QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   79

157 
 
Podrat  işləri  "dəyər  üstəgəl  mükafat"  sistemi  ilə 
ödənilən  halda  podrat  işlərinin  tez  yerinə  yetirilməsində  və 
vəsaitlərə  qənaət  edilməsində  stimul  yaratmaq  üçün  iki  üsul 
tətbiq  edilə  bilər.  Bunun  üçün  sifarişçi  podrat  işlərinin  təqribi 
qiymətini  hesablayır  ("məqsədli  qiymət")  və  müqavilədə  gös-
tərir.  Əgər  işlər  yerinə  yetiriklikdən  sonra  podratçının  təqdim 
etdiyi qiymət müqavilədə qeyd edilən qiymətdən az olarsa, fərq 
(qənaət)  müqavilədə  razılaşdırılmış  nisbətdə  tərəflər  arasında 
bölünür.  Bu  zaman  podratçının  payının  nisbəti  müqavilədə 
podratçı  üçün  nəzərdə  tutulmuş  mükafatın  səviyyəsindən 
(faizindən)  təqribən  1,5  dəfə  çox  olmalıdır.  Məsələn,  müqa-
vilədə  podratçıya  veriləcək  mükafatın  həcmi  işlərin  bütün 
dəyərinin  20,0%-i  həddində  müəyyən  edilmişdirsə,  bu  zaman, 
qənaətin  30,0%-i  podratçıya,  70,0%-i  sifarişçiyə  verilməlidir. 
Ancaq  işlər  tam  yerinə  yetirildikdən  sonra  podratçının  təqdim 
etdiyi qiymət müqavilədə qeyd edilən qiymətdən çox olarsa, bu 
zaman  artıq  xərcin  30,0%-ni  podratçı,  70,0%-ni  sifarişçi  ödə-
məlidir.  Təbiidir  ki,  müqavilədə  tərəflər  digər  şərtlər  üzrə  də 
razılığa  gələ  bilərlər,  məsələn,  qənaətin  və  ya  zərərin  50:50 
nisbətində bölüşdürülməsini nəzərdə tuta bilərlər. 
Podrat  müqavilələrində  əsasən  aşağıdakı  ödəniş  forma-
ları tətbiq edilir. 
Tədarük  edilmiş  avadanlığın  dəyəri  sənədli  inkasso  və 
ya  bu  tədarükü  təsdiq  edən  sənədlər  əsasında  akkreditivlə 
ödənilə  bilər.  Quraşdırma  işlərinin  dəyərinin  ödənilməsi  üçün 
isə bank zəmanəti təqdim edilə bilər. Tikinti işlərinin dəyərinin 
mərhələlər  üzrə  ödənilməsi,  işlərin  müqavilədə  müəyyən  edil-
miş  növlərinin  yerinə  yetirildiyini  təsdiq  edən  aktlara  uyğun 
olaraq  bank  zəmanəti  və  bank  köçürmələri  əsasında  həyata 
keçirilə bilər. Bu halda ödənişin son mərhələsi, sifarişçi tərəfin-
dən  obyekt  tam  qəbul  edildikdən  sonra,  zəmanətli  azaldılan 
məbləğin podratçıya ödənilməsi ilə yekunlaşır. 
 


158 
 
9.5. İşlərin yerinə yetirilməsi müddəti 
 
İstismarın zəmanətli müddəti nəzərdə tutulmayan podrat 
müqavilələrində  işlərin  yerinə  yetirilməsinin  aylar  və  ya 
günlərlə  qeyd  edilmiş  bir  müddəti  göstərilə  bilər.  Ancaq  bu 
zaman işlərin başlanma müddəti müxtəlif hadisələrlə, məsələn 
aşağıdakılarla, əlaqələndirilə bilər: 
- podrat müqaviləsinin imzalandığı tarixlə; 
- sifarişçinin avansı ödədiyi tarixlə - əgər avans  ödənil-
məsi müqavilədə nəzərdə tutulubsa
-  podratçının,  yerinə  yetirilən  işlərin  haqqının  ödənilə-
cəyinə dair sifarişçidən maliyyə zəmanəti aldığı tarixlə və s. 
Əgər  podrat  müqaviləsində  podratçı  tərəfindən  işlərin 
müəyyən  ardıcıllıqla  yerinə  yetiriləcəyi  nəzərdə  tutulubsa, 
müqavilədə ayrı-ayrı işlərin  yerinə  yetirilməsinin başlanğıc və 
son  tarixləri  göstərilə  bilər,  məsələn,  suxurların  tədqiqinin, 
texniki  layihənin  hazırlanmasının  və  müdafiə  edilməsinin, 
tikinti işlərinin başlanmasının və yekunlaşmasının başlanğıc və 
son tarixi və s. 
 Əgər sifarişçi işlərin tez yerinə  yetirilməsində maraqlı-
dırsa,  onda  müqavilədə  "məqsədli  qiymət"  şərti  ilə  yanaşı 
“məqsədli müddət" şərti də, həmçinin işlərin tez yerinə yetiril-
məsi  üçün  əlavə  mükafat,  gecikmə  zamanı  cərimə  nəzərdə 
tutula bilər. Mükafatın və cərimənin faizi, bir qayda olaraq eyni 
olur və işlərin ümumi həcminin 10,0-15,0% - arasında dəyişir. 
Bu  zaman  nəzərə  almaq  lazımdır  ki,  "məqsədli  müddət"  şərti 
"məqsədli qiymət" şərti ilə eyni zamanda tətbiq edilməlidir, əks 
halda,  podratçı  işləri  daha  artıq  xərc  çəkmək  hesabına 
yekunlaşdıra bilər. 
Əgər  obyektin  sifarişçiyə  təhvil  verilməsi  bir  neçə 
mərhələ  üzrə  həyata  keçiriləcəksə,  müqavilədə  işlərin  təhvil 
verilməsinin  bir  neçə  müddəti  nəzərdə  tutula  bilər.  Məsələn, 
müqavilədə işlər yerinə yetirildik-dən sonra obyektin zəmanətli 


159 
 
istismara  verilməsi  nəzərdə  tutulubsa,  işlərin  təhvil  verilmə-
sinin minimum iki müddət müəyyən edilə bilər: 
 birinci  -  tikinti-quraşdırma,  bəzək  və  obyektin  işə 
salınması üzrə işlərin yerinə yetirilmə müddəti, 
 ikinci - zəmanətli istismarın yekun-laşması müddəti. 
Birinci müddətin müəyyən edilməsi vacibdir, çünki: 
- onun başa çatması ilə obyektin zədələnməsi, itirilməsi 
üzrə risk podratçıdan sifarişçiyə keçir
-  obyektin  istismarı  sifarişçinin  mütəxəssislərinin 
sərəncamına və cavabdehliyinə verilir; 
- obyekt əmtəəlik məhsul istehsalına başlayır. 
Qeyd  edilənlərdən  belə  nəticəyə  gəlmək  olar  ki,  müqa-
vilə  üzrə  işlərin  yekunlaşmasının  əsas  mərhələsi  obyektin 
sifarişçi  tərəfindən  zəmanətli  istismara  qəbul  edilməsi  mərhə-
ləsidir.  Bununla  əlaqədar  olaraq  iki  vacib  məsələ  meydana 
çıxır: 
1. Podratçı obyektin zəmanətli  istismara veriləcəyi  gün 
haqqında,  müqavilədə  razılaşdırılmış  müddət  ərzində,  əvvəl-
cədən  sifarişçiyə  yazılı  məlumat  verməlidir  ki,  o,  obyektin 
müvəqqəti qəbuluna hazır olsun. 
2. Obyektin zəmanətli istismara veriləcəyi gün haqqında 
müqavilədə göstərilən müddət çatdıqda. 
 
X FƏSİL. İcarə və lizinq müqavilələri 
10.1. İcarə: mahiyyəti, iqtisadi məzmunu və icarənin 
növləri. 
 
 İcarə  -  əmlaka,  torpağa  və  digər  təbii  ehtiyatlara 
müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və 
bunlardan istifadə etməkdir. 
Ölkəmizdə  icarə  münasibətləri  "İcarə  haqqında"  Azər-
baycan  Respublikasının  qanunu  (1992-ci  ildə  qəbul  edilmiş, 
sonrakı  illərdə  bir  sıra  əlavələr  və  dəyişikliklər  edilmişdir), 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə