QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   79

160 
 
Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunve-
ricilik aktları ilə tənzimlənir. 
İcarəyə milli iqtisadiyyatın bütün sahələrində yol verilir 
və  o,  mülkiyyətin  bütün  formalarının  və  növlərinin  əmlakı 
barəsində  tətbiq  edilə  bilər.  İcarə  münasibətlərinin  obyekti  ola 
bilməyən  əmlakın  dairəsi  və  növləri  Azərbaycan  Respublika-
sının qanunvericiliyi ilə müəyyən edilir. 
Əmlakı  icarəyə  vermək  hüququ  mülkiyyətçiyə,  əmlakı 
icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və 
fiziki  şəxslərə,  habelə  əmlak  üzərində  digər  əşya  hüquqlarma 
malik olan şəxslərə - icarəyəverənlərə - məxsusdur.  
Xarici  dövlətlərin hüquqi  və fiziki şəxslərinin icarəsinə 
dövlət 
və 
bələdiyyə 
mülkiyyəti 
obyektləri 
yalnız 
mülkiyyətçinin razılığı ilə verilir. 
Hər  hansı  hüquqi  və  fiziki  şəxs  icarəçi  ola  bilər. 
İcarəçilərin  ixtiyarı  var  ki,  könüllülük  əsasında  assosiasiyalar, 
ittifaqlar, başqa birliklər yaratsınlar, onların fəaliyyətini maliy-
yələşdirsinlər  və  nizamnamələrə  uyğun  olaraq  sərbəst  surətdə 
onların tərkibindən çıxsınlar. 
Əmlakın  icarəyə  verilməsinin  onun  kreditlə  satışından 
fərqi  ondan  ibarətdir  ki,  icarə  zamanı  mülkiyyət  hüququnun 
başqasına  keçməsi  nəzərdə  tutulmur:  əmlakın  sahibi  (icarə-
yəverən)  icarə  müddətində  də  əmlak  üzərində  sahiblik  hüqu-
qunu  saxlayır,  əmlakı  icarəyə  götürən  (icarəçi)  isə  icarə  müd-
dətində yalnız əmlakdan istifadə hüququ əldə edir.  
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun 
olaraq  icarəçi  icarəyə  götürdüyü  əmlakı  sata,  başqasına  verə, 
bağışlaya  və  əmlak  sahibinin  icazəsi  olmadan  onu  dəyişdirə 
bilməz. 
Əmlak  sahibləri  -  icarəyəverənlər  -  öz  əmlaklarını 
müəyyən müddətə və müəyyən haqq müqabilində istifadə üçün 
icarəçilərə  verirlər.  İcarəçi  tərəfindən  əmlakın  icarəyə  götürül-
məsi  onun  kreditlə  alınmasına  nisbətən  daha  sərfəlidir.  Ona 


161 
 
görə  də  icarəçilər  çox  vaxt  əmlakı  kreditlə  almaqdansa  onu 
icarəyə  götürməyə  üctünlük  verirlər.  Məsələn,  icarəçiyə  bina 
tikmək üçün qaldırıcı kran lazımdırsa onu qiymətinin müəyyən 
hissəsini  ödəməklə  icarəyə  götürmək,  satın  alıb  bina  tikilib 
qurtardıqdan sonra ucuz qiymətə satmaqdan daha sərfəlidir. Və 
ya  bir  qrup  biznesmenə  təcili  olaraq  tikinti  meydançasına 
uçmaq tələb olunduqda təyyarəni satın almaqdansa, onu ekipajı 
ilə birlikdə icarəyə götürmək daha sərfəlidir. 
İcarəçinin  ödəniş  qabiliyyətli  olub-olmaması  nöqteyi-
nəzərindən icarəyəverənlər tərəfindən əmlakın icarəyə verilmə-
si  onun  kreditlə  satılmasından  sərfəlidir.  Belə  ki,  əgər  icarəçi 
icarə haqqını ödəmək qabiliyyətini itirərsə, icarəyəverən əmlak 
üzərində mülkiyyət hüququnu saxladığından o, əmlakın icarəyə 
verilməsi haqqında müqaviləni poza (lazım gəldikdə məhkəmə 
yolu ilə), əmlakı geri ala və onu başqasına icarəyə verə bilər. 
Əgər icarə müqaviləsində icarə haqqının istehsal edilən 
məhsullar satıldıqdan və icarəçinin mənfəət əldə etdikdən sonra 
ödənilməsi nəzərdə tutularsa, istehsal vasitələrini icarəyə götü-
rən  daha  az  vəsait  sərf  etməklə  sahibkarlıq  fəaliyyətini  həyata 
keçirə bilər. 
Nəhayət, daha iri və güclü icarə şirkətlərinə kommersiya 
fəaliyyətini  həyata  keçirmək  üçün,  kiçik  istehlakçılara  nisbə-
tən,  banklardan  və  kredit  təşkilatlarından  əlverişli  şərtlərlə 
kredit almaq daha asandır. 
İcarə  müqavilələrinin  bir  çox  növlərinin  olmasına  bax-
mayaraq,  icarəyə  sahibkarlıq  fəaliyyətinin  vahid  növü  kimi 
baxılır. 
Təcrübədə icarənin aşağıdakı növlərinə rast gəlinir. 
I.  Operativ  icarə.  İcarəyə  şəxsi  mülkiyyətdə  olan  kiçik 
təsərrüfat ləvazimatları ilə yanaşı, iri şirkətlərə məxsus avialay-
nerlər, gəmilər, texnoloji qurğular, müəssisələr və s. daşınan və 
daşınmaz əmlaklar verilə bilər (Azərbaycanda mövcud qanun-


162 
 
vericiliyə  əsasən  dövlət  mülkiyyətində  olan  əmlak  da  icarəyə 
verilə bilər). 
Operativ  icarə  obyektin  (əmlakın),  onun  amortizasiyası 
müddətinə,  dəfələrlə  istifadə  edilmək  üçün  içarəçinin  sərən-
camına  və  müvəqqəti  istifadəsinə  (və  ya  yalnız  müvəqqəti 
istifadəsinə) verilməsini nəzərdə tutur. Bu zaman icarəyəverən 
obyektin  vaxtında  və  keyfiyyətlə  icarəçiyə  verilməsinə  cavab-
dehdir. Bununla  yanaşı,  icarəçinin sərəncamında olan  əmlakın 
xarab  olması  və  ya  itirilməsi  üzrə  risklər  də  icarəyə-verənin 
üzərinə  düşür.  İcarənin  müddəti  nə  qədər  az  olarsa,  icarəyə-
verən  icarəyə  verilən  əmlaka  daha  tez-tez  texniki  xidmət 
göstərir  və  onu  təmir  edir.  İcarə  müddəti  qurtardıqdan  sonra 
icarəçi obyekti (əmlakı) icarəyə-verənə qaytarmalıdır. 
1.  Qısamüddətli  icarə  (rentinq).  İcarənin  bu  növü  icarə 
müqaviləsinin  bir  neçə  saatdan  bir  neçə  ay  müddətinə  imza-
lanmasını  (bağlanmasını)  nəzərdə  tutur.  Bu  cür  icarə  növünə 
aşağıdakılar aid edilə bilər: 
-  kənd  təsərrüfatı  maşın  və  mexanizmlərinin  icarəsi 
(şumlama, yığım və s. işlərin yerinə yetirilməsi üçün); 
- minik və yük avtomobillərinin icarəsi
- yol-nəqliyyat tikinti maşınlarının və digər hərəkət edən 
əmlakın icarəsi. 
2.  Ortamüddətli  icarə  (hiring).  İcarənin  bu  növü  üzrə 
müqavilələrin  müddəti  bir  neçə  aydan  2-5  ilə  qədər  ola  bilər. 
İcarənin obyekti yuxarıda (qısamüddətli icarədə) qeyd olunan-
lar ola bilər. Orta müddətli icarədə texniki xidmət üzrə öhdəlik-
ləri  çox  zaman  icarəçi  öz  üzərinə  götürür.  İcarəçi  həmçinin 
maşın və mexanizmləri, nəqliyyat vasitələrini idarə edən işçilə-
rinin sığortalanmasını öz üzərinə götürür. 
II.  Maliyyə  icarəsi  (lizinq).  XX  əsrin  70-ci  illərindən 
etibarən sənayecə inkişaf etmiş ölkələrdə maliyyə icarəsi geniş 
yayılmağa başlamışdır. Maliyyə icarəsi zamanı gələcək icarəçi 
özünə  lazım  olan  icarə  obyektini  əsasən  özü  seçir,  obyekti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə