Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

Tanabay yıxıla-yıxıla qaçır, yerdən kəsək götürüb atlıların dalınca atır, 
fasiləsiz  
 
qışqırırdı: 
– Mənim yerim türmədir! Mənim yerim türmədir! Rədd olun, itilin burdan! Mənim 
yerim türmədir! Türmədir! 
Sonra o, tövşüyə-tövşüyə geri  
 
qayıdarkən yenə bu sözləri təkrar eləyirdi: “Mənim yerim türmədir! Mənim 
yerim türmədir!” Öz borcunu layiqincə yerinə yetirmiş köpək lovğa-lovğa  
 
sahibinin yanınca addımlayırdı. O, tumar gözləyirdi, sığal gözləyirdi, lakin 
sahibi onu görmürdü. Qorxmuş, ağappaq ağarmış Caydar ağaca söykənə- 
 
söykənə Tanabayın qabağına gəlirdi. 
– Aman Allah, neynədin? Sən neynədin? 
– Yaxşı iş görmədim. 
– Əlbəttə, yaxşı iş görmədin! 
– Atı nahaq yerə döydüm. 
–  
 
Sənin ağlın başında deyil. Heç bilirsənmi neynəmisən? 
– Bilirəm. Mən ziyanxoram. Mən xalq düşməniyəm, – deyə Tanabay tövşüyə-
tövşüyə dilləndi, sonra  
 
susdu, əlləri ilə üzünü tutub, ikiqat büküldü və hönkürdü, ucadan, səsi 
gəldikcə hönkürdü. 
Onunla birgə Caydar da ağlayırdı. Həm də yalvarırdı: 
–  
 
Toxta, Tanabay, toxta! 
Ancaq Tanabay toxtaya bilmirdi. O ağlayırdı, yana-yana, titrəyə-titrəyə 
ağlayırdı. Onun belə ağladığını Caydar heç vaxt  
 
görməmişdi... 
 
19 
 
Raykom bürosunun iclasi bu fövqəladə hadisədən üç gün sonra çağırıldı. 
Tanabay Bakasov qəbul otağında oturub gözləyirdi, onu kabinetə  
 
çağıracaqdılar, orada bu saat Tanabayın söhbəti gedirdi. Bu üç gündə Tanabay 
çox düşünmüşdü, ancaq bir şeyi hələ də yəqin eləyə bilməmişdi: günahkar  
 
idi, yoxsa günahkar deyildi. Dövlətin nümayəndəsinə əl qaldırmaqla Tanabay 
ağır cinayət işlətmişdi, bunu özü də bilirdi. Ancaq məsələ təkcə bunda  
 
olsaydı, nə vardı ki! Öz yersiz hərəkəti üçün Tanabay hər cür cəzaya razı 
idi. Ancaq o, hirsini boğa bilməyib, ürəyinin bütün sirlərini açıb  
 
tökmüşdü, özünə yaraşmayan sözlər demişdi. İndi ona inanacaqdılarmı? Burada 
onu başa düşəcəkdilərmi? Hərdən Tanabayın ürəyində ümid işığı közərirdi:  
 
“Bəlkə inandılar. Bəlkə başa düşdülər. Birbəbir hamısını deyəcəyəm: bu ilki 
qışı, töylələrin, alaçıqların bərbadlığını, gecələrimi, Bektayın  
 


qaçmağını – nə olub hamısını deyəcəyəm... Qoy müzakirə eləsinlər. Axı belə 
təsərrüfatçılıq olmaz!” Tanabay öz hərəkətinin peşmançılığını çəkirdi:  
 
“Qoy məni cəzalandırsınlar, bəlkə, bundan sonra çobana da bir fikir verələr
onun gününü-güzəranını, çəkdiyi müsibətləri görələr”. Ancaq üstündən bir  
 
dəqiqə keçməmiş, o günkü əhvalat Tanabayın yadına düşürdü. O hirslənirdi, 
düyümlənmiş yumruğunu dizlərinin arasında sıxırdı. Tanabay inamla deyirdi:  
 
“Mən müqəssir deyiləm!” Ancaq çox keçməmiş təzədən şübhəyə düşürdü... 
Nədənsə, İbrahim də burada qəbul otağında əyləşmişdi. “Görəsən, bunun burada 
nə  
 
azarı vardı? Əlbəttə, səbəbsiz deyildi. Cəmdək üstə gəlmişdi, qarğa-quzğun 
kimi”. İbrahimin burada olmağı Tanabayı əsəbiləşdirirdi, o, üzünü yana  
 
çevirmişdi. İbrahim isə dinməz-söyləməz oturub altdan-altdan Tanabaya 
baxırdı. 
Tanabay əsəbi halda eşələnirdi: “Bəs nəyi gözləyirlər? Niyə  
 
çağırmırlar?” Orada, qapının dalında, yəqin ki, hamı öz yerində idi. İndicə 
Çoro da gəlib keçmişdi. Başını aşağı salıb oturmuş Tanabay onu  
 
çəkmələrinin boğazına yapışmış at tükündən tanımışdı, çünki o tük Gülsarının 
tükü idi. “Yəqin ki, bərk gəlib, Gülsarını möhkəm tərpədib”, – Çoro  
 
gəlib keçəndə Tanabay belə fikirləşmişdi, ancaq başını qaldırmamışdı. Tərdən 
ləkələnmiş tüklü çəkmələr Tanabayın gözü qabağından qətiyyətsiz bir  
 
halda ötüb keçmişdi və qapının dalında gözdən itmişdi. 
Tanabay çox gözlədi, nəhayət, katibə qapının dalından başını çıxarıb onu 
çağırdı. – Gəlin,  
 
yoldaş Bakasov. 
Tanabay diksindi, ürəyi çırpına-çırpına ayağa durdu və bu ardı-arası 
kəsilməyən ürək döyüntüsü ilə birgə kabinetə girdi. Gözləri  
 
dumanlanmışdı. Elə dumanlanmışdı ki, o, burada oturan adamların sifətini bir-
birindən ayıra bilmirdi. 
Raykomun birinci katibi Kaşkatayev uzun stolun  
 
lap axırındakı stulu göstərdi: 
– Əyləşin. 
Tanabay oturdu, ağırlaşmış əllərini dizlərinin üstünə qoyub, gözlərinə çökmüş 
dumanın nə vaxt çəkilib  
 
gedəcəyini gözlədi. Sonra o, stol arxasındakı adamlara nəzər saldı. Üz-
gözündən kin-küdurət tökülən Seqizbayev katibin sağ cinahında əyləşmişdi.  
 
Tanabayın bu adama olan nəhayətsiz nifrəti ürəkdə birdən-birə elə bir 
qüvvətlə baş qaldırdı ki, onun gözlərinə çökmüş duman da bir andaca çəkilib  
 
getdi. Sifətlər bir-birindən ayrıldı. Tanabay Seqizbayevin qıpqırmızı üzünü 
gördü, Çoronun qanı qaçmış sifətinə baxdı. Rəngi ölü rənginə dönmüş Çoro  
 
lap ucqarda oturmuşdu, Tanabaya yaxın idi. Onun arıq əlləri stolun göy örtüyü 
üstündə əsəbi halda titrəyirdi. Çoro ilə üz-üzə oturmuş kolxoz sədri  


 
Aldanov fısıldaya-fısıldaya yan-yörəsinə baxırdı. O, qarşıdakı məsələyə olan 
münasibətini indidən büruzə verirdi. O birilər isə, deyəsən, hələ  
 
gözləyirdilər. Nəhayət, birinci katib başını qovluqdan qaldırdı. 
– Kommunist Bakasovun şəxsi işinə keçirik, – dedi. Hər sözü xüsusi vurğu ilə 
tələffüz  
 
elədi. 
Kimsə yerdən bic-bic söz atdı: 
– Çox təəssüf ki, kommunist... 
Tanabay ürəyində: “Yox, – dedi, – bunlardan imdad gözləmə! Bir də mən nə üçün 
imdad  
 
gözləməliyəm? Cinayətkar deyiləm ki! 
Tanabay bilmirdi ki, onun məsələsində bir-biri ilə gizli rəqabət aparan iki 
tərəf üz-üzə gəlmişdir və ayrı- 
 
ayrılıqda hər tərəf bu miskin hadisədən öz xeyri üçün istifadə etməyə 
hazırlaşır. Seqizbayevin dəstəsi təzə katibin müqavimətə nə dərəcədə qabil  
 
olduğunu yoxlamaq istəyirdi, hələlikdən katibi ələ almaq üçün də onlar bu 
hadisədən istifadə edə bilərdilər. İkinci dəstəni Kaşkatayevin özü təmsil  
 
eləyirdi. O, Seqizbayevin katibliyə can atdığını bilirdi, Kaşkatayev həm öz 
hörmətini aşağı salmaq istəmirdi, həm də bu təhlükəli adamlarla  
 
münasibətini pozmamağa çalışırdı. 
Raykom katibi, Seqizbayevin yazdığı məlumat vərəqəsini oxudu. Burada “Ağ 
qaya” kolxozunun çobanı Tanabay Bakasovun  
 
söz və əl hərəkəti ilə törətdiyi cinayətlərin hamısı bütün təfərrüatı ilə 
göstərilmişdi. Məlumat vərəqəsində Tanabayın etiraz edə biləcəyi heç bir  
 
şey yox idi, ancaq buradakı ittihamlar elə ustalıqla irəli sürülmüşdü ki, 
katib vərəqəni oxuduqca Tanabay dəhşətə gəlirdi. Bu kağızın qarşısında  
 
gücsüz olduğunu hiss etdikcə Tanabayı tər basırdı. Seqizbayevin məlumat 
vərəqəsi onun özündən də dəhşətli idi. Heç bir yaba ilə Tanabay bu kağızın  
 
üstünə gedə bilməyəcəkdi. Kağız oxunandan sonra hər şey bir andaca dəyişdi. 
Tanabayın demək istədiyi sözlər onun öz nəzərindəcə mənasını itirdi,  
 
yersiz bir sızıltıya, yazıq bir çobanın miskin şikayətinə, giley-güzarına 
çevrildi. Bununla o özünü axmaq yerinə qoymazdımı? Bu qorxunc kağızın  
 
qabağında, onun demək istədiyi sözlərin bir qəpiklik mənası vardımı? O, 
kiminlə döş-döşə gəlmək istəyirdi? 
Kaşkatayev məlumat vərəqəsini oxuyub, üzünü  
 
Tanabaya tutdu: 
– Yoldaş Bakasov, siz büro üzvü Seqizbayevin məlumatındakı faktların doğru 
olduğunu etiraf edirsinizmi? 
– Bəli. 
Kabinetə sükut çökdü.  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə