QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə176/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   ...   184

 

390


1 2 









Aland (Kuril adaları) 27.04.1981 50

0

48



ş. 155

0

30



şq. 0,5 18 0,5-1 

El-Çiçon (Meksika) 

04.04.1982 17

0

20



ş. 93

0

12



q. 


0,5 25 23 

 

Vulkan püskürmələri havanın  əsas təbii çirklənmə  mənbəyi hesab olunur. Güclü vulkan püskürmələri 

zamanı xırda bərk və maye hissəciklərin böyük kütləsi havaya qalxır. Qazlarla birlikdə bu hissəciklər 20 km-dən 

də çox yüksəkliyə qalxaraq həftələrlə havada qala bilir. Məsələn, 1883-cü ildə İndoneziyada Krakatau vulkanı 

püskürən zaman vulkan tozu 24 km hündürlüyə qalxaraq 5 ilə yaxın havada qalmışdır. Havada qalan hissəciklər 

un və süd tozundan da xırda olub diametri orta hesabla 0,002 mm olmuşdur.  

1912-ci ildə Alyaskada Katmay vulkanı püskürən zaman 20 mlrd. m

3

 toz 50 km yüksəkliyə  qədər 



qalxmışdır. 1975-ci ilin iyul-sentyabrında Kamçatkada püskürən  Tolbaçik  vulkanının məhsullarından ibarət 

olan tozun gün ərzində miqdarı antropogen toz tulluntılarının 30%-ni təşkil edirdi. Vulkan püskürmələri zamanı 

havaya CO

2

-dən başqa CO, H



2

, SO


2

, H


2

S, karbohidrogen qazları və s. buraxılır.  

1986-cı il avqustun 21-də Kamerunda (Mərkəzi Amerikada dövlət) dəhşətli təbii fəlakət baş verir. Nios 

gölündən qəflətən boğucu qazın buludları 25 kv. km ərazini örtərək 1746 adamın və 20000-dən artıq 

heyvanların ölümünə səbəb olmuşdur.  

Son 500 il ərzində 500-dən artıq vulkan püskürməsi baş vermiş  və bunun nəticəsində 200 min adam 

dünyasını  dəyişmişdir. 1947-1970-ci illərdə vulkan püskürməsindən 7220 adam, yəni ildə 300 adam tələf 

olmuşdur (Stepanovskix, 2003).  

Partlayış xarakterli vulkan püskürmələrindən sonra atmosferdə strotosfer şəffaflığını azaldır və bununla 

əlaqədar olaraq soyuqlaşma inkişaf edir. Onillər və yüzillər ərzində analoji soyuqlaşmalar vulkan aktivliyinin 

güclənməsi ilə baş verir, bu stratosferdə aerozolların miqdarının orta səviyyəsini artırır.  

Bununla belə, geoloji keçmişdə vulkan aktivliyinin güclənməsi ilə  əlaqədar atmosferdə karbon qazı 

kütləsinin artması iqlimin istiləşməsinə səbəb olmuşdur.  

Beləliklə, vulkan aktivliyinin artması bir tərəfdən soyuqlaşmaya, digər tərəfdən isə istiləşməyə  səbəb ola 

bilər.  

Vulkanın sualtı püskürmələri də məlumdur, bunun nəticəsində yeni adalar əmələ gəlir. Yer üzərində 770-

dən artıq vulkan mövcuddur, bunların 69-u suyun altındadır. Vulkanlar ən çox Sakit okean sahilləri və 

adalarındadır. Kiçik Qafqazda son vulkan püskürmələri Antropogendə olmuşdur.  

Vulkanlar Yerin daxilində olan maqma ocaqları ilə  əlaqədardır, bu ocaqların 70-100 km və daha çox 

dərinlikdə olması müəyyən edilmişdir. Azərbaycanda  Pliosen vulkan kraterləri Kəlbəcər rayonunda müəyyən 

edilmişdir. Bu vulkanlarda lipirit və lapit püskürmüşdür. Antropogenə aid vulkan kraterləri Kəlbəcər və Laçın 

rayonlarında qeydə alınmışdır. Vulkan püskürmələri məhsulu Naxçıvan və Talışın dağlıq hissəsində  də geniş 

yayılmışdır. Bəzi vulkanik süxurlardan (andezit və bazaltlardan) tikinti materialları kimi, şüşə və bazalt ərintisi 

istehsalında istifadə edilir.  

 

23.13.1/. Palçıq vulkanları 

Vulkan palçığı materiallarından təşkil olunmuş, zirvəsində krateri olan yastı konus formalı  təpələrdir 

(hündürlüyü 400 m-dək, əsasında diametri 100 m-dən 3,5 km-dək). Fasiləsiz və ya vaxtaşırı vulkan palçığı, qaz, 

süxur qırıntıları, su (bəzən neftli) püskürür. Palçıq vulkanının püskürməsi adətən güclü yeraltı  uğultu və 

partlayışla başlayır. Yerin dərin qatından səthə  çıxan qazlar alışır. Vulkan üzərində alovun hündürlüyü bəzən 

1000 m-ə (Qarasu adası vulkanı) çatır. Palçıq vulkanının qazları  əsasən metandan, qismən ağır 

karbohidrogenlər, CO

2

, N



2

 və təsirsiz qazlardan ibarət olur. Bəzi sahələrdə (Kerç yarımadası, Saxalin adası və 

s.) palçıq vulkanı qazlarının çox hissəsini CO

2

  təşkil edir. Palçıq vulkanlarının suyu yod, brom, bor və s.-li, 



əsasən hidrokarbonatlı-natriumlu olur, palçığının tərkibində çoxlu mikroelement (bor, civə, manqan, mis, 

barium, stronsium, lilium və s.) iştirak edir. Palçıq vulkanı fəaliyyətinin sakit dövründə krater sahəsində qaz, su, 

lil sızan çoxlu parazit mikroquruluşlar – sala və qrifonlar əmələ gəlir. Palçıq vulkanları Rumıniya, İran, Birma, 

Kolumbiya, Venesuela ölkələrində, Taman, Kerç yarımadaları, Türkmənistan və Azərbaycanda yayılmışdır.  

Dünyada olan palçıq vulkanının çoxu (üçdə birindən artığı) Azərbaycan Respublikasında yayılmışdır, 

onların sayı quruda və  dənizdə birlikdə 250-yə  qədərdir. Palçıq vulkanları  əsasən Qobustanda (ən çox cənubi 

Qobustanda), Abşeron yarımadasında, Harami-Salyan zonasında, Xəzərin sahilyanı adalarında yayılmışdır. 

Onlardan ən böyükləri Qalmuş Torağay və Böyük Kənizdağ sayılır. Yerləşməsinə görə 3 qrup palçıq vulkanı 

məlumdur: quru palçıq vulkanı, kömülmüş palçıq vulkanı  və  dəniz palçıq vulkanı. Dəniz palçıq vulkanı ada 



 

391


əmələ gətirən və sualtı palçıq vulkanına ayrılır. Bakı arxipelaqında 8 ada – Qarasu, Gil, Zənbil, Səngi-Muğan və 

s. palçıq vulkanının fəaliyyəti nəticəsində əmələ gəlmişdir. Xəzər dənizində 140-dan çox sualtı palçıq vulkanı 

məlumdur. Palçıq vulkanları  mənşəcə neft və ya qaz yataqları ilə  əlaqədar olub, əsasən cavan qırışıqlıq 

zonalarında yayılmışdır.  

Şimali Qobustanda palçıq vulkanları az yayılmışdır, burada kiçik palçıq vulkanlarından Dəmirçi, 

Astraxanka, Kürləmic, Nabur və s. göstərmək olar.  

Palçıq vulkanları müalicə  məqsədilə  işlədilən qiymətli xammaldır. Palçıq vulkanlı brekçiya qələvi 

reaksiyaya malik olub tərkibində yod, brom, molibden, vanadium, fosfor, xlor, maqnezium kimi bioloji aktiv 

kimyəvi elementlər, həmçinin sulfatlar, hidrokarbonatlar, naften turşuları, bitum və s. vardır və onlar böyük 

müalicəvi effekt verir. Vulkanik brekçiyadan pereferik və  mərkəzi sinir sistemi, mədə-bağırsaq traktı (həzm 

cihazı), dəri, həmçinin poliartrit, radikulit, polinefrit, hepatit və digər xəstəliklərdən  əziyyət çəkən xəstələrin 

müalicəsində uğurla istifadə etmək olar.  

Palçıq vulkanları ilə bir sıra faydalı qazıntı yataqları (dəmir filizi, kükürd, civə, arsen və s.) əlaqədardır.  

Palçıq vulkanlarının fəaliyyəti nəticəsində Abşeron yarımadasında ətraf mühit toksik kimyəvi elementlərlə 

çirklənir. Belə ki, buradakı palçıq vulkanlarının suyu yüksək minerallığa, qələviliyə malik olub tərkibində 

natrium ionu üstünlük təşkil edir. Bu sularda duzların ümumi cəmi 6,5 …. 11,0 q/l təşkil edir. Su əsasən 

xloridli-sulfatlı-natriumlu tərkibli olub, mühit reaksiyası (pH) 8,0-8,7-dir (A.H.Əhmədov, 1985). Müəllif 

(Əhmədov, 1985) qeyd edir ki, palçıq vulkanlarının fəaliyyəti, xüsusi duzlaşmış landşaftın əmələ gəlməsil ilə 

müşayiət olunur. Vulkanik brekçiyalarda sodalı şoranlar və şoran torpaqlar formalaşır. Qələvili vulkan suları və 

brekçiya ilə  səthə bir sıra mikroelementlər gətirilir. Mikroelementlərin tərkibində bor, molibden və qurğuşun 

üstünlük təşkil edərək, konsentrasiya klarkı litosferin klarkından 3 dəfə artıq olur.  

Palçıq vulkanlarının fəaliyyəti ətraf mühitin geokimyəvi xüsusiyyətlərinə güclü təsir göstərir.  

Məlum olduğu kimi, bitkidə  və suda bor, molibden və stronsiumun izafi miqdarda olması heyvanlarda 

endem xəstəliklərinə səbəb olur. Yarımsəhra zonasının yem bitkilərinin bəziləri (xostək, çərən, yovşan) xüsusilə 

borla zəngindir. Qoyunlarda endem toksikoz xəstəlikləri də bununla əlaqədardır. Bu xəstəlik nəticəsində 

qoyunların tükləri (yunu) tökülür. Yemin tərkibində molibdenin izafi olması heyvanlarda molibdeniozis 

xəstəliyi baş verir və orqanizmdə sidik turşuları toplanır. Stronsiumun çox olması isə qələvi xəstəliyinə (trons-

raxit) səbəb olur.  

 

23.14. KOSMİK FƏLAKƏTLƏR 

Bir çox ehtimal olunan və az ehtimal olunan kosmik fəlakətlərdən  ən məlum olanı  və geniş yayılanı 

planetlərarası  fəzadan Yer səthinə  əsasən kosmik toz halında düşən meteoritlərdir (aerolitlər). Hər gün Yer 

səthinə yüz tonlarla meteorit düşür. Meteoritlərin ölçüləri təqribən 1 mm-bir neçə metr, çəkiləri isə təqribən 1 

qram – 1 neçə tondur. Adətən meteoritlər atmosferə sürtünməsi nəticəsində 160-180 km yüksəklikdə alışır və 

Yerə çatmamış atmosferdə yanıb külə dönür, lakin bəzən onlar Yerə çatır. Tərkibinə görə meteoritlər üç növdür: 

daş meteorit (92%), dəmir-dağ meteorit (2%) və dəmir meteorit (6%). Daş meteorit əsasən dəmir-maqnezium 

silikatları  və  dəmir-nikel  ərintisindən, dəmir-daş meteorit əsasən pollasitlərdən, dəmir-nikel və silikatlardan, 

dəmir meteorit isə nikelli dəmirdən ibarətdir.  

Ən nəhəng meteorit (təqribən 60 ton) 1920-ci ildə  Cənubi-qərbi Afrikada tapılan Qoba dəmir meteoriti 

hesab olunur. Ölçüsünə görə ikincisi (34 ton) Qrenlandiyada tapılmışdır. Kütləsi 1 tondan artıq olan təqribən 35 

meteorit məlumdur. Meteoritlərin parçalanması nəticəsində minədək meteoriti olan qrup (meteorit yağışı) düşür. 

1947-ci ildə düşən Sixote-Alin meteoriti yağışı  təqribən 70 tondur. Keçmiş SSRİ  ərazisində 160 meteorit 

tapılmışdır (1988). 1959-cu il noyabrın 24-də Yardımlı rayonuna ümumi ağırlığı 150 kq olan dəmir meteorit 

düşmüşdür.  

Meteoritlər düşərkən güclü işıq, səs və mexaniki hadisələrə səbəb olur; səmada quyruğu səpələnən parlaq 

odlu kürə halında görünür, buna bolid deyilir. Bu, gecə bir neçə yüzlərlə kilometr ərazini işıqlandırır. Yerdəki 

kimyəvi elementlərin demək olar ki, hamısı meteoritdə də var. Meteoritdə radioaktiv kimyəvi elementlərin və 

onların parçalarının olması  nəticəsində  aşkar edilmişdir ki, meteorit maddəsinin yaşı 4,5 mlrd. ildir. Bəzən 

ağırlığı bir neçə ton olan meteorit Yerə düşdükdə planetar fəlakət yarada bilər. Onlar böyk bir zərbə ilə yerə 

düşdükdə parçalanır, diametri təqribən 1 metrdən bir neçə kilometr olan dairəvi və qıfabənzər geniş meteorit 

krateri adlanan çuxur əmələ gətirir. 2 km/san-dən böyük sürətlərlə meteorit zərbə nəticəsində bərk haldan güclü 

sıxılmış qaza çevrilir və güclü zərbə dalğası yaranır. Meteorit krateri iki növdür: zərbə meteorit krateri və 

partlayış meteorit krateri. Zərbə kraterinin diametri nisbətən böyükdür (8 metrdən onlarla metrədək). Yüzə 

qədər meteorit krateri məlumdur.  Ərinən böyük meteorit krateri Arizona krateri  (Şimali Amerikada Arizon 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə