QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   79

154 
 
rinin  müəyyən  edilməsini  tələb  etməsi  daha  səmərəli  metod 
hesab  edilir.  Məsələn,  aşağıdakı  işlər  üzrə  vahid  ortalama 
tarifləri müəyyən edilə bilər: 
-  buldozer vasitəsilə 1 m suxurun yerinin dəyişdirilməsi
- ekskavator vasitəsilə 1 m suxurun qazılması; 
-  armaturun  müəyyən  markadan  olan  1  m

betonla  dol-
durulması; 
- 1 m
3
 kərpicin qoyulması (tikilməsi); 
- şaquli divarın 1 m-nın suvanması; 
- əlavə qapının qoyulması; 
- bir işıq lampasının quraşdırılması; 
- 1 m
3
 səkinin quraşdırılması; 
- bir ton avadanlığın quraşdırılması; 
- bir metr uzununa ölçülən divarın tikintisi
-  elektrik  şəbəkəsinin  quraşdırılmasına  sərf  edilən  1  adam-
saat və s. 
Vahid  ortalama  tariflərinin  müəyyən  edilməsi,  heç  bir 
fikir  ayrılığı  olmadan,  işlərin  həcminə  və  onların  dəyərinə 
düzəlişlərin edilməsinə imkan verir. 
Qlobal  qiymətlərin  işlərin  hissələri  üzrə  bölünməsi  və 
vahid  ortalama  tariflərinin  müəyyən  edilməsi  zamanı  sifarişçi 
nəzarət  etməlidir  ki,  işlərin  hissələri  üzrə  qiymətlərin  cəmi 
qlobal  qiymətdən;  işlərin  növləri  üzrə  vahid  ortalama  tariflə-
rinin  cəmi  isə  həmin  işin  qiymətindən,  eləcə  də,  qlobal  qiy-
mətdən çox olmasın. 
Bütün iş növləri üzrə vahid tariflər. Bəzi hallarda podrat 
müqavilələrində  ümumiyyətlə  qlobal  qiymətlər  müəyyən 
edilmir və  sifarişçi  iddiaçılara öz təkliflərində  bütün  iş  növləri 
üzrə vahid tariflərin göstərilməsini təklif edir. İddiaçıların tək-
liflərini  müqayisə  edərək,  sifarişçi,  bütün  iddiaçılar  üçün  eyni 
olan  iş  növlərinin  orta  həcmini  hər  bir  təklif  üzrə  vahid  tarifə 
vurmaqla,  özü  üçün  ayrı-ayrı  iş  növlərinin  qiymətini  müəy-
yənləşdirir.  Bütün  digər  şərtlər  daxilində  sifariş,  podrat  işlə-


155 
 
rinin  bütün  növləri  üzrə  daha  əlverişli  təklif  irəli  sürən  id-
diaçıya verilir. 
Əgər podrat müqaviləsində qlobal qiymətlər yox, bütün 
iş  növləri üzrə vahid  tariflər nəzərdə tutulubsa bu, sifarişçi  və 
podratçı arasında  yerinə  yetirilmiş işlərin haqqının ödənilməsi 
qaydasında da öz əksini tapır. 
 
9.4. Podrat müqavilələri üzrə ödəmələrin şərtləri və 
qaydaları 
 
Podrat müqavilələrinin  yerinə  yetirilməsinin səmərəlili-
yi  xeyli  dərəcədə  işlərin  haqqının  ödənilməsinin  müəyyən 
edilmiş qaydalarından asılıdır. 
Azərbaycanda sifarişçi  tərəfindən podrat  müqaviləsində 
razılaşdırılmış qrafik üzrə işlərin haqqının ödənilməsi təcrübəsi 
geniş  yayılmışdır. Ancaq, qeyd etmək lazımdır ki, işlərin haq-
qının  bu  qayda  üzrə  ödənilməsi,  birinci,  podrat  firmasını 
(firmalarım)  müqavilə  üzrə  öhdəliklərinin  vaxtında  yerinə 
yetirilməsində  maraqlı  etmir,  ikinci,  podratçı  işlərin  haqqım 
onlar  tam  yerinə  yetirilmədən  alır.  Hər  halda  sifarişçi 
çalışmalıdır  ki,  podrat  müqaviləsində  işlərin  haqqının  ödənil-
məsində müəyyən gecikmələrin ola biləcəyi (bir qayda olaraq, 
onların həcminin 15-20%-dən çox olmamaqla) öz əksini tapsın. 
Təcrübə  göstərir  ki,  podratçıya  avans  verməkdənsə,  onlara 
görüləcək  işin  haqqının  ödəniləcəyi  barədə  bank  zəmanətinin 
(banka müəyyən haqq ödəməklə) verilməsi daha münasibdir. 
Əgər  podratçının  öhdəsinə  tikinti  işlərindən  əlavə  ava-
danlıqların tədarükü və quraşdırılması da daxildirsə, bu zaman 
ödəmələri iki yerə ayırmaq lazımdır: biri-avadanlıqların tədarü-
kü,  digəri-tikinti  quraşdırma  işlərinin  yerinə  yetirilməsi  üçün. 
Əgər  podratçı  avadanlığı  tikinti  mey-dançasına  gətirməli  və 
onu  quraşdırmalıdırsa,  bu  zaman  ona  avadanlığın  dəyərinin 
60,0%-dən,  tikinti-quraşdırma  işlərinin  həcminin  75-80%-dən 


156 
 
çox olmamaqla ödəmələr həyata keçirilməlidir. Avadanlığın və 
tikinti-quraşdırma  işlərinin  haqqının  qalan  hissəsi  işlər  tam 
yerinə yetirildikdən sonra ödənilməlidir. 
Problemlərin  xeyli  hissəsi  tikinti-quraşdırma  işlərinin 
haqqının  ödənilməsi  zamanı  meydana  çıxır.  Meydana  çıxa 
biləcək  mübahisələri  azaltmaq  üçün  sifarişçi  podrat  müqavi-
ləsində  işlərin  haqqının  mərhələlər  üzrə,  məsələn  aşağıdakı 
qaydada, ödənilməsini nəzərdə tutmalıdır: 
-  texniki  layihənin  müdafiə  edilməsindən  və  İTL-nin 
(işlərin təşkili layihəsinin) təsdiqindən sonra - 5,0%; 
- yeraltı kommunikasiyaların salınması da daxil olmaqla 
özül  və  planlaşdırma  işlərinin  yerinə  yetirilməsinə  görə  - 
10,0%; 
-  dam  örtüyünün  quraşdırılması  da  daxil  olmaqla  bina-
nın tikintisinin başa çatdırılmasına görə - 30,0%; 
- bəzək işlərinin yerinə yetirilməsinə görə - 30,0%; 
-  obyektin  zəmanətli  istismara  verilməsinə  görə  - 
15,0%; 
- obyekt tam qəbul edildikdən sonra - 10,0%. 
Əgər  podrat  müqavilələri  üzrə  işlərin  haqqının  vahid 
tariflər  və  ya  "dəyər  üstəgəl  mükafat"  sistemi  ilə  ödənilməsi 
nəzərdə tutulursa, bu zaman ödəmələr, işlər yerinə yetirildikdə 
və  bu  haqda  podratçı  tərəfindən  təsdiqləyici  sənədlər  təqdim 
edildikdə,  həyata  keçirilir.  Sifarişçinin  nümayəndəsi  faktiki 
yerinə  yetirilmiş  işlərin  həcmini  yoxlayır,  əgər  o,  podratçının 
təqdim  etdiyi  sənədlərə  uyğun  gəlirsə,  bu  sənədləri  imzalayır 
və  işlərin  haqqının  ödənilməsi  üçün  müvafiq  göstəriş  verir. 
Əgər  podratçının  təqdim  etdiyi  sənədlərdə  səhvlər  aşkar 
edilərsə, onlar düzəlişlərin edilməsi üçün podratçıya qaytarılır. 
Təqdim edilmiş  hesablarda göstərilmiş  məbləğ, zəmanət  üçün, 
10,0%-  dən  az  olmamaq  şərti  ilə  azaldılmalarla,  podratçıya 
ödənilir. Saxlanılan məbləğ işlər tam yerinə yetirildikdən sonra 
podratçıya verilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə