QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   79

169 
 
fəaliyyəti  ilə  məşğul  olan  istənilən  təşkilati-hüquqi  formalı 
müəssisələr, o cümlədən dövlət və bələdiyyə müəssisələri, çıxış 
edə bilərlər. 
Subicarəyəverən  (sublizinqəverən)  qismində  istənilən 
təşkilati-hüquqi  formalı  müəssisələr,  o  cümlədən  dövlət  və 
bələdiyyə müəssisələri çıxış edə bilərlər. 
 
10.4. Lizinq və icarə fəaliyyətinin stimullaşdırılmasının 
prinsipləri. 
 
Xarici ölkələrdə həyata keçirilən icarə və lizinq əməliy-
yatlarının  normativ  bazası  və  təcrübəsi  ilə  tanışlıq  göstərir  ki, 
sahibkarlıq  fəaliyyətinin  bu  növü  bu  və  ya  digər  dərəcədə 
dövlət  tərəfindən  stimullaşdırılır.  Əks  təqdirdə  sahibkarlıq 
fəaliyyətinin  bu  növünün  səmərəli  təşkilinə  və  ölkə  iqtisadiy-
yatının  inkişafında  onun  rolunun  artırılmasına  nail  olmaq 
mümkün olmazdı. 
Xarici  ölkələrin  təcrübəsinin  öyrənilməsi  göstərir  ki, 
stimullaşdırmanın bütün növləri iki qrupa ayrıla bilər. 
Birinci  qrupa  kommersiya  fəaliyyətinin  növü  kimi 
icarəyə  məxsus  olan  və  praktiki  olaraq  bütün  ölkələrin  nor-
mativ aktlarında nəzərdə tutulan aşağıdakı stimullar aid edilir: 
1)  icarə  və  lizinq  haqlarının  icarəçilərin  və  lizinqa-
lanların  xərclərinə  aid  edilməsi,  onların  vergitutulan  mənfəət-
lərinin qeyd edilən xərclər həcmində azaldılması; 
2)  icarəyəverənin  icarəyə  verdiyi  əmlakına  sürətli 
amortizasiya normalarının tətbiqi; 
3)  icarəyəverənin,  aldığı  icarə  haqqının  icarəyəverən 
tərəfindən  icarəyə  verilən  əmlakın  aınmasına,  bərpasına,  mo-
dernləşdirilməsinə,  yeniləşdirilməsinə,  eləcə  də  aldığı  kreditin 
dəyərinə, sığortaya, icarəyə verdiyi əmlaka görə vergiyə, icarə-
çiyə göstərdiyi əlavə xidmətlərə sərf etdiyi hissəsinin, vergidən 
azad edilməsi


170 
 
4)  əlavə  dəyər  vergisinin  (ƏDV)  alındığı  ölkələrdə, 
alınan  əmlakın  (onun  hazırlanmasına,  bərpasına,  yeniləşdiril-
məsinə çəkilən xərclər də daxil edilməklə) dəyərinin, eləcə də, 
əlavə xidmətlərin dəyərinin, ƏDV həcmində artırılması. Ancaq 
mülkiyyətçi  dəyişmədiyindən  icarəyəverənin  aldığı  icarə  haq-
qının təkrarən ƏDV-nə cəlb edilməməsi
5)  icarəyəverənin  icarə  obyektlərinin  alınması  və  digər 
icarə  əməliyyatlarının  yerinə  yetirilməsi  ilə  əlaqədar  olaraq 
aldığı kreditlərin ödənilməsinə sərf etdiyi məbləğin onun xərc-
lərinə aid edilməsi. 
Stimullaşdırmanın ikinci qrupuna dövlətin iqtisadi siya-
sətinin  strateji  məqsədlərindən  asılı  olaraq  müxtəlif  uyğunlaş-
dırmalarla  tətbiq  edilənlər  daxil  edilir.  Stimullaşdırmanın  bu 
növünə aşağıdakılar aiddir: 
1)  icarəyəverənlərin  (lizinqəverənlərin)  onların  icarəyə 
və  ya  lizinqə  verdikləri  əmlakın  dəyəri  qədər  əmlak  vergi-
sindən  azad  edilməsi  və  ya  əmlak  vergisinin  həmin  həcmdə 
azaldılması; 
2)  bankların  və  kredit  təşkilatlarının  mənfəətinin  icarə 
və  lizinq  əməliyyatlarının  kreditləşdirilməsindən  alınan  hissə-
sindən vergilərinin azaldılması; 
3) icarəçinin və  lizinqalanın  mənfəət  vergisinin  azaldıl-
ması  və  ya  icarəyə  və  lizinqə  alman  əmlakdan  istifadə  edərək 
icarəçinin  və  lizinqalanın  istehsal  etdiyi  məhsulların  reallaş-
dırılmasından  əldə  edilən  mənfəətin  bir  hissəsinə  mənfəət 
kreditinin  verilməsi  (verginin  ödənilmə  müddətinin  uzadıl-
ması); 
4)  kiçik  müəssisə  olan  icarəçilərin  vergilərinin  azaldıl-
ması  (iearəyə  götürülən  əmlaka  ƏDV  hesablamamaq  da  daxil 
edilməklə); 
5) icarəyəverənlərə, əmlakın üçüncü şəxslərin iradlarına 
və  sahibkarlıq  riskinə  görə  sığortalanması  zamanı,  güzəştlər 


171 
 
tətbiq  edən  sığorta  şirkətlərinin  mənfəətinə  vergilərin  azaldıl-
ması; 
6) icarəyəverənlərə və lizinqəverənlərə icarəyə və lizin-
qə  vermək  məqsədi  ilə  əmlak  almaq  üçün  dövlət  büdcəsindən 
əlverişli  kreditlərin  verilməsi  və  ya  qeyd  edilən  məqsədlə 
alınan  kreditlərə  hökumət  zəmanətinin  verilməsi;  ixrac  edilən 
icarə  və  lizinq  əməliyyatlarının  kommersiya  və  siyasi  risklər-
dən sığortalanmasında dövlətin iştirakı. 
Təbiidir  ki,  lizinq  və  icarə  fəaliyyətinin  stimullaş-
dırılmasının  əsas  yollarında  biri  də

bu  sahədə  mövcud  olan 
normativ-hüquqi  bazarının  təkmilləşdirilməsindən,  icarə  və 
lizinq əməliyyatlarının həyata keçirilməsi üçün müvafiq iqtisadi 
mühitin formalaşdırılmasından ibarətdir. 
 
10.5. Operativ və maliyyə (lizinq) icarə 
müqavilələrinin quruluşu və məzmunu 
 
İcarə müqavilələrində tərəflərin müəyyən edilməsi alqı-
satqı müqavilələri də olduğu kimi həyata keçirilir. 
Bu  maddə  yalnız  imzalanan  müqavilənin  mahiyyətini 
əks etdirməlidir. Məsələn, "İcarəyəverən KCD-150 markalı iki 
tikinti  kompressorunu  icarəyə  verdi,  icarəçi  isə  onları  icarəyə 
qəbul  etdi.  İcarəyəverən  kompressorları  2013-cü  ilin  iyun 
ayının  sonunda  məntəqədə  tədarük  (DAP)  şərti  ilə  Astara 
dəmiryol stansiyasına göndərəcəkdir". 
Əgər  tərəflər  mal  göndərilməsinin  bazis  şərtlərini 
"İNKOTERMS-2011"  şərhləri  ilə  qəbul  etmirlərsə,  onda 
tərəflər  həm  Azərbaycan  daxili,  həm  də  beynəlxalq  müqavi-
lələrdə  qarşılıqlı  öhdəlikləri  dəqiqləşdirməlidirlər.  Məsələn, 
qeyd  edilən  misalda  icarə  obyektinin  "məntəqədə  tədarük 
(DAP)" şərti ilə göndərilməsi zamanı dəqiqləşdirmələr aşağıda-
kı kimi ola bilər: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə