Qаz хiDMƏTİ İŞÇİSİNİn sоrğu kitаbi



Yüklə 12,82 Mb.
Pdf görüntüsü
səhifə34/147
tarix07.06.2022
ölçüsü12,82 Mb.
#88954
1   ...   30   31   32   33   34   35   36   37   ...   147
504511415-Qaz-Xidməti-Işcisinin-Sorğu-Kitabı-2013



kationlar /+/ 
Katod zonası 
elektronlar 
anionlar /-/ 
Anod zonası 


100 
Katod mühafizəsi
Bu üsulla mənfi potensial qoymaqla, anod sahələrinin təsirinin 
aradan qaldırılması mümkün olur. Mənfi potensial, müsbət potensialı 
xüsusu torpaqlandırıcıya – anoda verilən xarici sabit cərəyan 
mənbəyindən qidalanır. 
Anod olaraq torpağa basdırılmış anod torpaqlandırıcılarından, 
köhnə boru və köhnə relsdən, tirdən istifadə edirlər. Anod 
torpaqlandırıcıdan yerə keçən cərəyan elektrolitik təsir edərək onu 
tədricən parçalayır. Boru divarının şəbəkəsi ilə birləşdirmə nöqtəsində 
potensial 0.8 V-dan çox alınmamaqla minimal potensial 0.285V 
olmalıdır. Katod mühafizəsinin işləməsi üçün cərəyan mənbəyi 
lazımdır. Katod mühafizəsi üçün Respublikada hal-hazırda əsasən 
KSS-600, KSS-1200, SSG-59-600, SSG-59-1200 modelli katod 
stansiyaları tətbiq edilir. Yeraltı qaz kəmərlərinin katod mühafizəsi 
onların xarici cərəyan mənbəyinin təsiri ilə katod polyarlaşdırılmasının 
təmin olunmasıdır. 
Katod stansiyası ilə mühafizə qurğusu sabit cərəyan 
mənbəyindən, anod torpaqlandırıcıdan, metal şkafda yerləşdirilən 
elektrik nəzarət cihazlarından, diodlardan, elektrik açarından və 
elektrik naqillərdən ibarətdir.
Katod mühafizəsinin sxemi 
1 – qrafit anod torpaqlandırıcı; 2 – birləşdirici kabel; 3 – sabit 
cərəyan mənbəyi; 4 – drenaj kabeli; 5 – drenaj nöqtəsi;
6 – qaz kəməri. 
Cərəyan mənbəyinin mənfi qütbü mühafizə olunan qaz kəmərinə, 
müsbət qütbü isə anod torpaqlandırıcıya birləşdirilir. Yaradılan qapalı 
elektrik dövrəsindən cərəyan, mənbəyin müsbət qütbündən 
torpaqlanmış anoda və torpaq vasitəsilə qaz kəmərinə, qaz kəmərindən 
mənbəyə (katod stansiyasına) dövr edir, qaz kəməri mühafizə olunur, 
Katod
zonası 








101 
torpaqlanmış anod elektrokimyəvi dağılmaya məruz qalır. Katod 
stansiyasının təsir gücü qaz kəməri ilə anod torpaqlanmasının bir-birinə 
yaxın yerləşdirilməsindən çox asılıdır. Belə ki, onlar arasındakı məsafə 
100 metrdən artıq olmamalıdır. 

Yüklə 12,82 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə