Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

nitqlərə qulaq asanda elə bilirsən ki, hər şey qaydasındadır. Yaxşı, fərz 
eləyək ki, mən səhv eləyirəm. Kaş elə mən səhv eləmiş olum. Axı, başqaları  
 
da, yəqin ki, mənim kimi fikirləşirlər...” 
Tanabay at üstdə çölləri gəzdi, düşündü, özü öz suallarına cavab tapa 
bilmədi. Və beləcə düşünə-düşünə o,  
 
kolxozun təzəcə qurulduğu vaxtları xatırladı. Onlar xalqa xoşbəxt həyat vəd 
eləmişdilər, böyük-böyük arzularla yaşamışdılar. Bu arzuları həyata  
 
keçirmək üçün onlar nələr etməmişdilər? Hər şey kökündən dəyişilmişdi, 
köhnəlik süpürülüb atılmışdı. Nəticəsi də pis olmamışdı. Babatca yaşamağa  
 
başlamışdılar. Əgər o murdar müharibə olmasaydı, camaat əvvəlkindən də yaxşı 
yaşaya bilərdi. Bəs indi? İndi müharibədən neçə il keçirdi, yenə də  
 
təsərrüfatı köhnə alaçıqlar kimi yamaqlayırdılar. Bir yandan tuturdun, o biri 
yandan cırıq qalırdı. Axı, nəyə görə? Niyə kolxoz o vaxtkı kimi doğma  
 
deyildi, niyə o, camaat üçün, bir növ, yad olmuşdu? O vaxtlar iclasda qəbul 
edilən hər bir qərar qanun idi. Bilirdilər ki, qanunu özləri qəbul  
 
eləyiblər, özləri də həyata keçirməlidirlər. İndi isə iclaslar boş söhbət 
yığnağı idi, heç kəs heç kəsin qayğısına qalmırdı. Kolxozu da, elə bil,  
 
kolxozçular idarə eləmirdilər, kimsə kənardan idarə eləyirdi. Sanki, kolxozun 
işləri kənardan baxanlar üçün daha yaxşı görünürdü – necə işləmək  
 
lazımdır, təsərrüfatı necə saxlamaq lazımdır. Gah elə deyirdilər, gah belə 
deyirdilər, təsərrüfatın başına min cür oyun açırdılar, ancaq heç bir  
 
xeyri yox idi. Xəcalətdən camaatın üzünə çıxmaq olmurdu – adamlar sorğu-sual 
eləyirdilər: bax, sən partiyaçısan, kolxozu qurmusuz – bu işdə hamıdan  
 
çox boğaz yırtmısan, bir bizi başa sal görək, bu işlərin axırı necə olacaq? 
Bu sözlərin qabağında bir söz demək mümkün idimi? Barı, heç olmasa  
 
camaatı bir yerə yığaydılar, bir əməlli-başlı dərdləşəydilər. Soruşub 
biləydilər ki, kimin ürəyində nə var, camaatın fikri nədir, dərdi-səri nədir.  
 
Əttövbə! İndinin təhkimçiləri də əvvəlkilərə oxşamırdı. Əvvəllər təhkimçi 
rayondan gələrdi, camaatın içində olardı, xalqın dərdini-sərini soruşardı.  
 
İndinin gələnləri özlərini idarəyə verirdilər, doyunca kolxoz sədrinin üstünə 
bağırırdılar, heç kənd sovetini görməyə də vaxtları qalmırdı. Partiya  
 
iclası çağırırdılar, burada da hər şeydən çox beynəlxalq vəziyyət müzakirə 
olunurdu, sanki, kolxoz işi əhəmiyyətsiz şey idi. İşləyin, planı doldurun,  
 
vəssalam... 
Tanabay, bir neçə gün əvvəl mühazirə oxumağa gəlmiş kişini yadına saldı. O 
adam dildən danışırdı. Guya, dil barəsində də təzə elm  
 
çıxmışdı. Onunla Tanabay kolxoz söhbəti eləyəndə kişinin gözləri bərələ 
qaldı: sizin fikirləriniz, dedi, şübhəlidir. Xoşuma gəlmədi. Bütün bunlar  
 
qəribə deyildimi? 


Atını çöl boyunca sürə-sürə Tanabay qərara aldı ki, Çoro ilə söhbət eləsin: 
“Yerindən duran kimi onu məcbur eləyəcəyəm ki, ürəyini  
 
açıb töksün. Özüm də hər şeyi açıb tökəcəyəm. Əgər səhv eləyirəm, qoy məni 
başa salsın. Düz deyirəmsə?.. Bəs onda? Yox, yox, belə şey olmaz. Əlbəttə  
 
mən səhv eləyirəm. Mən kiməm ki? Adicə ilxıçı, çoban. Orda ağıllı adamlar 
oturub...” 
Tanabay qayıdıb alaçığa gəldi, yerinə uzansa da xeyli vaxt yata  
 
bilmədi. Fikir-xəyal rahatlıq vermədi. “Axı, səbəb nədir?” Yenə də Tanabayın 
sualı cavabsız qaldı. 
O, heç Çoro ilə də dərdləşə bilmədi. Köçqabağı iş  
 
çox idi. 
Yenə də dağlara köç başlandı – bütün yayı, payızı, qışı, ta gələn yazacan. 
Yenə ilxılar, naxırlar, sürülər çaylar keçdi, təpələr aşdı. Yüklü  
 
atlar, ulaqlar bir-birinin dalınca düzülüşdü. Dərələrə səs düşdü, qadınların 
yaylıqları göz qamaşdırırdı, qızlar intizar mahnısı oxudular. 
Yenə öz  
 
ilxısını Tanabay o böyük çəmənlə sürdü, həmin təpələri aşdı, kəndin yanından 
keçdi. Qıraqdakı o evi görəndə yenə də Tanabayın ürəyi sızıldadı. O  
 
gecələr yada düşdü, Gülsarı yada düşdü. İndi onun nə yorğa atı vardı, nə o 
qadın indi Tanabayın idi. Hər şey ondan uzaqlaşmışdı, baharla gələn bir  
 
dəstə durna kimi uçub getmişdi... 
...Ağ dəvə, ağca maya, nə zamandır ki, o səhralar aləmini gəzir. Mələyir, 
nalə çəkir. Ağ dəvə balasını axtarır.  
 
Hardasan, balam mənim, dillənsənə! Əmcəyim dolub-daşır, ağ südüm axıb gedir, 
hay versənə! Ağ südüm, qaymaq südüm sənsiz qalıb, bəs hardasan?  
 
Hardasan, qara gözlü balam mənim, sən hardasan!.. 
 
12 
 
O ilin payızında Tanabay Bakasovun həyatında gözlənilməz bir hadisə baş 
verdi. 
O, ilxını döşlərə  
 
çıxardıb, payız örüşlərində otarırdı ki, oradan birbaş qışlağa aparsın. 
Elə bu vaxtlar kolxozdan gələn bir nəfər Tanabaya təzə xəbər gətirdi: 
– Məni  
 
Çoro göndərib, – dedi, – sən gərək sabah aulda olasan, ordan rayona 
müşavirəyə gedəcəksən. 
Ertəsi gün Tanabay kolxoz idarəsinə getdi. Çoro orada idi,  
 
partorqun kabinetində oturmuşdu. Arıqlığında və dodaqlarının göylüyündə 
xəstəliyinin əlamətləri görünsə də, yazdakına nisbətən xeyli yaxşılaşmışdı.  
 
Çoro gümrah görünürdü, bərk məşğul idi, başına xeyli adam toplaşmışdı. 
Tanabay dostunu belə görüb sevindi. Deməli, Çoro dirçəlmişdi, təzədən işə  
 


başlamışdı. 
Camaat dağılışıb gedəndən sonra Çoro diqqətlə Tanabayı süzdü, əlini batıq 
ovurdlarına çəkib gülümsədi: 
– Amma sən heç qocalmırsan, Tanabay,  
 
əvvəlki Tanabaysan ki, durmusan. Gör haçandır biz görüşmürük – yazın 
əvvəlindən. Kumısla dağ havası ayrı şey imiş... Ancaq mən yavaş-yavaş geri  
 
gedirəm. Vaxt çatıb deyəsən... – Çoro bir qədər susdu, sonra ciddi söhbətə 
keçdi: – Sənə işimiz düşüb, Tanabay! Ancaq qorxuram deyəsən ki, üz verdik,  
 
astarın da istəyirlər. Neynək, çətin olsa da gərək dözək. Sabah maldarların 
müşavirəsinə gedirik. Maldarlığın vəziyyəti pisdir, xüsusən qoyunçuluğun,  
 
xüsusən bizim kolxozda. Tamam biabırçılıqdır. Raykom müraciət elan eləyib: 
kommunistlər və komsomolçular təsərrüfatın geri qalmış sahəsinə, yəni  
 
sürülərə getməlidir. Kömək elə! O vaxt atları başına buraxmadın, sağ ol, indi 
bu işdə bizə kömək elə. Sürünü təhvil al, keç çobanlığa. 
Tanabay dedi: 
–  
 
Yaman tez iş görənmişsən, Çoro. – Sonra susdu. Ürəyində fikirləşdi: “Atlara 
öyrənmişəm. Davarın içində darıxaram. Bir də, kim bilir bu işin axırı  
 
necə olacaq?” 
– Mən səni məcbur eləmirəm, – deyə Çoro təzədən söhbətə başladı. – Ancaq 
neynəmək olar – partiyanın tapşırığıdır. Acığın tutmasın. Bəd  
 
ayaqda dost kimi yaxamdan yapışarsan, haqq-hesabı birdəfəlik çürüdərsən!.. 
Tanabay: 
– Yaxşı, – dedi, – vaxt gələr haqq-hesabı çürüdərik, görərsən  
 
analar necə oğullar doğub! – Gülə-gülə dedi. Heç ağlına da gətirmədi ki, çox 
keçməmiş o, Çoro ilə, doğrudan da, haqq-hesabı çürütməli olacaqdır... –  
 
Ancaq davar məsələsini gərək fikirləşim, arvadla götür-qoy eləyim... 
– Fikirləş, nə deyirəm ki! Ancaq gərək səhərəcən bir qərara gələsən, 
müşavirədən  
 
qabaq məlumat verməliyik. Caydarla sonra məsləhətləşərsən, hər şeyi izah 
eləyərsən. Vaxt tapsam, lap özüm də gələrəm, əhvalatı danışaram. Ağıllı  
 
arvaddır – başa düşər. Caydar olmasaydı, indi sən Allah bilir harada 
gəbərmişdin, – deyə Çoro zarafat elədi. Sonra yenə ciddiləşib soruşdu: –  
 
Caydarın kefi necədir? Uşaqlar necədirlər? 
Beləliklə də evdən, ailədən, xəstəlikdən, ordan-burdan söhbət başlandı. 
Tanabay özünü çoxdan düşündürən o  
 
böyük söhbəti başlamağa çox can atdı, ancaq bir şey çıxmadı. Dağlardan 
çağırılmış maldarlar bir-bir toplaşmaqda idilər, Çoronun özü də tələsirdi,  
 
tez-tez saatına baxırdı. 
– Deməli, danışdıq. Atını apar tövləyə bağla. Səhər tezdən hamımız bir yerdə 
maşınla gedəcəyik. Axı, biz maşın almışıq.  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə