38
Torpaq məhlulunun tərkibi və konsentrasiyası torpağın reaksiyasını müəyyən edir (pH). Bitki və torpaq
heyvanları üçün neytral reaksiya (pH=7) daha əlverişli sayılır.
Torpağın strukturu və məsaməliyi qida maddələrinin bitki və heyvanlar üçün istifadə edə bilmə dərəcəsini
müəyyən edir. Molekulyar qüvvə ilə torpaq hissəciklərinin bir-birilə birləşməsi torpağın strukturunu yaradır.
Onların arasındakı boşluqlar məsamə adlanır. Torpağın ümumi həcminə görə onda olan bütün məsamələrin
həcmlərinin cəminin faizlə ifadəsi torpağın məsaməliyi adlanır.
Torpağın quruluşu. Torpaqəmələgəlmə prosesi yuxarıdan aşağıya doğru gedərək, intensivliyi getdikcə
azalır. Mülayim zonada bu proses 1,5-2,0 m dərinlikdə sönür. Torpağın şaquli kəsiyində torpaqəmələgəlmə
prosesinin xarakteri də dəyişir.
Torpaqəmələgəlmə prosesində ayrılan və torpaq səthinə müəyyən dərəcədə paralel yerləşən, nisbətən
oxşar qatlara torpağın genetik horizontları deyilir. Onlar bir-birindən və ana süxurdan rənginə, strukturuna,
quruluşuna, tərkibinə və digər əlamətlərinə görə seçilir. Torpağın genetik horizontlarının birliyi torpaq
profilini əmələ gətirir. Profildə əsas üç horizont ayrılır: 1) üst çürüntü-akkumlyativ və ya humus horizontu
(A), bu horizontda üzvi maddələr toplanır və dəyişir, birləşmələrin bir hissəsi su ilə yuyularaq aşağı qatlara
aparılır; 2) yuyulma – illuvial qat, burada yuxarıdan yuyulan maddə çökərək mineral formalara çevrilir,
karbonatlar, gips, gilli minerallar toplanır və s. Bu horizont tədricən ana süxura - horizonta (C) keçir.
Torpağın mühüm ekoloji faktorları. Qeyd edildiyi kimi bu faktorlar fiziki və kimyəvi faktorlara
bölünür. Fiziki faktorlara torpağın nəmliyi, temperaturu, strukturu və məsaməliyi daxildir.
Torpağın nəmliyi, daha doğrusu bitkilər üçün istifadə olunan nəmlik bitkinin kök sisteminin sorucu
gücündən və suyun fiziki vəziyyətindən asılıdır. Asan istifadə olunan «azad» su əvvəlcə iri məsamələrdən tez
sızaraq, sonra isə xırda məsamələrdən tədricən sızaraq torpağın dərin qatlarına gedir; bağlı və kapilyar
rütubətlik torpaqda uzun müddət qalır.
Rütubətliyin bitkilər tərəfindən istifadəsi torpağın susaxlama qabiliyyətindən asılıdır. Torpaq nə qədər gilli
və quru olarsa, susaxlama qabiliyyətinin gücü yüksək olur. Torpağın nəmliyi çox aşağı olub, yalnız istifadə
oluna bilməyən möhkəm bağlı su qaldıqda bitki quruyur, hiqrofil heyvanlar (yağış soğulcanı və b.) aşağı
rütubətli qatlara keçərək yağış düşənə qədər orada «yuxuya» gedir. Lakin bir sıra çoxayaqlılar hətta torpağın
quru həddində belə, aktiv həyatsürmə qabiliyyətinə malikdir.
Torpağın temperaturu xarici mühitin temperaturundan asılıdır, lakin aşağı temperatur keçirməsi
sayəsində temperatur rejimi xeyli stabildir, 0,3 m dərinliyində temperaturun dəyişmə amplitudu 2
0
-dən
aşağıdır, bu hal torpaq heyvanları üçün vacib olub komfort temperatur şəraiti axtarmaq üçün torpağın aşağı
qatlarına keçməyə ehtiyac olmur.
Temperaturun sutkalıq dəyişməsi yalnız 1 m dərinliyə qədər hiss olunur. Yayda torpağın temperaturu
havanın temperaturundan aşağı, qışda isə yuxarı olur.
Torpağın strukturu və məsaməliyi onun aerasiyasının yaxşılaşmasını təmin edir. Torpaq soğulcanları
gilli, gillicəli və qumluca torpaqlarda aktiv hərəkət edərək onun məsaməliyini artırır. Sıx torpaqlarda aerasiya
çətinləşir və oksigen limitləşdirici faktor ola bilər, lakin torpaq orqanizmlərinin çoxu sıx gilli torpaqlarda da
yaşaya bilir.
Torpaq horizontları məməlilər (məs. gəmiricilər) üçün də yaşayış mühiti sayılır.
Mühüm kimyəvi faktorlara torpaq mühitinin reaksiyası və duzluluğu sayılır. Mühitin reaksiyası bir çox
heyvan və bitkilər üçün olduqca mühüm faktor hesab olunur. Quru iqlim şəraitində neytral və qələvi, rütubətli
rayonlarda isə turş torpaqlar üstünlük təşkil edir. Taxılların çoxu neytral və zəif qələvi torpaqlarda (məs.
qaratorpaq) yaxşı məhsul verir.
Duzlu torpaqlarda suda həll olan duzların (xloridlər, sulfatlar, karbonatlar) miqdarı izafi həddə çatır. Bu
torpaqlar çox vaxt qrunt sularının torpaq horizontuna qədər qalxması ilə əlaqədar təkrar şorlaşma nəticəsində
əmələ gəlmişlər. Duzlu torpaqların şoran və şorakət tipləri mövcuddur. Şorakət torpaqlarda natrium-karbonat
üstünlük təşkil edir, bu torpaqların reaksiyası (pH) 8-9-a çatır.
Duzlu torpaqların özünəməxsus flora və faunası var. Burada bitkilər duzların konsentrasiyası və tərkibinə
davamlıdır, lakin müxtəlif bitki növləri müxtəlif cür uyğunlaşmışdır. Duzadavamlı bitkilər halofitlər adlanır.
Duzlaq coğanı adlanan halofit növü 20%-dən artıq torpağın duzluluğuna dözür. Bununla belə torpaq
soğulcanları torpağın zəif duzluluğuna uzun müddət davam gətirə bilmir.
Torpağın canlı sakinləri (orqanizmləri)
Torpağın müxtəlifliyi onun müxtəlif ölçülü orqanizmlər üçün müxtəlif mühit yaratmağa imkan verir.
Mikroorqanizmlər üçün torpaq hissəciklərinin səthinin cəmi xüsusi əhəmiyyət kəsb edir, belə ki, onların
39
üzərində mikrobların əksər hissəcikləri adsorbsiya olunur. Torpaq mühitinin mürəkkəbliyi çox müxtəlif
fəaliyyətli qruplaşmaların – aerobların və anaerobların, üzvi və mineral birləşmələrdən istifadə edənlərin
məskunlaşması üçün müxtəlif cür şərait yaradır. Mikroorqanizmlərin yayılması üçün torpaqda kiçik mənbələr
(yuvacıqlar) xarakterikdir, belə ki, hətta bir neçə millimetr məsafədə müxtəlif ekoloji zonalar bir-birini əvəz edə
(dəyişə) bilər.
Mikrofauna (ibtidailər, rotatorilər, ərincəklər, nematodlar və b.) adlanan qruplaşmada birləşən kiçik
torpaq heyvanları üçün torpaq mikro su hövzəsi hesab olunur. Əslində onlar su orqanizmləridir. Onlar
qravitasiya və kapilyar su ilə dolmuş torpaq məsamələrində yaşayırlar, həyatlarının bir hissəsini isə
mikroorqanizmlər kimi pərdə suyunun hissəcikləri səthində adsorbsiya olunmuş vəziyyətdə keçirə bilir. Bu
növlərin çoxu su hövzələrində yaşayır. Lakin onların torpaq formaları şirin su növlərindən kiçik olur, bununla
yanaşı, əlverişsiz dövrlərin sonunu gözləyərək uzun müddət sistalaşmış vəziyyətdə qalmaq qabiliyyətinə
malikdirlər. Halbuki, şirin su amyoblarının ölçüləri 50-100 mkm olduğu halda, torpaq amyoblarının ölçüsü cəmi
10-15 mkm olur. Qamçılıların ölçüləri xüsusilə kiçik, cəmi 2-5 mkm olur. Torpaq infuzorları da karlik ölçüsündə
olur və bədənlərinin formalarını kəskin dəyişə bilirlər.
Hava ilə tənəffüs edən bir qədər iri heyvanlar üçün torpaq kiçik mağara sistemi sayılır. Belə heyvanlar
mezofauna adlanan qrupda birləşir. Torpaq mezofaunasının nümayəndələrinin ölçüləri millimetrin onda bir
hissəsindən 2-3 mm-ə qədər olur. Bu qrupa əsasən buğumayaqlılar, gənələrin bir sıra qrupları, ilk qanadsız
həşəratlar, qanadlı həşəratların xırda növləri və s. daxildir. Onların xüsusi qazımağa (eşməyə) uyğunlaşma
üzvləri yoxdur. Onlar torpaq boşluqlarının divarları ilə sonluqlarının köməyi ilə və ya qurdşəkilli qıvrılaraq
sürünürlər. Su buxarları ilə doymuş torpaq havası onlara örtükləri ilə tənəffüs etməyə imkan yaradır. Bir çox
növlərin traxeya sistemi yoxdur. Belə heyvanlar qurumağa qarşı çox həssasdırlar. Havanın rütubətliyinin
dəyişməsindən qorunmaq üçün əsas üsul torpağın dərinliyinə doğru hərəkət etməkdir. Lakin torpaq boşluqları
ilə hərəkət etmək dərinliyə doğru miqrasiyanı məsamələrin diametrlərinin kiçilməsi məhdudlaşdırır, odur ki,
torpaq boşluqları ilə yalnız ən kiçik növlər üçün mümkün olur. Mezofaunanın bir qədər iri nümayəndələri
torpaq havasında nəmliyin aşağı düşməsinə dözmək üçün bəzi uyğunlaşmalara malikdir: bunlardan bədəndə
qoruyucu pulcuqları qismən su, hava keçirməyən örtükləri, tənəffüsü təmin edən primitiv sistemli epikutikula
ilə başdan-başa qalındivarlı zirehi göstərmək olar.
Torpaq su ilə basıldıqda mezefaunanın nümayəndələri həyatını havanın qovuqcuqlarında keçirir. Hava
heyvanların tüklə və pulcuqlarla örtülü sukeçirməyən bədənlərinin ətrafında yığılaraq saxlanılır. Havanın
qovuqcuqları xırda heyvanlar üçün özünəməxsus «fiziki qəlsəmə» vəzifəsini görür.
Torpağın mikro və mezofaunasının nümayəndələri torpaq donuşluğunu keçirmək qabiliyyətinə malikdirlər,
belə ki, növlərin əksəriyyəti donmağa məruz qalan qatlardan aşağıya keçə bilmir.
Bədənlərinin ölçüləri 2...20 mm olan torpaq heyvanları makrofaunanın nümayəndələri sayılır. Bura
həşəratların sürfələri, çoxayaqlılar, enxitreidlər, torpaq soğulcanları və s. daxildir. Torpaq onlar üçün sıx mühit
olub hərəkət etmələrinə böyük mexaniki müqavimət göstərir. Bu nisbətən iri formalar torpağın hissəciklərini
aralayaraq onun təbii boşluqlarını genişləndirmək, yaxud yeni izlər (yollar) açmaq yolu ilə hərəkət edirlər. Hər
iki hərəkət üsulu heyvanların xarici quruluşunda iz buraxır.
Qazıma (eşmə) yolu ilə hərəkət etməmək yalnız bədənləri kiçik en kəsiyə malik olan növlər üçün xasdır,
əyri-üyrü yollarla güclü qıvrılma qabiliyyətinə malikdir (çoxayaqlılar, geofillər). Bədənlərinin divarları ilə təzyiq
göstərmək hesabına torpaq hissəciklərini aralayaraq hərəkət edənlərdən torpaq soğulcanları, uzunayaqlılara
aid milçəyin sürfələrini və b. göstərmək olar. Bir çox növlər torpaqda ekoloji cəhətdən sərfəli hərəkət tipi
uyğunlaşması (qazıma və arxasınca yolu bağlama) inkişaf etmişdir. Qazıma torpağı yumşaltmaq və
hissəciklərini kürümək yolu ilə aparılır. Bura müxtəlif həşəratların sürfələri aiddir. Bu orqanizmlərin bədənində
qazıma və kürümək üçün xüsusi uyğunlaşmalar olur.
Haqqında danışılan ekoloji qrupun əksər növlərində qaz mübadiləsi xüsusi tənəffüs orqanlarının köməyi ilə
yerinə yetirilir, lakin bununla yanaşı, qaz mübadiləsi örtük vasitəsilə tamamlanır. Bəzi növlər yalnız dərisi ilə
(məs. torpaq soğulcanı, enxitreid) tənəffüs edir. Torpaqeşən (yereşən) heyvanlar əlverişsiz vəziyyət baş
verdikdə qatlardan çıxırlar. Quraqlıq vaxtı və qışa yaxın onlar daha dərin qatlarda, yerin səthindən bir neçə on
santimetrdə konsentrasiya olunur.
Torpağın meqafaunası – əsasən məməlilərdən ibarət olub iri yereşənlərdir. Bir sıra növlər bütün
həyatını torpaqda keçirir (Avrasiyada – korsiçan, sokor, köstəbək; Afrikada – qızılköstəbək; Avstraliyada –
kisəli köstəbək). Onlar torpaqda yollar və yuvalar sistemi qazırlar. Bu heyvanların xarici görkəmi və anatomik
xüsusiyyətləri yeraltı eşmə həyat tərzinə uyğunlaşmanı əks etdirir. Onlar inkişafdan qalma gözlərə, qısa boğazlı
kompakt, dalğalı bədənə, qısa sıx xəz dəriyə, möhkəm dırnaqlı güclü qazıcı sonluğa malikdirlər. Torpağın
Dostları ilə paylaş: |