Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

gəlmir. Bircə onu bilirsiniz ki, döşünüzü qabağa verəsiz. Nə gəldi – ura, 
ura! Nə özünüzə bir gün ağlamısız, nə də bizi adam kimi yaşamağa qoyursuz. 
Tanabay hirsləndi: 
– Sən, dilini bir az dinc qoy, cavan oğlan. Barmağını gözümə soxma. Bunun 
sənə dəxli yoxdur. Döşümüzü biz qabağa vermişik, sən  
 
verməmisən. Özümüz də peşman deyilik. Sənin kimilər üçün eləmişik. Əgər biz 
döşümüzü qabağa verməsəydik, indi sən belə yekə-yekə danışmırdın. Kino  
 
nədir, qəzet nədir, heç öz adını da bilmirdin. İndi sənin bircə adın vardı – 
qul!.. 
Bu cür açıq-saçıq danışmağına görə ürəyinin harasındasa ona hörmət  
 
eləsə də, Tanabay Bektayı sevmirdi. Bu adamın iradəsi qırılmaqda idi. 
Bektayın əyri yola düşdüyünü gördükcə Tanabayın ürəyi yanırdı. Elə ki, 
yolları  
 
tamam ayrıldı, bir dəfə onlar şəhərdə təsadüfən rastlaşarkən, Tanabay ona heç 
bir söz demədi və onun dediyinə də qulaq asmaq istəmədi. 
O ilin erkən  
 
qışı... 
Öz qızmış ağ dəvəsində o qış yaman tez çapıb gəldi, çobanları zara gətirib 
keçmiş arxayınçılığın heyifini çıxdı. 
Oktyabr ayı büsbütün quraqlıq  
 
keçmişdi. Noyabrda qəfildən qış başlandı. 
Axşamların birində yenə Tanabay sürünü ağıla qatıb evə qayıtmışdı, o axşam, 
guya, hər şey qaydasında idi.  
 
Ancaq gecə arvad onu yuxudan oyatdı: 
– Dur ayağa, Tanabay. Mən lap donub əldən düşmüşəm. Qar yağır. 
Caydarın əlləri buza dönmüşdü, ondan yaş qarın iyi  
 
gəlirdi. Tüfəng də yaş idi, soyuq idi. 
Tanabay çölə çıxdı. Gecənin rəngində qəribə bir ağımsovluq vardı. Əməlli-
başlı qar yağırdı. Ağılda qoyunlar  
 
bərk narahat idilər, silkələnib üstlərindən qarı tökürdülər, qarsa ara vermək 
bilmirdi. Tanabay bərk-bərk kürkə qısılıb: “Dayanın, möhkəm dayanın, –  
 
dedi, – hələ bu harasıdır ki! Tələsmisən, qış, yaman tez gəlmisən. Xeyirdimi, 
şərdimi? O başdan bəlkə bir az tez çıxıb gedəsən, hə? Doğum vaxtı.  
 
Səndən özgə təvəqqemiz yoxdur. İndi isə nə bilirsən elə. İxtiyar 
sahibisən...” 
İxtiyar sahibi qış susurdu, xəlvətcə, tələsə-tələsə öz işini görürdü  
 
ki, səhər hamını heyrətə gətirsin, çaxnaşdırsın, pərən-pərən salsın. 
Dağların başına yağan da, hələlik qar deyildi, zülmət topaları idi. Bir də,  
 
dağlara nə var ki! Dərd çobanın dərdi idi. Dağlar durduqları kimi də 
duracaqdılar. 
Tanabayın heç vaxt unuda bilmədiyi o qış belə başlanırdı, ancaq  
 
onun nələr edəcəyi hələlik heç kimə məlum deyildi. 


Yağan qar ərimədi, bir neçə gündən sonra yenə yağdı, bir də, iki də, nəhayət, 
çobanlar payız  
 
örüşlərindən əl çəkməli oldular. Sürüyə hürküşmə düşdü, qoyunlar dərələrə 
soxuldular, qayalarda gizləndilər, qarı az olan yerlər axtardılar.  
 
Çobanların minillik sənəti işə düşdü – davar üçün elə yerlərdə ot axtarıb 
tapdılar ki, bir başqası o yerdən başını bulayıb keçərdi, orada qardan  
 
savayı, bir şey görməzdi. Bunun üçün də onlara çoban deyirdilər... Böyüklərə 
nə vardı ki? Gəlirdilər, baxırdılar, sorğu-sual aparırdılar, sonra isə  
 
min cürə şey vəd eləyib, çıxıb gedirdilər. Qışla üz-üzə qalan yenə də çoban 
olurdu. 
Vaxt tapıb kolxoza baş çəkmək hər gün Tanabayın fikrindən keçirdi.  
 
Tanabay doğum üçün nə kimi hazırlıq görüldüyünü bilmək istəyirdi. Ancaq vaxt 
harada idi! İş əlindən baş qaşımaq olmurdu. Bir dəfə Caydar internata,  
 
oğlunun yanına getdi, tez də qayıdıb gəldi, çünki onsuz heç cür mümkün 
deyildi. Caydar olmayan günlər, Allah bilir ki, Tanabay nələr çəkdi. Kiçik  
 
qızı qucağında oturdurdu, kürkünün arasında gizlədirdi, ancaq böyük qız atın 
tərkində soyuqdan əsim-əsim əsirdi. Evdə odun-ocağın da ləzzəti  
 
qalmamışdı. 
Ertəsi gün anaları qayıdıb gələndə qızlar bir oyun çıxartdılar ki, gəl 
görəsən! Atılıb analarının boynundan asıldılar, xeyli vaxt ayrılmaq  
 
bilmədilər. Yox, ata, əlbəttə, atadır, ancaq anasız o da bir şeyə dəymirdi. 
Beləcə, günlər ötüb keçdi. Qışın da dilini başa düşmək çətin idi. Gah  
 
isti, gah soyuq. Bir-iki dəfə çovğun qopdu, sonra hava yenə də yumşaldı, qar 
əriməyə başladı. Tanabayı qorxudan da elə bu idi. Əgər doğum isti vaxta  
 
təsadüf eləsəydi, çox yaxşı olacaqdı, bəs birdən soyuq düşsəydi, Tanabay 
neyləyəcəkdi? 
Vaxt keçdikcə qoyunların qarnı da get-gedə irəli çıxırdı. İri  
 
bala, yaxud əkiz doğası qoyunlar tamam ağırlaşmışdı. Belələri zorla 
yeriyirdilər, günbəgün arıqlayırdılar, sümükləri görünürdü. Zarafat deyil ki,  
 
qoyunlar bətnlərində bala böyüdürdülər, onlara canlarından can verirdilər, 
özləri isə hər çöpü qar altından min müsibətlə tapırdılar. Gərək belə  
 
vaxtda çoban balalı qoyunlara səhər-axşam yem verəydi; onların dalınca 
dağlara ot daşıyaydı, ancaq kolxozun anbarları çoxdan silinib-süpürülmüşdü.  
 
Toxumdan və işlək atlar üçün ayrılmış yulafdan başqa anbarlarda heç nə yox 
idi. 
Hər səhər Tanabay sürünü ağıldan çıxaranda balalı qoyunları yaxşı- 
 
yaxşı gözdən keçirirdi, onların qarnını, yelinini yoxlayırdı. Belə xəyal 
eləyirdi ki, əgər havalar yaxşı keçsə, özünün quzu barəsindəki öhdəçiliyini  
 
yerinə yetirə biləcək, ancaq yun sarıdan Tanabayın bu başdan gözü su içmirdi. 
Qış ərzində gələn tük onu əsla qane eləmirdi, üstəlik, bəzi qoyunların  


 
tükü artmaqdansa seyrəlirdi, – bunun da səbəbi, şübhəsiz, yemin azlığı idi. 
Düşündükcə Tanabayın qanı qaralırdı, hirslənirdi, ancaq əlindən heç nə  
 
gəlmirdi. Çoronun sözünə baxdığına görə o, ən pis söyüşləri özünə yağdırırdı. 
Axı, o niyə tribunaya çıxdı? Yekə-yekə vəd verdi? Mən beləyəm, mən  
 
eləyəm, qabaqcılam, partiyanın və xalqın qarşısında söz verirəm. Barı bu 
sözləri deməyəydi! Axı, partiyanın və xalqın buna nə dəxli vardı! Adicə  
 
təsərrüfat işi idi. Yox, gərək deyəydi... Belə tələb olunurdu. Bəs nə 
vaxtacan, görəsən, tribunaya çıxanlar yerli-yersiz bu sözləri işlədəcəkdi?.. 
Nə  
 
etmək, günahkar Tanabayın özü idi. Düşünməmişdi; onun-bunun ağzı ilə oturub-
durmuşdu. Onlara nə var ki, əkilib aradan çıxmışdılar, Tanabayın bircə  
 
Çoroya yazığı gəlirdi. Çoronun heç baxtı gətirmirdi. Bir gün sağ olanda iki 
gün xəstə yatırdı. Çoro ömrü boyu çalışıb-çapalamışdı. İndi də qüvvəsi  
 
daxilində əlləşirdi, camaatı dilə tuturdu, inandırırdı, ancaq xeyri nə idi? 
Özü də hər şeydən ehtiyat eləməyə başlamışdı, sözünə-söhbətinə sərhəd  
 
qoyurdu. Madam ki, xəstə idi, çıxıb evində otursaydı, yaxşı olmazdımı?.. 
Qışsa öz işini görürdü, çobanları gah qorxuya salırdı, gah da sevindirirdi,  
 
ürəkləndirirdi. Tanabayın sürüsündə iki anac qoyun ölmüşdü – zəiflikdən tab 
gətirə bilməmişdilər. Onun hamiliyə götürdüyü cavan çobanların da  
 
sürülərində bir neçə tələfat olmuşdu. Bunsuz mümkün deyildi. Hər sürüdə beş-
on tələfat qış üçün adi bir hal sayılırdı. Hələ əsas məsələ qabaqda idi –  
 
yazın başlanğıcında. 
Sonra havalar birdən-birə qızmağa başladı. Yelinlər günbəgün şişib yekəldi. 
Adamın qoyunlara yazığı gəlirdi, arıqlıqdan zorla  
 
yeriyirdilər, qarınlarını zorla çəkib aparırdılar, ancaq işə bax ki, məmələr 
öz işində idi, qoyunların əmcəyi saatbasaat böyüyürdü. Arada söz gəzirdi  
 
ki, hansı sürüdəsə bir neçə doğum olub. Deməli, cütləşdirmə vaxtı 
diqqətsizlik edilmişdi. Bu hələ işarə idi. Bir-iki həftədən sonra quzular 
yetişmiş  
 
armud kimi tökülüşəcəkdi. Onları yığıb-yığışdırmaq mümkün olmayacaqdı. 
Çobanın əsil məşəqqəti başlanacaqdı. Hər quzunun üstündə o, yarpaq kimi  
 
əsəcəkdi, sürüyə gəldiyi günə lənət yağdıracaqdı və sevincinin həddi-hüdudu 
olmayacaqdı – əgər quzunu saxlaya bilsəydi, yaşada bilsəydi, qışdan  
 
çıxara bilsəydi. 
Bəli, kaş belə olaydı! Elə olaydı ki, çoban camaatın üzünə alnıaçıq çıxa 
biləydi... 
Doğum vaxtı çobanlara kömək eləmək üçün kolxozdan  
 
bir neçə qadın göndərdilər. Çoxusu ağbirçək qarılar idi, bir də uşaqsız 
arvadlar gəlmişdilər, çünki kənddən hər qadın bura gəlməzdi. Tanabaya da iki  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə