Qazli bə neftli SÜxurlarin fiZİKİ xassəLƏRİ


V.3.Süxurların elastiklik xassələri



Yüklə 471,14 Kb.
səhifə16/34
tarix21.05.2023
ölçüsü471,14 Kb.
#111761
1   ...   12   13   14   15   16   17   18   19   ...   34
Qazli b neftli S xurlarin fiZ K xass L R

V.3.Süxurların elastiklik xassələri
İstismar prosesində layların deformasiyaya məruz qalması lay təzyiqinin azalması və ya artması (süni təsir nəticəsində) ilə izah olunur. Lay təzyiqi ( ), süxura düşən dağ təzyiqinin ( ) müəyyən qədər azaldır . Onda süxura düşən effektiv təzyiq ( ) aşağıdakı kimi tagılır:
(V.7)
İstismar prosesində lay təzyiqinin azalması ilə süxura düşəneffektiv təzyiq artır və məsamələrin həcmi azalır.
Qey etmək lazımdır ki, süxurun hissəcikləri arasında olan sementləyici maddələr, məsamələr həcminin azalmasına mənfi təsir göstərir. Lakin, məsamələrin həcminin azalmasını təyin edən əsas amil, süxura düşən effektiv təzyiqdir.
Tədqiqatlar göstərir ki, neft yataqlarında layların məsamə həcminin lay təzyiqindən asılı olaraq dəyişməsi Huk qanununa tabedir.
Məlumdur ki. Süxur nümunəsinin müumi həcmi (V), onu təşkil edən hissəciklərin həcmi ( ) ilə, məsamələrin ( ) həcminin cəminə bərabərdir. Süxur nümunəsinə düşıən orta gərginliklə süxurdakı lay təzyiqinin təsiri nəticəsində bu üç həcm dəyişəcəkdir. Ona görədə süxurun həcmi deformasiyası Huk qanununa görə üç cür sıxılma əmsalı ilə xarakterizə olunacaqdır:
(V.8)
(V.9)
(V.10)
burada , -süxur nümunəsinin, hissəciklərinin və məsamələrin, hissəciklərinin və məsamələrin həcmi sıxılma əmsalıdır. Hərtərəfli sıxılma şəraitində həcmi deformasiya -dən və pdən asılıdır. Belə ki gərginliyi, süxur nümunəsinin təzyiqi ilə süxur hissəciklərinin deformasiyasını müəyyən edir. (V.8)-(V.10) ifadələrinə görə süxur nümunəsinin məsamələri və süxur hissəciklərinin nisbi elastik deformasiyaları belə hesablanır.
(V.11)
(V.12)
(V.13)
və arasında aşağıdakı asılılığı yazmaq olar:
(V.14)
MÜHAZİRƏ № VI
VI.1.Neft və qazın tərkibi
Tərkibindən, temperatur və təzyiqin qiymətindən asılı olaraq karbohidrogenlər lay şəraitində müxtəlif termodinamik - qaz, maye, bərk qazlı maye hallarında olr.
Neft və qaz, karbon və hidrogendən təşkil olunmuş üzvi birləşmələrdir. Lakin göstərilən elementlərdən başqa, neftin tərkibində əksər halda kükürd, oksigen, azot və s. elementlərə rast gəlinir.Kükürdlü birləşmələr paslandırıcı və bununla əlaqədar olaraq dağıdıcı xassəyə malik olduğundan, adətən, zərərli sayılır. Oksigen, bir çox neftlər üçün praktiki əhəmiyyəti olan naften turşusunun tərkibinə aid edilir. Neftin qatran hissəsi kükürd, oksigen və azot birləşmələrindən təşkil olunur. Bir çox neftlərin tərkibindən hidrogen-sulfid də olur. Lay şəraitində neftin tərkibində çoxlu miqdar parafin, asfalten və s. hissələr də olur. Qeyd etmək lazımdır ki, göstərilən elementlərin az miqdarda olmalarına baxmayaraq, onlar layda neftin hərəkətinə böyük təsir göstərir. Bu baxımdan neftin tərkibində olan üzvi birləşmələr aşağıdakı üç qrupa bölünür:
1.Parafinli karbohidrogenlər. Bunların tərkibi ifadəsi ilə təyin edilir. Bu birləşmələr kimyəvi cəhətdən daha dayanıqlı olur. Atmosfer şəraitində əsas etibarilə doymuş karbohidrogenlərdən təşkil olunmuş neft parafin əsaslı sayılır.
2.Naftenli karbohidrogenlər. Bunların tərkibi ifadəsi ilə təyin edilir. Bu cür neftlər naften əsaslı sayılır.
3.Aromatik karbohidrogenlər. Bunların tərkibi ifadəsi ilə müəyyən edilir. Bu cür neftlər kimyəvi aktiv olmaqla tez oksidləşməyə məruz qalır. Belə neftlərə, adətən, az rast gəlinir. Qeyd etmək lazımdır ki, parafin və naften əsaslı neftlərə ən çox rast gəlinir.
Neftin qaynama temperaturu (150-200)°C olan fraksiyası benzindən, (150-300)°C – kerosindən, (300-400)°C – solyardan, 400°C – dən yuxarı temperaturda qaynayan hissəsi isə yağlardan ibarət olur. Qatranı az olan neftlərin (500-550)°C temperaturdan sonra qalan hissəsi asfalteni təşkil edir.
Neftlər tərkibində kükürdün, qatranın, parafinin asfaltenin və s. miqdarına görə aşağıdakı kimi təsnif olunur. Lakin bu barədə hələlik tam fikir yoxdur.
Buna səbəb neftin tərkibinin nəinki müxtəlif laylar üçün, hətta eyni bir yataq üçün də kəskin dəyişməsidir. Buna baxmayaraq, nüftin tərkibində aşağıda göstərilən müəyyən qanunauyğunluqlar nəzərə çarpır:
1)əgər neftin benzin fraksiyasında metanlı karbohidrogenlər üstünlük təşkil edirsə, onda lay şəraitində neftin tərkibində çoxlu miqdar metan və ağır qaz karbohidrogenləri (etan, propan, butan) həll olur. Adətən, 200°C-yə kimi qaynaya bilən benzin fraksiyalarının miqdarı (20÷30)% və çox olur. Belə neftlər parafinlə zəngin olur;
2)əgər benzin fraksiyasında naftenli karbophidrogenlərin miqdarı əksəriyyət təşkil edirsə, belə neftdə benzin fraksiyasının miqdarı 2÷15 % olur. Lay şəraitində bu cür neftlərdə, adətən, metan həll olur, propan, butan və s. ağır karbohidrogenlərin miqdarı isə az olur. Belə neftlərin tərkibində parafin olmur, naften turşusu olur;
3)əgər neftdə benzin fraksiyası yoxdursa, kerasinin xüsusi çəkisi çox boyük olmaqla bərabər, yüksək oktan ədədinə malik olur. Bu neftlərin tərkibində, adətən, nəzərə çarpacaq miqdarda qaz həll olmur (etana, propana, butana isə, ümumiyyətlə, rast gəlinmir).
Əgər neft metan sıralı karbohidrogenlərlə və benzin fraksiyası ilə zəngindirsə, belə neftin özlülüyü kiçik olur. Tərkibində qaz az həll oln neftlərin özlülükləri isə böyük olur.
Tərkibində naften turşusu olan neftlər qələvi su ilə təmasda olduqda neft-su sərhədində səthi gərilməni azaldan maddə əmələ gələrək neft verməyə müsbət təsir göstərir.
Lakin belə düşünmək olmaz ki, bu qayda ilə neftləri ayrı-ayrı qruplara bölmək olar. Bu məqsədlə riyazi statistikanın və geokimyəvi təhlilin tətbiqi məqsədə uyğun sayılır.
Neft, qaz və qaz-kondensat yataqlarından alınan qazın tərkibi əsas etibarilə metan sıralı korbohidrogenlərdən ibarıtdir. Bununla bərabər, qazların tərkibində karbon qazı, azot, kükürd və nadir qazlar da olur.

Yüklə 471,14 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə