QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   79

128 
 
VIII FƏSİL. Ticarət əməliyyatlarında istifadə olunan 
müqavilələrin normativ bazası və strukturu 
8.1. Müqavilələrin formaları və əmtəələrin 
göndərilməsinin bazis şərtləri 
 
Kommersiya fəaliyyətinin iştirakçıları arasındakı qarşı-
lıqlı münasibətlər hər bir ölkənin qanunlarına və normativ akt-
larına müvafiq olaraq tərtib edilmiş və imzalanmış müqavilələr 
əsasında tənzimlənir. Bununla  yanaşı,  qanunlarda və normativ 
aktlarda  nəzərdə  tutulmayan  formalarda  müqavilələrin  imzala-
nılması da mümkündür, bir şərtlə ki, onlar müqavilə imzalanan 
anda  fəaliyyətdə  olan  qanunlara  və  normativ  aktlara  uyğun 
olaraq tərəflər üçün məcburi qaydalara uyğun olsun. 
Müqavilə  -  iki  və  ya  bir  neçə  hüquqi  (fiziki)  şəxs 
arasında  təsərrüfat  münasibətlərinin  qurulması,  dəyişdirilməsi 
və ya pozulması şərtlərini özündə əks etdirən razılaşmadır. 
Müqavilənin şərtlərini tərəflər sərbəst şəkildə müəyyən-
ləşdirirlər. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bəzi hallar-
da müqavilənin müəyyən şərtlərinin məzmunu fəaliyyətdə olan 
qanunvericiliyin tələblərinə uyğun şəkildə formalaşdırılmalıdır. 
Kommersiya  fəaliyyətində  istifadə  (tətbiq)  olunan  mü-
qavilələrin əsas formaları aşağıdakılardır. 
-
 
alqı-satqı müqavilələri
-
 
podrat müqavilələri; 
-
 
icarə və lizinq müqavilələri; 
-
 
qarşılıqlı ticarət müqavilələri; 
-
 
injinirinq müqavilələri; 
-
 
sifarişlərin torqllarda yerləşdirilməsi
-
 
sənaye və intellektual mülkiyyətlə ticarət
-
 
xammalla. ticarət. 
Qeyd edilən müqavilə formalarının məzmunu və şərtləri 
III-X–cu  fəsillərdə  nəzərdən  keçirilir.  Bunlarla  yanaşı, 
kommersiya  fəaliyyəti  zamanı  tədarük  müqaviləsi,  anbarda 


129 
 
saxlanma  müqaviləsi,  komissioner  müqaviləsi,  yük  daşımalar 
üzrə müqavilə,  əmək müqaviləsi  və s. formalardan da istifadə 
edilir. 
Tədarük müqaviləsi üzrə sahibkarlıq fəaliyyətini həyata 
keçirən  tədarükçü-satıcı  istehsal  etdiyi  və  ya  aldığı  əmtəələri, 
razılaşdırılmış müddətdə və ya müddətlərdə, sahibkarlıq (kom-
mersiya)  fəaliyyətini  həyata  keçirən  alıcıya  verməyi  öhdəsinə 
götürür. 
Anbarda saxlanma müqaviləsi üzrə əmtəə anbarı (qoru-
yucu) müəyyən haqq müqabilində əmtəə sahibinin ona verdiyi 
əmtəələri  saxlamağı  və  onları  müqavilə  şərtlərinə  uyğun  
qaytarmağı öhdəsinə götürür. 
Komissioner  müqaviləsi  (daha  geniş  -  bax  XII  Fəsil) 
üzrə bir tərəf (komissioner) müəyyən haqq müqabilində, digər 
tərəfin  (komitentin)  tapşırığı  ilə  öz  adından,  ancaq  komitentin 
hesabına bir və ya bir neçə razılaşmanı həyat keçirməyi öhdə-
sinə götürür. 
Yük daşımalar üzrə müqavilə nəqliyyat sahibləri (agent-
likləri)  ilə  kommersiya  müəssisələri  arasında  imzalanır  və 
müəyyən  haqq  müqabilində  əmtəələrin  müəyyən  olunmuş 
vaxtda  və  ya  vaxtlarda  razılaşdırılmış  məntəqəyə  sağ-salamat 
çatdırılmasını nəzərdə tutur. 
Əmək  müqaviləsi  işə  götürənlə  işə  qəbul  olunan  şəxs 
arasında  imzalanır.  Bu  müqavilə  üzrə  işə  qəbul  olunan  şəxs 
müəyyən  ixtisas,  dərəcə  və  ya  vəzifə  üzrə,  müəssisədaxili  iş 
rejiminə riayət  etməklə, ona tapşırılan işi  yerinə yetirməyi; işə 
qəbul  edən  isə  -  işçiyə  müvafiq  iş  şəraiti  yaratmağı,  ona 
razılaşdırılmış  məbləğdə  və  müddətdə  əmək  haqqı  verməyi 
öhdəsinə götürür. 
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, xarici 
iqtisadi əlaqələrinin genişlənməsi, xarici (beynəlxalq) kommer-
siya  (ticarət)  fəaliyyətinin  nəzəriyyəsini  və  təcrübəsini  də  mə-


130 
 
nimsəməyi  tələb  edir.  İstiqamətlərinə  görə  bütün  xarici  ticarət 
əməliyyatları aşağıdakı kimi təsnifləşdirilə bilər: 
-  ixrac  əməliyyatı  -  əmtəələrin  (malların)  ölkə 
sərhədlərindən  kənara  çıxarılması  ilə  xarici  tərəfdaşlara  satıl-
ması; 
-  idxal  əməliyyatı  -  əmtəələrin  (malların)  xarici  tərəf-
daşlardan alınması və ölkəyə gətirilməsi
- reixrac  əməliyyatı  - əvvəllər xaricdən alınmış,  ölkəyə 
gətirilmiş  və  heç  bir  dəyişikliyə  məruz  qalmamış  əmtəələrin 
(malların) xarici tərəfdaşa satılmaqla ölkədən çıxarılması; 
-  reidxal  əməliyyatı  -  əvvəllər  xarici  tərəfdaşlara 
satılmış,  heç  bir  dəyişikliyə  məruz  qalmamış  əmtəələrin 
(malların) alınıb ölkəyə gətirilməsi. 
Kommersiya  fəaliyyəti  ilə  məşğul  olan  müəssisə  və 
təşkilatlar həm ölkə daxilində, həm də xarici ölkələrlə müvafiq 
əməliyyatlar  aparmaq  hüququna  malikdirlər.  Təcrübə  göstərir 
ki, xarici tərəfdaşlarla müqavilə imzalanan zaman ən mürəkkəb 
məsələ əmtəələrin (yüklərin) göndərilməsi şərtlərinin razılaşdı-
rılması  ilə  bağlı  olur.  Bunu  nəzərə  alan  Beynəlxalq  Ticarət 
Palatası  (BTP)  uzun  müddətdir  ki,  alqı-satqı  müqavilələrində 
(kontraktlarında)  əmtəələrin  göndərilməsinin  bazis  şərtlərinin 
sistemləşdirilməsi  ilə  məşğuldur.  BTP  tərəfindən  əmtəələrin 
göndərilməsinin  bazis  şərtlərini  şərh  edən  sonuncu  nəşr 
"İNKOTERMS-2011"  adı  altında  2011-ci  ilin  yanvar  ayının 
01-dən  qüvvəyə  minmişdir.  Bu  şərtlər  satıcıların  və  alıcıların 
əmtəələrin  göndərilməsi  ilə  bağlı  öhdəliklərini,  eləcə  də, 
əmtəələrin  məhv  olması  və  ya  zədələnməsi  ilə  bağlı  risklərin 
hansı  hallarda  və  harada  satıcıdan  alıcıya  keçdiyini  müəyyən 
edir, "İNKOTERMS-2011" beynəlxalq qaydaları bütün dünya-
nın,  o cümlədən ölkəmizin  kommersiya strukturları tərəfindən 
alqı-satqı müqavilələri imzalanarkən istifadə olunur. 
İNKOTERMS-2011 əmtəələrin göndərilməsinin 11 ba-
zis şərtini əhatə edir. Bu şərtlər aşağıdakılardır: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə