387
olaraq yüksək temperatur və müxtəlif intensivli küləklərlə müşayiət olunur. Quru
küləklər bitkinin yüksək
transpirasiyasına səbəb olur, torpaq səthindən intensiv buxarlanma gedir, torpağın nəmliyi aşağı düşür və bunun
nəticəsində bitkinin su balansının pozulmasına səbəb olur.
Cədvəl 23.6
Rütubətlənmə (illik Md-yə görə) və landşaft zonaları
(Ə.C.Əyyubov, 1984, 2000)
Zonalar Md Landşaft zonaları
Sahə,
%-lə
Suvar-maya tələbat İqlim-suvarma norması, mm-lə
1 2
3
4
5
6
Quru
<0,10
Səhra, yarımsəhra 11
Çox
yüksək
650-dən çox
Yarımquru
0,10-
0,15
Yarımsəhra, quru bozqır 27 Yüksək
650-500
Quraq
0,15-
0,25
Quraq bozqır 24 Orta
500-300
Yarımquraq
0,25-
0,35
Meşə-bozqır 11 Aşağı
300-150
Yarımrütubətli
0,35-
0,45
Çəmən-bozqır, meşə 9
Zəif
150-0
Rütubətli
>45
Meşə zonası, yüksək dağ çəmənləri, dağətəyi
meşə-çəmənləri
18 Yoxdur
Suvarma tələb
olunmur
Azərbaycanda İraq, İran və Orta Asiya ərazilərindən daxil olan subtropik antitsiklonun təsiri nəticəsində ilin
isti dövründə atmosfer prosesləri quraqlıq və quru yellərin əmələ gəlməsinə səbəb olur. Bu isə respublika
ərazisində kənd təsərrüfatı bitkilərinin normal inkişafına mənfi təsir göstərir və məhsuldarlığını aşağı salır.
Ə.M.Şıxlinski (1958) qeyd edirdi ki, respublika ərazisində müşahidə edilən quru yellər, yaranmasına və
əlamətlərinə görə şərq və cənub-şərq istiqamətlidir. Müəllif Azərbaycan ərazisində ağ yellərin müşahidə edildiyi
dörd zona ayırır: 1) Kür-Araz ovalığını, Böyük və Kiçik Qafqaz dağlarının 200-400 m hündürlüyə qədər olan
hissəsini əhatə edən ərazilər. Burada il ərzində ağ yelli günlərin sayı 20-50 gün arasında müşahidə edilir; 2)
Naxçıvan MR-in Arazboyu hissəsindən başlayaraq 1500 m hündürlüyə qədər olan ərazilər. Burada ağ yelli
günlərin sayı 30-75 gün müşahidə olunur; 3) Böyük və Kiçik Qafqazın 400-800 m hündürlük arasında olan
aşağı və orta hissəsi. Ağ yelli günlərin sayı 10-29 arasında dəyişir; 4) Dağlıq və yüksək dağlıq ərazilər, dəniz
sahili ərazinin müəyyən bir hissəsi. Bu hissələrdə ağ yelli günlərin sayı 10 gündən artıq olmur.
Quraqlıq və quru küləklərə qarşı tədbirlər. Bu məqsədlə əsasən aqrotexniki və meliorasiya tədbirləri
həyata keçirilir.
Suvarma – quraqlıq və quru küləklərə qarşı radikal üsul sayılır. Suvarma hətta
səhra şəraitində bitkilərdən
yüksək məhsul götürməyə imkan yaradır. Səhra şəraitində günəş enejisi yüksək olduğundan, suvarma xüsusilə
yaxşı effekt verir. Burada suvarma şəraitində (vahələrdə) alınan məhsul hətta mülayim zonadan da yüksək olur.
Suvarılan torpaq sahələrinin genişləndirilməsi nəinki səhra və yarımsəhra rayonlarında, həmçinin sabit
rütubətliyə malik olmayan bozqır (çöl) rayonlarında da vacibdir. Bozqır rayonlarda suvarma norması və vaxtı
atmosfer yağıntıları ilə yaranan torpaq nəmliyinin rejimi ilə uyğunlaşdırılmalıdır, burada süni suvarma təbii
rütubətliyi tamamlamalıdır. Əgər süni suvarma, yağıntıların miqları ilə torpağın nəmlik dərəcəsi nəzərə
alınmadan aparıldıqda torpağın şorlaşmasına səbəb olur.
Quraqlıq rayonlarda suvarma quru küləklər əsən dövrdə aparıldıqda daha effektli nəticələr alınır. Suvarma
torpağın nəmliyi və temperaturu, həmçinin bitkilər arasında havanın temperatur və rütubətliyini dəyişir (nizama
salır).
388
Tarlaqoruyucu meşə zolaqları quraqlıq və quru küləklərə qarşı mübarizədə mühüm tədbir sayılır. Bu
zolaqlar arasındakı tarlalarda, torpaq səthi havasının meteoroloji rejiminə əhəmiyyətli dərəcədə təsir göstərir.
Meşə zolaqları quru küləklər əsdikdə daha yüksək effekt göstərir. Qoruyucu meşə zolaqları vegetasiya dövründə
əkin sahələrini isti, quru və soyuq küləklərdən, temperatur dəyişkənliyindən qoruyur. Havanın, torpağın
nəmliyini artırır, mikroiqlim amillərini tənzim etməklə, kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul
götürülməsi üçün əlverişli şərait yaradır.
Quraqlıq və quru küləklərə qarşı mübarizədə səpin işlərinin vaxtında aparılması mühüm faktor sayılır.
Quraqlığa davamlı yüksək məhsuldar kənd təsərrüfatı bitkiləri sortlarından istifadə edilməsi də quraqlıq və quru
küləklərə qarşı mühüm üsul hesab edilir.
Yeni bitki sortlarının sınaqdan keçirilməsi aqrometeoroloji və aqroiqlim şəraiti nəzərə alınaraq
rayonlaşdırılmalıdır.
23.13. VULKANLAR (qədim romalılarda «od allahı vulkanın» adından)
Yer üzərində baş verən vulkan fəaliyyəti olduqca mürəkkəb fiziki-kimyəvi proses olub, uzun illərdir ki,
ətraf mühitə öz təsirini göstərir. Vulkanizm litosferin – Yerin bərk qabığının, atmosferin və okeanların
formalaşmasında böyük rol oynayır. On və yüz milyon illər ərzində iqlimin uzunmüddətli dəyişilmələri də
müəyyən dərəcədə vulkanizmlə təyin edilir.
Vulkan püskürmələri gücü atılan materialların miqdarı, püskürülən kütlənin tərkibi ilə fərqlənir. Hazırda
yüzlərlə fəaliyyətdə olan vulkanlar olduqca müxtəlif püskürmələr nümayiş etdirir və bu zaman bir neçə yüz
kubmetrdən kilometrkuba qədər və daha çox maddələr atıla bilər.
Vulkanik püskürmələr zamanı Yer qabığının maddələrinin intensiv şaquli hərəkəti və enerjinin daşınması baş
verir, bu isə dərinlik kütlələrinin səthə çıxmasına səbəb olur. Dağ süxurlarının tərkibindən, digər fiziki-kimyəvi
şəraitdən asılı olaraq vulkanizm rayonlarında vulkanik püskürmələr müxtəlif xarakter daşıya bilər. Mərkəzi çat və
sahə püskürmələri ayrılır. Püskürülən kütlə bərk, maye və qazşəkilli maddələrdən ibarət olub, axıb yayıla bilər.
sıxılıb basılar, yaxud partlayış halında ayrıla bilər. İqlimə təsiri baxımından partlayışlı püskürmələr daha çox ma-
raq doğurur, belə ki, partlayış zamanı qazlı piroklastik şırnaqları (qazlı-kül sütunları) strotosferə keçir. Bu zaman
maqma onda həll olan qazlarla qalxaraq dispersləşməyə məruz qalır. Püskürmənin belə rejimi dispersiya adlanır.
Vulkanların istilik gücü 10
10
MVt-a çata bilər, orta hərəkət sürəti 1-2 m/san, bəzən 8-10 m/san olur.
Vulkanın partlayış püskürməsi maqmatik mənbələrdə təzyiqin növbəti toplanmasından sonra təkrar oluna bilər.
Fəlakətli püskürmələr daha güclü olur, bunun nəticəsində vulkan qismən və ya tamamilə dağıldığı yerdə kalder-
uzunluğu bir neçə kilometr, dərinliyi isə bir neçə yüz metr olan depressiya əmələ gəlir. Belə püskürmələr ayrı-
ayrı vulkanlarda on və yüz min il fasilələrlə baş verir və Yer üzərində təbiətin ən dəhşətli hadisəsi hesab edilir.
İ.İ.Quşenkonun (1979) kataloqunda son bir neçə min ildə olan əzəmətli «Tambora» vulkanının püskürməsi
belə təsvir edilir.
«…. 1815-ci il aprelin 1-də uzaq məsafədən göy gurultusunu xatırladan kanonada (vulkan bombasının səsi)
eşidildi. Aprelin 5-də partlayışlar güclənməyə başladı, onların uğultusu vulkandan 1800 km uzaqda da
eşidilməyə başladı. Aprelin 10-da püskürmənin kulminasiyası başlandı. Vulkanın üzərində 70-80 km
yüksəklikdə kül ilə doymuş nəhəng qaz sütunu peyda oldu. 3 sutka ərzində 500 km məsafədə zülmətli (qaranlıq)
duman bərqərar oldu. Vulkandan 1100 km aralıda intensiv kül tökülməsi müşahidə edildi. Yava adasında – Su-
rabayda, 425 km vulkandan aralı məsafədə hava dalğaları ağacları kökündən çıxardı, evləri dağıtdı. Tambora
vulkanının mərkəzində yerləşən uzunluğu 275 km olan mənzərəli Sumbava adası səhraya çevrildi. Vulkandan
250 km məsafədəki əraziyə 0,6 m qalınlığında kül düşdü. Ölən adamların sayı təxminən 100 min təşkil etdi».