QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   79

109 
 
işləməyin  qaydaları  rəhbərlik  tərəfindən  müəyyən  və  təsdiq 
edilir.  Kommersiya  sirrinə  aid  olmayan  informasiyaların  siya-
hısı qanunla və ya digər hüquqi aktlarla müəyyənləşdirilir. 
Rəhbərlərdən başqa, öz fəaliyyətinin xüsusiyyətlərindən 
asılı  olaraq  kommersiya  sirlərinə  giriş  imkanı  olan  işçilər  də 
kommersiya sirrinin daşıyıcıları hesab edilir. 
Kommersiya  sirrini  təşkil  edən  məlumatlara  Azərbaycan 
Respublikasının  qanununa  müvafiq  olaraq  aşağıdakılar  aid 
edilir:  
1.2. 
təsis 
sənədlərində 
əksini  tapan  məlumatlar 
(kommersiya  hüquqi  şəxslərin  təsisçiləri  (iştirakçıları)  və 
onların  nizamnamə  kapitalındakı  payları  barədə  məlumatlar 
istisna olmaqla); 
1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq 
hüququ verən lisenziyalar haqqında məlumatlar
1.4.  qanunvericilikdə  nəzərdə  tutulan  hallarda  auditor  rəyi 
daxil  olmaqla  maliyyə  (mühasibat)  hesabatlarında  olan 
məlumatlar; 
1.5.  Azərbaycan  Respublikasının  vergi  qanunvericiliyinə 
əsasən  vergi  ödəyicisi  barədə  kommersiya  sirri  hesab 
olunmayan məlumatlar; 
1.6. əməyin ödənilməsi formaları və məbləği barədə, əmək 
haqqı  və  sosial  ödənişlər  üzrə  borclar,  işçilərin  say  tərkibini, 
boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar; 
1.7.  patent  və  digər  mühafizə  sənədləri  ilə  qorunan  əqli 
mülkiyyət obyektləri haqqında məlumatlar; 
1.8. 
qiymətli 
kağızlar bazarı haqqında 
Azərbaycan 
Respublikasının  qanunvericiliyinə  əsasən  qiymətli  kağızların 
emitenti, qiymətli 
kağızlar  bazarında  lisenziyalaşdırılan 
şəxslər,  mərkəzi  depozitar,  səhmdar  investisiya  fondu  və 
investisiya 
fondunun 
idarəçisi tərəfindən 
açılmalı  olan 
məlumatlar; 


110 
 
1.9.  qeyri-kommersiya  təşkilatlarının  fəaliyyəti  barədə 
məlumatlar; 
1.10. 
özəlləşdirmənin 
dövlət 
proqramının 
həyata 
keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə 
məlumatlar; 
1.11.  hüquqi  şəxsin  ləğvi  və  onun  kreditorları  tərəfindən 
tələblərin  irəli  sürülməsi  qaydası  və  müddəti  barədə 
məlumatlar; 
1.12. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 
barəsində  məsuliyyət  növü  nəzərdə  tutulan  əməllərə  dair 
məlumatlar
 

1.13.  ekoloji  və  antiinhisar  qanunvericiliyinə  əməl 
olunması,  əməyin  təhlükəsizliyinin  təmin  edilməsi,  əhalinin 
sağlamlığına  ziyan  vura  bilən  məhsulların  satışı  ilə  bağlı 
məlumatlar; 
1.14.  kommersiya  sirri  rejiminin  qoyulması  qüvvədə  olan 
qanunvericiliklə məhdudlaşdırılan məlumatlar; 
1.15. 
telekommunikasiya 
operatoruna 
və 
telekommunikasiya  provayderinə  nömrə  resursunun  ayrılması, 
dəyişdirilməsi və geri alınması haqqında məlumatlar;
.
 
1.16.  qanunvericiliyə  əsasən  kommersiya  sirri  hesab 
edilməyən digər məlumatlar. 
     Hüquqi  və  fiziki  şəxslərin  bank  sirrini  təşkil  edən 
məlumatlarının 
qorunması 
və 
istifadəsi 
müvafiq 
qanunvericiliklə  tənzimlənir.  Kommersiya  sirrini  təşkil  edən 
informasiyaların 
yayıl-ması 
müəssisənin 
iqtisadi 
təhlükəsizliyini  qorxu  altına  aldığın-dan  onlar  qorunmalıdır. 
Ancaq yadda saxlamaq lazımdır ki,
 
informasiyaların həddindən 
artıq  gizlədilməsi  nəinki  rəqiblərin,  eləcə  də  potensial 
tərəfdaşların  bu  informasiyaları  əldə  etmələ-rini  imkansız  edə 
bilər.  Ona  görə  də  yayılması  məqsədəuyğun  olmayan 
informasiyaların  siyahısı  dəqiq  müəyyən  edilməlidir.  Bu 
informasiyalara aşağıdakılar aid edilə bilər: 


111 
 
-  müəssisənin  və  ya  təşkilatın  maliyyə  fəaliyyətinə  dair 
informasiyalar
- marketinq tədqiqatlarının məlumatları; 
- həyata keçirilən və həyata keçirilməsi nəzərdə tutulan söv-
dələşmələr haqqında informasiyalar; 
- alıcıların siyahısı; 
- işçilər haqqında informasiya; 
-  elektron  hesablama  maşınları  (EHM)  üçün  proqram 
təminatı və s. 
 
6.5. Kommersiya sirrinin qorunması üsulları 
 
Kommersiya  sirrini  müxtəlif  vasitələrlə  qorumaq  olar 
ki, onların da əsasları aşağıdakılardır: 
-  surətçıxarma-çoxaltma  avadanlıqlarından  nəzarətsiz 
istifadəyə qadağa; 
-  məxfi  informasiyanın  göndərilməsi  zamanı  ehtiyat 
tədbirlərinin həyata keçirilməsi
-  kompüter  məlumatlarına  sanksiyalaşdırılmamış  giriş-
lərin qadağan edilməsi; 
- informasiyaların fiziki qorunmasının təşkili (qapıların 
qıfıllanması,  pəncərələrin  dəmir  çərçivələrə  alınması,  seyflər-
dən istifadə və s.); 
-  inzibati  tədbirlər  (təhlükəsizlik  xidmətinin  təşkili, 
buraxılış rejiminin tətbiqi və s.); 
-  radiotexniki,  elektron  və  başqa  sistemlərin  tətbiqi 
vasitəsilə texniki- qoruyucu sistemlərdən istifadə. 
Kommersiya  sirrinin  qorunmasında  gizli  sənədləri 
hazırlayan və onlardan istifadə edən işçilər üzərində ciddi nəza-
rətin  təşkili  və  onlarla  müvafiq  işlərin  aparılması  da  mühüm 
əhəmiyyət kəsb edir. Bu cür sənədlər onlara çıxışı olan işçilərə 
yalnız  müəssisə  rəhbərinin  icazəsi  ilə  və  yazılı  iltizam  alaraq 
verilməlidir.  


112 
 
Kommersiya  sirri  sahibinin  hüquqlarına  Azərbaycan 
Respublikasının  qanununa  müvafiq  olaraq  aşağıdakılar  aid 
edilir: (Maddə 5) 
5.0.  Kommersiya  sirri  sahibinin  aşağıdakı  hüquqları 
vardır: 
5.0.1.  kommersiya  sirri  rejimini  müəyyən  etmək, 
dəyişmək və ləğv etmək
5.0.2.  kommersiya  sirrindən  istifadə  etmək,  müqavilə 
əsasında  başqa  şəxslərə  vermək,  mülki  dövriyyəyə  daxil 
edilmənin digər üsullarını tətbiq etmək; 
5.0.3.  kommersiya  sirrinin  rejimini  pozan  və  ya  belə 
rejimin 
pozulmasına 
təhlükə 
yaradan 
hərəkətlərdən 
qanunvericiliyə uyğun olaraq müdafiə olunmaq
5.0.4.  kommersiya  sirrindən  öz  maraqları  üçün  istifadə 
etmiş şəxslərdən vurulan ziyanın əvəzini məhkəmə qaydasında 
almaq. 
“İnformasiya,  informasiyalaşdırma  və  informasiyanın 
mühafizəsi  haqqında”  Azərbaycan  Respublikasının  qanununa 
müvafiq  olaraq  (Maddə  20)  informasiyanın  istifadəçisi  infor-
masiya  mülkiyyətçisi  və  ya  sahibkarının  hüquqlarına  riayət 
edilməməsinə görə məsuliyyət daşıyır. 
 
VII FƏSİL.Kommersiya fəaliyyətinin prinsipləri və 
satış üzrə fəaliyyət. 
7.1. Kommersiya fəaliyyətinin əsas prinsipləri 
 
Kommersiya fəaliyyətinin səmərəli təşkil edilməsi üçün 
bir  sıra  mühüm  şərtlərin  mövcudluğu  və  onlardan  səmərəli 
istifadə etmək bacarığı tələb olunur. Bu fəaliyyəti həyata keçir-
mək  üçün  ilk  növbədə  müəyyən  miqdar  kapitala  sahib  olmaq 
və aşağıdakıları bacarmaq lazımdır: 
- maliyyəni idarə etməyi; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə