107
VII FƏSİL
LANDŞAFT ƏSASINDA BİOSFERİN
TƏBİİ EKOSİSTEMLƏRİNİN TƏSNİFATI
Biosferin təbii sistemlərinin təsnifatı landşaft istiqamətində yanaşmağa əsaslanır, belə ki, ekosistemlər Ye-
rin coğrafi (landşaft) örtüyünü (təbəqəsini) əmələ gətirən təbii coğrafi landşaftların ayrılmaz hissəsidir. Biogeo-
senozlar (ekosistemlər) Yer səthində biosferin əsasını təşkil edən biosferi əmələ gətirir, V.İ.Vernadski onu
«həyat təbəqəsi», V.N.Sukaçov isə
«biogeosenotik örtük» adlandırmışdır.
Landşaft (coğrafi landşaft) – təbii coğrafi kompleks olub burada bütün əsas komponentlər (litosferin üst
horizontları, relyef, iqlim, sular, torpaq, biota) mürəkkəb qarşılıqlı əlaqədədir və inkişaf səviyyəsinə görə eyni-
cinsli vahid sistem əmələ gətirir.
Ekologiyada landşaft baxımından yanaşma hər şeydən öncə təbiətdən istifadə məqsədilə böyük əhəmiyyət
kəsb edir. Mənşəyinə görə iki əsas landşaft tipi ayrılır – təbii və antropogen.
Təbii landşaft yalnız təbii faktorların təsiri altında formalaşır. Aşağıdakı təbii landşaftlar ayrılır:
Geokimyəvi landşaft (Polınov, 1956) – kimyəvi elementlərin və birləşmələrin eyni tərkib və miqdara ma-
lik olan yer sahəsidir. Hər geokimyəvi landşafta müəyyən tip elementlərin və birləşmələrin miqrasiyası
məzsusdur.
Elementar landşaft (Polınov, 1915) – eyni cinsli süxurda, eyni relyef elementində yerləşərək bir bitki
assosiasiyası və bir torpaq tipi ilə səciyyələnir. Elementar landşaft ellüvial, subakval və superakval adlı üç tipə
ayrılır. Ellüvial landşaft – relyefin təpəlik (yüksəklik) elementlərində formalaşır. Maddələr və enerji
atmosferdən daxil olur. Elementlərin aparılması prosesi həm səthi su axımları ilə həll olmuş şəkildə, həm də
sülb maddələrin aşağıya doğru yerini dəyişməsi nəticəsində baş verir.
Subakval landşaft – relyefin mənfi formalarında yaranır. Burada ellüvial və superakval landşaftlardan
maddələrin toplanması prosesi üstünlük təşkil edir.
Superakval landşaft – ellüvial və superakval landşaftlar arası vəziyyət daşıyır. Burada həm maddələrin
daxil olması (xaricdən və ellüvial landşaftlardan), həm də onların subakval landşaftlara aparılması baş verir.
Mühafizə olunan landşaft – burada müəyyən təyin olunmuş qaydada təsərrüfat fəaliyyətinin hamısı və ya
ayrı-ayrı növləri qadağan olunur.
Hazırda quruda antropogen landşaftlar üstünlük təşkil edir.
Antropogen landşaft – bu landşaft tipində insan fəaliyyətinin təsiri nəticəsində ilkin təbii landşaft
dəyişərək təbii komponentlərin əlaqələri pozulmuşdur. Bura aşağıdakı landşaftlar daxildir:
- aqrokultur (kənd təsərrüfatı) landşaftı – kənd təsərrüfatı əkin və səpinləri (sahələri) və bağlar bura dax-
ildir.
- texnogen landşaft – insanın texnogen fəaliyyəti (güclü texniki vasitələrdən istifadə) nəticəsində torpaq pozulmuş,
sənaye tullantıları ilə çirklənmişdir, iri sənaye komplekslərinin mühitə təsiri nəticəsində əmələ gələn sənaye landşaftı da
bura aiddir.
- şəhər (urbanizasiya) landşaftı – tikintilər, küçələr, parklar və s. bura daxildir.
Cədvəl 6.3.
Yer kürəsi ekosistemlərinin ilkin bioloji məhsuldarlığı
(R.X.Uittekerə görə, 1980)
108
Yerin coğrafi (landşaft) təbəqəsinin sərhədləri biosferin sərhədləri ilə uyğun gəlir. Lakin coğrafi təbəqəyə həyat
olmayan sahə də daxil olduğu üçün şərti olaraq biosferi coğrafi təbəqənin tərkibində olmasını qəbul etmək olar.
Faktiki olaraq bu əlaqəli birlikdir. Təbii ekosistem tiplərinin landşaft yanaşma baxımından ayrılması bunu təsdiq edir.
R.X.Uittekerə görə Yer kürəsindəki ekosistemlərin məhsuldarlığının qiymətləndirilməsində istifadə olunan təsnifat
buna misal ola bilər (cədvəl 6.3.).
Landşaft təbəqəsi, həmçinin biosferin əsas (baş) enerji mənbəyi – Günəş radiasiyasıdır.
6.3. saylı cədvəldən göründüyü kimi biosferin məhsuldarlığı müxtəlif təbii ekosistemlərin (eyni zamanda
landşaftların enerjisi) məhsuldarlığının cəmindən ibarətdir.
Lakin günəş enerjisi bu məhsuldarlığı təmin edərək Yer səthinə çatan bütün enerjinin yalnız 2-3%-ni təşkil
edir. Enerjinin qalanı onun fiziki-kimyəvi parçalanmasında (töküntü və b.) aktiv iştirakını nəzərə almasaq,
abiotik mühitə sərf olunur. Ancaq abiotik faktorlar biotik faktorlarla birlikdə orqanizmlərin təkamül inkişafını
və ekosistemin homeostazını təyin edir. Bitki örtüyü və heyvanat aləmi də öz növbəsində güclü təbii
komponentlər kimi ətraf mühitə təsir göstərə bilir və müəyyən mikromühit (mikroiqlim) yaradır. Bütün bunlar
canlı təbiətin, bütövlüklə landşaftın vahid enerji sahəsində mövcudluğunu təsdiq edir (cədvəl 6.3.). Cədvəldən
göründüyü kimi müxtəlfi ekosistem tiplərinin məhsuldarlığı eyni olmayıb planetdə tutduğu ərazinin ölçüsü də
müxtəlifdir. Məhsuldarlığın müxtəlifliyi iqlim zonallığı, mühitin xarakterindən (quru, su), ekoloji faktorların
lokal qaydada təsiri və s. ilə bağlıdır. Y.Odum biosferin təbii ekosistemlərinin aşağıdakı təsnifatını təklif
etmişdir.
109
1. Yerüstü biomlar (ekosistemlər)
- Arktika və alp tundrası
- Boreal iynəyarpaqlı meşələr
- Mülayim qurşağın bozqırları (çölləri, stepləri)
- Tropik bozqırlar və savannalar
- Çaparral – qışı yağışlı, yayı quraqlıq keçən rayonlar
- Səhralar: otlu və kollu
-Yarımhəmişəyaşıl tropik meşə (yağışlı və quraq mövsümləri aydın təzahür olunan)
- Həmişəyaşıl tropik yağışlı meşələr
2. Şirinsulu ekosistem tipləri
- Lentik (durğun sular) ekosistemlər: göllər, nohurlar və s.
- Bataqlaşmış sahələr: bataqlıqlar, bataqlıq meşələri
3. Dəniz ekosistem tipləri
- Açıq okean (pelagik) ekosistemi
- Kontinental şelfin suları (sahilyanı sular)
- Apvelinq rayonu (məhsuldar balıqçılığı olan münbit rayonlar)
- Estuarı ekosistemi (sahilyanı buxtalar-kiçik körfəzlər, boğazlar, çayların mənsəbi, duzlu marşlar və b.)
Biomların yayılma sərhədləri materiklərin landşaft komponentləri ilə təyin olunur, adı isə üstünlük təşkil
edən bitki ilə (meşə, kol və b.) ifadə olunur. Su ekosistemlərində bitki orqanizmləri dominantlıq etmir, odur ki,
mühitin fiziki əlamətləri («durğun», «axar» sular, açıq okean və b.) əsas götürülür.
Yuxarıda deyilənlər göstərir ki, biom sərhədləri regional səviyyədə landşaftın sərhədlərinə uyğun gələn
ekosistemdir. Onun komponentləri landşaftın komponentlərindən ibarətdir, lakin onun əsas komponenti biota
sayılır, burada üzvi maddələr yaradan proseslərə və maddələrin biokimyəvi dövranına əsas diqqət yetirilir.
7.1. Yerüstü biomlar (ekosistemlər)
Stabil ekosistem canlı orqanizmlərlə ətraf fiziki mühitin tarazlıq (müvazinət) vəziyyəti ilə səciyyələnir. Belə
sistemin ümumi homeostazı onun təzyiqlərə qarşı müqavimətinə imkan yaradır.
Məlum olduğu kimi Yer üçün iqlim zonallığı, bununla da yerüstü ekosistemlərin iqlim zonallığı xarakterik-
dir.
Bütün Yer kürəsi üçün üfiqi iqlim zonallığından başqa dağ sistemlərində, həmçinin, şaquli və ya yüksəklik
qurşaqlığı müşahidə olunur. Dağ sisteminin ətəyində iqlim ümumi coğrafi zonallığa uyğun gəlir, yuxarıya
qalxdıqca və cənubdan şimala hərəkət etdikcə qurşaqlar dəyişir.
7.1.1. Tundra
Əsasən şimal yarımkürəsində, Arktika və Subarktika qurşaqlarında yayılmışdır. Cənub yarımkürəsində An-
tarktida yaxınlığındakı adalarda kiçik sahələri əhatə edir. Şimal yarımkürəsində Arktika səhraları zonası ilə (şm-
da), meşə-tundra zonası (c-da) arasında yerləşir. Eni 300-500 km-ə çatan zolaq şəklində Avrasiyanın və Şimali
Amerikanın şimal sahilləri boyu uzanır.
Tundra zonalarının yerləşdiyi enliklərdə illik radiasiya balansı aşağıdır (8-20 kkal/sm
2
), oktyabrdan aprelədək
mənfidir. Qış 8-9 ay (bunun 60-80 günü qütb gecəsidir) davam edir. Orta temperatur yanvarda -5-dən -40
0
C-yə
qədər, iyulda 5-10
0
C-dir. İllik yağıntı 200-500 mm, bəzən 750 mm-ə çatır. Yay havanın nisbi rütubətliyinin
yüksəkliyi, tez-tez duman və çiskin yağışın olması ilə səciyyələnir. Daimi donuşluq inkişaf etmişdir. Çoxlu göl və
bataqlıq var. Torpaqları, əsasən qleyli, tundra tiplidir. Bitki örtüyündə şibyə, mamır, alçaqboylu otlar, kolcuqlar və
kolluqlar üstündür. Bitkilərdən mərcangilə, dəstərək, karlik tozağac, qaragiləni göstərmək olar.
Tundra faunasının səciyyəvi xüsusiyyətləri həyat şəraitinin sərtliyi ilə əlaqədar həddindən artıq yoxsulluğu,
bəzən müstəqil cinslərə məxsus olan endemlərin olması, həmçinin yekcinslik və bir çox heyvanların dənizlərlə
əlaqədar olması (quş «bazarlarında» yaşayan quşlar, ağ ayı və b.) və s.-dir. Onurğalı heyvanların əksəriyyəti qışda
tundranı tərk edir; yalnız bir qismi, məsələn, lemminqlər qar altında yaşayaraq sağ qalırlar. Tundra faunasının
tərkibinə adi və dırnaqlı lemminqlərin endem növləri, əsasən, tundranın cənub hissəsində yaşayan bəzi tarla
siçanları, ağ dovşan, tundra tülküsü və gəlincik daxildir; tülküyə, cavanara, ağ və qonur ayıya təsadüf olunur, şimal
maralı xarakterikdir. Quşlardan ağ kəklik, tundra kəkliyi, ağ qaz, ağ bayquş, şimal sərçəsi, laplandiya yol torağayı
endem sayılır. Sürünənlər azdır, bəzi qurbağalara təsadüf olunur; qızılbalıqkimilər çoxdur.