QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   79

172 
 
-  icarəyəverən  icarə  obyektini  dəmiryol  platformasına 
yüklədikdən,  nəqliyyat  xərclərini  və  yüklərin  nəqliyyat 
risklərindən 
- sığortalanmasını həyata keçirdikdən sonra öz öhdəlik-
lərini yerinə yetirmiş hesab edilir
-  icarəyəverən,  icarə  obyektinin  nəqli  üsulu,  yüklənmə 
tarixi, göndərilmə məntəqəsi, yerlərin sayı, hər bir yerin brutto 
çəkisi barədə təcili rabitə ilə icarəçiyə məlumat verməlidir
- icarəyəverən  yüklə birlikdə, eləcə də faksla və  poçtla, 
aşağıdakı sənədlər komplektini göndərməlidir: icarə obyektinin 
keyfiyyət  sertifikatını,  qablaşdırma  vərəqini  (əgər  yük  qablaş-
dırılıbsa),  yükün  dəqiq  təsnifini,  sığorta  vərəqinin  surətini, 
dəmiryol  fakturasının  dublikatını,  icarə  haqqı  qeyd  edilməklə 
hesab- fakturanı; 
-  icarəçi  yükün  daxil  olması  haqqında  dəmir  yolundan 
məlumat  alan  kimi,  müəyyən  edilmiş  vaxtda  onu  boşaltmalı, 
saxlanma və ya istifadə yerinə aparmalıdır. 
Qısamüddətli  icarədə  (rentinqdə)  icarə  predmetləri 
icarəçiyə  adətən  anbarlarda,  dayanacaqlarda,  aeroportda  və  s., 
başqa  sözlə,  onların  saxlandığı  və  ya  kirayəyə  verildiyi  yerdə 
təqdim  edilir.  Bu  vaxta  qədər  icarəyəverən  icarə  obyektini 
(özüyeriyən vasitələr icarəyə verildirdə - həm də icarəçiləri) öz 
xeyrinə  sığortalayır.  İstifadəçilərin  sağlamlığı,  məsələn,  minik 
avtomobilləri,  yüngül  təyyarələr,  yaxtalar,  hava  şarları,  dağ 
xizəkləri və s. icarəyə verildikdə sığortalanır. 
İcarənin bütün növlərində icarəyəverənin icarə obyekti-
nin icarəçiyə verilməsi ilə bağlı, icarəçinin isə icarə obyektinin 
qaytarılması  ilə  bağlı  bütün  öhdəlikləri,  hansı  sənədlərlə  və 
necə verilməsi və qaytarılması əks etdirilməklə, dəqiq göstəril-
məlidir. 
Bir  qayda  olaraq  yükü  qəbul  edən  mümkün  qədər  qısa 
müddət  ərzində  onu  nəzərdən  keçirməlidir.  Müqavilədə  yükü 
qəbul  edənin,  maraqlı  olmayan  tərəfin  iştirakı  ilə,  yükdə 


173 
 
həqiqətən aşkar edilmiş  çatışmazlıqlar barədə akt tərtib  etməsi 
öhdəliyi nəzərdə tutula bilər. 
Mürəkkəb  avadanlıqlar  icarəyə  verildikdə  bu  maddədə, 
alqı-satqı  müqavilələrində  olduğu  kimi,  müqavilənin-obyektin 
xüsusiyyətlərini və texniki tələblərini əks etdirən əlavəsinə isti-
nad edilə bilər. 
Bu  maddə  aşağıdakı  kimi  formalaşdırıla  bilər:  "Bu 
müqavilə  ilə  icarənin  müddəti  bir  il  müəyyən  edilir.  İcarənin 
müddətinin  başlanğıcı  icarəyəverən  tərəfindən  obyektin 
tədarükü  üzrə  öhdəliklərin  yerinə  yetirildiyi  tarix  hesab  edilir. 
İcarə  müddətinin  sonu  icarəçinin  obyekti  icarəyəverənə  gön-
dərdiyi tarix hesab ediləcəkdir". 
Əgər müqavilədə icarə müddəti göstərilməyibsə, icarəçi 
ən  azı  30  gün  əvvəl  icarəyəverəni  xəbərdar  etməklə,  icarə 
müqaviləsinə birtərəfli qaydada xitam verə bilər. İcarə müddəti 
müəyyən  edilməyən  müqavilələrdə,  tərəflərin  münasibətlə-
rinin sabitləşdirilməsi üçün adətən moratorium müddəti müəy-
yən  edilir  ki,  əgər  icarəyəverən  obyektin  tədarükü  üzrə  bütün 
öhdəliklərini yerinə yetiribsə, bu müddət ərzində icarəçi müqa-
vilədən çıxa bilməz. 
Bərabər  kommersiya  şərtləri  daxilində  icarəçi,  digər 
iddiaçılarla  müqayisədə,  icarəyəverənlə  razılaşdırılmış  şərtlər-
lə,  icarə  müddətinin  uzadılmasında  və  icarə  obyektinin  satın 
alınmasında üstünlüyə malikdir. Bu haqda icarəçi icarə müqa-
viləsinin müddətinin bitməsinə  və  ya alış müddətinə ən azı  30 
gün qalmış icarəyəverənə xəbər verməlidir. 
İcarəyəverən  icarə  obyektinin  sahibi  kimi  onu  öz 
xeyrinə əsasən aşağıdakı sığorta növləri üzrə sığortalayır: 
- icarə obyektinin icarəçinin göstərdiyi yerə çatdırılması 
(tədarükü)  icarəyəverənin  öhdəsinə  düşürsə  -  nəqliyyat  sığor-
tası; 


174 
 
-  obyektin  icarəçinin  sərəncamında  və  istifadəsində  ol-
duğu  müddət  ərzində  onun  zədələnməsi  və  itirilməsi  (lazım 
gələrsə hərbi risk) ilə bağlı risklərdən sığortalama; 
-  obyektin  icarəçi  tərəfindən  istifadəsi  ilə  bağlı  üçüncü 
tərəfin iradlarından sığortalama; 
- icarəçinin ödənişqabiliyyətli olmaması və icarə obyek-
tinin  qaytarılması  ilə  bağlı  öhdəliklərinin  yerinə  yetirilməmə-
sindən sığortalama; 
-  müqavilə  üzrə icarə  obyektinin  müəyyən edilmiş  yerə 
çatdırılması icarəçinin öhdəsinə düşürsə - nəqliyyat sığortası. 
Mövcud  qanunvericilikdə  sığortalama  üzrə  qəti  şərtlər 
müəyyən edilmədiyindən tərəflər müqavilədə bu barədə qarşı-
lıqlı razılığa gəlməlidirlər. Əgər sığortalamanın hər hansı növü-
nün həyata keçirilməsi icarəçinin öhdəsinə düşürsə, müqavilə-
də  sığortalanmanın  müddəti,  məbləği  göstərilməli  və  seçilmiş 
sığorta şirkəti icarəyəverənlə razılaşdırılmalıdır. 
Hər  iki  tərəf  üçün  sığortalamanın  icarəyəverən  tərəfin-
dən həyata keçirilməsi məqsədəuyğundur, çünki o, daimi sığor-
taçı kimi, sığortalamanı daha əlverişli şərtlərlə həyata keçirmək 
şansına malik olur. 
"İcarənin dəyəri" anlayışı operativ icarə müqavilələrində 
istifadə  edilməyə  bilər,  ancaq  icarəyəverən  icarə  haqqının 
təqribi məbləğini və icarə əməliyyatlarının rentabelliyini müəy-
yən etmək məqsədi ilə icarənin dəyərini müəyyənləşdirir. 
 
XI FƏSİL.Qarşılıqlı ticarətin formaları  
11.1. Qarşılıqlı ticarətin ümumi prinsipləri
 
Qarşılıqlı ticarətə tərəflərin imzaladığı vahid sənəddə öz 
əksini tapan elə alqı-satqı əməliyyatları aid edilir ki
,
 onlarda ya 
tərəflərin  bərabər  dəyərə  malik  olan  əmtəələrin  pulsuz  dəyiş-
dirilməsi,  ya  da  tərəflərin  birinin  satdığı  əmtəələrin  haqqının 
bir  hissəsinin  pulla,  bir  hissəsinin  isə  əmtəə  ilə  ödənilməsi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə