Qazli bə neftli SÜxurlarin fiZİKİ xassəLƏRİ


VI.4.Süxurların müxtəlif növ deformasiyalara müqaviməti



Yüklə 471,14 Kb.
səhifə12/34
tarix21.05.2023
ölçüsü471,14 Kb.
#111761
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
Qazli b neftli S xurlarin fiZ K xass L R

VI.4.Süxurların müxtəlif növ deformasiyalara müqaviməti
Dağ süxurlarının sərtliyi və onların mexaniki xassələrin xarakterizə edən əmsallar, deformasiyanın növlərindən asılıdır.
Süxurların yükə dayanıqlığı sıxılmada aşakr edilir; başaqa deformasiyalarda onların möhkəmliyi yüksək deyil, məsələn, lay süxurları üçün yarılmaya müqavimətin 0,02 hissəsini təşkil edir.
Süxurların möhkəmlik dərəcəsinə onların mineroloji tərkibi və quruluşunun böyük təsiri vardır. Kişik dənəcəkli məsaməli süxurlar,adətən. Eyni mineraloji tərkibli, lakin böyük plçülü kristal quruluşlu süxurlara nisbətən daha yüksək möhkəmliyə malikdirş lifli quruluşa malik süxurların möhkəmliyi daha yüksək olur. Süxurların mexaniki xassələrinə sementləyici maddənin tərkibinin də təsiri böyükdür. Lakin süxuru təşkil edən dənələrin yüksək möhkəmliyə malik olması, süxurun müxtəlif deformasiyalara böyük müqavimət göstərə bilməsi demək deyildir. Gil hissələri ilə sementləşən qum dənəciklərindən təşkil olunmuş süxurlar sıxılmaya dayanıqsız süxurlar qrupuna aiddir. Əhəngdaşında gil hissəcuklərinin olması da süxurların dayanıqlığını azaldır.
Sementləyici maddəsi silisium oksidi və əhəng elementindən ibarət qum dənəciklərindən təşkil olunmuş süxurlar yüksər möhkəmliyə malikdir.
Çökmə süxurlar, mexaniki xassələrinə görə anizotropdur.Məsələn, laylanma istiqamətinə görə belə süxurların möhkəliyi laylanmaya perpendikulyar istiqamətə görəmöhkəmlikdən çox olur.
IV.5.Gilli süxurların neft və suyun təsirindən şişməsi
Məlumdur ki, süxurların tərkibində olan gil hissəcikləri su ilə təmasda şişir. Bunun nəticəsində məsamərəldəki keçiricikanalların ölçüləri kiçilir və süzülməyə böyük müqavimət yaranır. Bu səbəbdən həmin hadisənin öyrənilməsi vacib məsələlərdən biridir.
Müəyyən olumuşdur ki,gilin şişməsi osmotik xarakter daşıyaraq əksər hallarda məsamədəki məhlul ilə onunla təmasda olan sudakı duzların konsentrasiyaları fərqi nəticəsində baş verir. Şişmə prosesi, xüsusi sərhi böyük olan süxurun gil hissəciklərinin səthinə hidratlaşmış ionlu qatın qalınlığının artması ilə davam edir. Gilin şişməsinin intensivliyi, məsamədəki suyu kimyəvi tərkibindən, duzun konsentrasiyasından, süxurun mineraloji və qranulometrik xüsusiyyətlərindən, dəyişənionların tərkibindən, layın quruluşundan, onun daxili əlaqəsinin xarakterindən və süxurun su ilə təmas şəraitindən asılıdır. Süxurla təmasda olan suyunminerallaşma dərəcəsi azaldıqca gilin şişməsi artır.
Gilin şişmə qabliyyətini öyrənmək üçün xüsusi laboratoriya qurquları məlumdur. Belə qurğuların köməyi ilə gilin şişməsinin xarakterizə edən aşağıdakı məlumalar əldə edilir:
1) su ilə təmas nəticəsində gil nümunəsinin həcminin artması;
2) şişmiş nümunənin nəmliyi;
3) şişmə prosesində təzyiqin artması.
Gilin ifrat şişməsi nəticəsində onun möhkəmliyiazalır və gil hissəcikləri arasındakı daxili əlaqə pozulraq yumşalmağa başlayır.
Mədən müşahidələri göstərir ki, layların açılmasında quyudibi ətrafına çoxlu miqdar su daxil olduğundan, quyu divar ətrafında uçrumlar baş verir.
Gilin şişməsi nəticəsində süzülmə surətinin xətti qanunu pozulur və qeyri-xətti effektlər baş verir. Bununlada layın neft və qaz vermə əmsalı xeyli azalır. Bu səbəbdən laya vurulan suyun tərkibini elə tənzim etmək lazımdır ki, onun süxur gilləri ilə təmasında şişmə hadisəsi əmələ gəlməsin. Bu məqsədlə kimyəvi reagentlərdən istifadə edilir.
Gil hissəcikləri polyar neftlərlə də təmasda olduqda şişmə hadisəsi baş verir. Temperatur artdıqca şişmə artır. Montmorillonit gillər kaolinit gillərə nisbətən daha çox şişir. Gilin şişməsinin qarşısını alan tədbirlərin aşakr edilməsi neft və qaz yataqlarının səmərəli istismar prosesi üçün böyük əhəmiyyət kəsb edir.

Yüklə 471,14 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə