Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

Ancaq Tanabayın narahatlığı əbəs  
 
idi. Bektay onu qabaqladı. Gəldi. Özü də necə gəldi... 
O gecə yenə də külək qalxmışdı, qar yağırdı, güclü yağıntı yox idi, ancaq 
səhərəcən yerin üzü  
 
ağappaq ağardı. Qoyunların da üstünə qar yağdı. Onlar ağılda bütün gecəni 
ayaq üstdə qaldılar. Daha qoyunlar yatmaq istəmirdi. Bir yerə toplaşıb  
 
hərəkətsiz, laqeyd dayanırdılar. Bu qədər ac qalmaq olmazdı, bu qədər qar-
yağış olmazdı. 
Tövlə də bərk soyuq idi. Qar, damda yağışın açdığı  
 
deşiklərdən içəriyə tökülürdü. Qar havada, solğun fənərlərin işığında 
fırlanırdı və səssiz-səmirsiz qoyun-quzunun başına yağırdı. Davar bir ucdan  
 
donub tələf olurdu və Tanabay qoyunların arasında vurnuxub, qırğından sonra 
döyüş meydanına atılan, dəfn komandasının əsgəri kimi öz borcunu yerinə  
 
yetirirdi. Daha öz qorxunc düşüncələri ona əvvəlki kimi əzab vermirdi, o 
çılğın, qaynar fikirlər indi adicə bir qəzəbə çevrilmişdi. Bu qəzəb bir ağır  
 
daş kimi Tanabayın ürəyindən asılmışdı, onu nəfəs almağa qoymurdu. Tanabay 
peyinin-palçığın içində eşələnir, işini görür və bu məşəqqətli gecələrdə  
 
o, ara-sıra öz keçmiş həyatını da xatırlayırdı... 
Hələ lap uşaq vaxtı Tanabay qardaşı Qulubayla birgə öz qohumlarından birinin 
sürüsünə gedirdi. Bir  
 
il çobanlıq elədilər, sonra məlum oldu ki, burada onlar yalnız bir qarın 
çörəyə işləyiblər. İş gəlib şikayətə çıxanda sürü yiyəsi heç onlarla  
 
danışmaq da istəmədi. Ayaqlarında köhnə çarıq, çiyinlərində xurcun, əliboş, 
üzüqara yola düzəldilər. Gedəndə Tanabay mülkədarı hədələdi:  
 
“Böyüyəcəyəm, – dedi, – bu qisası yerdə qoymayacağam”. Ancaq Qulubay heç bir 
söz demədi. O, Tanabaydan beş yaş böyük idi. Bilirdi ki, belə şeylə heç  
 
kəsi qorxutmaq olmaz. Gərək adamın özü varlanaydı, torpaq yiyəsi olaydı, mal-
qara sahibi olaydı. Qulubay hələ o vaxt özünə söz vermişdi: “Varlı  
 
olsam, heç kəsi incitməyəcəyəm”. Həmin il onlar elə bu fikirlə də 
ayrılmışdılar. Qulubay başqa bir mülkədarın sürüsünü otarmağa başlamışdı, 
Tanabay  
 
Aleksandrovkaya, rus mühaciri Yefremova muzdurluq eləməyə getmişdi. Yefremov 
çox da varlı adam deyildi, bir cüt öküzü, bir cüt atı, bir də özünün  
 
əkin sahəsi vardı. Taxıl əkirdi. Aule-Ata şəhərindəki su dəyirmanına dən 
daşıyırdı. Onun özü səhərdən-axşamacan işləyirdi. Burada Tanabay, əsasən,  
 
atlara, öküzlərə baxırdı. Yefremov sərt adam idi, ancaq bu adamın insaflı 
olmağına da söz yox idi. İşçinin haqqını düz verirdi. Öz həmyerliləri  
 
tərəfindən müdam çapılıb-talanan qırğız yoxsulları rus mülkədarlarına 
işləməyi üstün tuturdular. Orada Tanabay rusca danışmağı öyrəndi, hərdən 
taxıl  


 
aparıb, həmin o Aule-Ata şəhərini də gördü, az-çox gözü açıldı. Sonra isə 
inqilab qələbə çaldı. Dövran Tanabayların dövranı oldu. 
Tanabay qayıdıb aula  
 
gəldi. Burada yeni həyat başlanmışdı. Bu həyat hər tərəfdə qaynayıb-daşırdı. 
Hər şey birdən gəlmişdi – torpaq, hüquq, azadlıq. Tanabayı muzdur  
 
komitəsinə sədr seçdilər. Çoro ilə də Tanabay o vaxt dostlaşdı. Çoro savadlı 
idi, cavanlara yazmaq, oxumaq öyrədirdi. Tanabay da mütləq savadlanmalı  
 
idi, axı o, necə olsa, muzdur komitəsinin sədri idi. Komsomol özəyinə 
yazıldı. Burada da Çoro ilə əlbir oldu. Onlar partiyaya da birlikdə keçdilər.  
 
Hər şey yoluna düşdü, yoxsulların vəziyyəti günbəgün yaxşılaşdı. 
Kollektivləşmə başlananda Tanabay can-dildən işə girişdi. Kəndliyə yeni həyat 
qurmaq  
 
üçün torpağın, mal-qaranın, əməyin, arzunun – hər şeyin ümumi olmağı üçün 
mübarizə aparmağa Tanabay girişməsəydi, kim girişəcəkdi. Rədd olsun  
 
qolçomaqlar!.. O küləkli, şiddətli zaman öz işinə başladı. Gündüzlər yəhər 
üstdə, gecələr – iclaslarda, müşavirələrdə. Qolçomaqların siyahısı  
 
tutulurdu. Bəylərin, mollaların, bütün başqa varlıların kökü alaq otu kimi 
kəsilirdi. Təzə cücərtilərin baş qaldırması üçün torpaq alaq otundan  
 
təmizlənməli idi. Mülkədarlıqdan salınası adamların siyahısına Qulubayın da 
adı düşdü. Çünki Tanabay aləmi ayaqdan salarkən, mitinqlərdə, iclaslarda  
 
nitq söyləyərkən qardaşı varlanıb adam olmuşdu. Bir dul arvadla evlənib 
yaşayırdı. Mal-qara sahibi idi – qoyunu, inəyi. İki atı, bir yanı balalı  
 
madyanı, kotanı, malası, hər şeyi vardı. Biçin vaxtı kənar adamlar işlədirdi. 
Qulubaya varlı demək olmazdı, ancaq o, yoxsul da deyildi. Yaxşı  
 
yaşayırdı, yaxşı da işləyirdi. 
Kənd sovetinin iclasında növbə Qulubaya çatanda Çoro dedi: 
– Gəlin, yoldaşlar, fikirləşək: bununla qolçomaq kimi rəftar  
 
eləmək lazımdır, ya yox. Qulubay kimi adamların kolxoza köməyi dəyə bilər. 
Özü yoxsul ailədən çıxıb. Ziyanlı təbliğatla heç vaxt məşğul olmayıb. 
Hərə  
 
bir söz dedi. Kimi Qulubayın lehinə, kimi əleyhinə. Həlledici söz Tanabayın 
öhdəsinə düşdü. Tanabay qaşqabağını sallayıb oturmuşdu. Axı, necə olsa,  
 
qardaş idilər, gərək o, qardaşının əleyhinə gedəydi. Onlar tez-tez 
görüşməsələr də, münasibətləri pis deyildi. Hərəsi öz işində idi. Əgər 
Tanabay  
 
desəydi ki, Qulubaya toxunmayın, onda başqaları necə olacaqdı, axı, hamını 
müdafiə eləmək üçün bir qohum tapıla bilərdi. Desəydi ki, özünüz həll  
 
eləyin, camaat onu qorxaq sayacaqdı. 
Adamlar Tanabayın nə deyəcəyini gözləyirdilər və məhz onlar gözlədiklərinə 
görə Tanabay hiddətləndi. 


– Sən həmişə  
 
beləsən, Çoro! – deyə o, hirsli-hirsli ayağa durdu. – Qəzetlərdə kitab 
adamlarından yazırlar, entelleqentlərdən. Sənin özün də entelleqentsən. Hər  
 
şeyə şübhə ilə baxırsan, min dəfə götür-qoy eləməmiş iş görmək istəmirsən. 
Burda şübhəli nə var ki? Madam ki, siyahıda adı var, deməli, qolçomaqdır!  
 
Heç bir güzəşt ola bilməz! Sovet hökumətinin yolunda heç doğma atama da 
güzəşt eləmərəm. Qardaşım olanda nə olar ki? Bunun mətləbə dəxli yoxdur. Heç  
 
siz olmasanız da, mən özüm bu işi görəcəyəm. 
Sabahısı gün Qulubay onun yanına gəldi. Tanabay qardaşını soyuq qarşıladı, əl 
verib görüşmək də  
 
istəmədi. 
– Mən haranın qolçomağı oldum? Bir vaxt səninlə muzdurluğa gedən mən 
deyildimmi? Səninlə birgə bəylərin qapısından qovulan mən deyildimmi? 
–  
 
Daha bunun mətləbə dəxli yoxdur. İndi sən özün bəy olmusan! 
– Mənim haram bəy olub? Nəyim var, hamısını zəhmətimlə yığmışam. Özü də bir 
söz demirəm.  
 
Gəlin hamısını aparın. Ancaq məni qolçomaq eləməyin nə mənası var? Allahdan 
qorx, Tanabay. 
– Dəxli yoxdur. Sən düşmən sinifsən və burada kolxoz qurmaq  
 
üçün biz səni ləğv etməliyik. Sən bizim yolumuzu kəsmisən, buna görə də səni 
yolumuzun üstündən götürməliyik... 
Bu söhbət onların son söhbəti olmuşdu.  
 
İndi, iyirmi il idi ki, onlar bir-biri ilə kəlmə kəsməmişdilər. Qulubay 
sürgün ediləndə camaat Tanabayın dalınca nələr deməmişdi! Onu az adamlar  
 
müdafiə eləmişdi. Bu işdən əksəriyyət narazı qalmışdı: “Belə qardaşı Allah 
heç kəsə qismət eləməsin. Bundansa qardaşsız qalmaq yaxşıdır!” Bəziləri  
 
bunu lap onun üzünə demişdilər. Bəli, sözün doğrusu, camaat o vaxt Tanabaydan 
üz döndərmişdi. Bunu adamlar üzə vurmamışdılar, ancaq bir iş üçün  
 
Tanabayın namizədliyi irəli sürüləndə camaat səs saxlamışdı. Beləliklə də, 
Tanabay yavaş-yavaş fəallar sırasından çıxmışdı. Ancaq o, heç vaxt ruhdan  
 
düşməmişdi.  
Qolçomaqların kolxoz əmlakını yandırmağını, kollektivləşmə tərəfdarlarına 
güllə atmağını görəndə Tanabay ürəyində özünə haqq  
 
qazandırmışdı. Üstəlik, kolxoz da get-gedə varlanırdı, illər bir-birindən 
yaxşı gəlirdi. Kənddə bambaşqa bir həyat qurulurdu. Yox, bunların heç biri  
 
onda nahaq yerə edilməmişdi. 
Bütün bu olub-keçənləri Tanabay ən kiçik təfərrüatınacan xatırlayırdı. Sanki, 
onun bütün həyatı orada, kolxozun günbəgün  
 
möhkəmləndiyi o qəribə dövrdə qalmışdı: “Qırmızı ləçəkli zərbəçi qızın” 
mahnısı Tanabayın yadına düşürdü, Tanabay kolxoza gələn ilk maşını və əlində  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə