Qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "


Müfəssəl planın tərtib edilməsi, razılaşdırılması və təsdiq edilməsi qaydaları



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix23.01.2022
ölçüsü0,69 Mb.
#83073
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12
mufessel-planlarin-hazirlanmasi

5. Müfəssəl planın tərtib edilməsi, razılaşdırılması və təsdiq edilməsi qaydaları

 

 



 

5.1. Müfəssəl planın tərtib edilməsinə aşağıdakı iş növləri daxildir:

 

5.1.1. ilkin məlumatların toplanması və təhlili;



 

5.1.2. ərazinin şəhərsalma qiymətləndirilməsi;

 

5.1.3. layihə həllərinin (variantların) hazırlanması;



 

5.1.4. müfəssəl planın tərtibatı;

 

5.1.5. müfəssəl planın ilkin layihəsini ictimaiyyətə tanışlıq üçün təqdim edilməsi;



 

5.1.6. müfəssəl planın razılaşdırılması;

 

5.1.7. müfəssəl planın yekun layihəsinin ictimai müzakirəsinin təşkili;



 

5.1.8. müfəssəl planın təsdiq edilməsi.

 

5.2. İlkin məlumatlara daxildir:



 


5.2.1. topoqrafik əsas, iqlim və mühəndis-geoloji axtarışların materialları;

 

5.2.2. dövlət torpaq kadastrının məlumatları;



 

5.2.3. torpaq sahələrinin tikinti üçün ayrılması barədə məlumatlar;

 

5.2.4. əhali, yaşayış fondu, xidmət müəssisələri və idarələri, idman, sənaye, nəqliyyat və 



digər daşınmaz əmlak obyektlərinin sayı barədə məlumatlar;

 

5.2.5.  mövcud  küçə  şəbəkəsi,  nəqliyyat  xidməti,  hərəkətin  təşkili,  şəhər  sərnişin 



nəqliyyatı xətləri və dayanacaq məntəqələrinin yerləşdirilməsi barədə məlumatlar;

 

5.2.6. mövcud yerüstü və yeraltı mühəndis şəbəkələri və qurğuları barədə məlumatlar;



 

5.2.7. ümumi  istifadə  üçün (park və bağçalar) mövcud obyektlərin yaşıllaşdırılması və 

abadlaşdırılması barədə məlumatlar;

 

5.2.8. ətraf mühitin mövcud vəziyyəti barədə məlumatlar;



 

5.2.9.  tarixi-mədəni  sərvətlərin  siyahısı,  onların  mühafizəsi  zonalarının  işlənilib 

hazırlanmış və təsdiq edilmiş layihələri;

 

5.2.10. Baş planın materialları (mövcud olduğu halda).



 

5.3.  İlkin  məlumatlar  layihələndirmənin  başlanması  ilinin  1  yanvar  tarixinə  olan 

vəziyyətinə görə layihəçi tərəfindən sifarişçiyə təqdim edilir.

 

5.4. Layihələndirmə üçün rəqəmsal topoqrafik əsasdan istifadə etmək tövsiyə edilir. Bu 



zaman  məlumatın  həcmi,  detallaşması  və  dəqiqliyi  kağız  əsasda  müfəssəl  plan  üçün  qəbul 

edilmiş miqyasda (1:1000 və ya 1:2000) topoqrafik planın xüsusiyyətlərinə uyğun olmalıdır.

 

5.5. Müfəssəl planın qrafiki materiallarının işlənilməsi sxemi bu Qaydalara Əlavə 3-də, 



müfəssəl plan cizgilərində ərazi (torpaq sahələri) sərhədlərinin şərti qrafiki işarə edilməsi isə 

bu Qaydalara Əlavə 4-də göstərilir. Hər bir cizgi müvafiq qaydada müfəssəl planlaşdırmanın 

sərhədləri,  qəbul  edilmiş  şərti  işarələr,  küləklərin  istiqaməti,  şimal  istiqaməti,  əsas  yazı 

(ştamp)  nəzərə  alınaraq  tərtib  edilir.  Cizgidə  ümumi  göstəricilərin  qeyd  olunmasına  yol 

verilir.

 

5.6. İzahat yazısı və “Müfəssəl plan” cizgisini layihəni hazırlayan təşkilatın rəhbərləri və 



müəlliflər  imzalayırlar.  Digər  cizgi  və  sxemlər  layihəni  işləyib  hazırlayan  təşkilatın  daxili 

sənədləşdirmə prosedurları ilə müəyyən edilmiş qaydada imzalanır.

 

5.7.  İzahat  yazısının  titul  vərəqində  sifarişçi  və  layihəni  hazırlayan  müəssisənin  adı, 



layihənin  tam  adı,  layihənin  buraxılması  ili  və  ayı,  izahat  yazısında  isə  layihə  və  bölmələr 

üzrə  müəllif  kollektivinin  tərkibi  və  məsul  icraçılar,  qrafik  və  mətn  materiallarının  siyahısı 

şəklində layihənin tərkibi və layihəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.

 

5.8. Təqdimat materialları və həmçinin maqnit daşıyıcıda layihə sənədləri sifarişçiyə bir 



nüsxədə, qrafiki materiallar və izahat yazısı isə üç nüsxədə təqdim edilir.

 

5.9.  Müfəssəl  planın  hazırlanması  və  ya  dəyişdirilməsi  barədə  qərar,  planlaşdırmanın 



məqsədləri  və  ehtimal  olunan  təsirləri,  müəyyən  ərazinin  yenidən  qurulması  və  ya  inkişafı 

ilə  əlaqədar  müxtəlif  həll  yolları  haqqında  sifarişçi  tərəfindən  əvvəlcədən  ictimaiyyətə 

məlumat verilməlidir.

 

5.10.  Müfəssəl  planın  hazırlanması  və  ya  dəyişdirilməsi  barədə  qərarın  elan  olunduğu 



gündən  30  (otuz)  gün  müddətində  ictimaiyyət  bu  Qaydaların  5.9-cu  bəndində  nəzərdə 

tutulmuş məsələlərlə bağlı etiraz və təkliflərini sifarişçiyə yazılı şəkildə təqdim edir.

 

5.11.  Müfəssəl  planın  ilkin  layihə  materialları  tanışlıq  məqsədi  ilə  ictimaiyyətə  təqdim 



edilir.  İctimaiyyətin  təklifləri  nəzərə  alınmaqla  hazırlanmış  müfəssəl  planın  layihə 

materialları  razılaşdırmaq  məqsədi  ilə  aidiyyəti  dövlət  orqan  və  qurumlarına  təqdim 




10 

edilməlidir.  Həmin  orqanlar  və  aidiyyəti  qurumlar  müfəssəl  planın  layihəsinin  onlara 

göndərildiyi  gündən  30  (otuz)  gün  müddətində  həmin  sənədlərə  dair  yazılı  rəy 

bildirməlidirlər.  Bu  müddətdə  onlar  rəy  bildirmədikdə,  sifarişçi  ərazi  planlaşdırılmasının 

həmin orqan və qurumların maraqlarına toxunmaması mövqeyindən çıxış edir.

 

5.12.  Bu  Qaydaların  5.9-cu  və  5.11-ci  bəndlərinin  tələblərinə  müvafiq  verilən  təkliflər 



nəzərə  alınmaqla,  müfəssəl  planın  yekun  layihəsi  hazırlanır  və  sifarişçinin  təşkil  etdiyi 

ictimai müzakirəyə çıxarılır.

 

5.13. Müfəssəl planın ictimai müzakirəsi üçün qrafik və mətn materialları təqdim edilir.



 

5.14.  Müfəssəl  plan  layihəsi  bələdiyyənin  qərarı  əsasında  hazırlandığı  halda, 

hazırlandığı  gündən  10  (on)  gün  müddətində  müvafiq  bələdiyyəyə,  digər  hallarda  isə 

Azərbaycan  Respublikasının  Dövlət  Şəhərsalma  və  Arxitektura  Komitəsinə  təsdiq  üçün 

təqdim edilməlidir.

 

5.15.  Müfəssəl  plan  layihəsi  bələdiyyənin  qərarı  əsasında  hazırlandığı  halda,  müvafiq 



qaydada  razılaşdırıldıqdan  sonra  rəy  bildirmək  üçün  yerli  icra  hakimiyyəti  orqanlarının 

memarlıq  bölmələri  tərəfindən  Azərbaycan  Respublikasının  Dövlət  Şəhərsalma  və 

Arxitektura Komitəsinə təqdim edilir.

 

5.16.  Müfəssəl  plan  onun  təsdiq  olunduğu  gündən  5  (beş)  gün  müddətində  yerli  icra 



hakimiyyəti  orqanı  və  yaxud  bələdiyyə  tərəfindən  elan  olunmalıdır.  Müfəssəl  plan  elan 

olunduğu gündən qüvvəyə minir.

 

 

 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə