QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   79

147 
 
edən)  və  torqda  onların  mənafeyini  təmsil  edən,  sifariş 
alındıqda isə podrat müqaviləsi üzrə işləri yerinə yetirən podrat 
firmalarının fəaliyyətini  əlaqələndirən (koordinasiya edən) hü-
quqi şəxs. 
Baş  tədarükçü  -  baş  podratçının  öhdəliklərinin  yerinə 
yetirilməsi  üçün  tələb  olunan  materialların,  avadanlıqların  və 
inventarların  tədarükünü  əlaqələndirən  hüquqi  şəxs.  Çox  vaxt 
baş  podratçının  özü  baş  tədarükçünün  vəzifələrini  yerinə  ye-
tirir. 
Podratçı  -  podrat  müqaviləsi  üzrə  sifarişçi  qarşısında 
müəyyən kompleks öhdəlikləri yerinə yetirən firma. 
Subpodratçı - podrat işlərinin müəyyən hissəsini yerinə 
yetirmək üçün podratçı tərəfindən cəlb edilən firma. 
Subtədarükçü  -  podratçıya  material,  texniki  avadanlıq, 
inventar və s. tədarük edən firma. 
Tərəflər - sifarişçi, baş podratçı, podratçı və s. 
Üçüncü şəxslər - müqavilə iştirakçılarının biri və ya hər 
ikisi  ilə  bilavasitə  heç bir müqavilə  münasibətlərində  olmayan 
fiziki və ya hüquqi şəxs. 
Podrat  müqaviləsi  -  iştirakçılar  tərəfindən  imzalanan 
(bağlanan),  bütün  əlavələri,  dəyişiklikləri  özündə  əks  etdirən 
podrat müqaviləsi. 
Obyekt  -  tikintinin  baş  planı  çərçivəsinə  daxil  olan  bir 
və ya bir neçə (kompleks) bina və tikili. 
İşlər  -  müqavilənin  şərtlərinə  uyğun  olaraq  podratçı  və 
onun subpodratçıları tərəfindən yerinə yetirilməli olan işlər. 
Tikinti  meydançası  -  müqavilə  üzrə  işlərin  yerinə 
yetirilməsi,  materialların,  inventarların,  tikinti  texnikasının 
saxlanması  üçün  akt  üzrə  sifarişçi  tərəfindən  podratçıya  mü-
vəqqəti (müqavilə müddətinə) verilən yararlı torpaq sahəsi. 
Müvəqqəti  tikililər-işlərin  yerinə  yetirilməsi  və  başa 
çatdırılması  üçün  podratçı  tərəfindən  tikinti  meydançasında 
tikilmiş bütün növlərdən (təyinatdan) olan müvəqqəti tikililər. 


148 
 
Tikinti  texnikası  -  podratçı  tərəfindən  işlərin  yerinə 
yetirilməsi  üçün  lazım  olan  müxtəlif  növ  maşmlar,  avadan-
lıqlar,  mexanizmlər,  müvəqqəti  enerji  mənbələri,  inventarlar, 
müxtəlif təyinatlı ləvazimatlar. 
Sənədlər - layihə və icra sənədləri. 
Gizlədilən  işlər-sonrakı  tikinti  və  quraşdırma  işləri 
nəticəsində gizlədilən müxtəlif iş növləri. 
Obyektin  zəmanətli  istismara  (müvəqqəti  qəbula) 
verilməsi  haqda  protokol  -  tərəflərin  səlahiyyətli  nümayən-
dələrinin müqavilə üzrə işlərin başa çatdırılmasına dair imzala-
dıqları sənəd. 
Son  (qəti)  qəbul  haqqında  protokol  -  zəmanət  müddəti 
başa  çatdıqdan  sonra  tərəflərin  səlahiyyətli  nümayəndələrinin 
imzaladığı  və  podratçının  müqavilə  üzrə  bütün  öhdəliklərinin 
yerinə yetirildiyini təsdiq edən sənəd. 
İTL - işlərin təşkili layihəsi. 
Bəyənilmə-sifarişçinin  və  podratçının  səlahiyyətli  nü-
mayəndələri tərəfindən yazılı şəkildə edilmiş təsdiq. 
Podratçının nümayəndəsi - podrat müqaviləsi üzrə öhdə-
liklərinin yerinə  yetirilməsi məsələləri ilə əlaqədar olaraq pod-
ratçının  mənafeyini  sifarişçi,  subpodratçılar,  eləcə  də,  dövlət 
orqanları,  ictimai,  fərdi  təşkilatlar  və  fiziki  şəxslər  qarşısında 
təmsil edən fiziki və ya hüquqi şəxs. 
Sifarişçinin nümayəndəsi (mühəndis) - podrat müqavilə-
sinin  yerinə  yetirilməsi  məsələləri  ilə  əlaqədar  olaraq  sifariş-
çinin mənafeyini podratçılar, eləcə də, dövlət orqanları, ictimai, 
fərdi təşkilatlar və fiziki şəxslər qarşısında təmsil edən fiziki və 
ya hüquqi şəxs. 
İşlərin rəhbəri - podratçı tərəfindən təyin edilən, podrat 
təşkilatlarının  və  podratçının  şefquraşdırıcısının  işlərinin  əla-
qələndirilməsini  (koordinasiya  edilməsini)  də  əhatə  etməklə 
işlərin yerinə yetirilməsinə ümumi rəhbərlik edən fiziki şəxs. 
 


149 
 
9.2. Tərəflərin müəyyən edilməsi və müqavilənin 
predmeti 
 
Podrat  müqavilələrində  də,  aiqı-satqı  müqavilələrində 
olduğu  kimi,  tərəflərin  rekvizitləri  (ünvanları)  göstərilməlidir. 
Podrat müqaviləsi üzrə işləri həyata keçirən, bunun üçün lazımi 
materialları,  maşın  və  avadanlıqları,  inventarları  və  s.  tədarük 
edən,  subtədarükçüləri  və  subpodratçıları  cəlb  edən  tərəf  baş 
podratçı adlandırıla bilər. 
Müqavilənin  predmeti  bölməsində  sifarişçinin  və  pod-
ratçının  əsas  öhdəlikləri  göstərilir.  Buna  misal  olaraq  sənaye 
obyektinin tikintisi üzrə hazırlanmış aşağıdakı podrat müqavi-
ləsini göstərmək olar. 
Podratçı öz gücü ilə aşağıdakı işləri yerinə yetirəcəkdir: 
 1.  Sifarişçinin  texniki  layihəsi  əsasında  obyektin  işçi 
layihəsini hazırlayacaqdır. 
2. İTL-ni (işlərin təşkili layihəsini) hazırlayacaq və onu 
sifarişçinin yanında təsdiqlədəcəkdir. 
3.  İşçi  layihəsinə  uyğun  olaraq  lazımi  tikinti-quraşdır-
ma,  bəzək  materiallarını,  santexniki  və  elektrik  cihaz  və  ava-
danlıqlarını,  armaturları  tikinti  meydançasına  gətirəcək  və 
boşaldacaqdır. 
4.  Tikinti  meydançasının  ilkin  hazırlanması  ilə  bağlı 
torpaq  işlərinin  görülməsi,  tikinti  meydançasına  və  tikiləcək 
binalara yolların çəkilməsi, eləcə də meydançanın yekun plan-
laşdırılması  və  yaşıllaşdırılması  ilə  bağlı  işlərin  yerinə  yetiril-
məsi üçün subpodrat firmalarını cəlb edəcəkdir. 
5.  Tikinti  işlərini  həyata  keçirmək  üçün  lazım  olan 
tikinti, quraşdırma maşın, avadanlıq və mexanizmlərini, ləvazi-
matları,  alətləri  tikinti  meydançasına  gətirəcək  və  boşald-
acaqdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə