Qаz хiDMƏTİ İŞÇİSİNİn sоrğu kitаbi



Yüklə 12,82 Mb.
Pdf görüntüsü
səhifə35/147
tarix07.06.2022
ölçüsü12,82 Mb.
#88954
1   ...   31   32   33   34   35   36   37   38   ...   147
504511415-Qaz-Xidməti-Işcisinin-Sorğu-Kitabı-2013

Protektor mühafizəsi 
Protektor mühafizəsinin quruluşu çox sadədir. Bu quruluş əlvan 
metalların xüsusi xəritəsindən tökülən kündədən ibarətdir. Xüsusi 
duzlar qatışığında yerləşdirilən protektoru qaz kəmərindən 3-6 metr 
məsafədə, 2 metrə qədər dərinlikdə yerə basdırılır. 
Qaz kəmərini və protektoru yaxşı izolə edilmiş məftil vasitəsilə 
qısa qapayırlar. Qalvanik qütbə anodun rolunu protektor oynayır. Bu 
məftilin izolyasiyası uzun müddət torpaqda qalmadan xarab 
olmamalıdır. Müdafiə edilməli olan məntəqədə protektorları qaz 
kəməri boyunca 35 və 70 metr addımla qoyurlar. 
Qaz kəməri və qurğularını korroziyaya qarşı izolə edilməsinin 
layihələndirilməsinin həmin işlərin aparılması üzrə «CH-266-63. 
Yeraltı metal qurğularının korroziyadan qorunması Qaydaları» 
(«CH-266-63. 
Правила 
защиты 
подземных 
металических 
сооружений от коррозии») uyğun aparılmalı, kəmərlərin və 
qurğuların istismara qəbulunda bu təlimata ciddi əməl edilməlidir. 
Protektor mühafizəsinin sxemi 
1 – nəzarət məntəqəsi; 2 – birləşdirici kabel; 3 – protektor; 4 – doldurucu 
(duzlar+gil+su); 5 – mühafizə cərəyanının torpaqda hərəkəti istiqaməti; 
6 – qaz kəməri. 
 
 
 
Nəm torpaq 
(elektrolit) 
Katod zonası 
1...0,7 m
bir protektor 
üçün 








102 
Elektrik drenaj qurğusu
Elektrikləşdirilmiş tramvay və dəmir yol xətlərini kəsən və 
onların yaxınlığından keçən qaz kəmərlərində azmış cərəyanlar 
nəticəsində kəmərdə anod sahəsi yaranır ki, bu da boru metalının 
korroziyası-dağılması ilə nəticələnə bilər. 
Azmış cərəyanların təsirindən yaranan korroziya, qaz kəməri 
səthinin tramvay, elektrikləşdirilmiş dəmir yolu, metropoliten 
xətlərində reslərdə itən sabit cərəyanın bilavasitə təsiri ilə 
elektrokimyəvi dağılmaya məruz qalmasıdır. Reslərlə axıb qaz kəməri 
sahəsinə yaxın dartı yarımstansiyasının mənfi giriş yerinə qayıdan sabit 
cərəyan relslərin torpaqla yaxşı izolyasiya olunmaması səbəbindən, 
yaxud relslərin bir-biri ilə əlaqəsinin pozulmasından azmış halda 
torpağa keçərək zədələnmiş izolyasiya örtüyü yerindən elektrik 
müqaviməti ətraf torpağın müqavimətindən aşağı olan qaz kəmərinə, 
kəmərdən torpağa, torpağdan relsə dövrü olaraq axır. Azmış 
cərəyanların qaz kəmərinə giriş zonasında qaz kəməri katod (mənfi 
elektrod) kimi, çıxış zonasında isə anod (müsbət elektrod) kimi 
polyarlaşır. Metal boruları belə vəziyyətdən qorumaq məqsədilə 
elektrik drenaj qurğularından istifadə edilməlidir. 

Yüklə 12,82 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə