Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

 
qırmızı bayraq o maşının kabini qabağında dayandığı gecəni xatırlayırdı. 
O, gecələr tövləni dörd dolanırdı, öz əzablı-işgəncəli düşüncələrinə dalırdı.  
 
Axı, niyə indi hər şey baş-ayaq olmuşdu? Bəlkə, səhv eləmişdilər, əyri yola 
düşmüşdülər? Yox, belə ola bilməzdi, belə olmamalı idi! Onlar doğru yolda  
 
idilər. Bəs onda işlər niyə düz getmirdi? Bəlkə çaşmışdılar, yolu azmışdılar? 
Bəs haçan azmışdılar, necə olmuşdu ki, azmışdılar? Axı, indinin  
 
yarışları da qəribə idi – öhdəçiliyi yazırdılar, məsələ qurtarıb gedirdi, 
daha səninlə heç kəs maraqlanmırdı. Əvvəllər qara və qırmızı lövhələr  
 
vardı, hər gün söz-söhbət, hər gün mübahisə: kimin adı qırmızı lövhəyə 
düşmüşdü, kiminki qarada idi – camaat üçün bütün bunların əhəmiyyəti vardı.  
 
İndi deyirdilər, bu şeylər köhnəlib, əhəmiyyətini itirib. Bəs əvəzində nə 
yaranmışdı? Boş vədlər, boş söhbətlər. İşdə isə heç nə. Axı, niyə belə  
 
olmuşdu, bu işdə müqəssir kim idi? 
Tanabay fikirləşməkdən yoruldu. Kütləşdi, laqeydləşdi. Yaba əlindən yerə 
düşdü. O dayanıb, divara qısılmış cavan  
 
qadına baxdı. Qadının xəstə gözləri yumulurdu. O durduğu yerdəcə yavaş-yavaş 
bükülür, yuxu ilə mübarizə aparırdı. Nəhayət, qadın tab gətirə bilmədi,  
 
oturdu, başı dizinin üstünə düşdü. Tanabay qadını oyatmadı. Özü də divara 
söykəndi, özünün də yavaş-yavaş dizləri bükülməyə başladı. Tanabayın  
 
çiynində dəhşətli bir ağırlıq vardı və bu ağırlıq onu durmadan aşağı 
əyirdi... 
Tanabay haradasa küt bir tappıltı eşidib, qışqırıq səsinə yuxudan  
 
ayıldı. Qoyunlar bərk hürkmüşdülər, onun üstünə çıxıb qıçlarını 
tapdalayırdılar. Tanabay dik atıldı. Yan-yörəsinə baxdı. Hava işıqlanırdı. 
Birdən o,  
 
Caydarın səsini eşitdi: 
– Tanabay, Tanabay, kömək elə. 
Arvadlar səs gələn səmtə yüyürüşdülər, Tanabay da onların dalınca qaçdı. 
Caydar damdan düşmüş  
 
tirin altında qalmışdı. Divarın bir tərəfi yuyulduğundan tir qopub yerə 
gəlmişdi, sonra çürük taxtapuş ağırlıq eləyib o biri tirləri də laxlatmışdı.  
 
Tanabayın yuxusu bir andaca dağıldı. 
– Caydar! – deyə qışqırıb, çiynini irəli verdi, tiri bir anda qaldırdı. 
Caydar tirdən xilas olub ufuldadı.  
 
Arvadlar ağlaşdılar, əllərini Caydarın böyür-başına sürtdülər. Qorxudan özünü 
itirmiş Tanabay heç nəyə əhəmiyyət vermədən arvadları kənara itələdi,  
 
onun titrək əlləri Caydarın köynəyinin altında gəzdi. 
– Nə olub sənə? Haran ağrıyır? 
– Vay, belim!.. Belim! 
– Əzilib? – Tanabay plaşını çıxarıb yerə  
 


sərdi. Caydarı plaşın üstünə uzadıb, tövlədən çıxartdılar. 
Çadırda müayinə elədilər. Üzdən o qədər də qorxulu bir şey hiss olunmurdu. 
Ancaq Caydara  
 
bərk xətər toxunmuşdu. Tərpənə bilmirdi. 
Caydar ağlayırdı: 
– İndi necə olacaq? Özü də işin bu vaxtında. Bəs siz necə olacaqsız? 
Bu sözlərin hər biri ox  
 
kimi Tanabayın ürəyinə sancılırdı. “Sən bir buna bax, ay Allah, sağ qalmağına 
sevinməkdənsə, gör durub nələr fikirləşir? Cəhənnəm olsun qoyun da,  
 
quzu da! Təki sənə bir şey olmasın...” 
O, əlini arvadının başına qoydu: 
– Rahat ol, Caydar, özünü üzmə! Təki sən sağalıb ayağa dur, qalan şeylər  
 
düzələcək... 
Az-maz özlərinə gələn kimi onlar bir ucdan Caydara təsəlli verməyə başladılar 
və bu sözlər, elə bil, Caydarın ağrılarını azaltdı. O,  
 
yaşlı gözləri ilə gülümsədi. 
– Yaxşı, bu da bir iş idi oldu, ancaq siz məndən inciməyin. Qorxmayın, çox 
yatmayacağam. İki günə kimi duracağam. 
Arvadlar  
 
ocaq yandırdılar, Caydara yorğan-döşək saldılar, Tanabaysa qayıdıb yenə də 
tövləyə getdi. Fəlakətin sovuşmağına o, hələ də inanmırdı. 
Təzə, yumşaq  
 
qarın fonunda ağappaq bir səhər açılmışdı. Tövlədə Tanabay tir altında qalmış 
bir qoyun tapdı. Bayaq onlar qoyunu görməmişdilər. Quzu ölü qoyunun  
 
əmcəyini axtarırdı. Bunu görəndə Tanabay dəhşətə gəldi, eyni vaxtda da o, 
arvadının sağ qalmağına sevindi. Tanabay yetim qalmış quzunu qucağına  
 
götürüb, onun üçün təzə ana axtarmağa getdi. Sonra qayıdıb tirin altına dirək 
vurdu, divara paya söykədi və bütün bu işləri görərkən ürəyi arvadının  
 
yanında oldu. 
Tövlədən çıxanda Tanabay yaxınlıqda bir sürü qoyun gördü. Hansı naməlum 
çobansa davarı Tanabayın sahəsinə tərəf gətirirdi. Bu necə sürü  
 
idi? Niyə onu buraya gətirirdilər? Qoyunlar bir-birinə qarışa bilərdi, belə 
şeymi olardı? Özgənin sahəsinə soxulmuş bu qəribə çobana qulaqburması  
 
vermək üçün Tanabay irəli yeridi. 
Yaxınlaşanda Bektayı gördü. 
– Ey, Bektay, sənsən? 
Çobandan səs-səmir çıxmadı. O, davarı dinməz-söyləməz Tanabaya tərəf  
 
sürürdü və arabir çomağını qaldırıb dala qalan qoyunların belinə endirirdi. 
Tanabay hirsləndi; “heç doğar qoyunu da belə vurarlarmı?” 
– Hardan belə?  
 
Hara belə? Salam-əleyküm. 
Belini bərk-bərk sarıyıb, əlcəklərini qoltuğuna soxmuş Bektay Tanabaya 
yaxınlaşırdı. 


– Hardan gəldiyimi mən bilərəm, hara  
 
getdiyimi də özün görürsən. 
O, çiynini çomağına söykəyib Tanabaydan bir neçə addım aralıda dayandı, ancaq 
salam vermədi. Hirsli-hirsli tüpürdü və  
 
tüpürcəyini qar üstdə tapdalayıb, başını qaldırmadan dayandı. Qaralmışdı, 
sifətini tük basmışdı, Bektayın gənc, gözəl sifətini saqqal yaxşı tuturdu.  
 
Altdan-altdan baxırdı, gözlərindən kin-küdurət tökülürdü. O, bir daha 
tüpürdü, sonra qəzəblə çomağını qaldırıb sürünün üstünə endirdi: 
– Təhvil al.  
 
Sayırsan say, saymırsan sayma. Üç yüz həştad beş qoyundur. 
– Nə olub ki? 
– Gedirəm! 
– Necə yəni gedirəm? Hara gedirsən? 
– Hara gəldi. 
– Bəs mənə niyə  
 
deyirsən? 
– Ona görə deyirəm ki, sən məni hamiliyə götürmüsən. 
Əhvalatın nə yerdə olduğunu Tanabay ancaq indi başa düşdü. Qan beyninə vurdu, 
hirsindən  
 
nəfəsi darıxdı: 
– Nə olar hamiliyə götürəndə? Dur görüm, dayan görüm, hara gedirsən? Heç belə 
şey olarmı?!. 
– Olar da, hələ o yana da keçər. Daha  
 
bəsdir. Xirtdəyə yığılmışam. Boğazacan doymuşam bu cür həyatdan. 
– Heç bilirsənmi nə danışırsan? Sənin süründə bu gün-sabah doğum başlanır. 
Heç belə  
 
şey olar? 
– Olar. Madam ki, bizimlə belə rəftar eləyirlər, biz də onlarla elərik. 
Xudafis! 
Bektay çomağını başı üstündə fırlatdı, onu var gücü ilə  
 
tolazlayıb yola düzəldi. 
Tanabay donub yerində qalmışdı. Daha deməyə söz də tapa bilmirdi. Bektay isə 
dalına baxmadan gedirdi. 
Tanabay onun dalınca  
 
qaçdı: 
– Ağlını başına yığ, Bektay! Belə şey olmaz. Bir fikirləş, gör neyləyirsən? 
Fikirləş, eşidirsənmi? 
Bektay qəflətən geri döndü: 
– Əl çək! – dedi.  
 
– Fikirləşmək istəyirsən, get özün fikirləş. Mənim vaxtım yoxdur. Mən də adam 
kimi yaşamaq istəyirəm. Başqalarından aciz deyiləm. Mən də gedib  
 
şəhərdə işləyə bilərəm, maaş ala bilərəm. Axı, nəyə görə burada, qoyunların 
içində batıb qalmalıyam? Yemi yox, tövləsi yox, bir alaçıq da tapılmır  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə