Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

vecinə də deyil. Ancaq desən ki, belədir, adamı diri-diri udar. 
 
18 
 
Uca dağlar boz dumana bürünmüşdü. Günəşin həsrəti ilə onlar təhqir edilmiş  
 
cəngavərlər kimi qaşqabaqlı dayanmışdılar. Bahar heç cür özünə gələ bilmirdi. 
Çiskin, nəmişlik, soyuq. 
Tanabay tövlədə, həmişəki müsibətində idi.  
 
Soyuq, boğanaq, tövlədə beş-altı qoyun birdən doğmuşdu, quzular üçün yer 
tapılmırdı. Adam baş götürüb qaçmaq istəyirdi. Mələşmə, çığırışma,  
 
çaxnaşma... Hamısı yem istəyirdi, hamısı su istəyirdi və qarışqa kimi bir 
ucdan qırılırdılar. Bu yandan da arvad belini sındırıb yorğan-döşəyə  
 
düşmüşdü. Durmaq istəyirdi, tərpənə bilmirdi. Eh, olan olacaqdı. Daha 
Tanabayda taqət qalmamışdı. 
Bektayı o, heç cür yadından çıxara bilmirdi, qəzəb  
 
ürəyini yandırıb-yaxırdı. Ona görə yox ki, Bektay getmişdi – o getməli idi, 
ona görə yox ki, sürünü Tanabayın üstünə atıb getmişdi – yəqin ki, bir  
 
adam göndərəcəkdilər, sürüyə yiyə duracaqdı. Ancaq Tanabay Bektaya əməlli-
başlı cavab verməli idi. Elə cavab verməli idi ki, o, xəcalətdən tər  
 
töksün, utanıb yerə girsin. Dünən yumurtadan çıxan bir uşaq! Burnu 
fırtıqlının birisi! Ancaq neçə ilin kommunisti, ömrünü kolxozun yolunda 
qoymuş  
 
Tanabay bir kəsərli söz tapmadı ki, onun cavabını versin. Çomağını tolazlayıb 
getdi. Heç belə şey Tanabayın ağlına gələrdimi?! Heç Tanabay düşünə  
 
bilərdimi ki, vaxt gələcək onun müqəddəs bildiyi şeylərə güləcəklər? 
Tanabay: “Bəsdir!” – deyirdi, daha bu haqda fikirləşmək istəmirdi, ancaq 
qarışıq  
 
fikirlər yenə onun beyninə dolurdu. 
Qoyunların biri də doğdu, əkiz doğmuşdu, qəşəng də balalar idi. Ancaq nə 
mənası? Ananın əmcəyi bom-boş idi, gərək  
 
bir şey yeyəydi ki, süd də olaydı. Deməli, bu iki bala da öləcəkdi! Eh, 
heyif, heyif, heyif! 
Quzuların bir neçəsi elə indicə ölmüşdü. Tanabay onları  
 
götürüb tövlədən çıxaranda qızının tövşüyə-tövşüyə gəldiyini gördü. 
– Ata, böyüklər bizə gəlir. 
– Qoy gəlsinlər. Sən get ananın yanında otur. 
Tanabay  
 
qızı evə yolladı və özü tövlədən çıxanda atlıları gördü. “Oy! Gülsarı! – O, 
atı görməyinə sevindi. Köhnə dərdi təzələndi. – Gör haçandan səni  
 
görməmişəm, ancaq heç dəyişməmisən!” Tanabay Çoronu əlbəəl tanıdı. Ancaq 
yorğa atın üstündəki xəzpaltolunu tanıya bilmədi. Görünür, rayondan idi,  
 
bura adamına oxşamırdı. 


“Hə, gəlin, yaxşı gəlmisiz”. Bu görüşü Tanabay çoxdan arzulayırdı. O, şikayət 
də eləyə bilərdi, ürəyinin dərdini də deyə  
 
bilərdi. Ancaq yox – Tanabay sızıldamaq fikrində deyildi. Qoy özləri 
utansınlar, özləri qızarsınlar. Heç belə müsibətmi olar?! Yatıb-yatıb indi  
 
ayılıblar... 
Tanabay gələnlərin yolunu gözləmədi, tövlənin dalına keçib, ölü quzuları 
tulladı. Tələsmədən qayıdıb gəldi. 
O gələndə qonaqlar tövlənin  
 
həyətində idi. Atlar lap təngimişdilər. Çoro olduqca yazıq bir görkəmdə 
dayanmışdı. Günahkar olduğunu hiss eləyirdi. O biri atlının bambaşqa görkəmi  
 
vardı – hirsli, zəhmli. O, heç salam da vermədi. Əvvəl üzünü Çoroya tutdu: 
– Bu nədir?! Bu nə biabırçılıqdır? Hər yerdə eyni vəziyyət, eyni  
 
başıpozuqluq! Bu biabırçılığa nə ad vermək olar? – Sonra üzünü Tanabaya 
çevirib, onun ölü quzuları atdığı səmtə işarə elədi: – Bu nədir, yoldaş,  
 
özünüz kommunist çobansınız, ancaq quzular murdar olurlar. 
Tanabay dedi: 
– Onların, yəqin ki, mənim kommunist olmağımdan xəbərləri yoxdur. – Və eyni  
 
vaxtda da, elə bil, ürəyinin hansı telisə qırıldı, ürəkdə boşluq yarandı, 
laqeydlik və süstlük. 
Seqizbayev pul kimi qızardı. 
– Başa düşmədim, – dedi və  
 
xeyli susandan sonra, nəhayət, söz tapıb dilə gəldi: – Sosialist öhdəçiliyi 
götürmüsənmi? 
– Götürmüşəm. 
– Orda nə yazılıb? 
– Yadımda deyil. 
Prokuror  
 
qamçının ucunu yenə də bayaqkı səmtə tuşladı: 
– Elə buna görə də quzuların murdar olur, – dedi. Bu dikbaş çobanın dərsini 
vermək üçün yaxşı fürsət  
 
tapdığına sevinən Seqizbayev şəstlə üzənginin üstündə dikəldi. Ancaq əvvəl 
Çoronun üstünə düşdü: – Bəs siz nə işlə məşğulsunuz? Heç camaatın öz  
 
öhdəçiliyindən də xəbəri yoxdur. Plan pozulur, mal-qara məhv olur! Bəs sizin 
vəzifəniz nədir? Siz öz kommunistlərinizə necə təlim verirsiniz? Bu necə  
 
kommunistdir? Sizdən soruşuram! 
Çoro başını aşağı salıb dayanmışdı. Əlində yüyənin uclarını oynadırdı. 
Tanabay təmkinini pozmadan onun yerinə cavab  
 
verdi: 
– Mən də belə kommunistəm. 
– Bah, bah, kommunistə bax! Sən ziyanxorun birisən! Sən xalqın əmlakını məhv 
edirsən. Sən xalq düşmənisən. Sənin  
 
yerin türmədir, partiya deyil! Sən sosializm yarışını ələ salırsan. 
– Hı, hı, mənim yerim türmədir, mənim yerim türmədir, – Tanabay eyni təmkinlə  


 
təkrar eləyirdi və eyni zamanda da onun dodaqları titrəyirdi. O, hələlik 
qəzəbini boğurdu, ancaq qəzəb anbaan artırdı, çoxalırdı. Nəhayət, Tanabayın  
 
səbir kasası dolub daşdı. Dodaqlarının titrəməyini gizlətməyə çalışaraq 
gözlərini Seqizbayevin gözünə zillədi – hə! Mənim yerim türmədir! De görüm,  
 
başqa nə sözün var? 
Çoro söhbətə qarışdı: 
– Sən niyə belə danışırsan, Tanabay? Axı, nə üçün? Bir məni başa sal görüm, 
nə olub sənə? 
– Başa salım, bəli,  
 
başa salım! Deməli, səni də başa salmaq lazımdır? Sən bura nə üçün gəlmisən, 
Çoro? Soruşuram, nə üçün gəlmisən? Gəlmisən deyəsən ki, quzular murdar  
 
olur, eləmi? Bunu mən sənsiz də bilirəm! Hansı zibilin içində olduğumu da 
sənsiz bilirəm. Bilirəm! Bilirəm ki, ömrüm boyu axmaq olmuşam. Döşümü  
 
qabağa verib kolxoz qurmuşam. Hamısını bilirəm!.. 
Ağappaq ağarmış Çoro atdan düşdü: 
– Tanabay! Tanabay! Özünə gəl! 
Tanabay Çoronu itələdi. 
– Çəkil! –  
 
dedi. – Tüpürüm mən o öhdəçiliyə də, belə həyata tüpürüm! Çəkil. Mənim yerim 
türmədir! De görüm, bu xəzpaltolu ağanı niyə bura gətirmisən? Gətirmisən  
 
ki, məni lağa qoyub gülsün? Məni türməyə salsın? Düş görüm, oğraşın biri 
oğraş, düş məni türməyə qat! – Tanabay yan-yörəsinə baxdı, bir şey tapa  
 
bilməyib, divara dirənmiş yabanı götürdü. Seqizbayevin üstünə yeridi. – Rədd 
ol burdan, oğraş! Rədd ol! 
Daha Tanabayın özündən xəbəri yox idi. O,  
 
yabanı qaldırıb salırdı, ayrı heç nə görmürdü, heç nə hiss eləmirdi. Qorxmuş 
Seqizbayev atı çarx kimi fırladırdı, yaba Gülsarının başına dəyib  
 
cingilti ilə havaya qalxırdı və yenə atın təpəsinə düşürdü. Atın başı 
gicəllənirdi, dəhnələr onun ağzını didirdi, əzirdi, Gülsarının gözləri  
 
kəlləsinə çıxmışdı, ancaq hirsindən ağlını itirmiş Tanabay bunların heç 
birini dərk eləmirdi. O, yabanı dalbadal günahsız atın təpəsinə döşüyür, səsi  
 
gəldikcə bağırırdı: 
– Çəkil, Gülsarı, çəkil! Qoy görüm bu xəzpaltolu ağanı! 
Cavan sahmançı qadın tövşüyə-tövşüyə özünü yetirdi, Tanabayın qolundan  
 
sallanıb, yabanı almağa çalışdı, Tanabay onu itələyib yıxdı. 
Çoro atın belinə sıçrayıb araya girdi: 
– Tez olun! Qaçın! Öldürəcək! 
Bu dəfə Tanabay yaba  
 
ilə Çoronun üstünə yeridi. Ancaq gec idi, atlılar çapıb aradan çıxmışdılar. 
Onların dalınca düşmüş köpək canfəşanlıqla hürürdü, gah tullanıb atların  
 
quyruğundan tuturdu, gah sıçrayıb üzənğilərdən yapışırdı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə