Qаz хiDMƏTİ İŞÇİSİNİn sоrğu kitаbi



Yüklə 12,82 Mb.
Pdf görüntüsü
səhifə49/147
tarix07.06.2022
ölçüsü12,82 Mb.
#88954
1   ...   45   46   47   48   49   50   51   52   ...   147
504511415-Qaz-Xidməti-Işcisinin-Sorğu-Kitabı-2013

 
 
Yaşayış məskənlərinin qaz təchizatı sistemləri 
Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin təbii qaz 
təchizatı texnoloji rejim təzyiqləri həddində etibarlı və fasiləsiz qaz 
verilişini, istismarın münasibliyini və təhlükəsizliyini, qəza hallarında 
qaz kəmərlərində və sistemdə qaz axınını istənilən istiqamətə 
yönəltmək mümkünlüyünü təmin etməlidir. 
Qaz təchizatı sistemlərinin layihələndirilməsində "AzDTN 2.13-1. 
Qaz təchizatı. Layihələndirmə normaları"nı nəzərə almaq lazımdır ki, 
qaz təchizatı sistemlərinin tərkibinə xarici və daxili (binaların daxilində 
çəkilən) qaz kəmərləri və onlara aid olan bina, qurğu və avadanlıqlar 
daxildirlər. Qaz təchizatı sistemlərinin layihələndirilməsi hər rayon 
üçün yaşayış məntəqələrinin baş planlarına əsasən həyata keçirilməli,
yaşayış məntəqələrində tikililərin sıxlığı və planlaşdırmanın 
xüsusiyyətləri, məhəllələrin düzülüşü, qaz istehlakçılarının yükləmə 
ölçüsü, küçə keçidlərinin mühəndis kommunikasiyaları ilə təchiz 
edilməsi, geoloji şərait, iqlim nəzərə alınmalıdır. 






A. 
B. 


130 
Bütün hallarda sistem üçün ən yaxşı variant seçilməlidir. Elə 
variant seçilməlidir ki, texniki-iqtisadi göstəricilər, etibarlıq, texnoloji 
üstünlük, səmərəlilik və təhlükəsizlik təmin olunsun. 
Qaz təchizatı sisteminin texnoloji üstünlüyü istehlakçıları tələb 
olunan miqdarda təbii qazla və onun işlədilməsi üçün ən əlverişli 
(optimal) təzyiq rejimlərinin təmin olunması başlıca cəhətdir və 
bununla 
qiymətləndirilir. 
Qaz 
təchizatı 
sistemlərinə kapital 
qoyuluşunun ödəmə müddəti 10-12 il həcmində qəbul edilir. Ən sadə 
qaz təchizatı sistemi bir QTM-dən bir pilləli sistemdir. Bu sistem 
dalan, dairəvi və qarışıq ola bilər. QPS-dən orta və yaxud yüksək 
təzyiqli şəbəkə üzrə çıxan qaz şəhər ərazisindəki QTM-nə ayrılıqda isə 
iri həcmli qaz istehlakçılarına verilir. QTM-də təzyiqi aşağı endirilən 
qaz isə aşağı təzyiqli şəbəkə üzrə kommunal-məişət istehlakçılarına 
verilir. Yüksək təzyiqli qaz kəmərlərindən qazın ən yuxarı pillə ilə 
paylanması sistemi akkumulyasiya imkanlarının daha artıq olmalarına 
görə orta qaz kəmərlərindən etibarlıdır. Ona görə də yüksək təzyiqli 
qaz kəmərləri yerləşdirilməsinə yol verilən küçə keçidli şəhərlərdə 
yüksək təzyiqli qaz kəmərinin birinci pilləsindən sonra iki pilləli 
sistemin tətbiq edilməsi tövsiyə edilir. Böyük miqdarda sənaye qaz 
istehlakçıları olan, həm də bu müəssisələrin yaşayış massivləri 
yerləşdiyi iri sənaye şəhərlərində üç və daha çox pilləli qaz paylayıcı 
sistemlərin quraşdırılması da məqsədə uyğun olardı. 

Yüklə 12,82 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə