QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə179/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   184

 

397


Bununla belə, «narkomaniya» və «toksikomaniya» hazırda paralel də işlədilir. «Narkomaniya» - «klassik» 

narkotiklərə (opiya preparatları, Hindistan çətənəsi, cənubi Amerika bitkisi kökü və b.) hərislik və toksikoma-



niya isə geniş yayılan, nizamsız və getdikcə yayılması daha da genişlənən, psixikaya təsir göstərə bilən 

maddələr olub, bura müxtəlif növ həblərdən tutmuş benzinə qədər daxildir. Buna uyğun olaraq bir sıra narko-

manlar və toksikomanlar (bura əsasən yeniyetmələr, cavan yaşlılar daxildir) ayrılır.  

Narkotik maddələrdən asılılığın  ilk (birinci) mərhələsində onu qəbul edən adam hər hansı bir 

məsuliiyyətsizlik, arzusuna çatmaq hissiyyatı keçirir, nəyinsə çatışmazlığı barədə  həyəcanlanır, psixoloji dis-

komfort duyğusuna məruz qalır.  

Belə vəziyyəti kənarlaşdırmaq üçün yeni narkotik üsulları qəbul etdikdən sonra həmin şəxsdə artıq ona qarşı 

inam yaranır və narkotikdən asılılıq inkişafının ikinci – psixoloji mərhələsi başlayır. Bu psixikanın xüsusi xəstəlik 

vəziyyəti narkomaniyanın əsası və mahiyyəti hesab olunur.  

Narkotikdən asılılığın üçüncü mərhələsində narkotik maddələrə kəskin qarşısı alınmaz fiziki aclıq başlayır.  

Narkotiklər subyektiv qəbul olunan psixi vəziyyətin yalnız stimulyatoru deyil, həm də modulyatoru sayılır. 

Yuxarıda qeyd edildiyi kimi narkotiklərin stimullaşdırıcı  təsiri xoş  əhvali-ruhiyyə hissiyyatının bilavasitə 

təsirindən əmələ gəlir. Onların modullaşdırıcı təsiri isə xoş təsiri gücləndirən digər faktorlardır. Məsələn, kokai-

nin təsiri nəticəsində xüsusi gümrahlıq, yüngüllük, güc-«komfort zonasına» bilavasitə təsir yaranır, musiqi, rəqs 

və s.-nin təsirindən isə ləzzət, zövq güclənir. Hətta bədənin bütün səthi erogen zona kimi dərk olunur.  

Narkotik maddələr yalnız kimyəvi quruluşuna görə deyil, həm də psixikaya təsir xarakterinə, yaranan 

asılılığın sürəti və  dərinliyinə, müxtəlif orqanlara və fizioloji sistemlərə  təsirinə görə  də  fərqlənir. Məsələn, 

nikotindən asılılıq nisbətən tez baş verir, lakin siqaret çəkmə psixikanın pozulmasına səbəb olmur. Bununla 

yanaşı, o, ürək-damar və  tənəffüs sisteminə ziyandır, çox vaxt ağciyər və  mədədə  xərçəng xəstəliyinə  səbəb 

olur. Alkoqol isə əksinə, psixi pozuntulara aparır, ondan asılılıq inkişafı nikotinə və digər narkotik maddələrə 

nisbətən yavaş (tədrici) olur. Narkotiklər (ilk növbədə heroin, kokain) alkoqol və nikotindən də təhlükəli olub 

tez və intensiv asılılıq törədir, bu isə müxtəlif orqan və toxumaların distrofiyasına səbəb olur.  

İlk yoxlamalarda (dadına baxmada) narkotikdən effekt alınmaya da bilər, lakin «eksperimentator»-şəxs 

necə olur olsun, yeni narkotiki qəbul etməyə israrlıdır. 2-5 yoxlamadan sonra həmin şəxs dadına varır və sonra-

lar heç bir məsləhətə ehtiyacı olmadan narkotiki sərbəst qəbul etməyə başlayır.  

Narkotik maddələri ilk dəfə  qəbul edən  şəxs öz vəziyyətində heç bir dəyişiklik hiss etmir. Bəzən 



mühafizəedici reaksiyalar – baş ağrıları, ürək bulanma və digər xoşagəlməz hissiyyatlar müşahidə olunur. La-

kin narkotikin tədricən qoruyucu reaksiyası zəfiləyir. Bir neçə nümunədən, yoxlamadan (mərkəzi sinir sistemi-

nin fərdi xüsusiyyətindən, həmçinin narkotik maddənin xassəsindən asılı olaraq 1-2-dən 5-8-ə  qədər) sonra 

alınan belə xüsusi vəziyyətin təzahürü eyforiya adlanır.    

Bir dəfə eyforiya vəziyyətini keçirən adam artıq narkotik maddədən psixoloji asılı olur. Bu zaman mərkəzi 

sinir sistemində patoloji ehtiyac mənbəyi yaranaraq, özünü mühafizə etmək (saxlamaq) narkotikin yeni 

porsiyasını tələb edir.  

İnsan narkotik maddənin qəbulunu davam etdirərsə, göstərilən hadisələr möhkəmlənir, güclənir və o , artıq 

dərk edir ki, narkotik maddəsiz keçinə bilməyəcək. Bu onun taleyini təyin edən başlıca  şərtdir.  İnsan seçim 

qarşısında qalır: narkotikdən  əl çəksin, yoxsa davam etdirsin. Onun sonrakı davranışı bu mübarizənin 

nəticəsindən asılıdır. Bəziləri öz ehttiyacı ilə mübarizə aparmağa, özünü saxlamağa cəhd göstərir, təəssüf ki, 

belələrinə nadir halda rast gəlimək olar. Digərləri heç nə düşünmədən həvəslə özünü narkotikə tabe edir. 

Üçüncülər isə öz taleyi ilə razılaşır, öz yaşayışını ona uyğunlaşdırmağa cəhd göstərir, o, bu yeni və üstünlük 

təşkil edən faktora uyğun gündəlik qaydaları və müxtəlif fəaliyyətləri seçir.  

Narkomaniyanın üçüncü, yəni fiziki asılılıq və orqanizmin zəifləməsi mərhələsində – zəiflik, zehni və fiziki 

işə bacarıqsızlığı  və  həddən artıq arıqlama baş verir. Orqanizmin ağır zəhərlənməsi  əlamətləri – dərinin 

quruluğu və saralması, saçlar və dırnaqların kövrəkliyi, parıltısızlığı açıq-aşkar görünür, adam öz yaşından daha 

çox yaşlı görünür və həqiqətən ölüm onu sürətli addımlarla yaxalayır.  

Narkomaniyanın sosial təhlükəsi və ziyanı konkret olaraq aşağıdakılardan ibarətdir:  

 

Narkomanlar obyektiv olaraq pis işçilərdir, çünki onların fiziki vəziyyəti qeyri-kafi olub, dövri olaraq 



başlanan abstinensiya (narkotik olmadıqda əziyyət çəkmək) ümumiyyətlə, onu sıradan çıxarır.  

 

Narkomanlar subyektiv olaraq pis işçilərdir. çünki onların bütün fikri narkotiklə bağlıdır və  əsas 



məqsədi onu əldə etmək üsulu barədədir. 

 

Narkomanlar cəmiyyətə böyük maddi ziyan vurur, nəqliyyatda, ictimai istehsalatda qəza törədərək 



bədbəxt hadisələrin mənbəyi hesab edilir. Xarici məlumatlara  əsasən hər il narkomaniyanın törətdiyi maddi 

ziyan on milyard dollara çatır.  




 

398


 

Narkomanlar cəmiyyətə mənəvi ziyan vurur, belə ki, narkotik əldə etmək üçün lazımi vasitələrə əl ata-

raq ciyanət törədir, onun xatirinə  iəstənilən saxta sənəd düzəltməyə (oğurluq, soyğunçuluq, pozğunluq, saxta 

sənəd düzəltmək, israfçılıq və s.) hazırdır.  

 

Narkomanlar öz ailəsinə dözülməz şərait yaradır, yaxınlarına öz davranışı ilə normal həyat keçirməyə 



imkan vermir, ailəsini yaşamaq üçün lazım olan vasitələrdən məhrum edir. 

 

Narkomanlar nəsil cəhətdən ağır ciyanət törədir, belə ki, valideynlərin narkotik qəbul etmələri ilə 



əlaqədar maddələr mübadiləsinin pozulması  uşaqlara da keçir. Bundan başqa hamiləlik dövründə narkotikin 

qəbulu bilavasitə uşağı zəhərləyir.  

 

Narkomanlar fiziki və  mənəvi deqradasiyaya uğrayır və vaxtsız həyatını  dəyişir. Narkomanlar öz 



cərgələrinə digərlərini, ilk növbədə gəncləri cəlb etməyə də macal tapır. Bundan başqa, narkotik məqsədilə məişət 

kimyasının bəzi vasitələrindən istifadə etdikdə, psixikası xüsusən tez dağılır və müəyyən dövr ərzində (ölənə 

qədər) narkoman və toksikoman demək olar ki, heyvan sifətində yaşayır, cəmyyət üçün yük sayılır.  

 

Narkoman üçün yaxşılış, haqq-ədalət, insaf anlayışı öz əhəmiyyətini itirib. Narkotik maddənin növbəti 



qəbuluna cəhd göstərərkən o, istənilən yalan danışmağa və davranış etməyə qabildir. 

XX  əsrin  əvvəlindən başlayaraq beynəlxalq birliklər narkomaniyaya qarşı birgə mübarizə  tədbirləri 

hazırlamağa çalışır. 1907-ci ildə alkoqolizmə  və narkomaniyaya qarşı mübarizə  məqsədilə Beynəlxalq  Şura 

yaradıldı. 1917-ci ildə  qəbul olunmuş Qaaqa konvensiyasında məqsəd bütün dünyada kokain və opiya 

preparatlarından istifadəyə nəzarət çox mühüm mərhələ sayılır.  

BMT-nin nəzdində narkotiklərə Beynəlxalq nəzarət şürası yaradıldı, bu məsələlərlə BMT-nin katibliyinin 

narkotik vasitələr şöbəsi, həmçinin ÜST və İnterpol məşğul olur.  

Narkomaniya və toksimaniyanın qarşısını almaq üçün valideynlər üç funksiyanı yerinə yetirməlidir: birinci 

– oğluna və ya qızına əməlində, rəftarında müstəqillik aşılasın; ikinci – uşaqlarda narkotik maddələrin zərəri, 

onlardan istifadənin təhlükəsini inandırmaq; üçüncü – cari antinarkotik nəzarəti həyata keçirmək.       

Ədəbiyyat materiallarında narkomanın beş əsas «əlaməti» təsvir olunmuşdur: 

1. Uşaq gözlənilmədən olduqca aktiv və ya həddindən artıq passiv olur – adi vaxtdakına nisbətən çox yatır, 

çətinliklə oyanır. Onda ya qurd (canavar) iştahası yaranır, yaxud heç yemək istəmir. Onda tez-tez ürək 

bulanması əmələ gəlir, otaqda gəzişir, ayaqüstə çox dayana bilmir, hər yerdə oturmağa cəhd göstərir. 

2. Uşağın əvvəllər sevdiyi, məşğul olduğu işə qəflətən marağı sönür, həmişə nə iləsə məşğuldur, lakin onun 

əməyinin nəticəsi görünmür. 



3. «Səndə  nə baş verir?» sualına düşməncəsinə  və aqressiv reaksiya verir, öz otağında bütün günü bağlı 

qalır. Mənzildən əşyalar və pul itir.  



4. Uşaq birdən-birə köhnə dostlarını atır və yenilərini tapır və onlarla başqasını tanış etmir. Onlarla aşağı 

səslə telefonla danışır.  



5.  Əgər yeniyetmənin paltarında kimyəvi preparatların iyini hiss etsəniz, burnunun və  ağzının yanında 

qıcıqlanma izi (çətənədən istifadə etdikdə gözlər qızarır) və ya qolda iynə izi görsəniz, təcili olaraq narkoloq-

həkimlə məsləhətləşin. Statistikaya əsasən gənclərin 14%-i «birinci dəfədən sonra» narkomana çevrilir.       

 

24.3. Alkoqolizm 

Alkoqolizm spirli içkilərin tez-tez və həddindən artıq istifadə edilməsi və onlara hədsiz hərislik nəticəsində 

başlayan xəstəlikdir. Alkoqol narkotik zəhərlərə aiddir. Bir kq kütləyə 7-8 qram təmiz alkoqol dozası insan üçün 

ölüm deməkdir.  

Xroniki alkoqolizm bir sıra fiziki və psixi vəziyyətin davamlı  dəyişikliklərlə  əsəb elementlərinin 

degenerasiyası, qaraciyər və böyrək pozuntuları ilə müşayiət olunur, çox vaxt psixi deqradasiyaya – yaddaşın və 

iş qabiliyyətinin aşağı düşməsinə, öz vəzifəsinin, məsuliyyətinin itirilməsinə, bəzən psixi xəstəliklərə – 

sayıqlama və qarabasma («belaya qoryaçka»), psixoza, içki düşkünlüyünə (zapoy) səbəb olur.  

1986-1987-ci illərdə alkoqola qarşı kampaniya dövründə (SSRİ-də) spirtli içkilərin dövlət satışı 1984-cü 

illə müqayisədə 61% azaldıldı. Bu dövr ərzində cecə arağı – şəkərdən arağın (samoqon) hazırlanması misli 

görünməmiş sürətlə artdı, Rusiyada isə 2 dəfə artdı. 1988-ci ildən başlayaraq alkoqol içkilərinin satışı yenidən 

artırıldı.  

1992-ci ildə dövlət tərfindən hesaba alınmayan alkoqol içkilər, o cümlədən düzəltmə araq (samoqon), 

həmçinin xüsusi ticarət yolu ilə gətirilən alkoqol içkilərin miqdarı dövlət satışını 2 dəfə keçdi və ildə bir adam 

başına minimum 14 l təmiz spirt təşkil etdi.  

Əgər 15 yaşına qədər Rusiyada uşaqların və qadınların yarısının (qadınlar kişilərdən təxminən 8 dəfə az 

içir) spirtli içki qəbul etmədiyi nəzərə alınsa, onda ildə  hər kişiyə  təxminən 160-180 litr yarımlitrlik araq 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə