Qаz хiDMƏTİ İŞÇİSİNİn sоrğu kitаbi


Evdaxili qaz kəmərinin hesablanmasına dair nümunə



Yüklə 12,82 Mb.
Pdf görüntüsü
səhifə47/147
tarix07.06.2022
ölçüsü12,82 Mb.
#88954
1   ...   43   44   45   46   47   48   49   50   ...   147
504511415-Qaz-Xidməti-Işcisinin-Sorğu-Kitabı-2013

Evdaxili qaz kəmərinin hesablanmasına dair nümunə
İlkin verilənlər: 
-
4 mərtəbəli yaşayış binasının birincı mərtəbəsinin planı; 
-
abonent ayrılması paylayıcı kəmərə binadan 5m məsafədə 
birləşdirilir; 
-
qazın xüsüsi çəkisi 0,79 kq/m
3

-
quraşdırılan məişət cihazları: qaz plitəsi və su qızdırıcısı. 
Hesabatı aşağıdakı ardıcıllıqla aparırıq. 
1.
Birinci mərtəbənin planında mövcud TN və Q-yə uyğun qaz 
cihazlarını yerləşdiririk (şəkil 1.) 
2.
Planda qazlaşdırma sxeminə uyğun qaz kəmərlərini göstəririk
(şəkil 1). Abonent ayrımasında hidravliki bağlayıcı nəzərdə tuturuq. 
Pilləkən qəfəsinə girişdə tam şəkildə binanın qaz təchizatını kəsmək 
üçün bağlayıcı qurğu kimi probka kranı yerləşdiririk. Birinci 
mərtəbədə hər mənzilin mətbəxində quraşdırılan dik boruya qədər 
kəmərləri aparırıq. Planda dik borulardan qaz cihazlarına qədər 
ayırmaları çəkirik. 
3.
Çəkilmiş plan üzrə (şəkil 1) kəmərlərin aksonometrik sxemini 
çəkirik (şəkil 2). Sxemdən göründüyü kimi, birinci mərtəbənin 
mənzilinə girişlərdə, dik borunun aşağı hissəsində və hər bir qaz 
cihazının qarşısında probka kranlar yerləşdirilmişdir. Divar və 
arakəsmələrdən qaz kəmərləri xüsüsi futlyarlarda aparılır. 
4.
Ev daxili şəbəkənin hidravliki hesabatını aparırıq. Həmin hesabatı 
paylayıcı küçə kəmərindən ən uzaq məsafədə yerləşən 
(aksonometrik sxemdən göründüyü kimi dik boru №3 (DB№3) 
qoşulmuş 4-cü mərtəbədəki mənzildən başlayırıq. Qazın paylayıcı 
kəmərə qoşulma yerindən həmin mənzilin sanitar qovşağında 
quraşdırılmış su qızdırıcısına qədər hərəkəti boyunca ümümi basqı 
itkisi 40-45 mm su sütunu civarında olmalıdır. Həmin yol boyunca 
qaz kəmərini hesabi hissələrə bölürük. Hissələrin sıralamasını 
qoşulma yerinə ən uzaq nöqtədən aparırıq. Nəticədə 7 hesabi hissə 
alınır: 1-2; 2-3; 3-4; 4-5; 5-6; 6-7; 7-8 (şəkil 2). 
Sonra isə ayrı-ayrı hissələrdə ardıcıl olaraq hesabi sərflər təyin 
edilir. TN və Q-na əsasən qaz cihazlarının sərfləri üçün qəbul olunmuş 
normalar aşağıdakı kimidir: 

4-gözlü plitə üçün - 1,2 m
3
/saat; 

su qızdırıcısi üçün - 2,9 m
3
/saat. 


122 
Qaz kəməri hissələrində hesabi sərfləri həmin hissədən qidalanan 
qaz cihazlarının eyni zamanda işləmə əmsalını nəzərə almaqla təyin 
edək. Təbii olaraq, qaz cihazlarının sayı artdıqca eyni zamanda işləmə 
əmsalının qiymət aşağı düşəcək. Bir qaz cihazı üçün eyni işləmə əmsalı 
1-ə bərabər olacaq, qaz cihazlarının sayı artdıqca isə bu qiymət aşağı 
düşəcək. Bu asılılıq aşağıdakı şəkildə ifadə olunur: 
n
q
k
V
h
0
burada 
V
h
- qazın hesabi sərfi; 
k
0
- eyni tipli qaz cihazlarının və ya qaz 
cihazları qrupunun eyni zamanda işləmə əmsalıdır (cədvəl 2.) 
1-2 qaz kəməri hissəsi sərfi 2,9 m
3
/saat olan 1 su qızdırıcısını 
qazla təmin edir. Deməli 
k
0
=1 olacaq. 1-2 hissəsində hesabi sərfi təyin 
edək: 
V
h 1-2
=1x 2,9 x 1=2,9 m
3
/saat 
2-3 hissəsi qazla iki cihazı (su qızdırıcısı və qaz plitəsi) təmin 
edir.
Cədvəl 2-dən 
k
0
=0,72 qiymətini götürərək, alırıq: 
V
h 2-3
=0,72x (2,9+1,2) x 1=3,0 m
3
/saat 
Analoji olaraq qaz kəmərinin digər hissələri üçün də hesabi 
sərfləri hesablayaq: 
V
h 3-4
=0,46x (2,9+1,2) x 2=3,8 m
3
/saat 
V
h 4-5
=0,35x (2,9+1,2) x 3=4,3 m
3
/saat 

Yüklə 12,82 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə