QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə172/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   184

 

382


yamacı, Yura süxurları  və Alt Təbaşir dövrünün şistlri, qumdaşı  və  əhəngdaşları üzərində aktiv sürüşmə, 

seysmiklik – 8 bala qədər, ortaillik atmsofer yağıntıları– 1200-1400 mm.  



II. 3 – Orta dərəcədə  fəaliyyətdə olan sürüşmə rayonları; 3 – Qusar maili düzənliyi və ona bitişik alçaq 

dağlıq ərazilər, dördüncü dövrün dəniz, kontinental allüvial çöküntüləri, ortaillik atmosfer yağıntıları 400-600 

mm;   4 – Kiçik Qafqazın şimal-şərq yamacının orta, qismən yüksək dağlığı, terrigen, vulkanik və piroklastik 

çöküntülər, seysmiklik – 7-8 bal, ortaillik atmosfer yağıntıları – 600-900 mm; 5 – Həkərə  və  Tərtər çayları 

hövzəsinin orta, qismən yüksək dağlıq hissəsi, təbaşir, terrigen – vulkanik çöküntülər, seysmiklik 7-8 bal, 

ortaillik yağıntılar 600-900 mm; 6 – Naxçıvan və  Lənkəran rayonlarının orta, qismən yüksək dağlıq hissəsi, 

vulkanik çöküntülər, Naxçıvanda seysmiklik 9 bala qədər, ortaillik yağıntılar 600-900 mm; Lənkəranda 7 bal və 

200-600 mm.  

III. Zəif fəaliyyətdə olan sürüşmə rayonları: 7 – Qobustan alçaq dağlıq, üçüncü dövrün karbonatlı-terrigen 

çöküntüləri, seysmiklik – 7 bala qədər, ortaillik yağıntılar – 400-500 mm; 8 – Qarabağın orta, qismən yüksək 

dağlıq hissəsi, vulkanik mənşəli terrigen – piroklastik çöküntüləri, seysmiklik 6-7 bala kimi, yağıntılar – 600-

900 mm; 9 – sürüşməyə qismən məruz qalmış ərazilər.  

Azərbaycanda sel hadisələri A.A.Əlizadə, M.A.Qaşqay, M.D.Zairi (1943), N.K.Kərimov (1959), 

B.Ə.Budaqov (1982, 1983), D.M.Süleymanov (1968), İ.D.Mərdanov (1978), A.Ş.Həbibov, F.S.Seyidəliyev, 

A.M.Məmmədov (1976), B.Ə.Budaqov, N.A.Babaxanov (2002), N.A.Babaxanov, N.Ə.Paşayev (2004) və b. 

əsərlərində ətraflı məlumat verilir.  

Sürüşmələr  əsasən Böyük Qafqazın cənub yamacında Mazımçay, Balakənçay, Talaçay, Muxaxçay, 

Kürmükçay, Şinçay, Kişçay, Girdimançay, Göyçay, Ağsuçay, Pirsaatçay, Çikilçay, Böyük Qafqazın şimali-şərq 

yamacında – Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay, Ataçay, Kiçik Qafqazda – Gəncəçay, Kürəkçay, 

Şəmkirçay, Talış dağlarında – Lənkərançay, Viləşçay hövzələrinin dağlıq və dağətəyi ərazilərində baş verir.  

Azərbaycan  ərazisi üçün sürüşmələrin genetik tipinə  və onların intensivliyinə görə rayonlaşması 

B.Ə.Budaqov (1982) tərəfindən verilmişdir (şəkil 23.5). Rayonlaşma xəritə-sxemindən göründüyü kimi, 

respublikamızın  ərazisində sürüşmə prosesləri qeyri bərabər yayılmışdır.  Ən fəal sürüşmə hadisələri Böyük 

Qafqaz dağlarının bütün yüksəklik qurşaqlarında müşahidə olunur.  

Böyük Qafqazın cənub-şərq yamacında dağ yamaclarının dikliyi, gil və gil çöküntülərinin geniş yayılması, 

layların nisbətən dik yatması, dərinə eroziyanın intensiv inkişafı, zəlzələlərin baş verməsi və insanın intensiv 

təsərrüfat fəaliyyəti sürüşmələrin geniş yayılmasına səbəb olmuşdur.  

Bununla yanaşı, sürüşmələrin intensivliyi həmçinin buradakı Malkamud, Qaynar, Gəmirvan, Qazmaqırız. 

Siyəzən və digər tektonik pozulma və üstəgəlmələrin fəallığı ilə də əlaqədardır (Budaqov, Quluzadə, 2000).  

23.5 xəritə-sxemindən göründüyü kimi, Kiçik Qafqazda orta dərəcədə  fəaliyyətli sürüşmələr inkişaf 

etmişdir. Xəritənin müəllifinin (Budaqov) tədqiqatlarına görə Kiçik Qafqazda sürüşmələr orta-dağlıq qurşaqda, 

əsasən dağarası çökəkliklərə (Başkənd-Dəstəfur, Xoşbulaq və b.) toplanmış gilli örtük çöküntülərində və onları 

parçalayan çay dərələrinin yamaclarında inkişaf etmişdir, köklü ana süxurlarda sürüşmələr Gəncəçay, Kürəkçay, 

Tərtərçay,  Əkərəçay, Paraçay, Naxçıvançay və başqa çay hövzələrində müşahidə edilir. Talış zonasında isə 

sürüşmələr  ən çox Yardımlı çökəkliyində baş verir. Bu ərazilərdə sürüşmələrin inkişafında fikrimizcə, güclü 

antropogen təsirlərin (ərazinin meşəsizləşdirilməsi) də rolu az deyildir.  

M.A.Müseyibovun (1975) tədqiqatlarına  əsasən orta Kür çökəkliyində sürüşmə prosesləri nisbətən az 

inkişaf tapmışdır, burada sürüşmələr  əsasən Çobandağ silsiləsinin  şimal yamacında, Elləroyuğu və Tülkütəpə 

yüksəkliklərində müşahidə olunur.  

N.A.Babaxanov, N.Ə.Paşayev (2004) Azərbaycan ərazisində baş verən dağıdıcı sürüşmələr haqqında tarixi 

coğrafi mənbələrdə olan məlumatları araşdırmışlar. Onları  aşağıda  şərh edirik: 1920-21-ci illərdə baş vermiş 

sürüşmələr nəticəsində Dəvəçi rayonunun Bəy-Əhmədyurd kəndi dağılmış və başqa yerə köçürülmüşdür. 1943-

cü ilin aprelində Yuxarı  Fındığan kəndində sürüşmə  nəticəsində 50 ev dağılmış, 40 ha-dan artıq  əkin sahəsi 

yararsız hala düşmüşdür, sürüşmə  nəticəsində Tumarxanlı  kəndi də dağılmışdır. Uzunluğu 5 km, eni 2,5 km 

olan sürüşmə 3 gün ərzində Böyük Qafqazın cənub yamacında yerləşən Tircan kəndini dağıtmışdır, 1963-cü il 

mayın 12-də sürüşmə  nəticəsində yenidən bərpa edilmiş Tircan kəndində 15 ev, Murdu kəndində isə 47 ev 

dağılmışdır (Mustafayev, 1975). 1973-cü ildə Girdimançayın sol sahilində Nohurlar kəndi yaxınlığında «Aqşin» 

adlı sürüşmə  hərəkətə  gəlmiş, 70-90 yaşlı  ağacları  yıxmış, çay yatağını külli miqdarda asılı materiallar 

doldurmuşdu. 1980-ci ildə  Ağsu aşırımından  İsmayıllı, Qəbələ, Oğuz,  Şəki rayonlarına çəkilən Muğanlı-

İsmayıllı yolunun 10 km-lik məsafəsi qədim, passiv sürüşmə  ərazisindən keçdiyindən demək olar ki, hər il 

sürüşmələrə məruz qalır, yoldan uzun müddət istifadə olunmur. 2002-ci il mayın 9-da yolun 2 km-lik məsafəsi 

sürüşmə nəticəsində yararsız hala düşmüşdür (Babaxanov, Paşayev, 2004).  




 

383


Son 10-15 il ərzində Bakı şəhəri ərazisində, xüsusən Bakı amfiteatrının Xəzərə bitişik yerlərində (Bayıl və 

Zığ sahələri) mövcud qədim sürüşmə sahələri daha geniş vüsət almış və Əhmədli, Yeni Günəşli qəsəbələrində, 

Bayıl yamaclarında fəallaşaraq tikintilərin dağılmasına, yolların, su, kanalizasiya, telefon, elektrik xətlərinin 

sıradan çıxmasına, hətta insan tələfatına (1990-cı il yanvarın 15-də Bayıl çıxıntısında 23 dənizçinin sürüşən 

torpaq altında qalması) səbəb olmuşdur (F.Ş.Əliyev, 2002).  

F.Ş.Əliyev (2002) Bayıl yamaclarında sürüşmələrin yaranmasının səbəbini geoloji və iqlim şəraiti ilə 

yanaşı, əsasən aşağıdakılarla izah edir: 

1.  Ərazinin meyillik dərəcəsi, üst təbəqədə  əlaqələri tez pozulan və növbələşən gilli-qumlu süxurların 

mövcudluğu; 



2. Tikinti işləri aparılarkən süxurların quru vəziyyətdə yükgötürmə qabiliyyətinin nisbətən yüksək olması, 

sonradan kommunikasiya sistemlərindən olan itkinin, suvarmanın, atmosfer yağıntılarının və s. hesabına öz fiziki-

mexaniki və hidrokimyəvi xassələrini dəyişərək, dəyanətliyini itirməsi;  

3. Yamacların ümumi yük götürmə qabiliyyətini modelləşdirmədən, müvafiq tədqiqatlar aparmadan

sahənin yüksək mərtəbəli binalarla yüklənməsi və ətraflarında hər hansı bir drenaj şəbəkəsi və hidroizolyasiya 

sistemlərinin yaradılmaması.  

Bakı  şəhəri  ərazisində son illər yüksək mərtəbəli binaların (göydələnlərin) tikilməsi, çox hallarda bu 

ərazilərin geoloji mühəndis – geoloji və hidrogeoloji şəraiti nəzərə alınmadan həyata keçirilir. Təbiidir ki, az 

müddət keçdikdən sonra binalarda çatlar, oturmalar və s. nəzərə çarpacaqdır. Buna görə, böyük şəhər və 

qəsəbələr salınarkən, burada yüksək mərtəbəli və  ağır yüklü binalar inşa olunduqda ilk növbədə xüsusi 

mühəndis – geoloji tədqiqatlar aparılmalı (1:200, 1:500, ən azı 1:1000 miqyasında), sonra tikintinin yük 

götürmə qabiliyyəti nəzərə alınaraq bu və ya digər konstruksiyalı  və  mərtəbəli binaların inşası 

layihələşdirilməlidir (F.Ş.Əliyev. 2002).  

Bayıl yamacında və dərəsində sürüşmə prosesləri 1847, 1877, 1929, 1932, 1938, 1950, 1952, 1953, 1973-

1974, 1996-cı illərdə və sonuncu 2000-ci il martın 7-də qeydə alınmışdır.  

2000-ci il martın 7-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində gəmi təmiri zavodunun yardımçı 

binaları, Lukoyl yanacaq doldurma məntəqəsi, 27 fərdi ev və başqa tikililər, əsas magistral yol, kommunikasiya 

sistemləri dağılmış  və bunun nəticəsində dövlətə 50 mln. dollar məbləğində ziyan dəymişdir (Babaxanov, 

Paşayev, 2004).  

F.Ş.Əliyev (2002) qeyd edir ki, Şəhidlər xiyabanından başlayaraq N.Nərimanov prospekti ilə İsmayılbəy-

Qutqaşınlı (keçmiş 2-ci Dağlıq küçəsi) küçəsi arasındakı yamacda yükgötürmə qabiliyyəti nəzərə alınmadan 

tikilmiş 17-19 mərtəbəli binaların yerləşdiyi sahələrdə də, yaxın zamanlarda sürüşmə baş verə bilər. Badamdar 

yaylasında ucaldılan yüksək mərtəbəli binaların bir çoxunda da sürüşmə  və suffoziya prosesləri, Bibiheybət 

məscidi zonasında isə daş uçqunları istisna edilmir.  

2000-2003-cü illərdə respublikanın dağlıq və dağətəyi  ərazilərində yerləşən  əksər inzibati rayonlarda baş 

vermiş sürüşmələr dağıntılara səbəb olaraq Azərbaycan iqtisadiyyatına külli miqdarda zərər yetirmişdir. 

Bunlardan 2002-ci il mayın 11-12-də İsmayıllı rayonunun 8 kəndində olan dağıntı; 2001-ci il sentyabrın 7-də 

Şəki  şəhərində, 2002-ci il aprelin 29-da Qusarın Nəcəf kəndində; 2002-ci il mayın 8-də  Şamaxı rayonunun 

Çobanı kəndində; 2002-ci il mayın 14-də Ağsu rayonunun Cəgərək və Sanqalay kəndlərində və b. rayonlarda 

baş vermiş sürüşmələri göstərmək olar. Göstərilən 3 ili, son ildə respublikamızda sürüşmələrin ən fəal olduğu 

dövr hesab etmək olar (Babaxanov, Paşayev, 2004).  



23.11. Qar uçqunu 

Dik dağ yamaclarında toplanmış böyük qar kütləsinin qoparaq və ya sürüşərək hərəkət boyu yeni-yeni qar 

porsiyalarını və digər obyektləri özü ilə aparmasına qar uçqunu deyilir. İki cür qar uçqunu olur: quru və ya qış 

qar uçqunu və yaş və ya yaz qar uçqunu. Quru qar uçqununun hərəkət sürəti 80-100 m/san, yaş qar uçqununun 

sürəti isə 10-20 m/san olur.  

Qar uçqunu əsasən dik dağ yamaclarında çox qar yığılıb qarın qalınlığı 40-50 sm-dən artıq olduqda baş verir. 

Onun başvermə  səbəblərindən biri qarın aşağı laylarında təzyiqlə  əlaqədar temperaturun qalxması, yaxud hava 

istiləşdikdə qar suyunun qar örtüyünün altına süzülərək yamacı islatması və qarın öz ağırlığı ilə aşağı sürüşməsidir. 

Qar uçqununun baş verməsində küləklər, zəlzələ, tektonik hərəkətlər, partlayış  işləri, sürüşmələr böyük rol 

oynayır. Yamaclarda insanın fəaliyyəti (yamaclarda meşə  və kolluqların qırılması, intensiv mal-qara otarılaraq 

çılpaqlaşmış yamaclarda sürülərlə hərəkət edən vəhşi heyvanlar) də qar uçqununa səbəb ola bilir. Qar uçqunlarının 

həcmi bir neçə milyon kubmetrə çata bilər.  

Qar uçqunları fəlakətli güclü dağıdıcı və ölüm hadisələrinə də səbəb olur. Qar uçqunları çayların yanında, 

dağarası çökəkliklərdə olan yaşayış  məntəqələrini, yolları, kommunikasiya xətlərini, turizm və istirahət 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə