Qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix23.01.2022
ölçüsü0,69 Mb.
#83073
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12
mufessel-planlarin-hazirlanmasi

parklanma  yerləri

yerləşməsi və parametrləri;



[3]

 

3.3.2.4.4. yaşıllaşdırma növləri nəzərə alınmaqla, landşaft-rekreasiya ərazilər sisteminin 



yaradılması;

 

3.3.2.4.5. ərazilərin mühəndis hazırlığı;



 

3.3.2.4.6.  su  təchizatı  və  kanalizasiya,  istilik,  elektrik,  qaz  təchizatı  sistemləri,  telefon, 

televiziya, radio xətləri;

 

3.3.2.4.7. ərazinin sanitar təmizlənməsi;



 

3.3.2.5.  layihənin  əsas  texniki-iqtisadi  göstəricilərində  (TİG)  bu  Qaydalara  Əlavə  5-ə 

uyğun  olaraq  qəbul  edilmiş  layihə  işlərini  səciyyələndirən  kəmiyyət  parametrləri  əks 

olunmalıdır.  TİG  —  layihələndirmə  ilinin  yanvarın  1-dək  aşağıdakı  mərhələlər  üzrə: 

layihələndirmə  ilindən  başlayaraq  layihənin  reallaşdırılmasının  birinci  mərhələsinin 

sonunadək,  birinci  mərhələnin  sonundan  başlayaraq  qəbul  edilmiş  hesabat  dövrünün 

sonunadək (və ya artan yekun üzrə) göstərilməlidir;

 

3.3.2.6.  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  tədbirlərdə  ətraf  mühitin  mövcud  və 



proqnozlaşdırılan  vəziyyətinin  xüsusiyyətləri  və  həmçinin  onun  optimallaşdırılmasına 


yönəldilmiş  kompleks  şəhərsalma  tədbirləri  əks  olunmalıdır  və  burada  aşağıdakılar 

göstərilməlidir:

 

3.3.2.6.1.  ərazinin  landşaft-iqlim  xüsusiyyətlərinin  təsviri  (relyef,  bitki  örtüyü, 



mikroiqlim və s.) ;

 

3.3.2.6.2. ətraf mühitin mövcud vəziyyətinin xarakteristikası;



 

3.3.2.6.3.  ətraf  mühitin  əlverişsiz  texnogen  təsir  mənbələrindən  (stasionar,  səyyar) 

mühafizəsinə yönəldilmiş şəhərsalma tədbirləri.

 

3.4. Müfəssəl planın təsdiq edilməli hissəsinə daxildir:



 

3.4.1. müfəssəl plan (əsas cizgi);

 

3.4.2. qırmızı xətlərin bölgü planı;



 

3.4.3. küçələrin en kəsikləri.

 

3.5.  Müfəssəl  planın  layihə  tapşırığında  nəzərdə  tutulduğu  halda,  ərazinin  tikinti-



planlaşdırılmasının maketi və ya 3D formatında vizual görünüşü hazırlanmalıdır.

 

3.6.  Ərazisində  tarixi  —  mədəni  dəyərlər  yerləşən  yaşayış  məntəqələri  üçün  müfəssəl 



planın tərkibində “Tarixi-memarlıq istinad planı” cizgisi hazırlanmalıdır.

 

3.7. Layihələndirilən ərazinin mövqe planı 1:5 000 və ya 1:10 000 miqyasında Baş plan 



materiallarının əsasında yerinə yetirmək tövsiyə edilir. Planda aşağıdakılar əks olunmalıdır:

 

3.7.1 müfəssəl planın sərhədləri;



 

3.7.2. ərazi zonalarının şərti işarələri;

 

3.7.3. xarici nəqliyyat magistrallarının istiqamətlərinin coğrafi adları.



 

3.8.  “İstinad  planı”  cizgisi  1:1000  və  ya  1:2000  miqyasında  aşağıdakılar  əks  olunmaqla 

yerinə yetirilməlidir:

 

3.8.1.  binaların  mərtəbəliliyinə,  maddi  daşınmaz  tarixi  dəyərlərinə  və  digər 



parametrlərə nisbətdə xarakteristikaları göstərilməklə mövcud tikililəri;

 

3.8.2. layihələndirməyə başlama tarixinə olan ərazi zonalarının sərhədləri;



 

3.8.3. layihələndirmə və tikinti üçün ayrılmış torpaq sahələrinin sərhədləri;

 

3.8.4. mövcud mühəndis şəbəkə və qurğuları;



 

3.8.5. mövcud planlaşdırma məhdudiyyətləri.

 

3.8.6. “İstinad planı” cizgisində mövcud sənaye müəssisələrinin, sosial infrastruktur və 



ictimai obyektlərinin şərhi verilir.

 

3.9. “Tarixi-memarlıq istinad planı” cizgisi 1:1 000 və ya 1:2000 miqyasında aşağıdakılar 



əks olunmaqla yerinə yetirilir:

 

3.9.1. daşınmaz tarix və mədəniyyət abidələrinin dövlət siyahısına daxil edilmiş ərazisi, 



bina  və  qurğuları,  həmçinin  daşınmaz  tarix  və  mədəniyyət  abidələri  statusu  almağa  təklif 

olunan obyektlər;

 

3.9.2. daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonaları.



 

3.10. “Müfəssəl plan” cizgisi 1:1000 və ya 1:2000 miqyasında aşağıdakılar əks olunmaqla 

yerinə yetirilməlidir:

 

3.10.1. qırmızı xətlər;



 

3.10.2. bütün növ saxlanılan tikililər (istinad fondu) və təbii landşaft saxlanılan sahələr;

 

3.10.3.  inşa  edilən,  yenidən  qurulan,  təmir  və  bərpa  olunan  binaların  struktur-plan 



elementləri və şəhərsalma kompleksləri;

 

3.10.4.  layihənin  reallaşdırılmasının  ilk  növbəsi  və  hesabat  mərhələsi  müəyyən 



edilməklə, planlaşdırılan ərazi zonalarının sərhədləri;

 



3.10.5.  torpaq  sahələrinin  istifadəsi  və  şəhərsalma  tənzimlənməsinin  tikinti  və  digər 

xətləri.

 

3.11. “Qırmızı xətlərin bölgü planı” cizgisində mövcud  qırmızı xətlər, mövcud qırmızı 



xətlərə,  istinad  binalarına,  koordinat  toruna  (əyrilərin  bucaq  və  radiusları)  bağlanılmaqla 

dəyişmiş (təyin olunmuş) qırmızı xətlər olmalıdır.

 

3.12.  “Küçələrin  en  kəsikləri”  cizgisi  onların  elementlərinin  ölçülərini  və  yeraltı 



kommunikasiyaların yerləşdirilməsini göstərməklə 1:200 miqyasında yerinə yetirilməlidir.

 

3.13.  “Nəqliyyat  və  sosial  xidmət  obyektlərinin  yerləşdirilməsi  sxemi”  1:1000  və  ya 



1:2000 miqyasında aşağıdakılar əks olunmaqla yerinə yetirilməlidir:

 

3.13.1. küçələrin təsnifatı;



 

3.13.2. ictimai nəqliyyatın hərəkət xətləri;

 

3.13.3. piyada və velosiped yollarının əsas istiqamətləri;



 

3.13.4. layihələndirilən nəqliyyat qurğuları;

 

3.13.5. layihənin hesabi ehtiyacı göstərilməklə, avtomobil dayanacaqlarının və qarajların 



yerləşdirilməsi, sosial xidmət obyektləri.

 

3.14.  Mühəndis  şəbəkələri  və  qurğuları  sxemlərində  1:1000  və  ya  1:2000  miqyasında 



şəbəkə  və  qurğuların  yerləşdirilməsi  yerləri  göstərilməklə,  ərazinin  mühəndis  təminatının 

kompleks  texniki  həlləri  göstərilməlidir.  Mühəndis  şəbəkələrinin  növləri  üzrə  sxemlərin 

ayrıca cizgidə tərtib edilməsinə yol verilir.

 

3.15. 1:1000 və ya 1:2000 miqyasında icra edilmiş ərazinin mühəndis hazırlıq sxemində 



aşağıdakılar üzrə məlumat olmalıdır:

 

3.15.1. ərazinin mühəndis hazırlığı aparılmalı sahələrinin sərhədləri;



 

3.15.2.  yol-küçə  şəbəkəsinin  şaquli  planlaşdırılması  (mövcud  və  layihə  hündürlük 

səviyyələri);

 

3.15.3. küçə oxları üzrə mailliklərin istiqamətləri və ölçüləri;



 

3.15.4. səth sularının kənarlaşdırılması (yağış kanalizasiyası) və drenaj sistemi, ərazinin 

təhlükəli mühəndis-geoloji proseslərdən mühəndis mühafizəsi sistemi üzrə texniki həllər.

 

3.16.  Müfəssəl  plan  tərtib  olunduqda,  onun  məhdudiyyətlər  sxemində  aşağıdakı 



məlumatlar öz əksini tapmalıdır:

 

3.16.1.  tullantı  mənbələri  (istehsalat  müəssisələri,  mühəndis-nəqliyyat  infrastrukturu 



obyektləri, kommunal obyektlər);

 

3.16.2. sanitar-mühafizə zonaları;



 

3.16.3.  su  mühafizə  zonalarının  sərhədləri  və  su  göllərinin  sahilyanı  zolaqları, 

suqəbuledicinin sanitar-mühafizə zonaları, xüsusi mühafizə olunan təbii ərazilər və s.

 

3.17.  “Tikinti-planlaşdırma  eskizi”  yerin  relyefi  nəzərə  alınmaqla,  layihələndirilən 



ərazinin  sərhədlərində  tikilinin  memarlıq-planlaşdırma  və  həcm  məkan  həllini  aşkar 

etməlidir.  Onun  üzərində  bütün  növ  saxlanılan  tikilinin  və  təbii  landşaftın  saxlanılan 

sahələrinin elementləri və həmçinin layihələndirilən qırmızı xətləri göstərilməlidir. Ərazinin 

tikinti-planlaşdırılmasının  maketi  və  ya  3D  formatında  vizualizasiyası  layihə  tapşırığına 

əsasən yerinə yetirilir.

 

3.18. Müfəssəl planın əlavələrinə aşağıdakılar daxildir:



 

3.18.1.  müfəssəl  planın  hazırlanması  üçün  əsas  (yerli  icra  hakimiyyəti  orqanı  və  ya 

bələdiyyənin qərarı);

 



3.18.2.  istifadə  edilən  topoqrafik  əsas,  iqlim  və  mühəndis-geoloji  şərait  barədə 

məlumatlar;

 

3.18.3.  göstərilən  ərazi  üçün  əvvəllər  işlənilib  hazırlanmış  layihə  sənədləri  barədə 



məlumatlar;

 

3.18.4.  yerli  icra  hakimiyyəti  və  aidiyyəti  orqanları  tərəfindən  müfəssəl  planın 



razılaşdırılması barədə sənədlər;

 

3.18.5. müfəssəl planın ictimai müzakirəsinin protokolu.



 

 

 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə