QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə174/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   ...   184

 

387


olaraq yüksək temperatur və müxtəlif intensivli küləklərlə müşayiət olunur. Quru küləklər bitkinin yüksək 

transpirasiyasına səbəb olur, torpaq səthindən intensiv buxarlanma gedir, torpağın nəmliyi aşağı düşür və bunun 

nəticəsində bitkinin su balansının pozulmasına səbəb olur.  

Cədvəl 23.6 

 

Rütubətlənmə (illik Md-yə görə) və landşaft zonaları 

(Ə.C.Əyyubov, 1984, 2000) 

 

Zonalar   Md  Landşaft zonaları  

Sahə, 

%-lə 

Suvar-maya tələbat  İqlim-suvarma norması, mm-lə 

 

1 2 









Quru  


<0,10 

Səhra, yarımsəhra 11

Çox 

yüksək  


650-dən çox 

Yarımquru  

0,10-

0,15 


Yarımsəhra, quru bozqır 27 Yüksək  

650-500 


Quraq  

0,15-


0,25 

Quraq bozqır 24 Orta 

 

500-300 


Yarımquraq  

0,25-


0,35 

Meşə-bozqır 11 Aşağı  

300-150 

Yarımrütubətli  

0,35-

0,45 


Çəmən-bozqır, meşə 9 

Zəif  


150-0 

Rütubətli 

>45 

Meşə zonası, yüksək dağ çəmənləri, dağətəyi 



meşə-çəmənləri 

18 Yoxdur  

Suvarma tələb 

olunmur  



 

 

Azərbaycanda İraq, İran və Orta Asiya ərazilərindən daxil olan subtropik antitsiklonun təsiri nəticəsində ilin 

isti dövründə atmosfer prosesləri quraqlıq və quru yellərin  əmələ  gəlməsinə  səbəb olur. Bu isə respublika 

ərazisində  kənd təsərrüfatı bitkilərinin normal inkişafına mənfi təsir göstərir və  məhsuldarlığını  aşağı salır. 

Ə.M.Şıxlinski (1958) qeyd edirdi ki, respublika ərazisində müşahidə edilən quru yellər, yaranmasına və 

əlamətlərinə görə şərq və cənub-şərq istiqamətlidir. Müəllif Azərbaycan ərazisində ağ yellərin müşahidə edildiyi 

dörd zona ayırır: 1) Kür-Araz ovalığını, Böyük və Kiçik Qafqaz dağlarının 200-400 m hündürlüyə qədər olan 

hissəsini  əhatə edən  ərazilər. Burada il ərzində  ağ yelli günlərin sayı 20-50 gün arasında müşahidə edilir; 2) 

Naxçıvan MR-in Arazboyu hissəsindən başlayaraq 1500 m hündürlüyə  qədər olan ərazilər. Burada ağ yelli 

günlərin sayı 30-75 gün müşahidə olunur; 3) Böyük və Kiçik Qafqazın 400-800 m hündürlük arasında olan 

aşağı və orta hissəsi. Ağ yelli günlərin sayı 10-29 arasında dəyişir; 4) Dağlıq və yüksək dağlıq ərazilər, dəniz 

sahili ərazinin müəyyən bir hissəsi. Bu hissələrdə ağ yelli günlərin sayı 10 gündən artıq olmur.  



Quraqlıq və quru küləklərə qarşı  tədbirlər. Bu məqsədlə  əsasən aqrotexniki və meliorasiya tədbirləri 

həyata keçirilir.  



Suvarma – quraqlıq və quru küləklərə qarşı radikal üsul sayılır. Suvarma hətta səhra şəraitində bitkilərdən 

yüksək məhsul götürməyə imkan yaradır. Səhra şəraitində günəş enejisi yüksək olduğundan, suvarma xüsusilə 

yaxşı effekt verir. Burada suvarma şəraitində (vahələrdə) alınan məhsul hətta mülayim zonadan da yüksək olur.  

Suvarılan torpaq sahələrinin genişləndirilməsi nəinki səhra və yarımsəhra rayonlarında, həmçinin sabit 

rütubətliyə malik olmayan bozqır (çöl) rayonlarında da vacibdir. Bozqır rayonlarda suvarma norması və vaxtı 

atmosfer yağıntıları ilə yaranan torpaq nəmliyinin rejimi ilə uyğunlaşdırılmalıdır, burada süni suvarma təbii 

rütubətliyi tamamlamalıdır.  Əgər süni suvarma, yağıntıların miqları ilə torpağın nəmlik dərəcəsi nəzərə 

alınmadan aparıldıqda torpağın şorlaşmasına səbəb olur.  

Quraqlıq rayonlarda suvarma quru küləklər əsən dövrdə aparıldıqda daha effektli nəticələr alınır. Suvarma 

torpağın nəmliyi və temperaturu, həmçinin bitkilər arasında havanın temperatur və rütubətliyini dəyişir (nizama 

salır).  



 

388


Tarlaqoruyucu meşə zolaqları  quraqlıq və quru küləklərə qarşı mübarizədə mühüm tədbir sayılır. Bu 

zolaqlar arasındakı tarlalarda, torpaq səthi havasının meteoroloji rejiminə  əhəmiyyətli dərəcədə  təsir göstərir. 

Meşə zolaqları quru küləklər əsdikdə daha yüksək effekt göstərir. Qoruyucu meşə zolaqları vegetasiya dövründə 

əkin sahələrini isti, quru və soyuq küləklərdən, temperatur dəyişkənliyindən qoruyur. Havanın, torpağın 

nəmliyini artırır, mikroiqlim amillərini tənzim etməklə, kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul 

götürülməsi üçün əlverişli şərait yaradır.  

Quraqlıq və quru küləklərə qarşı mübarizədə  səpin işlərinin vaxtında aparılması mühüm faktor sayılır. 

Quraqlığa davamlı yüksək məhsuldar kənd təsərrüfatı bitkiləri sortlarından istifadə edilməsi də quraqlıq və quru 

küləklərə qarşı mühüm üsul hesab edilir.  

Yeni bitki sortlarının sınaqdan keçirilməsi aqrometeoroloji və aqroiqlim şəraiti nəzərə alınaraq 

rayonlaşdırılmalıdır.  

 

23.13. VULKANLAR (qədim romalılarda «od allahı vulkanın» adından)  

Yer üzərində baş verən vulkan fəaliyyəti olduqca mürəkkəb fiziki-kimyəvi proses olub, uzun illərdir ki, 

ətraf mühitə öz təsirini göstərir. Vulkanizm litosferin – Yerin bərk qabığının, atmosferin və okeanların 

formalaşmasında böyük rol oynayır. On və yüz milyon illər  ərzində iqlimin uzunmüddətli dəyişilmələri də 

müəyyən dərəcədə vulkanizmlə təyin edilir.  

Vulkan püskürmələri gücü atılan materialların miqdarı, püskürülən kütlənin tərkibi ilə  fərqlənir. Hazırda 

yüzlərlə  fəaliyyətdə olan vulkanlar olduqca müxtəlif püskürmələr nümayiş etdirir və bu zaman bir neçə yüz 

kubmetrdən kilometrkuba qədər və daha çox maddələr atıla bilər.  

Vulkanik püskürmələr zamanı Yer qabığının maddələrinin intensiv şaquli hərəkəti və enerjinin daşınması baş 

verir, bu isə  dərinlik kütlələrinin səthə  çıxmasına səbəb olur. Dağ süxurlarının tərkibindən, digər fiziki-kimyəvi 

şəraitdən asılı olaraq vulkanizm rayonlarında vulkanik püskürmələr müxtəlif xarakter daşıya bilər. Mərkəzi çat və 

sahə püskürmələri ayrılır. Püskürülən kütlə bərk, maye və qazşəkilli maddələrdən ibarət olub, axıb yayıla bilər. 

sıxılıb basılar, yaxud partlayış halında ayrıla bilər. İqlimə təsiri baxımından partlayışlı püskürmələr daha çox ma-

raq doğurur, belə ki, partlayış zamanı qazlı piroklastik şırnaqları (qazlı-kül sütunları) strotosferə keçir. Bu zaman 

maqma onda həll olan qazlarla qalxaraq dispersləşməyə məruz qalır. Püskürmənin belə rejimi dispersiya adlanır.     

Vulkanların istilik gücü 10

10

 MVt-a çata bilər, orta hərəkət sürəti 1-2 m/san, bəzən 8-10 m/san olur. 



Vulkanın partlayış püskürməsi maqmatik mənbələrdə təzyiqin növbəti toplanmasından sonra təkrar oluna bilər. 

Fəlakətli püskürmələr daha güclü olur, bunun nəticəsində vulkan qismən və ya tamamilə dağıldığı yerdə kalder-

uzunluğu bir neçə kilometr, dərinliyi isə bir neçə yüz metr olan depressiya əmələ gəlir. Belə püskürmələr ayrı-

ayrı vulkanlarda on və yüz min il fasilələrlə baş verir və Yer üzərində təbiətin ən dəhşətli hadisəsi hesab edilir.  

İ.İ.Quşenkonun (1979) kataloqunda son bir neçə min ildə olan əzəmətli «Tambora» vulkanının püskürməsi 

belə təsvir edilir.  

«…. 1815-ci il aprelin 1-də uzaq məsafədən göy gurultusunu xatırladan kanonada (vulkan bombasının səsi) 

eşidildi. Aprelin 5-də partlayışlar güclənməyə başladı, onların uğultusu vulkandan 1800 km uzaqda da 

eşidilməyə başladı. Aprelin 10-da püskürmənin kulminasiyası başlandı. Vulkanın üzərində 70-80 km 

yüksəklikdə kül ilə doymuş nəhəng qaz sütunu peyda oldu. 3 sutka ərzində 500 km məsafədə zülmətli (qaranlıq) 

duman bərqərar oldu. Vulkandan 1100 km aralıda intensiv kül tökülməsi müşahidə edildi. Yava adasında – Su-

rabayda, 425 km vulkandan aralı  məsafədə hava dalğaları  ağacları kökündən çıxardı, evləri dağıtdı. Tambora 

vulkanının mərkəzində yerləşən uzunluğu 275 km olan mənzərəli Sumbava adası səhraya çevrildi. Vulkandan 

250 km məsafədəki əraziyə 0,6 m qalınlığında kül düşdü. Ölən adamların sayı təxminən 100 min təşkil etdi».  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə