QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   79

140 
 
bölməsində alıcı tərəfindən satıcıya təlimat xarakterli müxtəlif 
tələblər  də  qoyula  bilər,  məsələn,  "yüklər  yalnız  komplekt 
şəkildə  göndərilməlidir",  "yüklərin  partiyaları  yalnız  müəyyən 
sayda  komplektləşdirilməlidir",  "yüklərin  hərəkəti  barədə  alı-
cıya məlumat verilməlidir" və s. 
Bir  çox  firmalar  müqavilə  mətnində  göndərilmə  müd-
dətinin dəqiq göstərilməsini zəruri hesab edirlər, məsələn, "Yü-
kün göndərilmə müddəti yük göndərən ölkənin dəmir yolunun 
yükü  qəbul  edən  ölkənin  dəmir  yoluna  təhvil  verildiyi  stansi-
yanın  dəmir  yolu  qaiməsində  ştamp  vurulduğu  gün  hesab 
edilir". 
"Yüklərin göndərilmə müddəti" bölməsində yüklərə aid 
aşağıdakı tələb də yazıla bilər: "Qeyd edilən müddətə əmtəələr 
(mällar)  hazırlanmalı,  yoxlanmalı,  qablaşdırılmalı,  markalaş-
dırılmalı və göndəriləcək məntəqəyə çatdırılmalıdır. 
Əmtəələrin  (malların)  haqqının  ödənilməsi  üçün  aşağı-
dakı şərtlərdən istifadə olunur. 
Nəğd  yolla.  Nəğd  yolla  alqı-satqı  zamanı  əmtəələrin 
(malların) haqqı ya qabaqcadan avansla, ya da satıcı tərəfındən 
yük göndərildikdən sonra onu təsdiq edən sənəd təqdim edilən 
kimi təxirəsalınmadan ödənilir. Alqı-satqı zamanı (xüsusilə də, 
beynəlxalq  ticarətdə)  nağd  hesablaşma  çeklər,  köçürmələr, 
akkreditiv və inkasso yolu ilə həyata keçirilir. 
Alınmış  (göndərilmiş)  əmtəələrin  (malların)  haqqının 
təxirəsalınmadan  ödənilməsi  dedikdə  göndərilmə  sənədlərinin 
alıcı və onun bankı tərəfindən araşdırılması üçün tələb olunan 
müddət nəzərdə tutulur. 
Sadə əməliyyatlar zamanı, məsələn, sərgidə ekspanatlar 
satılarkən  onun  haqqı,  eksponat  və  onun  sənədləri  təqdim 
edilən  kimi,  satıcının)  adına  çek  yazılması  yolu  ilə  ödənilə 
bilər.  Təcrübədə  adətən  nağd  hesablaşma  bir  neçə  gündən  bir 
neçə həftəyə qədər uzanır. 


141 
 
Çeklərlə  hesablaşma.  Çek  onda  qeyd  edilmiş  məbləğin 
çeki  təqdim  edənə  (konkret  şəxsə  və  ya  firmaya)  verilməsi 
üçün alıcının və ya sifarişçinin öz bankına yazılı göstərişidir. 
Order  çekləri,  onda  qeyd  edilmiş  məbləğin  alınması 
üçün,  üçüncü  şəxslərə  (fiziki  və  ya  hüquqi)  verilə  bilər.  Bu 
zaman onun üzərində lazımi qeydiyyat (indossament) aparılma-
lıdır.  Xarici  ticarətdə  order  çekləri  geniş  tətbiq  edilir.  Order 
çekləri  üzərində  indossament  əməliyyatı  aparıldıqda  o  bir 
şəxsdən (fiziki və ya hüquqi) digərinə keçir. 
Bank  köçürmələri  ilə  hesablaşma.  Bu  cür  hesablaşma 
zamanı  satıcı  göndərdiyi  əmtəələrin  (malların)  sənədlərini 
alıcıya  təqdim  edir.  Alıcı  sənədləri  aldıqdan  sonra  əmtəələrin 
(malların)  haqqının  ödənilməsi  üçün  öz  bankına  ödəniş 
tapşırığı  verir.  Satıcı  göndərdiyi  malların  haqqının  ödəniləcə-
yinə əmin olmaq üçün alıcıdan zəmanət tələb edə bilər. 
Hesablaşmanın  akkreditiv  forması.  Hesablaşmanın  bu 
forması  alıcı  tərəfindən  müqavilədə  qeyd  edilmiş  məbləğdə 
hesabın  müəyyən  bankda  satıcının  xeyrinə  açılmasını  nəzərdə 
tutur. 
Akkreditiv  -  satıcı  tərəfindən  göndərilən  əmtəələrin 
(malların)  alıcı  tərəfindən  alındığını  sübut  edən  sənədlər 
təqdim  edildikdə,  müqavilədə  qeyd  edilmiş  məbləğin  satıcının 
hesabına  keçiriləcəyi  haqda  bankın  zəmanətidir.  Bu  cür 
akkreditiv  "sənədli  akkreditiv"  adlanır.  Sənədlər  toplusuna  bir 
qayda olaraq hesab-fakturalar, malların keyfiyyətini xarakterizə 
edən sənədlər-sertifikatlar, malların mənbəyini göstərən sertifi-
katlar, konsanamentlər və  ya dəmir  yolu,  avtomobil nəqliyyatı 
qaimələri, sığorta polisləri və sığorta sertifikatları daxil olur. 
Akkreditivlər ya alıcının, ya satıcının ölkəsindəki, ya da 
üçüncü  ölkənin  banklarında  açıla  bilər.  Akkreditiv  hesabın 
açılması üçün  alıcı  emitent  banka onun  açılma və hesablaşma 
şərtləri  haqqında  ərizə  verir.  Bank  bu  haqda  satıcıya  məlumat 
verir.  Satıcı  malları  göndərdikdən  sonra  müqavilədə  razılaş-


142 
 
dırılmış  sənədlər  toplusunu  emitent  banka  göndərir.  Bank 
sənədlərin müqavilənin şərtlərinə uyğun olub-olmamasını yox-
layır və razılaşdırılmış məbləği satıcının hesabına köçürür. 
Akkreditiv müəyyən müddətə açılır. Lazım gələrsə alıcı 
onun  vaxtını  uzada  bilər.  Akkreditivin  açılması  üçün  bank 
alıcıdan müəyyən haqq-komissiya alır. Haqqın məbləği akkre-
ditivin  məbləğindən,  onun  mürəkkəblik  dərəcəsindən  və  vax-
tından asılıdır (bir qayda olaraq rüblük məbləğin 1%-i qədər). 
Əmtəələrin (malların) haqqının ödəniləcəyinə tam əmin 
olmaq  üçün  çox  vaxt  ixracatçılar  müqavilənin  şərtlərinə  görə 
geriyə çağırıla bilinməyən akkreditivlərin açılmasını daxil edir. 
Geriyə çağırıla bilinməyən akkreditivlər alıcı tərəfindən heç bir 
halda  akkreditivin  geri  çağırılmayacağı  haqda  bankın  əlavə 
zəmanətidir  və  göndərilən  əmtəələrin  (malların)  haqqının 
mütləq ödəniləcəyini göstərir. 
 
8.5. Satıcının zəmanəti, cərimə sanksiyaları, zərərin 
ödənilməsi və sığorta 
 
Kommersiya  müqavilələrində  çox  vaxt  əmtəələrə 
(mallara)  olan  texniki  tələblə  yanaşı  beynəlxalq,  milli  və  sahə 
standartlarına  istinad  edilməsinə  də  təsadüf  olunur  ki,  bu  da 
əmtəənin  (malın)  texniki  səviyyəsinin  və  keyfiyyətinin  müəy-
yən edilməsində mühüm rol oynayır. 
Əksər  müqavilələrdə  keyfiyyətə  kommersiya  zəmanəti 
nəzərdə  tutulur.  Buna  əsasən  satıcı  müqavilədə  qeyd  edilmiş 
müddətdə  alıcıya  müqavilədə  göstərilmiş  keyfiyyətdə  əmtəə 
(mal) satmağa zəmanət verir. Əgər satılmış əmtəə (mal) müqa-
vilədə  göstərilmiş  (razılaşdırılmış)  keyfiyyətə  cavab  vermirsə, 
onda  alıcı  müqavilədə  göstərilmiş  müddət  ərzində  satıcıya 
iradını bildirə bilər. Təcrübədə alıcıya irad irəli sürərkən aşağı-
dakı hüquqlar verilir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə