QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   79

150 
 
6.  Gətirilmiş  material,  alət  və  avadanlıqların  saxlanıl-
ması,  eləcə  də  ofis  üçün,  müvəqqəti  anbarlar  və  otaqlar 
tikəcəkdir. 
7.  İşçi  layihəsinə  müvafiq  olaraq  binaları  və  digər 
qurğuları tikəcəkdir. 
8.  Tərəflərin  razılaşdığı  spesifik  xüsusiyyətlərə  malik 
cihazları,  inventarları,  aparatları  tikinti  meydançasına  gətirə-
cək, boşaldacaq və quraşdıracaqdır. 
9. Sifarişçi tərəfindən təsdiq edilmiş işçi layihəsinə uy-
ğun olaraq bütün binaları və qurğuları tikəcəkdir. 
10.  Sifarişçi  tərəfindən  təsdiq  edilmiş  işçi  layihəsinə 
uyğun  olaraq  bütün  lazımi  avadanlıqları,  qurğuları,  aparatları 
gətirəcək və quraşdıracaqdır. 
11.  Bütün  avadanlıqları,  eləcə  də  obyektin  digər  ele-
mentlərini  sınaqdan  keçirəcək,  sazlayacaq  və  zəmanətli  istis-
mara buraxacaqdır. 
12.  Obyektin  istismarı  üçün  sifarişçinin  kadrlarmı 
öyrədəcəkdir. 
13.  Texnoloji  və  inzibati  binaların  bəzədilməsi  işlərini 
həyata keçirəcəkdir. 
14. Obyektin sınaq istismarını həyata keçirəcəkdir. 
15.  Obyekti  zəmanətli  istismar  üçün  sifarişçiyə  təhvil 
verəcəkdir. 
16.Obyektin,  müqavilədə  podratçının  zəmanət  verdiyi 
göstəricilərə  uyğun  gəldiyini  yoxlamaq  üçün  zəmanətli  sınaq 
keçirəcəkdir. 
17. Sifarişçinin texniki və işçi layihəsindən kənarlaşma 
hallarını aradan qaldıracaqdır. 
18.  Sifarişçinin  razılığı  əsasında  müvəqqəti  tikililəri 
sökəcəkdir. 
19.Meydançanı  təmizləyəcək,  planlaşdıracaq  və  yaşıl-
laşdıracaqdır. 
20. Obyekti sifarişçiyə təhvil verəcəkdir. 


151 
 
Sifarişçi aşağıdakı öhdəlikləri yerinə yetirəcəkdir: 
1.Obyektin  tikilməsi,  həm  müvəqqəti,  həm  də  daimi 
kommunikasiya,  qidalanma  (elektik  enerjisi,  qaz  xətləri  və  s.) 
mənbələrinə;  kanalizasiya  xətlərinə  qoşulması  üçün  icazə 
alacaq və podratçiya verəcəkdir. 
2.Podratçıdan obyekti zəmanətli istismara qəbul edəcək, 
öz  hesabına  və  öz  gücü  ilə  onun  zəmanətli  istismarını  həyata 
keçirəcəkdir. 
3.Obyektin  podratçı  tərəfindən  həyata  keçirilən  zəma-
nətli sınağında iştirak edəcəkdir. 
4. Obyektin yekun (son) qəbulunu həyata keçirəcəkdir. 
5.  Müqavilədə  razılaşdırılmış  şərtlərə  uyğun  olaraq 
podratçının tədarük etdiyi maşınların, avadanlıqların, material-
ların və s. eləcə də yerinə yetirdiyi işlərin haqını ödəyəcəkdir. 
Podrat  müqaviləsinin  əlavələrində,  bir  qayda  olaraq, 
sifarişçinin tapşırıqları, ilkin göstəricilər və işlərin yerinə yeti-
rilməsinə  tələblər  öz  əksini  tapır.  Sənaye  obyekti  üçün  daha 
çox rast gəlinən ümumi tələblər aşağıdakılar ola bilər: 
- texniki layihənin çertyojlarının komplekti, baş plan və 
infrastruktur da daxil olmaqla obyektin təsviri; 
-  baş  plan  çərçivəsində  qazma  işlərinin  sxemi  və 
suxurların tədqiqi; 
- obyektin kommunikasiya xətlərinə birləşdiriləcək yer-
lər  göstərilməklə,  baş  plandan  kənar  keçid  yollarının  və  digər 
kommunikasiyaların sxemi; 
-  güc  və  xərc  xüsusiyyətləri  göstərilməklə  elektrik, 
istilik  enerjisi,  su,  qaz,  telefon  xətti  və  kanalizasiya  sisteminə 
qoşulma yerləri; 
-  obyektin işçi  layihəsinin hazırlanmasına olan tələbləri 
əks etdirməklə texniki layihənin tikinti və quraşdırma çertyoj-
ları; 
-  ilkin  materialların,  buraxılacaq  məhsulların  xüsusiy-
yətləri, zəmanət verilən məhsuldarlıq, enerji daşıyıcılarının sərf 


152 
 
limiti  və  ekoloji  tələblərə  uyğunluq  əks  etdirilməklə  obyektin 
texnoloji prosesinin ümumi təsviri
- podratçı tərəfindən tədarük edilən maşınların, avadan-
lıqların, qurğuların, cihazların, inventarların və s. siyahısı;  
-  podratçı  tərəfindən  işin  təşkili  layihəsinin  hazırlan-
masına tələblər;  
- tikinti-quraşdırma işlərinin, obyektin zəmanətli istism-
arı  və  yekun  təhvili  işlərinin  bütün  mərhələlərində  sifarişçi 
podratçının  öhdəliklərinin  yerinə  yetirilməsinin  uyğunlaşdırıl-
mış  və  razılaşdırılmış  qrafiki;  zəmanətli  sınağın  sifarişçi  və 
podratçı  ilə  razılaşdırılmış  proqramı;  obyektin  fəaliyyətinin 
iqlim  və  seysmik  şərtləri  haqqında  rəsmi  məlumat;  obyektin 
tikintisi  və  istismarına,  onun  mövcud  kommunikasiya  xətləri-
nə  qoşulması  şərtlərinə  dair  yerli  hakimiyyət  orqanlarının 
razılığını əks etdirən sənədin surəti və s. 
Qeyd etmək lazımdır ki, yuxarıda gətirilən misal ümumi 
xarakter  daşıyır.  Hər  bir  podrat  müqaviləsi  tərtib  edilərkən 
tərəflər  yerinə  yetiriləcək  işin  konkret  xarakterini  və  yerinə 
yetirilmə şərtlərini nəzərə almalıdırlar. 
 
9.3. Qiymət və müqavilənin ümumi məbləği 
 
Podrat  işlərinin  optimal  qiymətinin  müəyyən  edilməsi 
sifarişçi və podratçı üçün ən mürəkkəb problemdir. Bu problem 
yalnız  sifarişçi  tərəfindən  podrat  işlərinin  yerinə  yetirilməsi 
üçün  sifariş  almaq  istəyən  iddiaçı  firmalar  arasında  mövcud 
olan rəqabətdən aktiv istifadə etmək yolu ilə həll edilə bilər. 
İddiaçılar  arasında  rəqabətin  qızışdırılmasının  ən  təsirli 
metodu  torqun,  başqa  sözlə,  müsabiqənin  keçirilməsidir.  Ən 
asağı  qiymətlə  ən  yaxşı  texniki  icra  variantı  təklif  edən  firma 
torqun qalibi elan edilir və sifariş ona verilir torqun keçirilməsi 
qaydaları  8-ci  mövzuda  daha  geniş  şərh  edilmişdir).  Ancaq  
torqun müvəffəqiyyətlə keçirilməsi, sifarişçi tərəfindən iddiaçı 


153 
 
firmalara  torqda  bərabər  əsaslarla  iştirak  imkanının  yara-
dılmasından  asılıdır.  Yalnız  bu  şərt  daxilində  təklif  edilən 
kommersiya  şərtlərini  obyektiv  müqayisə  etmək  və  daha 
əlverişli təklifi seçmək olar. 
Torqların obyektiv keçirilməsi üçün sifarişçi iddiaçıların 
hamısına  tamamilə  eyni  texniki  layihə  təqdim  etməlidir. 
Texniki  layihəyə,  podrat  müqaviləsinin,  sifarişçinin  məsləhət-
çiləri tərəfindən hazırlanmış və özündə qiyməti və müqavilənin 
digər  kommersiya  şərtlərini  əks  etdirən,  layihəsi  də  əlavə 
edilməlidir. 
Qlobal  qiymətlər.  Qlobal  qiymətlər  podratçı  tərəfindən 
podrat  müqaviləsində  nəzərdə  tutulmuş  bütün  öhdəliklərin 
yerinə  yetirilməsinə  görə  müəyyən  edilir.  Qlobal  qiymətlərin 
çatışmayan  cəhəti  ondan  ibarətdir  ki,  müqavilələrin  həyata 
keçirilməsi prosesində, müqavilənin ilkin mətnində razılaşdırıl-
mış bəzi şərtlərə, işlərin həcminə düzəlişlər etmək lazım gəldi-
yi  zaman  (belə  hallar  isə  tez-tez  təkrar  olunur),  onların  dəyə-
rinin qiymətləndirilməsində  çətinliklər  yaranır, tərəfdaşlar ara-
sında  fikir  ayrılığı  meydana  çıxır  ki,  bu  da  müqavilə  üzrə 
öhdəliklərin yerinə yetirilməsini çətinləşdirir. 
İşlərin hissələrinin qiyməti. Podrat müqavilələrinin tək-
lif  olunan  layihələrində  qlobal  qiymətlərlə  yanaşı,  qlobal  qiy-
mətlərin  yerinə  yetiriləcək  ayrı-ayrı  işlər  üzrə-məsələn,  torpaq 
işləri,  özülün  qurulması,  ayrı-ayrı  binalar  və  tikililər  üzrə 
ümumi  tikinti  və  bəzək  işləri,  avadanlığın  quraşdırılması  və 
istismara  buraxılması,  mütəxəssislərin  öyrədilməsi,  zəmanətli 
istismarın  həyata  keçirilməsi  və  s.  Bölüşdürülməsini  də  tələb 
etmək  olar.  Belə  olduqda,  işin  həcmi  dəyişən  zaman,  konkret 
işin  artması  və  ya  azalması  faizini  müəyyən  etməklə,  qlobal 
qiymətlərə daha dəqiqliklə düzəlişlər etmək olar. 
Vahid ortalama tarifləri, Sifarişçinin podratçıdan müqa-
vilədə qlobal qiymətlərin ayrı-ayrı işlər üzrə bölünməsini tələb 
etməklə  yanaşı,  işin  bəzi  növləri  üzrə  vahid  ortalama  tariflə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə