ticarət  obyektlərinin,  mühəndis-kommunikasiya  şəbəkələrinin  və  digər 

obyektlərin tikintisi məqsədi ilə ərazilər nəzərdə tutulduqda;

 

3.2.6.2.  yeni  tikinti  üçün,  yaxud  kənd  və  ya  meşə  təsərrüfatı  ilə  bağlı  olmayan  digər 



fəaliyyət növlərinin inkişafı üçün torpaq sahələri formalaşdırıldıqda;

 

3.2.6.3.  tikinti  və  digər  fəaliyyət  növlərinin  inkişafı  məqsədi  ilə  torpaqdan  istifadənin 



əsas təyinatı dəyişdirildikdə;

 

3.2.6.4. ərazidən istifadə növü, binaların yol verilən hündürlük həddi, ərazinin tikinti və 



tikinti sıxlığı əmsalları ilə bağlı tələblərdən hər hansı biri dəyişdikdə;

 

3.2.6.5. sənaye zonaları üçün ərazilər formalaşdırıldıqda;



 

3.2.6.6.  ümumi  və  baş  planlarda  mühəndis-kommunikasiya  təminatı  qurğularının 

tikintisi nəzərdə tutulmadıqda.

 

3.2.7. Qüvvədəolma müddəti müəyyən edilməyən müfəssəl planlar müddətsiz  istifadə 



olunur.

 

3.3. Müfəssəl plan qrafiki materiallardan və izahat yazısından ibarətdir.



 

3.3.1. Qrafiki materiallara aşağıdakılar daxildir:

 

3.3.1.1. yaşayış məntəqəsinin planında layihələndirilən ərazinin mövqe planı;



 

3.3.1.2. ərazinin müasir istifadəsi planı (istinad planı);

 

3.3.1.3. tikinti-planlaşdırma eskizi ilə birlikdə qırmızı xətlərin planı;



 

3.3.1.4. müfəssəl plan (əsas cizgi);

 

3.3.1.5. qırmızı xətlərin bölgü planı;



 

3.3.1.6. küçələrin en kəsikləri (mövcud və layihələndirilən);

 

3.3.1.7. nəqliyyat və sosial xidmət obyektlərinin yerləşdirilməsi sxemi;



 

3.3.1.8. magistral mühəndis şəbəkələri və qurğularının yerləşdirilməsi sxemi;

 

3.3.1.9. ərazinin mühəndis hazırlığı sxemi (ərazinin relyefinin təşkili ilə birlikdə);



 

3.3.1.10.  ərazinin  planlaşdırılma  məhdudiyyətləri  sxemində  göstərilən  məlumatlar 

(müfəssəl plan yaşayış məntəqəsinin bütün ərazisi üçün işləndiyi halda):

 

3.3.1.10.1. faydalı qazıntıların yerləşdiyi ərazilərin sərhədləri;



 

3.3.1.10.2. təbii şəraitinə görə tikinti üçün müxtəlif dərəcədə əlverişsiz olan torpaqlar;

 

3.3.1.10.3. sənaye müəssisələrinin və digər obyektlərin sanitar mühafizə zonaları;



 

3.3.1.10.4.  hava  limanına  yaxın  ərazilərdə  tikintinin  aparılması  üçün  məhdudiyyətli 

zonalar;

 

3.3.1.10.5. 



kurortların 

su 


mənbələrinin, 

su 


anbarlarının, 

su 


kəmərlərinin, 

yüksəkgərginlikli elektrik ötürücüsü xətlərinin mühafizə zonaları;

 



3.3.1.10.6. daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonaları.

 

3.3.2. 


İzahat 

yazısında 

layihələndirilən 

ərazinin 

xarakteristikası, 

təhlili, 

qiymətləndirilməsi,  ərazinin  istifadə  edilməsi  üzrə  əsaslandırma  və  layihə  həlləri,  onun 

mühəndis  və  nəqliyyat  təminatı,  texniki-iqtisadi  göstəriciləri,  ətraf  mühitin  mühafizəsi  və 

fövqəladə halların qarşısının alınması üzrə tədbirlər olmalıdır:

 

3.3.2.1. layihələndirilən ərazinin xarakteristikasında aşağıdakılar əks olunmalıdır:



 

3.3.2.1.1. ərazinin iqlim və mühəndis-geoloji şəraiti barədə məlumat;

 

3.3.2.1.2. ərazinin müasir istifadəsi (mövcud vəziyyəti) barədə məlumat;



 

3.3.2.1.3. ərazidəki bina və qurğuların texniki vəziyyətinin qiymətləndirilməsi;

 

3.3.2.1.4. ərazinin sanitar vəziyyəti barədə məlumat;



 

3.3.2.2. layihə təkliflərinin əsaslandırılması aşağıdakıları əks etdirməlidir:

 

3.3.2.2.1. əhalinin perspektiv sayının göstəriciləri;



 

3.3.2.2.2.  tikinti  növlərinə  və  onun  sıxlığına  görə  mənzil  fondu  üzrə  təkliflər  və 

hesabatlar;

 

3.3.2.2.3. sosial, mühəndis və nəqliyyat infrastrukturları obyektlərinin yerləşdirilməsi və 



tutumu üzrə təkliflər və hesabatlar;

 

3.3.2.2.4. istirahət və idman (turizm) obyektlərinin yerləşdirilməsi üzrə təkliflər;



 

3.3.2.2.5. ərazi zonaları üzrə layihələndirilən ərazinin balansı;

 

3.3.2.3. ərazi üzrə layihələndirmə işlərinə aşağıdakılar daxildir:



 

3.3.2.3.1. 

ərazinin 

struktur-planlaşdırma 

elementlərinə 

bölünməsi, 

onların 

yerləşdirilməsi, ölçüləri və konfiqurasiyası;

 

3.3.2.3.2. tikintinin növləri;



 

3.3.2.3.3. şəhərsalma kompozisiyasının prinsip və üsulları;

 

3.3.2.4.  ərazinin  abadlaşdırılması  ilə  bağlı  layihə  işlərində  aşağıdakı  təkliflər  və 



hesabatlar əks olunmalıdır:

 

3.3.2.4.1. yol-küçə şəbəkəsinin inkişafı;



 

3.3.2.4. 2. nəqliyyat hərəkətinin təşkili;

 

3.3.2.4.3.  avtomobil  nəqliyyatının  saxlama  sahələrinin  (dayanacaq  və 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə