Qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "


Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix23.01.2022
ölçüsü0,69 Mb.
#83073
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12
mufessel-planlarin-hazirlanmasi

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

 



 

Bakı şəhəri, 12 yanvar 2015-ci il

 

       № 5



 

 

 



 

 

 



 

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

 

 



Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə 

həmin planların razılaşdırıldığı orqanların

 

 

 

S İ Y A H I S I

 

 

 

1. Ümumi müddəalar

 

 

 

1.1.  Müfəssəl  planların  hazırlanması,  razılaşdırılması  və  təsdiq  olunması  qaydaları, 



habelə  həmin  planların  razılaşdırıldığı  orqanların  siyahısı  (bundan  sonra  -  Qaydalar) 

“Azərbaycan  Respublikasının  Şəhərsalma  və  Tikinti  Məcəlləsinin  təsdiq  edilməsi,  qüvvəyə 

minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-

ci  il  29  iyun  tarixli  392-IVQ  nömrəli  Qanununun  tətbiqi  barədə”  Azərbaycan  Respublikası 

Prezidentinin  2012-ci  il  4  sentyabr  tarixli  695  nömrəli  Fərmanının  1.6.8-ci  yarımbəndinin 

icrasını  təmin  etmək  məqsədi  ilə  hazırlanmışdır  və  yaşayış  məntəqələrinin  (şəhərlərin, 

qəsəbələrin  və  kəndlərin)  ərazilərinin  və  ya  onların  ərazi  hissələrinin,  o  cümlədən  yaşayış 

məntəqələrinin  hüdudlarından  kənarda  yerləşən  ərazilərinin  (yaşayış  məntəqələrinin 

perspektiv inkişafı üçün nəzərdə tutulan) müfəssəl planlarının hazırlanması, razılaşdırılması 

və təsdiq olunması qaydalarını, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısını 

müəyyən edir.

 



1.2.  Bu  Qaydaların  tələbləri  şəhərsalma  və  tikinti  fəaliyyəti  ilə  məşğul  olan  bütün 

subyektlər üçün mütləqdir.

 

1.3. Müfəssəl plan yaşayış məntəqəsinin qüvvədə olan Baş planı əsasında hazırlanır. Baş 



plan  olmadığı  halda  və  ya  Baş  planın  hesabat  müddəti  bitdikdə,  kəndlərin,  qəsəbələrin  və 

perspektivdə  hesabi  əhalisi  50  minədək  olan  şəhərlərin  bütün  ərazisi  üçün  müfəssəl  planın 

hazırlanmasına yol verilir.

 

1.4.  Müfəssəl  plan  planlaşdırılan  struktur  elementlərinin  yerləşdirilməsini,  onların 



inkişaf parametrlərini müəyyən edən ərazi planlaşdırılması sənədidir.

 

1.5.  Müfəssəl  plan  yerli  icra  hakimiyyəti  orqanları  və  bələdiyyələrin  sifarişi  ilə 



hazırlanır. Ərazi üçün yalnız bir müfəssəl plan olmalıdır.

 

1.6.  Müfəssəl  plan  torpaq  sahələrinin  məqsədli  istifadəsi,  həmçinin  torpaq 



servitutlarının tətbiq edilməsi barədə qərarların qəbul edilməsi üçün əsasdır.

 

1.7.  Müfəssəl  plan  sifarişçi  və 



lisenziyası

 olan  layihəçi  arasında  bağlanılmış  müqavilə 

əsasında  hazırlanır.  Müfəssəl  planın  sərhədləri  müqavilənin  ayrılmaz  hissəsi  olan  layihə 

tapşırığı ilə müəyyən edilir. Layihə tapşırığına olan tələblər bu Qaydalara Əlavə 1-də, layihə 

tapşırığının tövsiyə edilən forması isə Əlavə 2-də verilmişdir.

[1]

 

1.8.  Müfəssəl  planın  layihəçisi  müqavilə  şərtlərinə  riayət  edilməsinə,  layihə  həllərinin 



keyfiyyətinə, 

əsaslandırılmasına 

və 

razılaşdırılmasına, 



həmçinin 

Azərbaycan 

Respublikasının  ərazisində  qüvvədə  olan  normativ  hüquqi  aktların  tələblərinə  riayət 

edilməsinə  görə  cavabdehdir.  Layihəçi  ayrı-ayrı  bölmələrin  (iş  növlərinin)  icra  edilməsinə 

digər şəxsləri (subpodratçıları) cəlb edə bilər.

 

 



 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə