QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   79

163 
 
hazırlayan  və  ya  onun  sahibini  özü  tapır,  gələcək  tədarükün 
texniki  və  əsas  kommersiya  şərtlərini  razılaşdırır,  bundan 
sonra,  icarə  müqaviləsinin  imzalanması  və  icarə  əməliyyat-
larının maliyyələşdirilməsi  üçün, icarə şirkətinə müraciət  edir. 
Gələcək,  sifarişçinin  müəyyən  texniki  xüsusiyyətlərə  malik 
olan obyektin satın alınmasını və onun icarəçiyə maliyyə icarə-
sinə  verilməsini  icarə  şirkətinə  həvalə  etməsi  də  mümkündür. 
Bu  zaman  obyekti  hazırlayanın  və  ya  onu  tədarük  edənin 
seçilməsi məsuliyyəti də icarəyəverənə həvalə edilə bilər. 
 
10.2. Əmlakın ayrı-ayrı növlərinin icarəsinin 
xüsusiyyətləri 
 
Nəqliyyat  vasitələrinin  icarəsi  iki  formada  həyata  keçi-
rilə bilər: ekipajla birlikdə və ekipajsız. 
Nəqliyyat  vasitələrinin  icarəsi,  onların  yeni  müddətə 
icarəyə verilməsi zamanı əvvəlki içarəçiyə üstünlük verilməsini 
nəzərdə tutmur. 
Nəqliyyat  vasitələri  ekipajla  birlikdə  icarəyə  verildikdə 
icarəyə-verən  onların  təmirini,  texniki  xidməti,  sığortalamanı 
öz hesabına həyata keçirməli, eləcə də, nəqliyyat vasitələrinin 
istismarı zamanı dəymiş zərərləri ödəməlidir. 
Nəqliyyat  vasitələri  ekipajsız  icarəyə  verildikdə  icarəçi 
onlara  texniki  xidməti  və  onların  əsaslı  təmirini  həyata 
keçirməlidir.  İcarəçi  həmçinin  nəqliyyat  vasitələrinin  istismarı 
və saxlanması, üçüncü şəxs qarşısında məsuliyyətin sığortalan-
ması  da  daxil  edilməklə  sığortalanması  üzrə  xərcləri  də  öz 
üzərinə  götürməlidir.  Ancaq  tərəflər,  icarə  müqaviləsində,  öh-
dəliklərin  başqa  şərtlər  daxilində  bölüşdürülməsini  də  razılaş-
dıra  bilərlər.  Əgər  müqavilədə  başqa  şərtlər  nəzərdə  tutulma-
yıbsa, icarəçi icarəyəverənin icazəsi olmadan nəqliyyat vasitə-
lərini  subicarəyə  verə  və  nəqliyyat  xidmətinin  göstərilməsi 
üçün üçüncü şəxslə müqavilə bağlaya bilər. 


164 
 
Nəqliyyat  vasitələri  ekipajla  birlikdə  icarəyə  verildikdə 
istismar zamanı üçüncü şəxslərə dəyən zərərin ödənilməsi ica-
rəyəverənin,  ekipajsız  verildikdə  isə  -  icarəçinin  öhdəsinə 
düşür. 
Özüyeriyən  maşınların,  kənd  təsərrüfatı,  tikinti-quraş-
dırma,  yükqaldıran  maşın  və  mexanizmlərin  icarəyə  verilməsi 
zamanı  müvafiq  müqavilələrdə,  nəqliyyat  vasitələrinin  icarəsi 
üzrə müqavilələrdə tətbiq olunan şərtlərdən istifadə edilə bilər. 
Bina  və  qurğuların  icarə  müqaviləsi  vahid  formada 
tərtib edilməli və imzalanmalıdır. Əgər bina və qurğuların icarə 
müqaviləsinin  müddəti  bir  ildən  çoxdursa  o,  dövlət  qeydiy-
yatına  alınmalıdır.  İcarəyə  verilən  obyektin  (binanın,  qurğu-
nun) yerləşdiyi torpaq sahəsi icarəyəverənə məxsusdursa və ya 
icarəyəverən  ondan  istifadə  etmək  hüququna  malikdirsə,  eləcə 
də,  torpaq  sahəsi  icarəyəverənə  məxsus  deyilsə  və  icarəyə-
verənin  bu  torpaq  sahəsindən  istifadəsi  onun  torpaq  sahəsinin 
sahibi  ilə  imzaladığı  müqaviləyə  və  ya  qanuna  zidd  deyilsə, 
icarəçi bu torpaq sahəsini icarəyə götürmək hüququna malikdir. 
Bu zaman torpaq sahəsindən istifadə hüququ, hətta onun sahibi 
torpaq  sahəsini  başqasına  satdıqda  belə,  icarəyəverəndə 
saxlanılır. Bina və qurğuların icarə müqaviləsində icarə haqının 
məbləği  və  ödənilmə  müddətləri  mütləq  göstərilməlidir.  Bina 
və  qurğularm  icarəçiyə  icarəyəverilməsi  və  onların  icarəyə-
verənə  qaytarılması  mütləq  yazlı  şəkildə  protokollaşdırıl-
malıdır. 
Müəssisələr  -  binaların,  qurğuların,  torpaq  sahələrinin, 
avadanlıqların,  hazır  məhsulların,  xammalın,  borcların,  öhdə-
liklərin, tələb etmə haqının və s. əmlakın kompleksi kimi - bir 
sıra şərtlər nəzərə alınmaqla icarəyə verilə bilər 
Müəssisənin  icarə  müqaviləsində,  xammal  ehtiyatları, 
yanacaq, materiallar, dövriyyə vəsaitləri, üçüncü şəxslərə qarşı 
tələb  hüququ  da  daxil  olmaqla,  onun  kompleksinə  aid  olan 
bütün  əmlakın,  o  cümlədən  borclar  da  daxil  olmaqla 


165 
 
müəssisənin öhdəliklərinin, icarəyə verilməsi qaydaları öz əksi-
ni tapmalıdır. 
Müəssisənin  icarə  müqaviləsi  vahid  formada  tərtib 
edilməli  və  müvafiq  dövlət  orqanında  qeydiyyata  alınmalıdır. 
Müəssisənin  icarəçiyə  icarəyə  verilməsi  və  geriyə,  icarəyəve-
rənə qaytarılması akt əsasında həyata keçirilməlidir. 
Müəssisə  kompleksinin  dəyərinin  azalmaması  şərti  ilə, 
icarəçi  icarəyəverənin  icazəsi  olmadan  icarəyə  götürdüyü 
əmlakı  və  başqa  material  dəyərlərini  subicarəyə  verə,  dəyişə, 
sata,  borc  verə  bilər.  İcarəçi  icarəyəverənin  icazəsi  olmadan 
müəssisəni  yenidən  qura,  modernləşdirə  və  başqa  yaxşılaşd-
ırmaları həyata keçirə bilər. Bu halda icarəyəverən yaxşılaşdır-
maların ayrıla bilinməyən hissəsinin dəyərini icarəçiyə ödəmə-
lidir. 
Əmlakın  kirayəyə  verilməsi  geniş  yayılmışdır.  Əmlak 
əsasən  istehlak  məqsədi  ilə  kirayə  verilir.  Ancaq  müqavilə 
əmlakdan sahibkarlıq məqsədi ilə də istifadə edilməsini nəzər-
də  tuta  bilər.  Kirayə  müqaviləsi  əsasən  bir  ilə  qədər  olan 
müddətə  bağlanır,  ancaq  icarəçinin  istəyi  ilə  vaxtından  qabaq 
ləğv edilə və ya müddəti uzadıla bilər. 
Kirayəyə  verilən  əmlak  icarəçi  tərəfindən  yoxlanılır. 
İstifadə  zamanı  çatışmazlıqlar  aşkar  edilərsə  icarəyəverən  on-
ları 10 gün müddətində aradan qaldırmalı və ya kirayə obyek-
tini  dəyişməlidir.  Müqavilədə  kirayəyə  verilən  əmlakın  təmi-
rinin və ya dəyişilməsinin daha qısa müddəti göstərilə bilər. 
Əgər əmlak icarəçi tərəfindən zədələnərsə o, təmir haq-
qını  icarəyəverənə  ödəməlidir.  Təcrübədə  çox  vaxt  icarəyəve-
rənlər  əmlakı  sığortalayırlar  və  ona  görə  də  təmir  haqqını 
icarəçidən tələb etmirlər. 
Kirayə  haqqı  əmlakın  kirayədə  olduğu  və  işlədiyi 
müddətdən,  hərəkət  məsafəsindən  (kilometrajdan),  bazarda 
mövcud  rəqabətin  səviyyəsindən  və  s;  asılı  olaraq  tərəflər 
arasında  razılaşdırılır.  İcarə  haqqı  avans  şəklində,  vaxtaşırı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə