Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

Tezliklə ikincisini də alacayıq. Varlanacağıq! Mən bu saat yola düşməliyəm
gərək saat yeddidə rayonda olam. Sədr indi ordadır. Yəqin ki, saat  
 
yeddiyəcən yorğa at məni ora çatdırar, maşından pis getmir. 
Tanabay təəccübləndi: 
– Necə? – dedi. – Məgər Gülsarını sən saxlayırsan? Sədr, deyəsən,  
 
hörmət eləyib sənə... 
– Orasını deyə bilmərəm. Hörmət, ya qeyri-hörmət, ancaq atı mənə verib. Bir 
də, bilirsənmi məsələ nə yerdədir, – deyə Çoro  
 
əllərini yelləyib gülümsədi. – Necə olubsa, birdən-birə at büsbütün sədrə 
düşmən kəsilib. Ağla sığışan şey deyil. Görəndə itə dönür, sədri yaxına  
 
buraxmır. İş qalmayıb ki, başına açmasınlar. Qoymur ki, qoymur! İstəyirsən, 
vur öldür. Ancaq mən minirəm – əməlli-başlı yol gedir, sən onu qiyamət  
 
öyrətmisən. Hərdən lap ürəyimin ağrısını da yadımdan çıxarır, inanırsanmı? 
Bircə bu ata görə ömrüm boyu partorq işləməyə razıyam, bu at sağaldır  
 
məni! 
Çoro güldü. Ancaq Tanabay gülə bilmədi. 
– Heç onu mən də sevmirəm, – dedi. 
– Kimi? – deyə Çoro gülməkdən yaşarmış gözlərini silə-silə xəbər aldı. 
–  
 
Sədri. 
Çoro ciddiləşdi: 
– Sən onu nəyə görə sevmirsən? 
– Bilmirəm. Mənə elə gəlir ki, vecsiz adamdır, həm vecsiz, həm də kinli. 
– Yaxşı, yaxşı, adam olub  
 
sənin xoşuna gəlmək çətin məsələdir. Məni ömrüm boyu yumşaqlığımın üstündə 
danlamısan, indi bunu da bəyənmirsən... Mən bir şey bilmirəm. İşə çıxdığım  
 
çox deyil. Hələ sədri yaxşı tanıya bilməmişəm. 
Onlar susdular. Tanabayın qandal barədə, atın axtalanmağı barədə Çoroya demək 
istədikləri birdən-birə  
 
onun özünə də yersiz göründü, mənasız göründü. Pərtliyini gizlətmək üçün 
Tanabay söhbəti bayaq Çorodan eşitdiyi xoş xəbərin üstünə gətirdi: 
– Yaxşı  
 
olub, – dedi, – yaxşı olub ki, maşın veriblər. Deməli, bundan sonra kolxozda 
da maşınlar gəzəcək. Çox gözəl! Çox gözəl! Vaxtında veriblər.  
 
Müharibədən qabaq aldığımız polutorka yadındadırmı? Sevindik. Böyük mitinq 
oldu. Niyə də sevinməyəydik – kolxozda öz maşınımız olacaqdı. Hələ sən  
 
maşının üstündə nitq də irad elədin: “Baxın, yoldaşlar, sosializmin bəhrəsinə 
baxın!” Sonra maşını cəbhəyə göndərdilər... 
Bəli, olmuşdu, elə bir vaxt  
 
olmuşdu... 
Qəribə zaman idi o zaman, günəş dolu bir səhər idi o zaman. Avtomobil bir 
yana dursun, Çuysk kanalını çəkib evə qayıdanda gətirdikləri  
 


adicə patefonlarla onlar kənddə neçə gün toy-bayram eləmişdilər! Onda yayın 
axırları idi. Axşam çağları camaat patefon olan evlərə toplaşırdı,  
 
patefonları küçələrə çıxarırdılar, qırmızı ləçəkli zərbəçi qızın mahnısına 
hamılıqla qulaq asırdılar. “Ey, zərbəçi qız, başında qırmızı ləçək, sən  
 
bizə bir çay ver içək!..” Onlar üçün bu da sosializmin bəhrəsi idi... 
– Yadındadırmı, Çoro, biz özümüz necə maşına doluşduq – maşında iynə salmağa 
yer  
 
yox idi. Mən kabinin qabağında dayanmışdım, bayraq tutmuşdum, elə bil bayram 
idi. Maşını vağzala sürdük, dəmir yolundan keçib Qazaxıstana getdik.  
 
Parkda pivə içdik. Gedəndə də, gələndə də yolboyu mahnı oxuduq. O vaxt 
bizimlə gedənlərin çoxusu indi yoxdur – davada həlak oldular. Hə... sən işə  
 
bax ki, gecə də yol gələndə mən o qırmızı bayrağı əlimdə tutmuşdum. Qaranlıq 
idi, kim görəcəkdi? Ancaq mən bayrağı bərk-bərk tutmuşdum, əlimdən yerə  
 
qoymaq istəmirdim... O mənim bayrağım idi. Yadımdadır: o qədər oxumuşdum ki, 
boğazım tutulmuşdu... Daha biz niyə oxumuruq, Çoro? 
– Qocalırıq, Tanabay,  
 
belə şey, bir növ, yaraşmır bizə... 
– Mən onu demirəm – biz payımızı oxumuşuq. Bəs cavanlar? Hərdən internatda 
oğlumun yanında oluram. Bilmirsən  
 
öyrəndiyi nədir, axırı nə olacaq. İndidən böyüklərə quyruq bulayır. Sən, 
deyir, ata, məktəbimizin direktoruna tez-tez kumıs gətir. Niyə axı?  
 
Dərslərində də pis deyil... Sən hələ onların oxumağını görəsən. Uşaq vaxtı 
mən Aleksandrovkada Yefremova muzdurluq eləyirdim, bir dəfə pasxa  
 
bayramında o məni kilsəyə aparmışdı. Bu saat bizim uşaqlar da eynən oradakı 
kimi oxuyurlar. Əlləri qoyunlarında, sifətləri daş kimi quru, elə bil rus  
 
kilsəsində oxuyurlar. Oxuduqlarının da hamısı bir-birinə oxşayır... Düzü, 
mənim belə şeylərdən heç xoşum gəlmir. Bu saat mənim çox şeydən başım  
 
çıxmır, vaxt tapsaydıq, bir oturub dərdləşərdik... Həyatdan geri qalmışam, bu 
saat çox şey qaranlıqdır mənim üçün. 
– Yaxşı, Tanabay. Vaxt tapıb bu  
 
barədə söhbət edərik, – deyə Çoro kağız-kuğuzu yığışdırıb çantasına 
doldurmağa başladı – Ancaq sən bu şeyləri çox da ürəyinə salma. Məsələn, mən  
 
inanıram, möhkəm inanıram: nə qədər çətinlik olsa da, gec-tez dirçələcəyik, 
varlanacağıq, necə ki, bir vaxt arzu eləmişdik... 
Danışa-danışa Çoro  
 
çantasını götürüb yola düzəldi. Sonra nəsə yadına düşdü, astanada ayaq 
saxladı: 
– Bura bax, Tanabay, – dedi, – o gün küçədən həyətinizə boylandım –  
 
yaman gündədir. Ev-eşiyə baxmırsan. Həmişə dağda-daşdasan, evin qalıb başına. 
Müharibə vaxtı, Caydar tək olanda ev-eşik bundan abad idi. Bir get bax.  
 


Nə lazım olsa deyərsən, yazda birtəhər kömək edərik, təmir işinə baxarsan. 
Yoxsa ev-eşik lap əldən gedir. Yayda bizim Samansur tətilə gəlmişdi, görüb  
 
lap dilxor olmuşdu. Kərəntini götürdü heç olmasa, dedi, gedim həyətin 
qanqalını biçim. Deyir: divarların suvağı tökülüb, şüşələr sınıb-dağılıb, 
evin  
 
içində, deyir, sərçələr uçuşur. 
– Ev barəsində düz deyirsən. Sağ olsun Samansuru! Özü necədir, yaxşımı 
oxuyur? 
– İkinci kursdadır. Oxumağı da, mən  
 
bilən, pis deyil. Bax, cavanlar deyirsən, mən öz oğlumdan qiyas götürürəm – 
görürəm ki, pis deyil indinin cavanları. Söhbətindən bilinir ki, orda,  
 
institutda yaxşı uşaqlar oxuyur. Ölmərik, görərik... İndinin cavanları 
savadlıdırlar, fikirləşib bir yol tapacaqlar... 
Oradan Çoro birbaş tövləyə  
 
yollandı, Tanabay evinə baxmağa getdi. O, həyəti dörd dolandı. Yayda 
Samansurun biçdiyi quru qanqal ayağının altında xırçıldadı. Evin sahibsiz  
 
qalmağı Tanabayın ürəyini ağrıdırdı. Başqa maldarların evində qohumları 
otururdu, yaxud o evlərə, heç olmasa, qıraqdan nəzarət eləyirdilər. Tanabayın  
 
iki doğma bacısı başqa-başqa kəndlərdə olurdu, qardaşı Qulubayla əlaqəsi 
kəsilmişdi, Caydarın yaxın qohumu heç yerli-dibli yox idi. Nəticədə, ev-eşik  
 
başına buraxılmışdı. Deməli, bundan sonra da ev başına qalacaqdı, çünki yenə 
də Tanabay köçəri maldarlıqla məşğul olmalı idi, çobanlığı boynuna  
 
götürüb, qoyuna getməli idi. 
Qoyuna getmək məsələsində Tanabay hələlik tərəddüd keçirirdi, ancaq ürəyində 
bilirdi ki, Çoro onu yola gətirəcəkdir. O,  
 
Çoronun sözündən heç vaxt çıxmamışdı. 
Ertəsi gün maşına minib rayon mərkəzinə yollandılar. Nəhəng üçtonluq “QAZ” 
hamının xoşuna gəldi. Maldarlar  
 
zarafatlaşdılar. “Lap padşahlar kimi gedirik!” – dedilər. Tanabay da sevindi 
– lap çoxdan idi ki, o, maşına minməmişdi – müharibə qurtarandan.  
 
Müharibə vaxtı Tanabay Amerika “studebekker”lərində Slovakiyanın, Avstriyanın 
yollarını gəzmişdi. Üçoxlu, nəhəng maşınlar idi. Tanabay fikirləşmişdi:  
 
“Bu cür maşınlar bax, bizə lazımdır. Xüsusən, dağlıq yerlərdə, taxıl daşımaq 
üçün. Belə maşın heç yerdə batıb qalmaz”. O inanmışdı ki, müharibə  
 
qurtarandan sonra kolxozda da belə maşınlar olacaqdır. Qələbədən sonra hər 
şey olmalı idi!.. 
Küləkdə, üstüaçıq maşında gedə-gedə söhbət eləmək  
 
olmurdu. Getdikcə ara daha da sakitləşirdi. Tanabay cavanlara üz tutdu: 
– Oxuyun, – dedi, – uşaqlar! Biz qocalara baxmayın. Siz oxuyun, biz də qulaq  
 
asaq. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə