QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   79

166 
 
ödəmələr  yolu  ilə  və  ya  obyekt  icarəyəverənə  qaytarıldıqda 
ödənilə bilər. 
Kirayə  obyektinin  təmirini,  ona  texniki  xidməti 
icarəyəverən həyata keçirməlidir. Kirayə obyektinin subicarəyə 
verilməsinə,  girov  qoyulmasına,  başqa  şəxsin  istifadəsinə 
yerilməsinə yol verilmir. 
Kirayə  verməyə  misal  olaraq  avtomobillərin,  velosi-
pedlərin,  televizorların,  yaxtaların,  soyuducuların,  idman  ləva-
zimatlarının və s,. icarəyə verilməsini göstərmək olar. 
 
10.3. İcarə və lizinq əməliyyatlarının subyektləri 
 
İcarə və lizinq əməliyyatları investisiya fəaliyyətinin ən 
səmərəli formalarından biri olduğundan dövlət bu prosesə daha 
çox vətəndaşın, kommersiya strukturlarının, eləcə də dövlət və 
bələdiyyə müəssisələrinin cəlb edilməsində maraqlıdır. 
Satın alınma, vərəsəlik, dəyişdirilmə, bağışlanma, məh-
kəmənin  qərarı,  özəlləşdirmə,  kollektiv  təsərrüfatdan  pay 
şəklində alma əsasında əmlaka sahib olan hər bir vətəndaş onu 
icarəyə və maliyyə icarəsinə (lizinqə) verə bilər. 
Fiziki  şəxslər,  kommersiya  strukturları  (təsərrüfat 
yoldaşlıqları,  cəmiyyətlər  və  istehsal  kooperativləri),  istehsal 
etdikləri və aldıqları məhsullar da daxil olmaqla, malik olduq-
ları mülkiyyəti (əmlakı, obyektləri); dövlət və bələdiyyə müəs-
sisələri  isə  istehsal  etdikləri  və  aldıqları  məhsullarla  yanaşı, 
operativ  idarəetmə  hüququ  ilə  onların  sərəncamına  verilmiş 
əmlakı  icarəyə  verə  bilərlər.  Müxtəlif  növ  maşınqayırma 
məhsulları  istehsal  edən  zavod  onların  bir  hissəsini  sata, 
satılmayan  hissəsini  isə  icarəyə  və  lizinqə  verə  bilər.  Əgər 
icarəçi  zavodun  məhsulunu  başqa  müəssisənin  məhsulu  ilə 
birlikdə  komplekt  şəklində  icarəyə  götürmək  istəsə,  zavod 
komplektləşdirici  məhsulu  ala  və  icarəçinin  arzusu  ilə  onu 
icarəyə və ya lizinqə verə bilər. 


167 
 
Özünə  məxsus  əmlakın  icarəyə  verilməsi  ilə  məşğul 
olan  icarə  və  lizinq  şirkətləri  təsərrüfat  yoldaşlığı,  məhdud  və 
əlavə  məsuliyyətli  cəmiyyət,  açıq  və  ya  qapalı  tipli  səhmdar 
cəmiyyəti şəklində yaradıla bilər. 
Təsərrüfat  yoldaşlığı,  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 
olan  vətəndaşlar  öz  aralarında  təsis  müqaviləsi  imzalamaqla 
hüquqi  şəxs  olmadan  və  ya  hüquqi  şəxs  qismində,  məsələn, 
kənd  təsərrüfatı  texni-kasını  icarəyə  vermək  məqsədi  ilə  özlə-
rinə  məxsus  maşınları  və  pul  vəsaitlərini  şərikli  kapitala 
qoymaqla,  təsərrüfat  yoldaşlığı  yarada  bilərlər.  Yoldaşlığın 
mənfəəti  və  zərəri  şərikli  payda  iştirak  edən  tam  yoldaşların 
payda iştirak faizinə uyğun olaraq onlar arasında proporsional 
olaraq bölünür. Tam yoldaşlar təsərrüfat yoldaşlığının öhdəlik-
ləri üzrə öz əmlakları ilə cavabdehlik daşıyırlar. 
Qarşılıqlı  inam  əsasında  yaradılmış  yoldaşlığa  tam 
yoldaşlarla  bərabər,  onun  öhdəliklərinə  yalnız  iştirak  payına 
uyğun  cavabdehlik  daşıyan  komandit  ortaqlar  da  daxil  ola 
bilərlər. 
Hüquqi  şəxs  qismində  yaradılmış  təsərrüfat  yoldaşlığı 
mütləq  Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyində 
dövlət qeydiyyatına alınmalıdır. 
Məhdud  və  əlavə  məsuliyyətli  cəmiyyət,  Məhdud  və 
əlavə  məsuliyyətli  cəmiyyət  bir  və  ya  bir  neçə  sahibkar  və 
kommersiya  təşkilatı  tərəfindən  yaradıla  bilər.  Bu  cür  cəmiy-
yətin  Nizamnamə  karitalı  hissələrə  bölünür  və  cəmiyyətin 
iştirakçıları, onun öhdəliklərinə, Nizamnamə kapitalında malik 
olduqları paya uyğun cavabdehlik daşıyırlar. 
Məhdud  məsuliyyətli  cəmiyyətin  iştirakçıları  onun  öh-
dəlikləri  üzrə  cavabdehlik  daşımırlar,  ancaq  zərər  riskinə  görə 
öz iştirak paylarına uyğun öhdəlik daşıyırlar. Cəmiyyətin əlavə 
məsuliyyətli üzvləri isə onun öhdəliklərinə, cəmiyyətin kapita-
lında  iştirak  payının  hamı  üçün  eyni  olan  ölçüsü  miqdarında 
(dəfə  hesabı  ilə),  öz  əmlakları  ilə  birgə  məsuliyyət  daşıyırlar. 


168 
 
Məhdud  və  əlavə  məsuliyyətli  cəmiyyət  hüquqi  şəxs  kimi 
Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmalıdır. İcarə və 
lizinq  şirkətlərinin  məhdud  və  əlavə  məsuliyyətli  cəmiyyət 
formasında  təsis  edilməsi  onların  fəaliyyətinin  başlanğıc 
mərhələsində  məqsədə  uyğundur,  çünki  bu  mərhələdə  cəmiy-
yətin  səhmlərinin  buraxılması,  qeydə  və  uçota  alınması,  satışı 
nəzərdə tutulmur. 
Açıq və qapalı tipli səhmdar cəmiyyətlər (SC). İcarə və 
lizinq  şirkətləri  Nizamnamə  kapitalı  müəyyən  sayda  səhmlərə 
bölünmüş  açıq  və  qapalı  tipli  səhmdar  cəmiyyət  formasında 
yaradıla  bilər.  Səhmdarlar Səhmdar Cəmiyyətin (SÇ) öhdəlik-
lərinə  cavabdeh  deyillər,  yalnız  öz  səhmlərinin  dəyəri  miqda-
rında itki riskini daşıyırlar. 
Açıq  səhmdar  cəmiyyətin  üzvləri  öz  səhmlərini,  digər 
səhmdarların  icazəsi  olmadan,  maliyyə  bazarlarında  sata 
bilərlər. Açıq səhmdar cəmiyyətlər öz səhmlərinə abunə yazılı-
şını  və  səhmlərin  satışını  açıq  şəkildə  həyata  keçirə  bilərlər. 
Səhmlərini  yalnız  onun  iştirakçıları  arasında  bölüşdürən, 
səhmlərə  açıq  abunəni  və  onların  açıq  satışını  həyata  keçirə 
bilməyən səhmdar cəmiyyətlər qapalı tipli SC-lər adlanır. 
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun 
olaraq dövlət  və  bələdiyyə mülkiyyətində  olan  müəssisələr də 
öz  sərəncamında  olan  əmlakı,  eləcə  də  özlərinin  istehsal 
etdikləri  və  ya  aldıqları  məhsulları  icarəyə  və  ya  lizinqə  verə 
bilərlər. 
İcarəçi  (lizinqalan)  qismində  hüquqi  şəxs  yaratmadan 
sahibkarlıq  və  ya  peşə  fəaliyyəti  ilə  məşğul  olan  və  fərdi 
sahibkar  (fiziki  şəxs)  kimi  qeydiyyatdan  keçən  vətəndaşlar, 
eləcə  də,  istənilən  təşkilati-hüquqi  formalı  müəssisələr,  o 
cümlədən dövlət və bələdiyyə müəssisələri, çıxış edə bilərlər. 
İcarəyə və ya lizinqə verilən əmlakm (obyektin, məhsu-
lun) tədarükçüsü qismində hüquqi şəxs yaratmadan sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olan  vətəndaşlar,  eləcə  də,  kommersiya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə